Qəzetdə Fərman haqqında bir məqalə dərc olunmuşdu.
Dərc etdirmək – qəzetdə, ya məcmuədə çap etdirmək. Məqaləni qəzetdə dərc etdirdi.
Dərc etmək – qəzetdə, ya məcmuədə çap etmək.
“Kəşkül” “Əkinçi”nin yolunu davam etdirərək, öz səhifələrində gerilik əleyhinə kəskin məqalələr dərc edirdi.