1. Hərləndirmək, fırlandırmaq, aylandırmaq, dövr etdirmək. Çarxı dolandırmaq.
– O əllər … cəhrə dolandırmaqdan, lülə sarımaqdan qabar olub ağaca dönmüşdür!
// Gəzdirmək. Uşağı apar, bağda dolandır, gətir.
– Qurbanəli bəyin nökəri kəhər atın cilovundan yapışıb, bir az kənarda dolandırırdı.
// Döndərmək, çevirmək.
Üzünü dolandırıb mənə dedi… □ Gözünü (gözlərini) dolandırmaq – bax göz.
2. dan. İdarə etmək. Ölkəni dolandırmaq. İşləri dolandırmaq.
– Onu göndərdilər ki, azarlamış müəllimin yerini birtəhər dolandırsın…
// Yola vermək. Onu birtəhər dolandır.
3. Dolanacağını təmin etmək, saxlamaq. Ailəni dolandırmaq. – Yaz ağzı molla bazardan bir ikicanlı keçi alır ki, südü ilə uşaqlarını dolandırsın. “M.N.lətif.”.
[Durna] ərindən sonra özündən başqa Fərmanı da dolandırmalı olmuşdu.
4. məc. Aldatmaq, başını tovlamaq.
Hər zaman Zeynal [Mehribanı] bir taqım quru və boş vədələr ilə dolandırırdı.
◊ Baş(ını) dolandırmaq – bax baş.
Başda dolandırmaq – bax baş.