Elektrobur

neft quyularını qazmaq üçün elektrik mühəriki ilə işləyən və valında qazıma baltası olan maşın. E.-la - ilk quyu 1940-cı ildə Bakıda Qala sahəsində qazılıb. E.-dan istifadə etdikdə boru kəmərinin fırlanması aradan qaldırılır. Elektrik enerjisi quyu dibindəki mühərikə qazma borularının içərisində yerləşdirilmiş kabel vasitəsilə verilir və balta fırlanmağa başlayır. Cərəyanı kabelə ötürmək üçün, fırlanğıcla işlək boru arasında yerləşdirilən xüsusi quruluş kabeli dolaşmağa qoymur, quyudakı alətin fırlanmasına və qaldırıb-endirilməsinə imkan verir.
Elektrik kəşfiyat metodu
Elevator

Значение слова в других словарях