DƏMİRÇİ
DƏMİRƏLİ
OBASTAN VİKİ
Sevda Dəmirəl
Sevda Dəmirəl (türk. Sevda Demirel) — məşhur Türkiyəli model və kino aktrisa. == Həyatı == == Filmoqrafiya == Hiç Bana Sordun mu? (1997) Altın Vuruş (1998) Tutku Suçları (2000) Otostop (1996) Tatlı Kaçıklar (1996) Bay E (1995) === TV Serialları === == Xarici keçidlər == "Emniyet'te 'Sevda' soruşturması" (türk). sabah.com.tr. 1997-07-08. 2018-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-30. "Emniyette `Sevda' depremi" (türk). milliyet.com.tr.
Süleyman Dəmirəl
Süleyman Dəmirəl (türk. Süleyman Demirel, 1 noyabr 1924[…], İslamköy[d], İsparta ili – 17 iyun 2015[…], Ankara) — Türkiyə Respublikasının 9-cu prezidenti (1993–2000), müxtəlif dövrlərdə 5 dəfə Türkiyənin baş naziri, siyasi xadimi. AMEA-nın Fəxri üzvü. == Həyatı == 1924-cü il noyabr ayının 1-də İsparta şəhərində anadan olub. 1964-cü ildə "Ədalət" partiyasının rəhbəri, 1965-ci ilin fevral ayında baş nazirin müavini və həmin ilin oktyabr ayında baş nazir vəzifələrində çalışmışdır. Onun tələbələrin iğtişaşı, vətəndaş anarxiyası, sol təmayüllü qüvvələrin təbliğatı və siyasi terrorizmə qarşı uğursuz cəhdləri 1971-ci ildə sağ təmayüllü hökumətin istefası ilə nəticələnmişdir. 1975–1980-ci illərdə o, yenidən fasilələrlə koalisyon hökumətin baş naziri vəzifəsində çalışmağa başlamışdır. 1980-ci ildə vətəndaş hərcmərcliyi silahlı çevrilişlə nəticələndiyi zaman (1980–1983) Süleyman Dəmirəl siyasətdən sıxışdırılıb çıxarıldı, 1987-ci ilədək isə siyasətdən tam uzaqlaşdırıldı. 1987-ci ildən o, "Doğruyol" partiyasının rəhbəri seçilmişdir. 1990–1993-cü illərdə Süleyman Dəmirəl yenidən baş nazir təyin olunmuş, 1993–2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilmişdir.
Volkan Dəmirəl
Volkan Dəmirəl (27 oktyabr 1981, İstanbul, Türkiyə) — Türkiyə futbolçusu. Türkiyə milli futbol komandasının qapıçısı. Fənərbaxçadakı ilk rəsmi oyununa 26 aprel 2003-cü ildə Samsunspora qarşı çıxıb. == Futbol üzrə Avropa çempionatı 2008 == Futbol üzrə Avropa çempionatı 2008-də A qrupunda mübarizə aparan Türkiyə yığmasının heyətində 3 oyunda meydana çıxıb. Türkiyənin Çexiya yığmasına qarşı keçirdiyi və 0-2 hesabı ilə məğlub durumda olsa da sonda 3-2 hesabı ilə qələbə qazandığı oyunun 92-ci dəqiqəsində Jan Kolleri dartıb yıxdığına görə qırmızı vərəqə ilə cəzalandırılıb. Oyunu tərk edən Volkanın yerinə hücumçu Tuncay Şanlı qapıçı dayanıb. Bundan sonra Türkiyənin çempionatda keçirdiyi növbəti iki oyununu buraxmalı olub.
Süleyman Dəmirəl Universiteti
Süleyman Dəmirəl Universiteti (türk. Süleyman Demirel Üniversitesi) ya da qısaca SDÜ — Türkiyənin müxtəlif şəhərlərində 22 yeni universitetin quruluşunu təşkil edən 3837 saylı qanunun 11 İyul 1992-ci ildə qüvvəyə minməsi ilə birlikdə Isparta şəhərində Süleyman Demirel Universiteti qurulmuşdur. Bu yeni universitetə İsparta şəhərində doğulmuş, Türkiyənin 9-cu prezidenti olmuş Süleyman Dəmirəlin adı verilmişdir. == Tarix == Süleyman Dəmirəl Universitetinin və Türkiyənin ən inkişaf etmiş fakültələrindən olan Mühəndislik və Memarlıq Fakültəsi 1418 saylı qanuna uyğun olaraq 21 Fevral 1976 tarixində "İsparta Dövlət Mühəndislik və Memarlıq Akademiyası"adı altında qurulmuşdur. Akademiya bir müddət sonra 2547 saylı Qanuna əlavə olaraq çıxarılan 41 saylı Qanun əsasən 1982-ci ildə Antalyanın Akdeniz Universitetinin tərkibinə alınaraq "Isparta Mühəndislik Fakültəsi" adını almışdır. 11.7.1992 tarixində 3837 saylı Qanuna əsasən Süleyman Demirel Universitetinin qurulması ilə Mühəndislik-Memarlıq Fakültəsi adı altında SDÜ'nin tərkibinə girmişdir. == Fakültələr və kafedralar == Süleyman Dəmirəl Universitetində 18 fakultə, 6 araşdırma intistututu, 35 kafedra mövcuddur.
Süleyman Dəmirəl Universiteti (Qazaxıstan)
Süleyman Dəmirəl Universiteti (türk. Süleyman Demirel Üniversitesi;qaz. Сүлейман Демирел атындағы Университет)—Qazaxıstanın Almatı şəhərində özəl bir universitetdir. Türkiyənin keçmiş baş naziri və prezidenti Süleyman Dəmirəlin adını daşıyır. Universitet 1996-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin təşəbbüsü ilə yaradılıb. == Təqdim olunan proqram növləri == SDU tam zamanlı dərəcə proqramları təklif edir. Lisenziya dərəcələri xüsusi peşələrə ayrılan dörd fakültədə tədris olunur. Universitet binası və kampus genişləndirilir, yəni başqa sahələrin də əlavə olunacağı gözlənilir. Magistr dərəcələri SDU-da səkkiz sahədə əldə edilə bilər və ingilis dilində tədris olunur. SDU Dil Məktəbində akademik və işgüzar məqsədlər üçün İngilis və Türk dilini öyrənmək niyyətində olan hər kəs üçün qabaqcıl dil kursları təklif olunur.
втяжно́й касси́рша ки́тчевый обвёртываться отхлёбывание проектиро́вщица раскрепоще́ние финики́йка бати́стовый ве́чный грандио́зный зака́тистый сверхуро́чные систематизи́рованность со вся́чиной стена́ть шестидюймо́вый древний intrepidity motor hotel seat tail up каретка комната схимник