Dizaltı arteriya
Dizaltı arteriya (lat. Arteria poplitea) — bud arteriyasının ardı olub, dizaltı çuxurda yerləşmişdir. Yaxınlaşdırıcı kanalın aşağı dəliyi səviyyəsində başlayaraq dizaltı əzələnin və diz oynağının kapsulunun arxa səthi ilə aşağıya doğru gedir və dizaltı əzələnin aşağı kənarına çatır. Dizaltı arteriya dizaltı çuxurda vena və sinirlərə nisbətən ən dərində yerləşmişdir. Dizaltı vena — lat. V. poplitea dizaltı arteriyanın bayır və arxa tərəfində, qamış siniri — lat. N. tibialis isə bir az səthdə və bayır tərəfdə yerləşmişdir. Belə ki, səthdən getsək, əvvəlcə bayır tərəfdə və səthdə qamış sinirinə, bir az içəri tərəfdə və dərində dizaltı venaya və ondan da bir az dərində və içəri tərəfdə dizaltı arteriyaya rast gəlinir.
== Şaxələri ==
=== Uc şaxələri ===
Dizaltı arteriya dizaltı əzələnin aşağı kənarında iki uc şaxəyə bölünür:
Ön qamış arteriyas — lat. a.