Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dolu
Dolu – ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda buz halında düşən atmosfer yağıntısı. == Ümumi məlumat == Dolunun ölçüsü 5 mm-dən 55 mm-ə qədər, bəzən daha çox (130 mm, kütləsi təqr. 1 kq) olur. Azərbaycanda ən çox Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq rayonlarında doluya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə edilir.
Gopu
Gopu- Yaz vaxtı durnaların gəlişini təsvir edən, həm oyun, həm də rəqs xüsusiyyətlərini özündə əks etdirən bu rəqs ta qədim zamanlardan bu günə kimi Azərbaycan xalqının sevə-sevə ifa etdiyi məşhur rəqslər silsiləsinə daxil edilən yallı növüdür. İndi onu yalnız Şərur və Kəngərli rayonlarında ifa edirlər. Bu rəqs oyun tərzinə görə “gopu” adlanır. Adətən qadın və kişilərin iki sıraya düzülüb ifa etdikləri yallıda ifaçıların lovğalıqla, özlərini çəkə-çəkə rəqs etdikləri (gop etdikləri) “Gopu” üç hissədən – asta, orta və cəld hissələrdən ibarətdir. Azərbaycan xalqına məxsus “Gopu” rəqsi Naxçıvan Muxtar Respublikasının Kəngərli Rayonunun Mədəniyyət və Turizm Şöbəsi nəzdində fəaliyyət göstərən folklor kollektivinin repertuarına daxil edilməklə ifa olunmaqdadır.
Basketbol topu
Basketbol topu — basketbol oyunu üçün doldurulmuş top. Narıncı rəngdə olan topun üzərində qara zolaqlarla ayrılmış 8 bölmə olmalı. Top sferik formada olmalı. Topun çəkisi (rəsmi qəbul olunmuş 7 ölçü) 567—650 q , çevrəsi — 749—780 mm -dir. Bəzən daha kiçik ölçülü topdan istifadə olunur: kişi komandalarının oyununda istifadə olunan toplar «7 ölçü » , qadın komandaları üçün — «6 ölçü » . Mini-basketbol oyunlarında — «5 ölçü » istifadə olunur. Basketbol topları iki tipdə olur: ancaq qapalı binalar üçün (ing. indoor) və universal, yəni həm qapalı binalarda, həm də açıq sahələrdə, küçələrdə (ing. indoor/outdoor) oynamaq üçün. == Basketbol topunun ölçüsü == Ümumən basketbol toplarının ölçülərinə görə bölgüsü belədir: Ən böyük ölçü (7 ölçü) rəsmi olaraq kişi komandalarının yaraşı üçün qəbul olunmuş..
Doku Umarov
Əbu Osman Doka Xamadi oğlu Umarov (çeç. Iумаров Хьамади кIант Докка Абу Усман) — Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biri, Qafqaz Əmirliyi adlı qurumun rəhbəri. Doku Osman Xamat oğlu Umarov 1964-cü il aprelin 13-də Çeçenistanda, Şatoy rayonunun Xarsen kəndində doğulub. Qroznı Neft İnstitutununun Memarlıq fakültəsini bitirib. Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biridir. Şəxsiyyət xarakteri dostu və silhdaşı olmuş Şamil Basayevə yaxındır. Birinci çeçen müharibəsi ərəfəsində Ruslan Gelayevin başçılıq etdiyi “Borz” (azərbaycanca: "canavar") polkunda qulluq edib. 1994-cü ildən Rusiya qoşunlarına qarşı vuruşan dəstələrdən birinin başında dayanıb. 1996-cı ildə briqada generalı rütbəsi alıb. Aslan Məshədovun prezidentliyi dövründə tanınmamış İçkeriya Respublikasının Təhlükəsizlik Şurasının katibi olub, daha sonra Cinayətkarlığa Qarşı Mübarizə Qərargahına başçılıq edib.
Dolu (Astara)
Dolu — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Dolu Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin dilində Dələv adlanır. Tədqiqatçılar oykonimi "zəminin Hündürlüyüdur yerindən su axıtmaq üçün açılan yer" kimi izah edirlər, doliv sözü ilə əlaqələndirərək "ağac yarpağı" mənasında izah edənlər də var. == Etimologiyası == Dolu Dəlov adından təhrifdir. Talış dilində dəlöv zəminin hündür yerindən su axıtmaq üçün qazılan çökək yer mənasındadır. == İqtisadiyyatı == Kəndə ilk dəfə olaraq 2020-ci ilin may ayında elektrik enerjisi verilməyə başlanıb.
Dolu (dəqiqləşdirmə)
Dolu — atmosfer yağıntısı. Dolu (Astara) — Azərbaycanın Astara rayonunda kənd. Dolu bələdiyyəsi — Azərbaycanın Astara rayonunda bələdiyyə. Dolu (film, 2012) —Aqil Abbasın eyniadlı romanının motivləri əsasında Qarabağ müharibəsi mövzusunda çəkilmiş film.
Dolu (yağıntı)
Dolu – ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda buz halında düşən atmosfer yağıntısı. == Ümumi məlumat == Dolunun ölçüsü 5 mm-dən 55 mm-ə qədər, bəzən daha çox (130 mm, kütləsi təqr. 1 kq) olur. Azərbaycanda ən çox Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq rayonlarında doluya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə edilir.
Dolu bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Döyüş topu
Döyüş topu — ağir artileriya silahı. Böyük güllə şəklində olan ağır mərmiləri uzaq məsafəyə atmaq üçün yaradılmışdır. İlk dəfə Çində və Avropada istifadə edildi. == Mənbə == Chase, K. W. Firearms: a Global History to 1700. — Cambridge University Press. — 2003. — 290 p. — ISBN 0521822742 Kelly, Jack. Gunpowder: Alchemy, Bombards, and Pyrotechnics: The History of the Explosive that Changed the World. — Basic Books.
Futbol topu
Futbol topu — futbol oynamaq üçün top. Onun parametləri futbol qaydalarının ikinci qaydasına görə müəyyən olunur. Futbol topunun çevrəsi 68 ilə 70 santimetr, çəkisi 410 ilə 450 qram arasında olmalıdır. == Tarix == Futbolun inkişafının ilkin mərhələsində topu heyvanların sidik kisələrindən düzəldilirdi; amma belə toplar, güclü zərbə vuranda, tez sıradan çıxırdı. Topun istehsalı, 1838-ci ildə Çarlz Qudier tərəfindən vulkanizasiya edilmiş kauçuk kəşf edəndən sonra, daha keyfiyyətli oldu. 1885-ci ildə Qudier rezindən hazırlanmış topu təqdim edir. Topun rezindən hazırlanması onun sıçrayış keyfiyyətini və möhkəmliyini artırdı. 7 ildən sonra Riçard Lindon ilk hava ilə doldurulan top üçün rezin kamera hazırlamışdı. Sonra o kamera üçün nasos hazırladı və Londondakı sərgidə medal qazandı. Kauçuk və hava ilə doldurulan kameralar saəsində futbol topunun sənayə istehsalı üçün lazımi texniki şərait yaranıb.
Günorta topu
Günorta topu (ingl. Noonday Gun) - Honkonqda görməli turistik zonasındadır. Kozuey-Bəydə rayonunda yerləşir. Top «Jardine Matheson» kompaniyası tərəfindən düzəldilib. == Tarixi == Günorta topunun yerləşdiyi zona heç vaxt İst-Poynt adlanmayıbdır. İst-Poynt ilk torpaq hissəsi olmuşdur. 1841-ci ildə koloniya admistrasiya yaranıb. Bu torpaq «Jardine Matheson» kompaniyası tərəfindən alınmışdır. Hal-hazırda keçmiş adı "İst-Poynt" istifadə olunmur. Landşaftın dəyişməsi və meliorativ tədbirlərin həyata keçirilməsi ərazi tamamilə dəyişib.
Hücum topu
Üstünə top və ya haubitsa yerləşdirilmiş bir motorlu nəqliyyat vasitəsinə bağlanmış və ya zirehli şassiyə hücum topu deyilir. Ən vacib vəzifəsi döyüş zamanı birbaşa düşmənlə vuruşaraq qarşıdakı piyada birliklərinə dəstək verməkdir. Tarixdə əsasən, hücum topları tank şassisinə quraşdırılmış top və ya haubitsalardan ibarət olmuşdur. Buradakı ən vacib məqsəd ucuz olmaqla birlikdə daha az mexaniki problemlər yaratması idi. Ümumi zirehinin zəif olmasına görə bu silahların qabaq hissələrinə daha qalın ön müdafiə əlavə edilərək və daha güclü silahlarla təchiz olunmuşdurlar.
Jeremi Doku
Jeremi Doku (27 may 2002, Antverpen, Flamand regionu[d]) — Belçika Birinci Divizounu təmsilçilərindən olan Anderlext klubunda hücumçu kimi çıxış edən peşəkar Belçika futbolçusudur. == Klub karyerası == === Anderlext === Doku öz futbolçu karyerasına Antverpen şəhərinin yerli klublarında start vermişdir. Doku 2012-ci ildə 10 yaşı olarkən Anderlext klubu ilə müqavilə imzalamışdır. O, öz peşəkar karyerasında debütünü 25 noyabr 2018-ci ildə 16 yaşı olarkən Sent-Trüyden klubuna qarşı oyunda etmişdir. O, 78-ci dəqiqədə Yari Verşereni əvəz etmişdir. Belçika Birinci Divizounu görüşündə Anderlext rəqibinə 2-4 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Doku Belçikada anadan olmuşdur. Valideynləri də Qana vətəndaşlarıdır. Doku Belçika U-17 millisi ilə 2018 UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. == Karyera statistikası == === Klub === 7 dekabr 2018 tarixində yenilənib1UEFA Avropa Liqası görüşləri daxildir.
Paris topu
Paris topu, Almanların Birinci Dünya Müharibəsi dövründə 1918-ci ilin Mart və Avqust ayları arasında Paris şəhərini bombalamaq üçün istifadə etdikləri bir dəmir yolu topudur. Kayser Wilhelm topu olaraq da bilinən topun bombardmanı zamanı 250 mülki şəxs ölmüş və 620 nəfər yaralandı. Parisə 128 km məsafədən 320-367 dəfə atəş açmış və şəhərdə geniş çaxnaşmaya səbəb olmuşdur. Çünki atəş açılan zaman yaranan səs bu məsafədən eşidilirdi. Top; təxminən 1 tonluq mərmisini 130 km məsafəyə ata bilirdi. Fransa ilə baş verən qarşıdurmada bir istisna edilmiş və 2 km irəli gətirilən top 128 km-dən atəş açaraq Parisi bombaladı və atışları da mükəmməl idi. Tarixi boyunca təxminən 850-900 fransız əsgərini öldürən top Adolf Hitler tərəfindən uğursuz sayıldı və qısa müddət sonra top istifadədən çıxarıldı. Top mərmisini göndərdikdə, mərmi lülədən böyük sürətlə çıxırdı və təxminən 3 - 3,5 saniyə sonra stratosferə girdi. Topu istifadə etmək üçün təxminən 45 işçi lazım idi. Kruppun zavodlarında istehsal edilmişdir.
Qar topu
Qartopu döyüşü — oyundur, bir-birinə qartopu ataraq hansında ki, adətən iki komanda iştirak edir. Oyun olur, bir qayda olaraq, qışda, o vaxt, haçan ki, qar yaxşı yapışır (adətən mülayim hava vaxtı). Alovlu döyüşün oxşatmasını təşkil edir. İştirakçıların sayı üzrə dünya rekordu 10 fevral 2006-cı ildə Miçiqan texnologiya universitetində təyin edilmişdi, oyunda 3745 tələbə və uşaq iştirak edirdi.
T topu
T — futbol topu Bu top ilk dünya çempionatında istifadə edildiyi üçün çox önəmlidir. Dəri və ağır olan bu top ilk mundialın finalında böyük ajiotaj yaratdı. Belə ki, topdan şikayət edən Argentina və Uruqvay yığmaları ilk hissədə “albiselesta”nın, ikinci hissədə isə uruqvaylıların şəxsi topu ilə oynamalı oldular.
Tank topu
Tank silahı və ya tank topu — bir tankın əsas silahıdır. Müasir tank silahları kinetik enerjili nüfuzedicilər (KE mərmisi), yüksək partlayıcılı tank əleyhinə mərmilər və bəzi hallarda idarəolunan raketləri ata bilən böyük çaplı yüksək sürətli silahlardır. Hava hücumundan müdafiə silahları da tanklara quraşdırıla bilər. Tank silahları yüngül zirehli texnika və xüsusilə digər ağır zirehli tanklar da daxil olmaqla bütün mənzillərdə müxtəlif yer hədəflərini məjv etmək üçün hər zaman birbaşa atəş rejimində istifadə olunurlar. Zirehli silah taretinin məhdud sərhədlərinə yerləşdirilmək üçün mümkün qədər kompakt və yüngül paketdə dəqiqlik, məsafə, nüfuz və sürətli atəş təmin etməlidirlər. Tank silahları tez-tez özündə olan döyüş sursatından istifadə edir və sürətli yenidən yüklənməyə imkan verir (və ya avtomatik yükləyicilərin istifadəsi).
Voleybol topu
Voleybol topu — anlayışı ümumi anlayışdır. Belə ki, bu termin həm klassik voleybola (zal voleybolu), həm də çimərlik voleyboluna aid edilir. Voleybol topunun çevrəsi 65-67 sm, ağırlığı isə 260-280 q-dır.Voleybol topu basketbol və futbol toplarına görə daha yumşaq və elastik olur. Çətin sıxılan bu toplar qüvvətli zərbə zamanı asanlıqla yerə dəyib göyə qalxa bilirlər.
Dop sülaləsi
Dop sülaləsi, Dəfnə sülaləsi və ya Dopyanlar (erm. Դոփյաններ, Դաւփեանք) – XII – XVI əsrlərdə Xaçında hakimiyyətdə olmuş knyaz sülaləsi. Dop sülaləsinin nümayəndələri Yuxarı Xaçın və Zod ərazisinin hakimləri olmuşlar. == Tarixi == Dop sülaləsi adını Yuxarı Xaçın knyazı I Həsənin xanımı Dop xatunun (Դաւփ – Dop Dəfnə adının erməni dilinə uyğunlaşdırılmış formasıdır.) adından almışdır. Dop özü isə Sarkis Zaxari-Dolqaruki və Saakanduxt Artsruninin qızı olmuşdur. Əri I Həsənin ölümündən sonra Dop xatun Yuxarı Xaçının (Zar) hakimi olmuşdur. Bu tarixdən sonra Yuxarı Xaçının hakim sülaləsi Dop sülaləsi (Dopyanlar) adlanmışdır ki, bu dünya tarixində qadın adı ilə adlandırılmış çox az sülalələrdən biridir. Dop sülaləsi çiçəklənmə dövrünü XIII əsrdə — Qafqazda monqol hökmranlığı dövründə yaşamışdır. I Həsən və Dop xatunun oğlu I Qriqor Dop və Saak Sevadanın oğlu birlikdə monqol sərkərdəsi Baycu noyonun Mesopotamiya yürüşündə (1242–1243) iştirak etmişdi. Sülalənin ən məşhur knyazları II Həsən, II Qriqor və III Həsən hesab olunur.
En Dou
En Dou (d. 1 may 1971) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == En Dou, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra En Dou, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Almaniya hip-hopu
Almaniya hip-hopu (alm. Deutscher Hip-Hop‎) — hip-hop musiqi janrının növü.
Azərbaycan hip-hopu
Azərbaycan hip-hopu və ya Azərbaycan repi — hip-hop musiqi janrının növü. 1983-cü ildə ildə Çingiz Mustafayev dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrında mahnı səsləndirib. 1990-cı illərin ortasında Azərbaycan hip-hopu ölkədə məşhurluq qazanmışdır. == Tarixi == 1983-cü ildə ildə Çingiz Mustafayev dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib. 1993-cü ildə Anar Nağılbazın "Kasıbların mahnısı" adlı mahnısı və kütləyə təqdim olunan albomu Azərbaycanda hip-hopa marağı artırmışdı. Daha sonra 1990-cı illərdə vətənpərvər musiqi yarışmasında qalib gələn "Dəyirman", "Ya Qarabağ, Ya Ölüm" adlı mahnısı ilə populyarlıq qazandı.2000-ci illərdə "Mən də varam" kimi televiziya verilişləri və kütləvi repçilərin ortaya çıxmasına baxmayaraq, yalnız Elşad Xose, Uran və Hüseyn Dərya kimi repçilər böyük uğur əldə etmişdi. Ölkədə janrın populyarlığına baxmayaraq, Azərbaycanda rep kommersiya şəklini almayıb. 2000-ci illərin sonunda H.O.S.T. qrupu Azərbaycan musiqi səhnəsində populyarlıq qazandı.2010-cu illərdə repçi Miri Yusifin reqqi və soul-pop janrlarından ibarət olan "Karma" albomu Azərbaycanın musiqi çartlarıda birinci yeri tutmuşdur. 2011-ci il dekabr ayının 11-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və "İrəli" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Əfsanə geri dönür" şüarı altında "Leyli və Məcnun" hip-hop müziklının premyerası baş tutmuşdur. Tamaşada Leyli obrazını Natəvan Həbibi, Məcnunu Elşad Xose, Məcnunun atası rolunu Alim Qasımov, Leylinin atasını meyxana ustası Ağamirzə ifa ediblər.
Azərbaycan hip hopu
Azərbaycan hip-hopu və ya Azərbaycan repi — hip-hop musiqi janrının növü. 1983-cü ildə ildə Çingiz Mustafayev dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrında mahnı səsləndirib. 1990-cı illərin ortasında Azərbaycan hip-hopu ölkədə məşhurluq qazanmışdır. == Tarixi == 1983-cü ildə ildə Çingiz Mustafayev dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib. 1993-cü ildə Anar Nağılbazın "Kasıbların mahnısı" adlı mahnısı və kütləyə təqdim olunan albomu Azərbaycanda hip-hopa marağı artırmışdı. Daha sonra 1990-cı illərdə vətənpərvər musiqi yarışmasında qalib gələn "Dəyirman", "Ya Qarabağ, Ya Ölüm" adlı mahnısı ilə populyarlıq qazandı.2000-ci illərdə "Mən də varam" kimi televiziya verilişləri və kütləvi repçilərin ortaya çıxmasına baxmayaraq, yalnız Elşad Xose, Uran və Hüseyn Dərya kimi repçilər böyük uğur əldə etmişdi. Ölkədə janrın populyarlığına baxmayaraq, Azərbaycanda rep kommersiya şəklini almayıb. 2000-ci illərin sonunda H.O.S.T. qrupu Azərbaycan musiqi səhnəsində populyarlıq qazandı.2010-cu illərdə repçi Miri Yusifin reqqi və soul-pop janrlarından ibarət olan "Karma" albomu Azərbaycanın musiqi çartlarıda birinci yeri tutmuşdur. 2011-ci il dekabr ayının 11-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və "İrəli" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Əfsanə geri dönür" şüarı altında "Leyli və Məcnun" hip-hop müziklının premyerası baş tutmuşdur. Tamaşada Leyli obrazını Natəvan Həbibi, Məcnunu Elşad Xose, Məcnunun atası rolunu Alim Qasımov, Leylinin atasını meyxana ustası Ağamirzə ifa ediblər.
Britaniya hip-hopu
Britaniya hip-hopu (ing. British hip hop) — hip-hop musiqi janrının növü.
Büyük Doğu (jurnal)
"Büyük Doğu" (azərb. Böyük şərq‎) — Türkiyədə sağçı mühafizəkar siyasi nəşr. Gündəlik qəzet kimi başlamış, sonradan həftəlik jurnal kimi fəaliyyətə keçmişdir. Nəşr onun təsisçisi Nəcib Fazil Qısakürək üçün öz arqumentlərini və fikirlərini yaymaq üçün bir platforma idi. Nəşr 1943–1978-ci illərdə müəyyən fasilələrlə dövriyyədə olmuş və cəmi 512 nörmə çıxarmışdır. == Tarix və profil == "Büyük Doğu" ilk dəfə 17 sentyabr 1943-cü ildə Allaha bağlı və yeni dünyagörüşü olan müsəlman türk xalqları üçün bir qəzet olmaq məqsədi ilə gündəlik nəşr olunmağa başlamışdır. Qurucu Türkiyədə aparıcı sağçı və mühafizəkar şəxsiyyət Nəcib Fazil Qısakürək idi. "Büyük Doğu"nun müəllifləri arasında bir çox aparıcı jurnalist və yazıçılar var idi: Ziya Şakir, Mahmut Yəsari, Rəşad Əkrəm Qoçu, Nurullah Berk, Hilmi Ziya Ülkən, Mehmet Faruk Gürtunca, Suphi Nuri İləri, Hüseyn Cahid Yalçın, Nizaməddin Nazif, Nicat Muhsinoğlu, Peyami Safa, Şükrü Baban, Burxan Belge, Kazım Nami, Saleh Zəki, Tofiq Fikrət, Özdəmir Asəf, İsgəndər Fikrət, Kənan Harun, Salah Birsəl, Mehmet Turxan və Səid Faiq. Başqa bir mühafizəkar jurnal olan "Sebilürreşaddan" əlavə, islamçı jurnalist Cevat Rıfat Atilhan da jurnal üçün yazmışdır. "Böyük Doğu"da bu qədər müxtəlif yazarların məqalələri dərc olunsa da, məqalələrin əksəriyyətini çoxsaylı təxəllüslərdən istifadə edən Nəcib Fazil Qısakürək yazmışdır.2 noyabr 1943-cü ildə "Büyük Doğu" qəzeti Nəcib Fazil Qısakürək tərəfindən müxtəlif təxəllüslərlə yazdığı yazılara görə qadağan edilmişdir.
Diş çöpü
Kürdan və ya Diş çöpü — Adətən bir yeməkdən sonra dişdən səpintinin aradan qaldırılması üçün istifadə edilən taxta, plastik, bambuk, metal, sümük və ya digər maddədən hazırlanan kiçik bir çubuq.
Qadın döşü
Qadın döşü (lat. Mamma) – qadında olan vacib artım bölgəsidir. Qadınların döşlərinə bir çox tarixi mənbələrdə və rəssamların əsərlərində rast gəlinir. Qadındakı döşlər kişilərə nisbətən daha erogen zonalardır. Onun görünüşü kişi və qadında seksuallığın artımına səbəb olur. Bəzi ölkələrdə qadın döşlərinin çılpaq olması adi hal kimi qəbul edildiyi halda, bəzi ölkələrdə isə bunu mədəniyyətsizlik kimi qiymətləndirirlər. Kanadanın "Tоpfree Equal Rights Assоciatiоn" adlı təşkilatı qadınların kəmərə kimi çılpaq olmasının kişilərdən fərqlənmədiyini bildirərək, bunu normal hal kimi qəbul edir və bunun uğrunda mübarizə aparır. Qadın döşlərinin artımı "Tanner miqyasında" 5 dövrə bölünür. == Süd istehsalı == Döşlər doğum edən qadınlarda süd istehsal edirlər, bu funksiya kişi sinələrində yoxdur. Hormonal təsiri olan bəzi dərmanlar həm kişilərdə, həm də hamilə olmayan qadınlarda bəzən süd istehsalına səbəb olur.
Qarayara çöpü
Qarayara çöpü - elmi adı 'Bacillus anthracis' olan qrammüsbət, sporlu bakteriya. Qarayara xəstəliyinin törədicisidir. İnsanda qarayara xəstəliyi törədən mikrobun kulturası Robert Kox tərəfindən 1877 ci ildə əldə edilmişdir. Qarayaranın lat. Bacillus anthracis törədici mikrobu növünə, lat. Bacillaceae ailəsinə aid olub, ucları düzbucaq altında xarakterik kəsilmiş, uzunluğu 3-10 mkm, eni 1-1,5 mkm olan iri hərəkətsiz çöpdür. orqanizmdə inkapsullaşmış tək-tək çöplərə və ümumi kapsul ilə əhatələnmiş 2-3 mikrobdan ibarət zəncirə təsadüf edilir. Basillərin gövdələrinin ucları təmas yerlərində azca qalındır və zəncir bambuk əl ağacını xatırladır. Xarici mühitdə lat. Bacillus anthracis 0,8-1x1,3-1,5 mkm ölçüsündə sporlar əmələ gətirir, qrammüsbətdir, anilin boyalarla yaxşı rənglənir.
Taun çöpü
Taun çöpü (lat. Yersinia pestis, 1967-ci ildən qabaq Pasteurella pestis) — enterobakteriyalar fəsiləsindən qrammənfi bakteriya, taunun törədicisidir. Fakultativ anaerobdur. 1894-cü ildə alim Aleksandr Yersen kəşf etmişdir, üç biovarı məlumdur. Patogenliyi iki faqositoz antigeni (F1 və VW) ilə bağlıdır. Bakteriya antifaqositoz seliyi əmələ gətirir. A kateqoriyalı, olduqca təhlükəli patogendir.
Çöpü (Bicar)
Çöpü (fars. چوپي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (23 ailə). Əhalisini kürdlər təşkil edir.