DOVŞANKƏLƏMİ

сущ. бот. заячья капуста, очиток; dovşankələmi fəsiləsi бот. семейство толстянковых
DOVŞANGÖZ
DOVŞANKİMİLƏR
OBASTAN VİKİ
Dovşankələmi
Dovşankələmi (lat. Crassula) — daşdələnçiçəklilər sırasının dovşankələmikimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Cənubi Afrika, Cənub və Mərkəzi Amerika, və yalnız bəzi növlər hərdən Mərkəzi Avropada rast gəlinir. == Botaniki təsviri == Dovşankələmi cinsinə daxil olan bitkilər kol və ya ot bitkiləridir. Bu cins özündə 800-ə yaxın bitki cəmləşdirir. Öz adını bitki yarpaqlarının turşməzə dadına görə alıb. Birillik və ya çoxillik nümayəndələri mövcuddur. Əksər hallarda ot növlərinə rast gəlinir. Onları dekorativ-yarpaqlı nüsxələr kimi böyüdürlər. Növlərin əksəriyyəti üç-dörd yarpaqlı olur.
Lənkəran dovşankələmi
Steven dovşankələmi
Steven dovşankələmi - (lat. Sedum stevenianum) Çoxillik bitkidir. Kökümsovu nazik, çox budaqlanandır. Gövdəsi incə, qırmızıtəhər, hündürlüyü 6 sm-ə qədər, sərilən, sürünən və ya qalxandır. Yarpaqları qarşı-qarşıya düzülən, oturaq, 3–7 mm uzunluqda, 4 mm-ə qədər enində, qısa saplaqlı, oval və ya tərsyumurtavari və ya belvari, tamkənarlı, nadir hallarda qırmızımtıldır. Çiçəkqrupu az çiçəkli, 3-5 çiçəkli, bəzən təkdir. Ləçəkləri 5–6 mm uzunluqda, uzunsov-lansetvari, çəhrayı və ya tünd fırfır rənglidir. Erkəkcik 10 ədəd, tozluqları fırfır rəngli, tacdan qısadır. BQ qərbi, BQ Quba sahəsinin rayonlarında subalp və alp qurşaqlarında yayılmışdır. Çınqıllı yamaclarda, qaya töküntülərində və çatlarında bitir.
Zoğlu dovşankələmi
Zoğlu dovşankələmi — (lat. Sedum stoloniferum) Çoxillikdir. Kökümsovu uzun, sürünən, milşəkillidir. Gövdəsi düz və ya qalxankimi, hündürlüyü 10–20 (30) sm, aşağı hissədə bəzən sərilən və ya sürünən, çılpaq və qırmızımtıl rənglidir. Yarpaqları qarşıqarşıya düzülmüş, çılpaq, qısa saplaqlı və ya saplaqvari daralmış, kənarları tam və ya çox vaxt küt və ya dairəvi-dişli, 5–17 (20) mm uzunluqda, 10 mm-ə qədər enində, kənarları çox dar ağ haşiyəlidir. Çiçəkqrupu çətirvari, meyvə verən zaman qırmızımtıl rənglidir. Çiçəkləri demək olar ki, oturaq və ya saplaqlıdır. Ləçəkləri 5–8 mm uzunluqda, lansetvari-xətli, kütvari sivriləşmiş, çəhrayı rənglidir. Erkəkciklər 10 sayda, 2 dəfə ləçəklərdən qısa, tozluqları tünd və ya qaratəhər fırfır rənglidir. Meyvəcikləri uzunsov-ulduzşəkillidir, 5–6 mm uzunluqda, yumurtavari-uzunsov, buruncuğu var və qarın hissəsində 2 qabarıqlığı var.
Dovşankələmikimilər
Dovşankələmikimilər (lat. Crassulaceae) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Təbii yayılması == Cənubi Afrika, Meksika və Aralıq dənizi ölkələrinin quru, daşlıq yerlərində yayılan 35 cinsi və 1400 növü məlumdur. == Botaniki təsviri == Dovşankələmikimilərin çiçəkləri müntəzəmdir. İkicinsli, az-az hallarda bircinsli, ikievli bitkilərdir. Sadə, qarşılıqlı düzülmüş yarpaqları ətli, gövdəsi şirəli olur. Çiçəkləri ikiqat yanlıqlı, çox vaxt ikicinsiyyətli, beşüzvlüdür, ayrı-ayrı hallarda 3-4-6 üzvü olur. Kasacıqları sərbəstdir ya da nadir hallarda aşağıdan bitişikdir. Ləçəkləri sərbəstdir və ya az-çox bitişikdir. Erkəkcikləri 10, bəzən 6-8-12 və ya 20-dir.

Значение слова в других словарях