Ekvadorda münaqişə (2024)
Ekvadorda münaqişə — 9 yanvar 2024-cü ildə Ekvadorda ölkə hökuməti tərəfindən bir neçə mütəşəkkil cinayətkar qrupa, xüsusən də "Los Choneros"a qarşı başladılan silahlı münaqişə.
Quayakil boyu silahlı hücumlar haqqında hesabatlar geniş yayılmışdı. Bunlar ilk növbədə həbsxanalarda, bazarlarda, yollarda və universitetlərdə baş vermişdi. Genişmiqyaslı hücumlar "Los Choneros" lideri Xose Adolfo Masias Vilyamarın Quayaquil həbsxanasından qaçmasına və prezident Daniel Noboanın fövqəladə vəziyyət elan etməsinə verilən cavabların idi.
== Münaqişə ==
9 yanvarda Ekvadordakı silahlı qruplar "müharibə təhdidləri" ilə çıxış edərək ölkə prezidentini silahlı daxili qarşıdurma vəziyyəti elan etməyə və bu qruplara qarşı hərbi əməliyyatlara icazə verməyə vadar etmişdir.
Həmin gün "Los Choneros" qruplaşmasına üzv olan silahlı şəxslər Quayakil şəhərindəki "TC Televisión" studiyasına zorla daxil olmuş və canlı xəbər yayımı zamanı jurnalistləri girov götürmüşdülər. Günün sonunda Ekvador polisi telestudiyaya basqın etmiş, jurnalistləri azad etmiş və dəstə üzvlərini götürmüşdür.
Eyni zamanda, başqa bir qrup polisləri girov götürərək onları hadisələri Noboanın elan etdiyi fövqəladə vəziyyətə reaksiya kimi xarakterizə edən bir mesaj oxumağa məcbur etmişdir. Bundan əlavə, Quayakil Universitetinin kampusunda adam oğurluğu hadisəsi baş vermiş. Burada tələbələr sinif otaqlarında barrikada qurmuşdular.