diş-damaq
diş-diş
OBASTAN VİKİ
Dırnaq
Dırnaq — insanların (bir çox onurğalıların) ayaq və əllərinin uclarında mövcud olan bərk lövhəciklər. Qaşıma, soyma, cızma kimi funksiyaları var. Ayaq dırnaqları əl dırnaqlarına nisbətən daha ləng uzanır. Dırnaqların uzunma sürəti şəxsin orqanizmdən və yaşından asılı olaraq fərqlənə bilər. Uzanmış dırnaqların altında bakteriyaların inkişafı üçün əlverişli mühit yaranır. ABŞ-nin Florida ştatındakı Klivlend klinikasının dermatoloqu Tamar Lior öz araşdırmaları nəticəsində belə bir nəticəyə gəlmişdir ki, insanın dırnaqlarının rəngi vasitəsi ilə bəzi xəstəlikləri aşkarlamaq mümkündür. O dırnaqlardakı rəng dəyişikliklərinin bədəndəki hər hansı bir sağlamlıq problemi ilə əlaqədar olduğunu bildirmiş və rənglərə görə xəstəlikləri aşağıdakı kimi sıralamışır: Dırnaqlarda ağ rəng - Qara ciyərdə hepatit. Sarımtıl rəng - Ağciyərdə emfizema. Sarımtıl və azca qızartılı rəng - Diabet. Yarı ağ, yarı çəhrayı - Böyrək xəstəlikləri.
Diş
Diş — canlılarda ərzağın ilkin mexaniki emalı üçün orqanizmin bir hissəsi, heyvanlarda həmçinin müdafiə və hücum silahı, insanda danışıq instrumentlərindən biri və gülüş atributu kimi də istifadə edilir. Bəzi heyvanlar, xüsusən də ətyeyənlər və hər şeydən yeyənlər, dişləri ov tutmaqda və ya yaralamaqda, yeməkləri xırdalamaqda, müdafiə məqsədləri üçün, tez-tez özləri də daxil olmaqla, digər heyvanları qorxutmaq və ya yırtıcı və ya balalarını daşımaq üçün istifadə edirlər. Dişlərin kökləri diş ətləri ilə örtülüdür. Dişlər sümükdən deyil, ən xarici embrion hüceyrə təbəqəsi olan ektodermadan əmələ gələn müxtəlif sıxlıq və sərtlikdəki çoxsaylı toxumalardan ibarətdir. Dişlərin ümumi quruluşu onurğalılar arasında oxşardır, baxmayaraq ki, onların forma və mövqeyində əhəmiyyətli dəyişikliklər var. Məməlilərin dişləri dərin köklərə malikdir və bu, bəzi balıqlarda və timsahlarda da olur. Teleost balıqların əksəriyyətində isə dişlər sümüyün xarici səthinə, kərtənkələlərdə isə bir tərəfdən çənənin daxili səthinə yapışdırılır. Köpəkbalığı kimi qığırdaqlı balıqlarda dişlər sərt bağlarla çənəni meydana gətirən qığırdaq halqalarına bağlanır. Monofiyodontlar yalnız bir diş dəsti inkişaf etdirən heyvanlardır, difiodontlar isə erkən süd dişləri və daha sonra "yetkin" və ya daimi dişlər dəsti yetişdirirlər. Polifiodontlar bir çox diş dəstinə malikdir.
Dırnaq göbələyi
Onixomikoz (onychomycosis) — dırnağın göbələk xəstəliyinə tutulması (infeksiyası). Trichophyton rubrum, Trichophyton interdigitale, Trichophyton tonsurans və digər göbələklər tərəfindən törədilir. Xəstəlik törədicisi Epidermophyton floccosum və Microsporum canis də ola bilir. Simptomlara ağ və ya sarı dırnaq rənginin dəyişməsi, dırnağın qalınlaşması və dırnağın dırnaq yatağından ayrılması daxil ola bilər. Ayaq və ya əl dırnaqları təsirlənə bilər, lakin ayaq dırnaqlarında daha çox rast gəlinir. Bir sıra müxtəlif növ göbələklər dermatofitlər və Fusarium da daxil olmaqla onikomikoza səbəb ola bilər. Risk faktorlarına atletin ayağı, digər dırnaq xəstəlikləri, bu xəstəliyə məruz qalma, periferik damar xəstəliyi və zəif immun funksiyası daxildir. Diaqnoz ümumiyyətlə görünüşə görə və laboratoriya testləri ilə təsdiqlənir. Onikomikoz yetkin əhalinin təxminən 10 faizində baş verir, yaşlı insanlar daha tez-tez təsirlənir. Kişilər qadınlardan daha çox təsirlənir.
Dırnaq işarəsi
Dırnaq işarəsi (“ ”) və ya (« ») – mətndə vasitəsiz nitqi, sitatları, əsər, qəzet və jurnal adlarını, sözlərin məcazi mənalarını fərqləndirmək üçün işlədilən qoşa durğu işarəsi. == Dırnaqların əsas növləri == Dırnaqlar öz görünüşlərinə görə aşağıdakı kimi bir-birindən fərqlənirlər: == Rusca yazıda istifadə edilən dırnaqlar == === Qoşa dırnaqlar === Rusca yazıda ənənəvi olaraq fransız «yolka»sından istifadə edilir. Dırnaqlar arasında təkrarən dırnaqdan istifadəyə ehtiyac olduqda və əl yazısında alman „lapka“sından istifadə edilir. == Azərbaycanca yazıda istifadə edilən dırnaqlar == Hal-hazırda azərbaycanca yazıda əsasən “ingilis qoşa” dırnaq işarələrindən istifadə olunmaqdadır. Bununla yanaşı "makina qoşa dırnaq işarəsi" və «yolka»dan da geniş istifadə edilir. Lakin Azərbaycan Respublikası prezidentinin saytında axtarış verilərkən, 8 fevral 2010-cu il tarixindən sonra «yolka»lardan istifadə olunması qeydə alınmamışdır.
Dırnaq lakı
Dırnaq boyası — Əl və ayaq dırnaqlarına sürülən boya. == Tarixi == Misirlilər dırnaq rəngini ictimai sinifləri bir-birindən ayırmaq məqsədi ilə istifadə etmişdilər. Kral Axenatonun həyat yoldaşı Nefertitinin əl və ayaq dırnaqlarını yaqut rənginə, Kleopatranın isə gilanar rənginə boyadığı bilinməkdədir. Alt sinifləri təmsil edən qadınların yalnız donuq rəngləri istifadə edəbilmələrinə icazə verilmişdir.
Dırnaq törpüsü
Dırnaq törpüsü, Savand və ya Sohan — yüngülcə dırnaqların kənarlarını yumşaltmaq və şəkilləndirmək üçün istifadə edilən vasitədir. Manikür və pedikürdə də istifadə edilir. == Mənbə == "A History of Nail Care" (ingilis). Nails Magazine. 2004. 2010-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-07.
Dırnaq boyası
Dırnaq boyası — Əl və ayaq dırnaqlarına sürülən boya. == Tarixi == Misirlilər dırnaq rəngini ictimai sinifləri bir-birindən ayırmaq məqsədi ilə istifadə etmişdilər. Kral Axenatonun həyat yoldaşı Nefertitinin əl və ayaq dırnaqlarını yaqut rənginə, Kleopatranın isə gilanar rənginə boyadığı bilinməkdədir. Alt sinifləri təmsil edən qadınların yalnız donuq rəngləri istifadə edəbilmələrinə icazə verilmişdir.
Dırnaq (dəqiqləşdirmə)
Dırnaq — barmaqların ucunun üst tərəfində sümük kimi maddədən ibarət örtü.
Dırnaq tutan
Dırnaqtutan — əl və ayaq dırnaqlarını düzəltmək üçün istifadə edilən alət. Dırnaqtutanlar adətən paslanmayan poladdan, həmçinin plastik və alüminiumdan hazırlanır.
Diş dişqurtlayan
Diş dişqurtlayan (lat. Ammi visnaga) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişqurtlayan cinsinə aid bitki növü. == Dişqurtlayan == Dişlərin arasına dolan yemək qalıqlarını təmizləmək üçün çırtlanmış tum qabığını xatırladan dişqurtlayan meyvələrinin çəyirdəyi bəlkə də ən təbii vasitədir. Ehtimal ki, bitkinin adının yaranmasında da bu amil əsas rol oynayıb. Əks halda nə bitkinin boy-buxunu, nə də ağappaq çiçəkləri ilə adı arasında heç bir əlaqə tapmaq mümkün olmazdı. Dişqurtlayan ağappaq çiçəklərinin başçatladan xoşagəlməz qoxusu olur və bu kəsif qoxu hər kəsi ondan aralı gəzməyə vadar edir. == Botaniki təsviri == 1 m-ə qədər hündürlüyü olan çoxbudaqlı ikillikot bitkisidir. Milşəkilli odunlaşmış incəbudaqlı kökə malikdir. Dikdayanan, incəşırımlı, en kəsiyində dəyirmi gövdəsi, növbəli düzülmüş, ayaları ikili və ya üçlü yarılmış və xətvarı paylar əmələ gətirmiş yarpaqları var. Xoşagəlməyən qoxusu olan, ağ rəngli xırda çiçəkləri gövdə və budaqların sonunda məskunlaşaraq çoxşüalı, diametri 6-10 sm olan mürəkkəb çətirşəkilli çiçək qrupunu əmələ gətirmişdir.
Diş formulu
== Diş formulu == Müayinə zamanı əldə edilmiş bütün məlumatlar stomatoloji xəstənin tibbi kartasına yazılır (forma 043). Bu zaman diş formulasının doldurulması mütləqdir. Dişlərin yerləşmə qaydası xüsusi formulada qeyd edilir ki, buraya da ayrı-ayrı dişlər və ya diş qruplarırəqəm və ya hərflə işarələnir. Dişlərə baxışın nəticələrinin rahat lazılması üçün müxtəlif sxemlər ( diş formulaları) tətbiq olunur.Bizim Azərbaycanda bu yaxınlara qədər Ziqmond-Palmer sistemi yeganə sistem idi və geniş yayılmışdı. Bu sistemə görə horizontal xətlər dişləri yuxarı və ya aşağı çənəyə, vertikal xətlər isə sağ və sol tərəfə aid olduğunu göstərir. Daimi dişlər ərəb, müvəqqəti dişlər isə rum rəqəmi ilə göstərilir. Müasir dövrdə Stomatoloqların Beynəlxalq Assosiasiyası (FDİ) tərəfindən qəbul olunmuş və Rusiya, həmçinin də Azərbaycan Stomatoloji Assosiasiyası tərəfindən rekomendasiya olunmuş ikirəqəmli sistemin tətbiqinə başlanılır. Bu sistemə görə çənədə dişlərin sıra sayına 1-dən 8-ə qədər kvadrantın nömrəsi əlavə olunur və dişlərin nömrəsinin önündə yazılır. Müvəqqəti dişləmdə isə 1-dən 5-ə kimi, kvadrantları nömrəsi isə 5,6,7,8 olur. Bir sıra tibbi kartalarda diş formilasında dişin səthi və köklərin sxemi göstərilir ki, bu da aşkara çıxarılmış patologiyanın ifadə olunmasına imkan verir.
Diş fırçası
Diş fırçası — dişləri diş pastası ilə təmizləmək üçün istifadə edilən fırça növü. Bir diş fırçasında qırx ədəd tük dəstəsi və hər dəstədə orta hesabla 40-50 ədəd tük vardır. == Tarixi == Tarixin əvvəlki dövrlərindən etibarən ağız təmizliyi üçün müxtəlif tədbirlər görülmüşdür. Ağız təmizliyində budaq, quş tükü, heyvan sümükləri, kirpi tikanları və s. vasitələr istifadə edilmişdir. Tarixdən məlum olan ilk diş fırçası qədim Misirdə qələm boyunda ağac budaqlarından hazırlanmışdır.Romada diş fırçaları təbii maddələrdən düzəldilən qurdalayanlardan meydana gəlirdi. İslam dünyasında ərak (misvak) ağacının budaqlarından diş fırçaları yaradılmışdır. Misvakdan istifadə, buna liderlik edən Peyğəmbər Məhəmmədin dövrünə qədər gedir.
Diş ipi
Diş ipi, ağız və diş sağlamlığı alətlərindəndir.Diş fırçasının təmizləyə bilmədiyi ara üzləri və sabit protezləri (körpü deyə ifadə edilən diş qapaqlarlarının) gövdə hissələrinin diş ətində baxan hissələrinin təmizlənməsini təmin edən bir vasitədir.Dişəti xəttinin altındakı və dişlər arasındakı yerlərdəki plak yemək artıqları diş ipiylə çıxarıla bilər.
Diş pastası
Diş pastası — diş təmizlənməsi üçün jele və gel sayağı tərkib. Əvvəllər tabaşirdən hazırlanırdı, indi silkatlardan hazırlanır. Diş məcunu haqqında ilk məlumat eramızdan əvvəl IV əsrdə Misir manuskriptində verilir. O duzdan, bibərdən, nanə yarpağından və bəzi çiçəklərdən hazırlanırdı.
Diş sapı
Diş çöpü
Diş çöpü — Adətən bir yeməkdən sonra dişdən səpintinin aradan qaldırılması üçün istifadə edilən taxta, plastik, bambuk, metal, sümük və ya digər maddədən hazırlanan kiçik bir çubuq.
Diş əti
Diş əti (lat. pulpis dentis) — dişin boynunu əhatə edən yumşaq toxuma. Ağız boşluğu selikli qişasının törəməsi. Diş əti qan damarları ilə zəngin olduğundan çəhrayı rəngdədir. Birləşdirici toxumadai ibarətdir.
Mina (diş)
Mina — dişi örtən parlaq qabiqdır Mina ən möhkəm hüceyrədir. Bu, onun tərkibinin 95%-nin qeyri-üzvi madələrdən təşkil olunması ilə izah olunur. Mina təbəqəsini tərkibində su 2-3%-dir ki, bu da digər orqanlardan ən az göstəricidir. Onu möhkəmliyi 397.6 kq/mm2-na çatır. Bu, ancaq almazın möhkəmliyindən bir qədər aşağıdır. Dişin mina qatının qalınlığı yerinə görə müxtəlifdir və 2 mm-ə qədər ola bilir.
Süd diş
Süd dişləri və ya müvəqqəti dişlər, əksər məməlilər də və digər yayıcıların ilk diş dəstidir. Süd dişlərinin çıxması 3 yaşında bitir və bu dişlər beş yaşa qədər qalır, sonra isə tökülməyə və daimi dişlərlə əvəz olunmağa başlayırlar. Süd dişləri müvəqqəti dişlər olduğu üçün valideyinlər bir çox hallarda düşünürki bu dişlərə baxım edilməməli və müalicə olunmamalıdır. Lakin müalicə edilməyən süd dişi çürükləri ağrı, pis qoxu, çeynəmə çətinliyi, qidalanma pozulmasına və çirkin xarici görünüşə gətirib çıxarır. Süd dişləri normal dişlərin formalaşmasında mühüm rol oynayır. Beləki, vaxtından öncə tökülmüş süd dişləri daimi dişlərin əyri formalaşmasına və gələcəkdə ciddi ortodontik problemlərin yaranmasına səbəb olur. Bu səbəbdən də süd dişlərindəki çürüklərə biganə yanaşılmamalı və müalicə edilməlidir. == Südəmər dişlərdə kariyes == Kariyes ən çox görülən diş xəstəliyidir. Kariyes süd dişlərində görünməyə başlayır və müalicə edilə bilmirsə, dişlər çürüyür və çıxarılmalıdır. Kariyes, dişi əhatə edən xarici təbəqədəki mineralların dağılması nəticəsində meydana gəlir.
Qaraquş (dırnaq mayası)
Qaraquş (lat. reduvial)- dırnaq büküşünün dərisinin cırılması. Adətən yan (lateral) büküşdə görünür, çünki bu yerdə dəri tez-tez mexaniki təsirə məruz qalır, lakin, arxa büküşdə də baş verə bilər. == Səbəblər == Əllərinizin dərisi nə qədər qurudursa, qaraquşun əmələ gəlmə ehtimalı da o qədər yüksəkdir. Quruluq səbəbdən çox incə dırnaq büküşü elastikliyi itirir və mexaniki təsir zamanı asanlıqla yırtılır. Əlbəttə, barmaqlara intensiv təsir həmçinin qaraquşun yaranmasının riskini artırır. Qaraquş altına infeksiya düşə bilər, hansı kı dırnaq büküşünün irinli iltihabına gətirib çıxara bilər. == Müalicə == Qaraquşlar manikürlü qayçı və ya dırnaqtutan ilə diqqətlə kəsilməlidir, sonra zədələnmiş dırnaq büküşünü dezinfeksiya maddələri ilə təmizlənməlidir. Qaraquşu qopartmaq lazım deyil, çünki tez-tez o zamanda dərinin böyük bir hissəsi ayrılır və yaranın yoluxma riskini artırır.
Ağ diş (roman)
Ağ diş və ya Bəyaz diş — ilk dəfə Cek London tərəfindən 1906-cı ilin may ayından oktyabr ayına qədər The Outing Magazine-də seriyalı şəkildə nəşr edilmiş roman. == Haqqında == "Ağ diş" roman kitabı bir çox dillərə tərcümə edilmişdir. Və bir çox nəşriyyatlar tərəfindən kəşf edilmişdir. Kitabdakı yerlər Rusiya, Kanada və Amerikada yerləşir. Digər qardaşlarından fərqli olaraq boz doğulan canavar balasının hekayəsi danışılır. Bu canavarın adı Ağ dişdir. Ağ diş yarım it ana və canavar atasının övladlarıdır.
Bəyaz diş (roman)
Ağ diş və ya Bəyaz diş — ilk dəfə Cek London tərəfindən 1906-cı ilin may ayından oktyabr ayına qədər The Outing Magazine-də seriyalı şəkildə nəşr edilmiş roman. == Haqqında == "Ağ diş" roman kitabı bir çox dillərə tərcümə edilmişdir. Və bir çox nəşriyyatlar tərəfindən kəşf edilmişdir. Kitabdakı yerlər Rusiya, Kanada və Amerikada yerləşir. Digər qardaşlarından fərqli olaraq boz doğulan canavar balasının hekayəsi danışılır. Bu canavarın adı Ağ dişdir. Ağ diş yarım it ana və canavar atasının övladlarıdır.
Elektrik diş fırçası
Elektrik diş fırçası,bir Diş fırçasıdır ki elektrik enerjisindən istifadə edir,və sürətlə fırça başı hərəkət etmək üçün ya salınan yan tərəfdən, və ya fırlanma-salınım,adətən bir batareya ilə təchiz edilmişdir .
Mərmərə Universiteti Diş Həkimliyi fakültəsi
Diş Həkimliyi fakültəsi (türk. Diş Hekimliği Fakültesi) — Mərmərə Universitetinə bağlı fakültə. 2015-ci ildə köçdüyü Mərmərə Universiteti Başıböyük səhiyyə şəhərciyində 20.000 m2 sahəsi və son nəsil texnoloji infrastrukturu ilə Avropanın aparıcı stamatoloji fakültələrindən biridir. Hər sahədə dünya səviyyəli təhsil verən, ağız və diş sağlamlığında müasir müalicə yanaşmalarını tətbiq edən fakültə, xarici ölkələrdən məzun təhsili üçün yüksək tələbat alır. 1982-ci ildə yaradılan fakültə, qədim və köklü bir tarixə sahib olan universitetdən güc alaraq sürətlə gələcəyin müasir fakültəsi səviyyəsinə çatmışdır. Bununla yanaşı, fakültədə elmi iclaslara, mədəniyyət, incəsənət və idman tədbirlərinə xüsusi əhəmiyyət verilir. Fakültə tələbələri milli və beynəlxalq tədbirlərdə iştirak edir və ev sahibliyi edir. 40 illik tarixə sahib olan diş həkimliyi fakültəsi, Ali Təhsil Şurası tərəfindən keçirilən universitet imtahanı nəticələrinə görə sıralamasında ən üst sıradadır. Bundan əlavə, stamatologiya üzrə ixtisas imtahanı nəticələrinə görə ən uğurlu fakültələrdən biridir. Mərmərə Universiteti Stomatologiya fakültəsində ağız və diş sağlamlığı xidmətləri ilə yanaşı, diş həkimliyi bakalavr təhsili, məzun təhsili və müxtəlif sahələrdə ixtisas proqramları həyata keçirilir.