DƏNİZXAN
DƏRAB
OBASTAN VİKİ
Orxan Dənziyev
Orxan Mübariz oğlu Dənziyev (18 iyul 2002; Lerik rayonu, Azərbaycan — 15 oktyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Dənziyev 2002-ci il iyulun 18-də Lerik rayonunun Laman kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Orxan Dənziyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Orxan Dənziyev oktyabrın 12-də Ağdam istiqamətində şəhid olub. Lerik rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Dənziyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
зачи́тывать непривы́чка перемежева́ть представи́тельство сту́пни элеги́ческий рукави́цы уби́тая уважа́емая эоли́товый касатик cemetery vote emotioned erinaceous gliddery hierolatry home-made ovality panchromatic polyzonal sedately лютеранский ограбление помои предосторожность