elləşmək
elli-obalı
OBASTAN VİKİ
Elli (Kəleybər)
Elli (fars. ايللي‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 212 nəfər yaşayır (39 ailə).
Elli Bruk
Ellison Bruk Hernandes (ing. Allyson Brooke Hernandez; 7 iyul 1993, San Antonio) — ABŞ müğənnisi.
Elli Heyz
Elli Heyz (10 may 1987, Redlends[d], Kaliforniya) — amerikalı porno ulduzu.
Elli Miçiyeva
Elli Miçiyeva (d. 6 iyun 1987, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı müğənni. 5 yaşından Almaniyada yaşayır. Müxtəlif müsabiqələrə qatılıb, Almaniyanın Popstar TV Şou-da final mərhələsinə çıxıb. 2010 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün yarımfinalda iştirak edib. == Karyerası == Elvira Qriqori Mişeova 1987-ci il iyunun 6-da Bakıda anadan olub. Sovet hakimiyyəti vaxtlarında ailəsi ilə birgə Almaniyaya köçüb və bu günə qədər də orada yaşayır. Beş yaşından Almaniyada yaşayan Elli müxtəlif beynəlxalq müsabiqələrdə iştirak edib. O, həmçinin Almaniyada yaradıcılıq fəaliyyəti dövründə rok, pop və başqa mahnı janrları ilə məşğul olub. Ellinin, Azərbaycanda yaradıcılıq fəaliyyətinə 2009-cu ildən başlayıb.
Elli Qoldinq
Elena Ceyn "Elli" Qoldinq (30 dekabr 1986) ingilis müğənni. Qoldinq, 2010-cu ildə ilk studiya albomu olan "Lights" çıxarmışdır. Albom. "UK Albums Chart"da birinci yerə yüksəlmiş və İngiltərədə 850.000-dən çox kopyası satılmışdır. 2015-ci ildə çıxartdığı "Love Me Like You Do" adlı sinqlı Bozun əlli çaları filmində səsləndirilmişdir.
Elli
Elli — ad. Elli Miçiyeva — Azərbaycanlı müğənni. Elli Qoldinq — ingilis müğənni. Elli Heyz — Amerikalı porno ulduzu. Elli Bruk == Həmçinin bax == Elli (Kəleybər) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd.
Ostin və Elli
Ostin və Elli bir Disney Channel orjinal serialıdır. Serial 4 dekabr 2011 - də başladı. Ondan əvvəl serialın ön nümayişi 2 dekabrda oldu. Serialda mahnı yazan Elli ilə rok oxuyan Ostinin hekayələrinin birləşməsiylə reallaşar. Elliin atası musiqi alətləri marketində işlətməkdədir. Ostin ilə Elli bu dükanda qarşılaşar. Elli mahnı yazarkən Ostin onun otağına girər. Ostinin beyninə bu mahnı qazıntınmışdır. Bu mahnının Ellinin mahnısı olduğunu bilmədən oğurlayar və bu mahnıya video çəkər. Bu şəkildə bir gecədə məşhur olan Ostinə Elli çox hirslidir.
Ostin və Elli (teleserial, 2011)
Ostin və Elli bir Disney Channel orjinal serialıdır. Serial 4 dekabr 2011 - də başladı. Ondan əvvəl serialın ön nümayişi 2 dekabrda oldu. Serialda mahnı yazan Elli ilə rok oxuyan Ostinin hekayələrinin birləşməsiylə reallaşar. Elliin atası musiqi alətləri marketində işlətməkdədir. Ostin ilə Elli bu dükanda qarşılaşar. Elli mahnı yazarkən Ostin onun otağına girər. Ostinin beyninə bu mahnı qazıntınmışdır. Bu mahnının Ellinin mahnısı olduğunu bilmədən oğurlayar və bu mahnıya video çəkər. Bu şəkildə bir gecədə məşhur olan Ostinə Elli çox hirslidir.
Ellik yaşayış yeri
Еllik yаşаyış yеri — Ахаmət kəndinin cənub-şərqində yеrləşir. Yаşаyış yеrinin ərаzisi əkin sаhəsinə çеvrildiyindən mədəni təbəqə tаmаmilə dаğılmış, аbidə ilkin fоrmаsını itirmişdir. Yаşаyış yеrinin ərаzisində аpаrılаn аrаşdırmаlаr zаmаnı kül yığınlаrı, bаd qаlıqlаrı, çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr еdilmişdir. Аşkаr оlunаn kеrаmikа məmulаtı Оrtа əsrlərin inkişаf еtmiş və sоn dövrünə аiddir. Аşkаr оlunаn аrхеоlоji mаtеriаllаr XVI-XIX əsrlərə аiddir. Еhtimаl ki, yаşаyış yеrində dаhа əvvəlki dövrlərdə də yаşаyış оlmuşdur. Аbidəni XIV-XIX əsrlərə аid еtmək оlаr.
Ellinistik din
Ellinistik din — e.ə. 300-cü ildən b.e. 300-cü ilə qədər, ellinizm dövründə və Roma imperiyasında qədim yunan mədəniyyətinin təsiri altında yaşayan Şərqi Aralıq dənizi xalqlarının müxtəlif inanc və təcrübə sistemlərindən hər hansı biri. Ellinistik dində çoxlu davamlılıq var idi. İnsanlar yunan tanrılarına ibadət etməyə və Klassik Yunanıstanda olduğu kimi eyni ayinləri yerinə yetirməyə davam edirdilər. Dəyişiklik Misir tanrıları İsida və Serapis, Suriya tanrıları Atarqatis və Baal-Hadad da daxil olmaqla, digər ölkələrdən yeni dinlərin əlavə edilməsi nəticəsində baş vermişdir. Bu, həm yaşadıqları həyatda, həm də axirətdə tamamlılıq istəyən insanlar üçün yeni bir çıxış yolu yaratmışdır. İlahiləşdirilmiş ellinist hökmdarlara sitayiş də bu dövrün bir xüsusiyyətinə çevrilmişdir. Misirdə Ptolemeylər əvvəlki Misir təcrübələrini və yunan qəhrəman kultlarını adaptasiya edərək Makedoniyalı İsgəndərin Ptolemey kultu daxilində özlərini firon kimi təqdim etmişdilər. Başqa yerlərdə hökmdarlar tanrı statusunu tam əldə etmədən ilahi status ala bilmişdilər.
Ellinizm
Ellinizm, Hellinizm (yun. Ἑλληνισμός; lat. Hellēnismós) Aralıq dənizinin şərq sahili ölkələri tarixində mərhələ; Makedoniyalı İsgəndərin e.ə. 334-323 cü illərdə hərbi səfərlərindən tutmuş, həmin ölkələrin Roma imperiyası tərəfindən işğalına qədər olan dövrü əhatə edir. Bu zaman aralığında yunan və İran, yunan və Misir, yunan və hind mədəniyyətlərinin sintezi baş vermişdir. Ellinizm ifadəsi tarixşünaslığa alman tarixçisi İohan Qustav Droyzen tərəfindən gətirilmişdir. Tarixçilər ellinizm terminini müxtəlif şəkildə şərh edirlər; bir çoxları yunan və yerli xüsusən də şərq mədəniyyətlərinin qarşılıqlı təsirini ön plana çəkir, bəzən ellinizm anlayışının xronoloji sərhədlərinin orta əsrin başlanğıcına qədər gətirib çıxardırlar. Digərləri isə başlıca diqqəti sosial-siyasi strukturların qarşılıqlı təsiri məsələsinə yönəldir, yunan-makedoniyalıların aparıcı rolunu qeyd edirlər. Ellinizmin tarixini bir qayda olaraq ellinist dövlətlərin yaranması, İsgəndərin sərkərdələri diadoxların mübarizəsi, ellinizmin çiçəklənməsi, ellinist dövlətlərin tənəzzülü və Roma tabeliyinə keçməsi dövrlərinə bölürlər. == Ellinlər == Ellinlər (yun.
Ellinizm fəlsəfəsi
Ellinizm fəlsəfəsi (IV - I yüzilliklər) — Aristoteldən sonra qədim yunan fəlsəfəsinin növbəti inkişaf mərhələsi. Ellinizm dövrü m. ö. 338 ildə Makedoniyanın Yunanıstan üzərində qələbə əldə etdiyindən sonra başlamışdır. Bu qələbədən sonra Makedoniyalı İskəndər Əhəmənilər dövlətini darmadağın edərək bütün Yaxın Şərq, Misir və Orta Asiyanın bir hissəsinin hökmdarı olmuşdur. Ancaq, İskəndərin ölümündən sonra onun yaratdığı imperiya dağılmış və onun ərazisində bir neçə dövlət yaranmışdır. Bu dövlətlərin ən böyükləri və nüfuzluları Selevkoslar (Orta və Yaxın Şərqdə) və Ptolemeuslar (Misirdə) olmuşdur. Ellinizm dövrü özünə məxsus mədəniyyəti ilə seçilmişdir. Bu mədəniyyət yunan dünyagörüşü, fəlsəfəsi və elminin Yaxın və Orta Şərq mədəniyyətləri ilə qarışması nəticəsində yaranmışdır. Makedoniyalıların böyük ərazilər və xalqları istila etməsindən sonra həmçinin, müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqələri güclənmişdir.
Ellinizm ədəbiyyatı
Ellinizm ədəbiyyatı qədim yunan ədəbiyyatının əsas mərhələlərindən biridir. Bu dövr ədəbiyyatının görkəmli nümayəndələri Kallimax, Feokrit, Rodoslu Apolloni, Menandr olmuşdur. == Kallimax == Ellinizm ədəbiyyatının ən görkəmli şairidir. Dastanın dövrünün keçdiyini və kiçik şeirlər yazmaq lazım olduğunu söyləmişdir. Epiqramlar və satirik şeirlər yazmışdır. Dörd hisədən ibarət “Səbəblər” kitabı kiçik mənzum hekayələrdən ibarətdir. == Rodoslu Apolloni == Kallimaxın tələbəsi olmuş və onun fikirləri əleyhinə çıxmışdır. “Arqonavtiklər” dastanını yazmışdır. == Feokrit == Feokrit ellinizm dövründə yaranan kiçik şeirlər yazmaq ənənəsinin davamçısı olmuş İskəndəriyyə şairlərindən biridir. Qədim yunan ədəbiyyatında kiçik şeirləri xüsusən bukolikaları ilə tanınır.
Ellinlər
Ellinlər (yun. hellenes) yunanların özlərinə verdikləri ad. Çox böyük ərazidə, o cümlədən yad ölkələrdə məskunlaşmış, amma eyni dildə danışan, eyni yazıdan istifadə edən, eyni allahlara etiqad edən və özünü vahid xalq hesab edən bütün qədim yunanlar özlərini bu adla adlandırırdılar.
Elliot Peyc
Elliot Peyc (əvvəlki adı: Ellen Peyc; 21 fevral 1987[…], Halifaks) — kanadalı aktyor. O, "Cuno" filmindəki performansına görə "Oskar", "BAFTA" və "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. == Həyatı == Elliot Peyc 21 fevral 1987-ci ildə Kanadanın Yeni Şotlandiya əyalətindəki Halifaks şəhərində anadan olub. Anası Marta Filpotts müəllimə, atası Dennis Peyc isə qrafik dizaynerdir. O, qadın doğulub və əvvəlki adı Ellen idi. 2020-ci ildə cinsiyyətini dəyişdirib. == Karyerası == Onun 1997-ci ildə 10 yaşında çəkildiyi "Pit Pony" telefilmi sonradan serial kimi yayımlanmağa başlayır. Bir qədər sonra Kanada televiziyasında efirə çıxan aktyor kinodakı ilk mükafatını "Ghost Cat" filmindəki roluna görə alır. "Love That Boy" filmindən sonra 16 yaşlı Peyc ilk dəfə "Mouth to Mouth" adlı Avropa filminə çəkilir. 2005-ci ildə Halifaksdakı Şambala məktəbini bitirən Elliot Peyc "Wilby Wonderful" filmindən sonra "Sərt konfet" trillerində baş rolu oynayır.
Elliott Coues
Elliot Koues (ing. Elliott Coues; 9 sentyabr 1842 – 25 dekabr 1899) — Amerika hərbi cərrahı, tarixçisi, ornitoloqu.
Elliott Ervitt
Elliott Ervitt (ing. Elliott Erwitt, 26 iyul 1928[…], Nöyi-sür-Sen, Fransa və ya Paris – 30 noyabr 2023, Manhetten, Nyu-York ştatı, ABŞ) — məşhur Fransa əsilli Amerikalı reklam və sənədli fotoqrafı. Ən yüksək şöhrəti ona qara və ağ fotoşəkilləri gətirmişdir. == Əvvəlki yaradıcılıq == Elliott Ervitt rus yəhudilərinin ailəsində Fransada anadan olub. Həyatının ilk 10 ilini İtaliyada keçirdi, sonra ailəsi Fransaya köçdü və oradan 1939-cu ildə ABŞ-yə köçdü. 1942–1944-cü illərdə Los-Ancelesdə fotoqrafiya təhsilini davam etdirdi. 1944-cü ildə Ervitin valideynləri boşandı, atası aliment ödəmədi və gənc özü üçün pul qazanmaq məcburiyyətində qaldı. 1948-ci ildən 1950-ci ilə qədər Nyu-Yorkda The New Schollda kinomatoqrafiya tədqiq etmişdir. == Fotoqrafiya karyerası == 1950-ci illərdə Ervitt Almaniya, Fransa, ABŞ ordusunda köməkçi fotoqraf kimi çalışmışdır. Daha sonra Collier, Look, Life və Holiday jurnalları üçün fotoqraf kimi işlədi.
Elliott Smit
Stiven Pol «Elliott» Smit(d. 6 avqust 1969 Omaha, Nebraska, ABŞ - ö. 21 oktyabr 2003 Los-Anceles, ABŞ), Amerikalı müğənni. Omaha, Nebraskada dünyaya gəldi, Texasda böyüdü və həyatının önəmli bir qismini ilk dəfə popularlıq əldə etdiyi Portland,Oregonda keçirdi. Əsas çalğı aləti qismində gitara olmaqla yanaşı piano, klarnet, bas-gitara, baraban və harmonika da çala bilirdi. Özünəməxsus “fısıltıya bənzəyən, hörümçək toru incəliyində danışırmış kimi” bir vokal tərzi vardı. İllərlə rok qrubu Heatmisterdə fəaliyyət göstərdikdən sonra 1994cü ildə müstəqil şirkətlər olan Cavity Search və Kill Rock Stars ilə işləyərək solo karyerasına ilk addımını atdı. 1997-ci ildə Dream Works Records ilə razılığa gəldi və iki albomunu bu şirkətdən çıxartdı. Smit “Miss Misery” adlı mahnısının Can dostum filminin musiqiləri arasında yer alması və 1997-ci ildə ən yaxşı mahnı kategoriyasında Oskara namizəd olması ilə geniş kütlələr tərəfindən tanınmağa başladı. Smit illərlə depressiya, alkoqolizm, narkomaniya ilə mübarizə etdi və bu mövzular tez-tez mahnılarındakı sözlərdə yer alırdı.34 yaşında Los-Ancelesdə sinəsinə aldığı iki bıçaq zərbəsi ilə öldü.
Elliottia
Elliottia (lat. Elliottia) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Botryostege Stapf Cladothamnus Bong. Tolmiea Hook. Tripetaleia Siebold & Zucc. == Növləri == Elliottia bracteata (Maxim.) Benth. & Hook.f. Elliottia paniculata (Siebold & Zucc.) Benth. & Hook.f. Elliottia pyroliflora (Bong.) S.W.Brim & P.F.Stevens Elliottia racemosa Muhl.
Elliottia pyroliflora
Elliottia pyroliflora (lat. Elliottia pyroliflora) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin elliottia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Cladothamnus pyroliflorus Bong. === Heterotipik sinonimləri === Pyrola fruticosa Eschsch. ex Ledeb. Tolmiea occidentalis Hook.
Elliottia racemosa
Elliottia racemosa (lat. Elliottia racemosa) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin elliottia cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Elliottia muhlea Steud.
Ellips
Ellips (q.yun. ἔλλειψις — endirmə, çatışmazlıq) — müstəvi üzərində fokuslar adlanan iki nöqtədən məsafələrinin cəmi sabit olub, fokuslar arasındakı məsafədən böyük qalan nöqtələrin həndəsi yeri. == Ellipsin kanonik tənliyi == Düstur ilə təyini və Ellipsin kanonik tənliyi: x 2 a 2 + y 2 b 2 = 1. {\displaystyle {\frac {x^{2}}{a^{2}}}+{\frac {y^{2}}{b^{2}}}=1.} Xüsusi halda a = b {\displaystyle a=b} olarsa x 2 + y 2 = 1 {\displaystyle {x^{2}}+{y^{2}}=1} çevrəsi alınar. == Əlaqəli təyinləri == Ellips fokusları vasitəsilə keçən və ucu ellipsə uzanan AB parçası, bu ellipsin böyük oxu adlanır. Böyük oxun uzunluğu yuxarıda göstərilən tənlikdə 2a-ya bərabərdir. CD parçası - perpendikulyar ellipsin böyük oxunun mərkəzindən keçən və elliə uzanan ox, ellipsin kiçik oxu adlan larının kəsişmə nöqtəsi oadl Abbasov eli 1706anır. Müstəvi üzərində ixtiyari nöqtənin fokuslardan ibarət r 1 {\displaystyle r_{1}} və r 2 {\displaystyle r_{2}} məsafəsi bu nöqtənin fokal radiusları adlanır. Məsafə tənliyi: c = | F 1 F 2 | 2 {\displaystyle c={\frac {|F_{1}F_{2}|}{2}}} Bu təyin fokus məsafəsi adlanır. e = c a = 1 − b 2 a 2 {\displaystyle e={\frac {c}{a}}={\sqrt {1-{\frac {b^{2}}{a^{2}}}}}} təyini eliptik ölçü adlanır.
Ellipsis
Ellipsis — sözlərin və ya şəkilçilərin ixtisarı. Ellipsisdən adətən şeirdə qafiyə yaratmaq, mətni daha intonasiyalı etmək üçün istifadə olunur. Həmçinin ellipsis bədii üslubun göstəricilərindən biridir. == İstinadlar == == Mənbə == Ágel, V., Ludwig Eichinger, Hans-Werner Eroms, Peter Hellwig, Hans Heringer, and Hennig Lobin (eds.) 2003/6. Dependency and Valency: An international handbook of contemporary research. Berlin: Walter de Gruyter. Johnson, Kyle 2001. What VP ellipsis can do, and what it can’t, but not why. In The handbook of contemporary syntactic theory, ed. Mark Baltin and Chris Collins, 439–479.
Ellipsoid
Ellipsoid — Fəzada verilmiş hər hansı R {\displaystyle R} ortonormal reperinə nəzərən koordinatları x 2 a 2 + y 2 b 2 + z 2 c 2 = 1 {\displaystyle {\frac {x^{2}}{a^{2}}}+{\frac {y^{2}}{b^{2}}}+{\frac {z^{2}}{c^{2}}}=1} (1) tənliyini ödəyən fəzanın bütün nöqtələri çoxluğunun həndəsi yeri. (1) tənliyinə ellipsoidin kanonik tənliyi deyilir. Ellipsoidin kanonik tənliyindəki a {\displaystyle a} , b {\displaystyle b} və c {\displaystyle c} ədədləri müsbət həqiqi ədədlərdir. x {\displaystyle x} , y {\displaystyle y} və z {\displaystyle z} dəyişənləri (1) tənliyinə kvadratlarla daxil olduğundan ellipsoid ikitərtibli səthdir. Belə ki, səthin ikitərtibli olması üçün onun tənliyini ifadə edən çoxhədlinin dərəcəsi 2 olmalıdır. Burada isə (1) tənliyinin sol tərəfindəki ifadə ikidərəcəlidir. (1) tənliyində a {\displaystyle a} , b {\displaystyle b} və c {\displaystyle c} ədədləri cüt-cüt fərqli olarsa, (1) tənliyinə malik ellipsoidə üçoxlu ellipsoid deyilir. Ellipsoid ellipsin öz oxlarından biri ətrafında fırlanmasından da alına bilər ki, bu zaman həmin ellipsoidə fırlanma ellipsoidi deyilir. Fırlanma ellipsoidinin R {\displaystyle R} ortonormal reperinə nəzərən kanonik tənliyi x 2 a 2 + y 2 a 2 + z 2 c 2 = 1 {\displaystyle {\frac {x^{2}}{a^{2}}}+{\frac {y^{2}}{a^{2}}}+{\frac {z^{2}}{c^{2}}}=1} tənliyidir. Aşağıdakı şəkildə (1) tənliyinə daxil olan a {\displaystyle a} , b {\displaystyle b} və c {\displaystyle c} ədədlərinin müxtəlif olduğu, 3-ü və ya 2-sinin bərabər olduğu hallarda ellipsoidin əyani təsviri verilmişdir.
Ellipsvari haleniya
Ellipsvari haleniya (lat. Halenia elliptica) - haleniya cinsinə aid bitki növü.
Ellipsvari qarağac
Ellipsvari qarağac (lat. Ulmus elliptica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Rusiyanın Avropa hissəsinin cənub rayonları və Krımı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 40 m, gövdəsinin diametri 1,5 m olan iri ağacdır. Çətiri enli silindirik, ucu yumru, cavan budaqları çılpaq və ya tükcüklüdür. Qabığı boz və ya qırmızı qonur, dərin çatlayandır. Tumurcuqlari iti, uzunluğu 4-6 mm, yuxarı hissəsi narıncı qonur tükcüklü, alt tərəfi boz tükcüklüdür. Yarpaqları ellipsvari, ucu biz, bəzən 3 hissəli, uzunluğu 15 sm-dək, eni 5-6 sm, kənarları dişli, 15-20 cüt düz damarcıqlı, üstü nahamar, alt tərəfi və saplağı yumşaq tükcüklüdür. Aprel-mayda çiçəkləyir, iyulda meyvə verir. Meyvəsi əks-yumurtavari, ellipsvari və ya yumru, uzunluğu 3 sm olan qanadcıq, mərkəzdə oturan və yuxarı hissədə 5-8 mm olan tikişlə ayrılan, ipəkvari tükcüklü, açıq qırmızı qonur qozalıdır.
Elliptik inteqral
∫ R ( x , P ( x ) ) d x {\displaystyle \int \limits _{}^{}R(x,{\sqrt {P(x)}})dx} (1) inteqralına baxaq.Burada P ( x ) {\displaystyle P(x)} dərəcəsi n ⩾ 3 {\displaystyle n\geqslant 3} olan çoxhədlidir. n = 3 {\displaystyle n=3} və n = 4 {\displaystyle n=4} olduqda (1) şəklindəki inteqrallara e l l i p t i k {\displaystyle elliptik} inteqrallar, n ⩾ 5 {\displaystyle n\geqslant 5} olduqda isə h i p e r e l l i p t i k {\displaystyle hiperelliptik} inteqrallar deyiıir.Abel və Liuvill isbat etmişlər ki,elliptik inteqrallar, ümumiyyətlə, sonlu şəkildə hesablanmir.Göstərmək olar ki, (1) şəklindəki inteqrallar n = 3 {\displaystyle n=3} və n = 4 {\displaystyle n=4} olduqda hesablanan inteqrallar dəqiqliyi ilə aşağıdakı inteqrallardan birinə gətirilir ( burada 0 < k < 1 {\displaystyle 0<k<1} parametrdir ) : ∫ d x ( 1 − x 2 ) ( 1 − k 2 x 2 ) {\displaystyle \int \limits _{}^{}{\tfrac {dx}{\sqrt {(1-x^{2})(1-k^{2}x^{2})}}}} (2) ∫ x 2 d x ( 1 − x 2 ) ( 1 − k 2 x 2 ) {\displaystyle \int \limits _{}^{}{\tfrac {x^{2}dx}{\sqrt {(1-x^{2})(1-k^{2}x^{2})}}}} (3) ∫ d x ( 1 + n x 2 ) ( 1 − x 2 ) ( 1 − k 2 x 2 ) {\displaystyle \int \limits _{}^{}{\tfrac {dx}{\sqrt {(1+nx^{2})(1-x^{2})(1-k^{2}x^{2})}}}} (4) (2), (3) və (4) inteqrallarını əvəzləmələr vasitəsilə uyğun olaraq aşağıdakı inteqrallara gətirmək olar: ∫ d φ ( 1 − k 2 sin 2 ⁡ φ ) {\displaystyle \int \limits _{}^{}{\tfrac {d\varphi }{\sqrt {(1-k^{2}\sin ^{2}\varphi )}}}} (5) ∫ 1 − k 2 sin 2 ⁡ φ d φ {\displaystyle \int \limits _{}^{}{\sqrt {1-k^{2}\sin ^{2}\varphi }}\,d\varphi } (6) ∫ d φ ( 1 − n sin 2 ⁡ φ ) 1 − k 2 sin 2 ⁡ φ {\displaystyle \int \limits _{}^{}{\tfrac {d\varphi }{(1-n\sin ^{2}\varphi ){\sqrt {1-k^{2}\sin ^{2}\varphi }}}}} (7) (5), (6) və (7) inteqrallarına uyğun olaraq 1-ci, 2-ci və 3-cü elliptik inteqrallar deyilir.(5) və (6) inteqrallarının φ = 0 {\displaystyle \varphi =0} qiymətində sıfra çevrilən ibtidai funksiyalarını uyğun olaraq F ( k , φ ) {\displaystyle F(k,\varphi )} və E ( k , φ ) {\displaystyle E(k,\varphi )} ilə işarə edirlər.
Ellis Barkvort
Ellis Barkvort (15 oktyabr 1997-ci ildə anadan olub) — Çempionşip təmsilçələrindən olan Hall Siti klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Hall Siti === Barkvort doqquz yaşı olarkən Hall Siti klubuna qəbul olunmuş və 2016-cı ilin may ayında klub ilə peşəkar müqavilə imzalamışdır. O, öz peşəkar karyerasında debütünü 22 avqust 2017-ci ildə İngiltərə Liqa Kubokunda Donkaster Rovers klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Hall Siti rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur.

Значение слова в других словарях