DODAQVARI
DOĞANAQ
OBASTAN VİKİ
Dodurğa boyu
Dodurğa boyu — Oğuz Xaqan Dastanına görə Oğuzların 24 boyundan biridir. Qaşqarlı Mahmudun qələmə aldığı Divân-ı Lügati't-Türk-ə görə isə iyirmi iki Oğuz boyundan onaltıncı sırada yer alır (Divan-ı Lügati't-Türk'də "Totırka" adı ilə yazılır). Dodurğa kəlməsi "Ölkə almak, Xanlıq qurmaq" mənasına gəlir; Oğuzların Boz-Oxlar qoluna bağlı Dodurğa boyunu, Oğuz Xanın altı oğlundan biri olan Ay Xandan çoxalmış olaraq bilinir. Dodurğa boyunun onqonu (yəni müqəddəs heyvanı) Qartaldır.
Rembert Doduns
Rembert Doduns (nid. Rembert Dodoens; 29 iyun 1517 – 10 mart 1585[…], Leyden, Hollandiya qraflığı) — Belçika botaniki. Rembert Doduns bitkilər üzrə ixtisaslaşmışdır. Herbarium. 1533. Cosmographica in astronomiam et geographiam isagoge. 1548. Den nieuwen herbarius, dat is dboeck van den cruyden. 1549. De frugum historia.
Molla İbrahimxəlil Dodui
Molla İbrahimxəlil Dodui (tam adı: Molla İbrahimxəlil Məhəmməd oğlu, d. 1860, Şəki - ö.1900, Şəki) — “İbrahim” və ya “Dodui” təxəllüslü Şəki şairi. == Haqqında == Molla İbrahimxəlil Məhəmməd oğlu 1860-cu ildə Şəki şəhərinin Dodu məhəlləsində anadan olub. Dodu məhəlləsində doğulduğuna görə də təxəllüsünü Dodui qoyub. Şeirlərini “İbrahim” və ya “Dodui” təxəllüsü ilə qələmə alıb. Ərəb, fars dillərini mükəmnəl bilmiş, məhəllə mollası təyin olmuş, ruhani şair kimi tanınıb. Molla İbrahimxəlil klassik şeirin ayrı-ayrı şəkillərində şeirlər yazıb, lakin əsərləri divan halında toplanmayıb. Şairin əsərlərində diqqət çəkən məqamlardan biri də odur ki, özü ruhanilik etsə də, bəzi mollaların, ruhanilərin naqisliyini, eyiblərini açıq tənqid edib. Buna baxmayaraq o Küdudlu qәryәsindә prixod mollalığına tәyin olunub, ruhanilәr silkinә də daxil olmuşdur. Molla İbrahimxəlil Dodui 1900-cu ildə 40 yaşında vəfat edib.

Значение слова в других словарях