1. Duyğu hissi iti olan, tez duyan, ayıq.
2. Xəbər. Kəndə duyuq yayıldı.
◊ Duyuq düşmək – duymaq, xəbər tutmaq, xəbərdar olmaq. Adamlar bu işdən duyuq düşdülər.
Bunlar divardan aşanda qazamat qulluqçuları duyuq düşdülər. “ ”.
Duyuq düşsə əgər verməzlər rüsxət; Unutma, gah-gahi düşəndə fürsət.
[Yusif:] Onsuz da bizim işçilər duyuq düşüblər, onları gözdən qoymurlar.
Duyuq salmaq – ayıltmaq, xəbərdar etmək.
Xırda çıxışlarda bulunmaq isə düşməni vaxtından əvvəl duyuq sala bilər.
Bir soldatı öldürərsə, düşmənin zabitini duyuq salıb əldən çıxara bilərdi.
Duyuq vermək – bax duyuq salmaq.
Qaraxan papirosunun kötüyünü sümürdü və: – Bəs niyə axşamdan duyuq verməmisən, – dedi, – isti-isti axtaraydıq.