DİOD

I
сущ. физ. диод:
1. электронная лампа с двумя электродами
2. соответствующий ей полупроводниковый прибор
II
прил. диодный. связь. diod detektoru диодный детектор, diod çeviricisi диодный преобразователь
DİNSİZLİK
DİOPTRİYA
OBASTAN VİKİ
Diod
Yarımkeçirici diod (yun. δις - iki, od ὁδός - yol) — bir p-n keçidə malik olan və iki elektrik çıxışı olan cihaz. Yarımkeçirici diodun bu gün ən ümumi tipi iki elektrik terminalı üçün əlaqələnmiş p-n keçidli yarımkeçiricinin kristallik hissəsidir. Vakuum boru diodu iki elektroda malikdir: anod və qızdırılmış katod. Yarımkeçirici diodlar birinci yarımkeçirici elektron qurğusudur. Birinci yarımkeçirici diodlar kristal detektor adlandırıldı. Bu gün diodların çoxu silisiumdan hazırlanır, ancaq bəzən selen və germanium kimi başqa yarımkeçiricilərdən də istifadə edilir. == Əsas funksiyaları == Diodun ən ümumi funksiyası əks istiqamətdə cərəyan maneəyə rast gələrkən, bir istiqamətdə elektrik cərəyanın keçməsini təmin etməkdir. Başqa funksiyasıda dəyişən cərəyanı sabit cərəyana çevirməkdir. Həmçinin radioda radio siqnalların amplitud modulyasiya hasilatını o cümlədən qəbul edilən siqnalların düzləndirməsidir.
Çevrilmiş diod
Çevrilmiş diod — cırlaşmış tunel diodudur. Əks gərginlik tətbiq edildikdə tunel effekti hesabına belə diodların keçiriciliyi düz istiqamətdəkinə nisbətən çox böyük olur. Çevrilmiş diodlar düzləndirici xassələrə malikdir. Lakin onlarda keçirici istiqamət əks gərginliyə, bağlayıcı istiqamət isə düz gərginliyə uyğundur. Çevrilmiş diodlar çox kiçik İYT gərginlikləri düzləndirmək üçün istifadə olunur.
Şotki diod
Şotki diodlar — Şotki diodlar nöqtə əlaqəli(adi diod) diodlar kimi metal və yarımkeçirici kristal birləşdirilməsi ilə əldə edilir. Çox yüksək tezliklər lazım olan işlərdə normal diodlar kommutasiya(açar) funksiyasını yerinə yetirərkən çətinlik çəkirlər. Məsələn istənilən müddətlərdə vəziyyəti dəyişdirməzlər (on / off). Bu problemə həll tapmaq məqsədi ilə şotki diodlar inkişaf etdirilmişdir. Şotki diodlar çox yüksək kommutasiya sürətlərinə sahibdirlər. Bu səbəblə yüksək tezliklərdə edilən işlərdə kommutasiya elementi olaraq şotki diodlar tövsiyə edilir.Ancaq bunlar P-N keçidli diod növündədir.Keçid müqaviməti çox kiçik olduğundan düzgün istiqamət bəsləməsində 0.25v da belə asanlıqla və sürətlə keçiricilik təmin edir.Əks istiqamətə doğru axan az daşıyıcıları çox az olduğundan əks istiqamət cərəyanı kiçikdir. Bu səbəblə də səs-küy səviyyələri aşağı və səmərələri yüksəkdir.Fərqli iki ayrı qrup elementdən ibarət olması səbəbilə şotki diod müqavimətləri xətti deyildir Müqavimətlərin düzgün olmaması səbəbindən daha çox mikrodalğalı alıcı olaraq istifadə edilir. Bundan başqa, modulyator, demodulyator, detektor olaraqda da istifadə olunur. https://youtube/Diyot Nedir?
Capsella diodonta
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Diodontium
Diodontium (lat. Diodontium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Diodontium filifolium F.Muell.
Diodontium filifolium
Diodor
Siciliyalı Diodor (yun. Διόδωρος Σικελιώτης, lat. Diodorus Siculus, təxm. e.ə. 90-e.ə. 30-cu illər) — qədim Roma tarixçisi və mifoqraf. Siciliyanın Aqirion şəhərində anadan olmuşdur. Gənc yaşlarında Romaya köçən Diodor 40 kitabdan ibarət "Tarixi kitabxana" əsərini də burada yazmışdır. Diodorun əsərinin ilk cildləri Misir, Mesopotomiya, Midiya, İran və Hindistan tarixinə həsr olunmuşdur. Bu cildlərdə hadisələr ümumi xarakter daşısa da, onlarda başqa müəlliflərin əsərlərində olmayan maraqlı faktlara da past gəlmək olar.
Diodorus Kronus
Diodorus Kronus (yun. Διόδωρος Κρόνος, m. ö. IV yüzillik) — qədim yunan filosofu, Sokratın öyrəncisi, Meqara məktəbinin təmsilçisi. == Fəlsəfəsi == Diodorus Kronus Elea məktəbinin nümayəndələri kimi hərəkətin olmasını inkar edirdi. Onun fikrincə hərəkətin özünü yox, onun nəticələrini dərk etmək mümkündür. Hərəkət hər hansı bir yeri əhatə etməlidir. Ancaq bununla belə, hər hansı bir yerdə olan hər bir şey hərəkətsizdir. Deməli, hansısa şey hərəkət edirsə həmin anlarda hansısa bir yeri tutur və ona görə də hərəkətsizdir. Ya da hərəkət edən şey olduğu və olmadığı yerdə düşünülə bilər.
Lazer diodu
Lazer diodu — Lazer İngilis dilində ing. Light amplification by stimulated Emission of Radiation (stimullaşdırılmış şua emissiyası ilə işıq gücləndirilməsi) cümləsindəki sözlərin baş hərflərinin alınmasından törədilmiş bir kəlmədir. Normal işıq, dalğa boyları müxtəlif, rəngarəng, yəni fərqli faza və tezliyə sahib dalğalardan meydana gəlir. == İşləmə mexanizmi == Lazer işığı isə yüksək amplitudlu, eyni fazda, bir-birinə paralel, tək rəngli (monochromatic), uzun müddətli eyni tezlikli dalğalardan ibarətdir. Optik tezlik bölgəsi təxminən olaraq 1x109 Hs ilə 3x1012 Hs arasında yer alır. Bu bölgə, qırmızı sonrakı şuaları, görülə bilən şuaları və elektromaqnit spektrin ultra bənövşəyi şualarını əhatə edir. Lazer diodu çox yüksək tezliklərdə işləyir. Lazer diodunun istehsalı üçün fərqli üsullar və materiallar istifadə edilməkdədir. Yarımkeçirici materiallardan əldə edilən kristallardan əldə edilən lazerlərə, "lazer diod" adı verilmektedir. Galium arseni kristalı yarımkeçirici lazerə nümunədir.
Senecio diodon
Senecio diodon (lat. Senecio diodon) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Siciliyalı Diodor
Siciliyalı Diodor (yun. Διόδωρος Σικελιώτης, lat. Diodorus Siculus, təxm. e.ə. 90-e.ə. 30-cu illər) — qədim Roma tarixçisi və mifoqraf. Siciliyanın Aqirion şəhərində anadan olmuşdur. Gənc yaşlarında Romaya köçən Diodor 40 kitabdan ibarət "Tarixi kitabxana" əsərini də burada yazmışdır. Diodorun əsərinin ilk cildləri Misir, Mesopotomiya, Midiya, İran və Hindistan tarixinə həsr olunmuşdur. Bu cildlərdə hadisələr ümumi xarakter daşısa da, onlarda başqa müəlliflərin əsərlərində olmayan maraqlı faktlara da past gəlmək olar.
Yarımkeçirici diodlar
Yarımkeçirici diodlar — Yalnız bir istiqamətdə cərəyan keçirən iki elektrodlu elektron komponentlərdir.[1] Başqa sözlə, bir istiqamətdə kiçik müqavimət göstərərkən, digər istiqamətdə böyük müqavimət göstərən elementlərdir. Müqavimətin kiçik olduğu istiqamətə "düz istiqamət", böyük olduğu istiqamətə isə "əks istiqamət" deyilir. Diodun simvolu, cərəyan keçid istiqamətini göstərən bir ox şəklindədir. Diodlar, tək istiqamətdə elektrik cərəyanını keçirdiklərindən, mexaniki bir sistemdəki bir klapanın elektrik analogları olaraq düşünülə bilər. İlk istehsal edilən diodlar da məhz bu səbəbdən klapan olaraq adlandırılmışdır. Diodun ucları müsbət (+) və mənfi (-) işarələri ilə müəyyən olunur. "+" ucu anod, "-" ucu isə katod adlanır. Diodun anoduna gərginlik mənbəyinin müsbət (+) qütbü, katoduna isə mənbənin mənfi (-) qütbü tətbiq olunarsa, diod keçiricilik xüsusiyyəti göstərərək naqil rolunu oynayar. Yarımkeçirici diodlar, P-N səth keçidli (junction) diodlar və nöqtə təmaslı diodlar olmaqla iki əsas qrupa ayrılırlar. İlk yarımkeçirici diodlar nöqtə təmaslı kristal diodlar şəklində istifadəyə girmişdir.
Zener diodu
Stabiitron- (zeyner(zener) diod) p-n diodun xüsusi bir tipidir. Stabilitronun xüsusiyyətləri: -Düz qoşulma halında normal bir diod kimi çalışır -Əks qoşulma halında, müəyyən gərginlikdən sonra keçirici olur. Bu gərginlik stabilitronun diapazon gərginliyi, və ya daha qısa olaraq stabilitron gərginliyi adlanır. — Əksinə gərginlik aradan qalxanda, stabilitron normal halına dönür. -Dövrələrdə, əks istiqamətdə işləyəcək şəkildə istifadə edilir. -Bir stabilitron stabilitron gərginliyi ilə başa düşülür. Məsələn: "30v luq stabilitron" dedikdə,30v luq əks gərginlikdə işləməyə başlayan stabilitron anlamına gəlir. -Silisium tərkiblidir. Stabilitron, əks istiqamətdə işləməsi zamanı yarana bilən hədsiz cərəyana görə sıradan çıxa bilər. Bu vəziyyətin qarşısını almaq üçün dövrəsinə daim ardıcıl bir qoruyucu müqavimət bağlanılır.
İşıq diodu
İşıq diodu — elektrik enerjisini işıq enerjisinə çevirən p-n keçidli diod. Dioddan düz cərəyan axdıqda elektron və deşiklərin p-n keçidi və onun yaxınlığında intensiv rekombinasiya nəticəsində şüalanma yaranır. Bu effekt elektrolüminessensiya adlanır və işığın rəngi (fotonun enerjisinə uyğun) yarımkeçiricinin qadağan edilmiş zonasının enerjisi ilə müəyyən edilir. İşıq diodlarının sahəsi çox kiçikdir (1 mm2-dən daha az) və tamamlanmış optik komponentlər özünün şüalanma quruluşunu formalaşdırmaq üçün istifadə oluna bilər. 1962-ci ildə praktiki elektron komponentlər kimi meydana çıxan işıq diodları ilk əvvəllər aşağı intensivlikli infraqırmızı işıq şüalandırırdılar. İnfraqırmızı işıq diodları hələ də uzaq məsafədən idarə olunan sxemlərdə elementlərin ötürülməsi üçün istifadə olunur. Müasir işıq diodları görünən, ultrabənövşəyi və infraqırmızı kimi müxtəlif dalğa uzunluğunda çox yüksək parlaqlıqlı işıq vermə qabiliyyətinə malikdir. İlk əvvəllər işıq diodları tez-tez kiçik közərmə lampalarını əvəz edən elektron cihazlar üçün indikator lampaları kimi istifadə edilirdi. İşıq diodlarının inkişaf etdirilməsi ətraf mühitin məqsədli şəkildə işıqlandırılmasında onları istifadə etməyə imkan yaradır. İşıq diodları közərmə lampalarından bir sıra üstünlüklərə malikdirlər.
Diodor Kron
Diodorus Kronus (yun. Διόδωρος Κρόνος, m. ö. IV yüzillik) — qədim yunan filosofu, Sokratın öyrəncisi, Meqara məktəbinin təmsilçisi. == Fəlsəfəsi == Diodorus Kronus Elea məktəbinin nümayəndələri kimi hərəkətin olmasını inkar edirdi. Onun fikrincə hərəkətin özünü yox, onun nəticələrini dərk etmək mümkündür. Hərəkət hər hansı bir yeri əhatə etməlidir. Ancaq bununla belə, hər hansı bir yerdə olan hər bir şey hərəkətsizdir. Deməli, hansısa şey hərəkət edirsə həmin anlarda hansısa bir yeri tutur və ona görə də hərəkətsizdir. Ya da hərəkət edən şey olduğu və olmadığı yerdə düşünülə bilər.
Diodeilis
Clinopodium (lat. Clinopodium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.

Значение слова в других словарях