1. Canlandırmaq, həyata qaytarmaq, yenidən enerji və qüvvət vermək, ruhlandırmaq. Orqanizmi diriltmək. Bu su məni diriltdi. Dağ havası xəstəni diriltdi.
– [Həcər xanım:] Oğlum, Çingiz, mənə yenidən ruh verib diriltdin, Allah səni hər bəladan hifz etsin.
2. Dini-mistik təsəvvürlərdə: ölü halından canlı – diri hala gətirmək, can vermək.
Badisəba İsa kibi gərçi dirildir ölüyi; Ənbərfişan zülfün dəmi badi-səbayə tən edər.
[Nazlı:] Ana, deyirlər, bu gələn qonağımız ölüləri dirildir.
3. məc. Göz qabağına gətirmək, göz önündə canlandırmaq.
Şerim, bu hikməti aləmə bildir; Xəyal ölənləri bəzən dirildir.
// məc. Unudulmuş, xatirədən silinmiş, tərk edilmiş bir şeyi yenidən bərpa etmək; dirçəltmək.