Molla İbrahimxəlil Dodui
Molla İbrahimxəlil Dodui (tam adı: Molla İbrahimxəlil Məhəmməd oğlu, d. 1860, Şəki - ö.1900, Şəki) — “İbrahim” və ya “Dodui” təxəllüslü Şəki şairi.
== Haqqında ==
Molla İbrahimxəlil Məhəmməd oğlu 1860-cu ildə Şəki şəhərinin Dodu məhəlləsində anadan olub. Dodu məhəlləsində doğulduğuna görə də təxəllüsünü Dodui qoyub. Şeirlərini “İbrahim” və ya “Dodui” təxəllüsü ilə qələmə alıb. Ərəb, fars dillərini mükəmnəl bilmiş, məhəllə mollası təyin olmuş, ruhani şair kimi tanınıb. Molla İbrahimxəlil klassik şeirin ayrı-ayrı şəkillərində şeirlər yazıb, lakin əsərləri divan halında toplanmayıb. Şairin əsərlərində diqqət çəkən məqamlardan biri də odur ki, özü ruhanilik etsə də, bəzi mollaların, ruhanilərin naqisliyini, eyiblərini açıq tənqid edib. Buna baxmayaraq o Küdudlu qәryәsindә prixod mollalığına tәyin olunub, ruhanilәr silkinә də daxil olmuşdur.
Molla İbrahimxəlil Dodui 1900-cu ildə 40 yaşında vəfat edib.