DƏYİŞDİRMƏ

fi. changing, exchange; (qarşılıqlı) interchange; (əmtəəni əmtəəyə) barter, bartering, swap, swapping; replacement; substitution

DƏYİŞDİRİLMƏK
DƏYİŞDİRMƏK
OBASTAN VİKİ
Din dəyişdirmə
Din dəyişdirmə — müəyyən dini konfessiya ilə eyniləşdirilən bir sıra inancların başqalarını istisna edərək qəbul edilməsi. Beləliklə, "dindəyişdirmə" bir konfessiyaya bağlılığın tərk edilməsini və digər konfessiyaya bağlılığın qəbul edilməsini təsvir edir. Bu, eyni din daxilində bir konfessiyadan digərinə ola bilər. Məsələn, dini etiqadın protestant xristianlıqdan Roma katolisizminə və ya sünni islamdan şiə islama dəyişdirilməsi. Bəzi hallarda din dəyişdirmə "dini kimliyin transformasiyasını qeyd edir və xüsusi rituallarla simvollaşdırılır". İnsanlar müxtəlif səbəblərə görə dinlərini dəyişdirə bilərlər. Bunlara inancların dəyişməsi səbəbindən azad seçim yolu ilə aktiv din dəyişdirmə, ikinci dərəcəli din dəyişdirmə, ölüm yatağında din dəyişdirmə, rahatlıq üçün din dəyişdirmə, evlilikdə din dəyişdirmə və məcburi din dəyişdirmə daxildir. Prozelitizm başqa bir dinə və ya inanc sisteminə mənsub olan başqa bir şəxsi inandırmaq cəhdidir. Mürtəd bir din və ya məzhəbin üzvləri tərəfindən həmin din və ya konfessiyanı tərk etmiş birinə istinad etmək üçün istifadə edilən termindir. == Həmçinin bax == İnkvizisiya Səfəvilərin əhalini şiələşdirməsi == İstinadlar == == Əlavə ədəbiyyat == Barker, Eileen The Making of a Moonie: Choice or Brainwashing?
Yem və dəyişdirmə
Yem və dəyişdirmə — dələduzluğun növü. Bu, əsasən pərakəndə satışda istifadə edilsə də, digər kontekstlərə də aid edilir. İlk növbədə, müştərilər satıcıların reklam etdiyi aşağı qiymətə olan məhsulları və ya xidmətlərinə görə "yemə düşürlər", lakin onlar mağazaya gələndə ya reklam edilən məhsulların mövcud olmadığını aşkar edirlər, ya da satıcılar müştərilərə oxşar, lakin daha yüksək qiymətə olan məhsullara baxmağa məcbur edirlər. Buna "dəyişdirmə" deyilir. "Yem və dəyişdirmə" üsulları kommersiya mədəniyyətinin bir hissəsi kimi uzun və geniş bir tarixə malikdir. Məsələn, məsələn, Çin müəllifi Çjan İnyinin təxminən 1617-ci ildə dələduzluq haqqında yazdığı "Dələduzluq haqqında kitab" əsərində bunun bəzi variasiyalarına rast gəlmək olar. "Yem və dəyişdirmə" İngiltərə və Uelsdə 2008-ci ildə qəbul edilmiş "İstehlakçıları ədalətsiz ticarət təcrübələrindən qorumaq" haqqında qanun çərçivəsində qadağandır. Bu qanunun pozulması cinayət məsuliyyəti daşıyır. Dələduzluğun bu növü Kanadada Rəqabət haqqında qanuna əsasən qadağandır. "Yem və dəyişdirmə" Avstraliyada 2010-cu ildə qəbul edilmiş "Rəqabət və istehlakçı haqqında akt"a görə qadağandır.
Beynəlxalq Valyuta Dəyişdirmə Bazarı
"Foreks" (tam adı: "Beynəlxalq Valyuta Dəyişdirmə Bazarı"; ing. Forex Trading, Currency Forex, Forex Exchange Market, FX) — dövlətlərarası valyuta dəyişdirmə bazarı.

Значение слова в других словарях