Konstantin və Doruntina
Konstantin və Doruntina (albanca: Kostandini dhe Doruntina) və ya Konstantinin Besası (albanca: Besa e Kostandinit) — alban ballada və əfsanəsi. Əsərin bayağı versiyası da mövcuddur. Əfsanə həmçinin aşağdaki variantlardaki kimi də nəql edilir:
İsmayıl Kadarenin müəllif olduğu "Doruntinanı kim geri qaytardı?" (albanca: Kush e solli Doruntinën?) adlı romanı kimi.
1988-ci ildə Albaniya Milli Teatrında göstərilmiş və Kadarenin eyni adlı romanının motivlərinə əsaslanmış teatr əsəri kimi. Bu versiya Albaniya xalq artistləri Edmond Budinaya və Pirro Maniyə məxsus idi.
== Məzmun və mənası ==
Doruntina özü də daxil olmaqla 13 uşaqlı ailənin yeganə qızıdı. Doruntinaya xarici şahzadə ilə nikah bağlamaq təklifi gələndə, ailədə heç kəs onun belə uzağa gedməsinə razılıq vermir. Təkçə on iki qardaşın ən kiçiyi Konstantin onu xoşbəxt etmək istəyir və söyləyir ki, anası qızını istənilən vaxt görmək arzulayarsa, onu həmən yanına gətirəcək. Axırda anası Konstantinin vədinə inanıb, nikaha razılıq verir.
O zaman on iki qardaşın hamısı evlənmə ilə razılaşır, amma tezliklə onların hamısı Konstantinlə birgə müharibədə ölürlər.