DƏRİNLƏŞDİRMƏK

f.
1. Daha dərin etmək, dərinliyini artırmaq. Quyunu dərinləşdirmək. Çayı dərinləşdirmək.
2. məc. Daha da şiddətləndirmək, daha da artırmaq (qüvvətləndirmək, ciddiləşdirmək, ağırlaşdırmaq). Mübahisələri dərinləşdirmək. Ziddiyyəti dərinləşdirmək.
– Rəşid … ortaya nifaq toxumu saçır, ər ilə arvad arasında uçurumu dərinləşdirirdi. S.Hüseyn.
Sərdar Rəşidin Təbrizdən yığışıb Tehrana getmək istəməsi mənim fəlakətimi daha da dərinləşdirdi. M.S.Ordubadi.

DƏRİNLƏŞDİRMƏ
DƏRİNLƏŞMƏ

Значение слова в других словарях