Elmlər namizədi

elmi dərəcə; ali təhsilli, namizədlik minimumlarını ödədikdən və namizədlik dissertasiyasını müdafiə etdikdən sonra ali təhsilli şəxsə verilir; Elmlər namizədi dərəcəsi ali məktəblərin (fakültələrin), yaxud elmi-tədqiqat müəssisələrinin ixtisaslaşdırılmış elmi şuralarının təqdimatı əsasında Ali Attestasiya Komissiyasında təsdiq olunur.
Elmlər doktoru dərəcəsi
Elmlər namizədi dərəcəsi
OBASTAN VİKİ
Elmlər namizədi
Elmlər namizədi (rus. кандидат наук) — elmi dərəcə. Bir sıra MDB ölkələrində elmlər namizədi elmi dərəcəsi namizədlik imtahanlarını müvəffəqiyyətlə verən və açıq şəkildə namizədlik dissertasiyası müdafiə edən ali təhsilli şəxslərə verilir. Bu dərəcə ali məktəblərin (fakültələrin), yaxud elmi-tədqiqat müəssisələrinin ixtisaslaşdırılmış elmi şuralarının təqdimatı əsasında Ali Attestasiya Komissiyasında təsdiq olunur. Bir çox Avropa ölkələrində, o cümlədən Azərbaycanda elmlər namizədi alimlik dərəcəsinin adı dəyişdirilərək fəlsəfə doktoru adı ilə əvəz olunub.
Texnika elmləri namizədi
Elmlər namizədi (rus. кандидат наук) — elmi dərəcə. Bir sıra MDB ölkələrində elmlər namizədi elmi dərəcəsi namizədlik imtahanlarını müvəffəqiyyətlə verən və açıq şəkildə namizədlik dissertasiyası müdafiə edən ali təhsilli şəxslərə verilir. Bu dərəcə ali məktəblərin (fakültələrin), yaxud elmi-tədqiqat müəssisələrinin ixtisaslaşdırılmış elmi şuralarının təqdimatı əsasında Ali Attestasiya Komissiyasında təsdiq olunur. Bir çox Avropa ölkələrində, o cümlədən Azərbaycanda elmlər namizədi alimlik dərəcəsinin adı dəyişdirilərək fəlsəfə doktoru adı ilə əvəz olunub.
Elmlər
Elm — obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir. Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metod və prinsipini öyrənməkdən başlayır. Elm aşağıdakı şərt və dərketmə komponentlərini özündə birləşdirir: elmi əməyin bölünməsi və birliklərinin yaranması; elmi müəssisələr, sınaq və laborator avadanlıqları; elmi-tədqiqat işlərinin metodları; dərketmə və kateqoriya aparatı; elmi informasiya sistemi; əvvəldən toplanmış bütün biliklər məcmusu. Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun rifahının yaxşılaşdırılmasına xidmət etmişdir. Elmlə məşğul olan şəxslərə "alim" deyilir. Onlar insanların arasından öz bacarığı, savadı və düşüncəsi ilə fərqlənirlər. Elm müasir halda XVI–XVII əsrlərdən formalaşmağa başlayıb. Tarixi inkişafında o, texnika və texnologiya çərçivəsindən çıxaraq cəmiyyətin inkişafına ciddi təsir edən faktora çevrildi.
Elmlər Akademiyası
Elmlər Akademiyası — elmin müxtəlif sahələri ilə peşəkar şəkildə məşğul olan insanları birləşdirən dövlət və ya ictimai qeyri-kommersiya təşkilatı. Onun üzvləri akademik adlanırlar. Azərbaycan Respublikasında akademiyalar ancaq dövlət akademiyası ola bilər. Sahə akademiyası kimi Azərbaycan Mühəndislik Akademiyası fəaliyyət göstərir. Beynəlxalq Elmlər Akademiyası (IAS) Beynəlxalq San-Marino Elmlər Akademiyası (AIS San-Marino) Rusiya Federasiyasında yeddi dövlət, on səkkiz ictimai akademiya fəaliyyət göstərir.
Elmlər doktoru
Elmlər doktoru (rus. доктор наук) — elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə. Elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində fəlsəfə doktoru dərəcəsi olan və doktorluq dissertasiyası müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.
Humanitar elmlər
Humanitar elmlər — analitik və tənqidi metodlardan istifadə edərək insan həyatının mənəvi, idrak, mədəni, ictimai sahələrdə tələblərini öyrənən elmlər toplusu. Təbiət elmləri ilə istifadə üsulları (orada emprik üsullardan istifadə edirlər) və predmetinə görə kəskin fərqlənir. Predmetinə və metodologiyasına görə İctimai elmlərlə kəsişsə də onunla da fərqli sahələri vardır. Antropologiya Jurnalistika Mədəniyyətşünaslıq Tarix Kulturologiya Liqvistika Ədəbiyyatşünaslıq Elmşünaslıq Pedaqoqika Politologiya Hüquq Psixologiya Sosiologiya Filologiya Fəlsəfə Esterika Etika Etnoqrafiya Heydər Hüseynov. XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən. Bakı, "Zəkioğlu" nəşr, 544 səh.
Sosial elmlər
İctimai elmlər və ya sosial elmlər — insan cəmiyyətinin müxtəlif aspektlərini öyrənən akademik biliklər toplusu. Termin təbiət elmlərindən kənarda olan elmləri ifadə etmək üçün istifadə edilir. Onlara antropologiya, arxeologiya, iqtisadiyyat, tarix, linqvistika, politologiya və s. aid edilir. İctimai elmlər (sosial elmlər) təbiət elmlərii və fəlsəfə ilə birlikdə elmi biliklərin üç vacib sahəsindən biridir. Emil Dyurqeym, Karl Marks və Maks Veber müasir sosial elmlərin əsas yaradıcılarından sayılırlar.
Tətbiqi elmlər
Texniki elmlər — Texnikanın özünü və ya onun inkişafı üçün mühüm əhəmiyyət kəsb edən hadisələri tədqiq edən elmlər məcmusu. Texniki elmlərin inkişafına qədim dövr mühəndislərindən Arximed, Heron, Papp, Leonardo da Vinçi və başqaları böyük töhfə vermişlər. İlk texniki elmlərdən biri fizika və arxitektura elmləri daxilində öyrənilən mexanika elmi olmuşdur. Sənayedə inqilabın baş verməsi ilə texnika və texnologiyanın akademik səviyyədə öyrənilməsinə tələbat yarandı. Texniki elmlərin tədrisi ilə məşğul olan belə təhsil müəssisələrindən biri 1794-cü ildə əsası qoyulan Qaspar Monjanın Politexnik məktəbi olmuşdur. Bununla da kütləvi şəkildə mühəndis biliklərinə yiyələnmək dövrü başladı. Bu da XIX əsrdə elektrotexnikanın, XX əsrdə isə radiotexnikanın, kosmonavtikanın, robot texnikasının yaranması və inkişaf etdirilməsinə gətirib çıxarıblar. Tətbiqi elmlər bir və ya bir neçə təbiət elmləri sahəsindəki elmi biliklərin praktikada yaşanan problemlərinin həllindəki istifadəsinə verilən addır. Mühəndislik elmləri tətbiqi elmlərin ən yaxşı nümunələridir. Tətbiqi elmlər texnologiya üçün çox vacib bir sahədir.
Yalan elmlər
Yalan elmlər ( yun. ψευδής — «yalan» + elm, yaxın terminlər: paraelm, kvazielm, 'alternativ elm, qeyri-akademik elm) — məqsədli və ya qeyri-məqsədli şəkildə elmə oxşar, ancaq elm olmayan fəaliyyət və ya nəzəriyyə. Yalançı elm çox mürəkkəb bir ictimai fenomendir. Onun təzahürləri arasında bir tərəfdən elmi əsası olmayan, lakin elm kimi təqdim olunan ideyalar, digər tərəfdən isə dünyanın mövcud qanunauyğunluqlarına uyğun olmayan, guya yeni qanunlara əsaslanan ixtiralardır. Bacarıqlı yalançı alimlər iddia etdikləri tədqiqatların dövlət büdcəsi hesabına maliyyələşdirilməsinə çalışır və bununla da vergi ödəyicilərinin pulunu mənimsəyirlər. Üstəlik, yalançı elm bir qayda olaraq, korrupsiya ilə bağlıdır. Vətəndaşlar da bu cür saxtakarlardan əziyyət çəkirlər. Məs.,“ulduz falı” (qoroskop), əl, pəncə və barmaq izləri əsasında falçılıq edənlər, ekstrasenslər heç bir elmi əsası olmayan, saxtalaşdırılmış elmi faktlarla insanları inandırmaqla müalicə edir, ixtisas seçmək və ya idman, musiqi ilə məşğul olmaq üçün təkliflərini verirlər. Postsovet dövründə Rusiyada, həmçinin postsovet dövlətlərində yalançı elm nəzarətdən çıxaraq vətəndaşların sağlamlığı və təhsilindən başlayaraq dövlət proqramları və strategiyalarına qədər bütün səviyyələrdə dövlət qurumlarının fəaliyyəti və təhlükəsizliyinə dağıdıcı təsirlər etməyə başladı. Rusiyanın dövlət orqanları yaranmış fövqəladə hala yaxın olan bu vəziyyəti nəzərə alaraq məsələnin həlli ilə məşğul olan xüsusi Komissiya yaratdılar.
İctimai elmlər
İctimai elmlər və ya sosial elmlər — insan cəmiyyətinin müxtəlif aspektlərini öyrənən akademik biliklər toplusu. Termin təbiət elmlərindən kənarda olan elmləri ifadə etmək üçün istifadə edilir. Onlara antropologiya, arxeologiya, iqtisadiyyat, tarix, linqvistika, politologiya və s. aid edilir. İctimai elmlər (sosial elmlər) təbiət elmlərii və fəlsəfə ilə birlikdə elmi biliklərin üç vacib sahəsindən biridir. Emil Dyurqeym, Karl Marks və Maks Veber müasir sosial elmlərin əsas yaradıcılarından sayılırlar.
Elmlər akademiyaları
Elmlər Akademiyası — elmin müxtəlif sahələri ilə peşəkar şəkildə məşğul olan insanları birləşdirən dövlət və ya ictimai qeyri-kommersiya təşkilatı. Onun üzvləri akademik adlanırlar. Azərbaycan Respublikasında akademiyalar ancaq dövlət akademiyası ola bilər. Sahə akademiyası kimi Azərbaycan Mühəndislik Akademiyası fəaliyyət göstərir. Beynəlxalq Elmlər Akademiyası (IAS) Beynəlxalq San-Marino Elmlər Akademiyası (AIS San-Marino) Rusiya Federasiyasında yeddi dövlət, on səkkiz ictimai akademiya fəaliyyət göstərir.
Elmlər Akademiyası metrostansiyası
Elmlər Akademiyası metrostansiyası — Bakı metrosunda stansiya. Metronun yeddi dərində yerləşən stansiyalarından biridir. Stansiyaya daxil olan qatarlarda "Tələbə" musiqisindən fraqment səslənir. 2015-ci il dekabrın 28-də stansiyanın 2-ci çıxışı istifadəyə verilmişdir. Bununla da stansiyanın çıxışlarından biri Bakı Dövlət Universitetinin qarşısına,ikinci çıxış Mətbuat prospektinə,digər iki çıxış isə Bəxtiyar Vahabzadə küçəsinə çıxır. Stansiyaya daxil olan qatarlarda "Tələbə" mahnısından fraqment səslənir. "Elmlər Akademiyası" stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-3 tipli eskalator istismar müddətini başa vurduğu üçün stansiyasının I vestibülü 15.04.2016-cı il tarixindən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanıb. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra 15 sentyabr 2016-cı ildə yenidən istifadəyə verilib.
Elmlər Akademiyası silsiləsi
Elmlər Akademiyası silsiləsi (tac. Қаторкуҳи Академияи Фанҳо) — Tacikistanda, Qərbi Pamir dağlarında yerləşən dağ silsiləsi. Silsiləsi meridional istiqamətdə təxminən 110 km məsafəyə uzanır. Elmlər Akademiyası silsilənin ən yüksək zirvəsi və Tacikistanın ən yüksək nöqtəsi İsmayıl Somoni zirvəsidir (7,495 metr). Silsilənin 24 zirvəsinin hündürlüyü 6,000 metrdən yuxarıdır. Silsilə Paleozoy çökmə və metamorfik süxurlardan, qismən də qranitlərdən ibarətdir . Elmlər Akademiyası silsiləsini əhatə edən əbədi qarlar çoxlu sayda iri buzlaqları qidalandırır. Dağ silsiləsi 1927-ci ildə Nikolay Korjenevski tərəfindən kəşf edilmiş və SSRİ Elmlər Akademiyasının adını daşıyır.
Fransa Elmlər Akademiyası
Fransa Elmlər Akademiyası (fr. Académie des sciences) və ya Paris Elmlər Akademiyası — fransız alimləri ilhamlandırmaq və qorumaq üçün Jan Batist Kolberin təklifi ilə 1666-cı ildə XIV Lüdovik tərəfindən yaradılan elmi təşkilat. Dünyadakı ilk elmlər akademiyalarından biridir. Fransa Elmlər Akademiyasının ümumi qeyri-rəsmi adı Paris Elmlər Akademiyasıdır. Fransa İnstitutunun bir hissəsidir (beş milli akademiyadan biri). XVII və XVIII əsrlərdə Avropadakı elmi araşdırmaların önündə getmişdir.
Gürcüstan Elmlər Akademiyası
Gürcüstan Milli Elmlər Akademiyası (GMEA) (gürc. საქართველოს მეცნიერებათა ეროვნული აკადემია) Gürcüstanın elmini öyrənən bir cəmiyyətidir. 1990-cı ilin noyabr ayına qədər Gürcüstan SSR Elmlər Akademiyası adlandırıldı. Akademiya Gürcüstanda elmi tədqiqat işlərini əlaqələndirir və xarici ölkələrin akademiyaları və elmi mərkəzləri ilə əlaqələri inkişaf etdirir. GMEA 1941-ci ilin fevral ayında Tiflisdə yaradıldı. Akademiyanın qurucusu akademikləri Giorgi Akhvlediani (dilçilik), İvane Beritaşvili (fiziologiya), Arnold Çikobava (İbero-Qafqaz dilləri), Giorgi Chubinashvili (incəsənət), Simon Janashia (tarix), Alexander Janelidze (geologiya), Korneli Kekelidze (filologiya), Niko Ketsxoveli (botanika), Tarasi Kvaratsxeliya (subtropik mədəniyyətlər), Niko Muskhelishvili (riyaziyyat, mexanika; Akademiyanın ilk prezidenti), İlia Vekua (riyaziyyat; Akademiyanın ikinci prezidenti), Akaki Shanidze (dilçilik), Alexander Tvalchrelidze (mineralogiya), Dimitri Uznadze (psixologiya), Kiriak Zavriev (konstruktiv mexanika) və Philip Zaitsev (zoologiya) idi. Akademiyanın digər görkəmli üzvləri arasında Ekvtime Takaişvili (tarix), Şalva Nutsubidze (fəlsəfə), Giorgi Sereteli (şərqşünaslıq), Simon Kauxchishvili (klassik filologiya), Konstantine Gamsaxurdia (ədəbiyyat), Giorgi Melikishvili (tarix), Nikoloz Berdzenishvili (tarix)., Revaz Dogonadze (fizika), Malxaz Abdushelishvili (antropologiya), Guram Mchedlidze (paleobiologiya) və Levan Chilashvili (arxeologiya) var idi. Bu gün Akademiyanın üzvləri arasında tanınmış elm adamları Tamaz Qamkrelidze (dilçilik), David Muskhelishvili (tarix), Revaz Qamkrelidze (riyaziyyat), Simon Xeçinaşvili (med.), George Nakhutsrishvili (botanika), Vladimer Papava (iqtisadiyyat), David Lordkipanidze (paleeoantropologiya) və s. var. Gürcüstan Milli Elmlər Akademiyasının prezidentləri: Niko Muskhelishvili (1941–1972), İlia Vekua (1972–1977), Yevgeni Xaradze (1977–1986), Albert Tavxelidze (1986–2005) və Tamaz V. Gamkrelidze (2005–2013).
Latviya Elmlər Akademiyası
Latviya Elmlər Akademiyası və ya qısaca: LEA — Latviyada əsas elmi qurum. Prezidenti akademik Oyars Sparitisdir.
Litva Elmlər Akademiyası
Litva Elmlər Akademiyası (lit. Lietuvos mokslų akademija) və ya LEA — 1941-ci ildə Litva SSR Elmlər Akademiyası (lit. Lietuvos TSR Mokslų akademija) olaraq Litva SSR hökumətinə elmi məsləhət orqanı kimi xidmət edən muxtar, dövlət tərəfindən maliyyələşdirilən bir müəssisə kimi yaradılmışdır. Müəssisənin ilk prezidenti Vintsas Kreve olmuşdur. Akademiya Litva Respublikasını ALLEA (Bütün Avropa Akademiyaları Federasiyası), ICSU ( Beynəlxalq Elm Şurası), EASAC (Avropa Akademiyaları Elmi Məsləhət Şurası) və IAP (İnterAcademy Panel) kimi beynəlxalq təşkilatlarda təmsil edir. Bir neçə elmi müəssisə və fondlar təsis etməklə yanaşı, nəşrlər və dərsliklər buraxır, simpozium və konfranslara sponsorluq edir. Akademiya 15 xatirə mükafatı təsis etmiş və hər il gənc alimlərə 10 mükafat və tələbələrə 15 mükafat təqdim edərək gənc alim və tələbələri tədqiqat işləri ilə məşğul olmağa təşviq edir. 2008-ci ildən bəri Litva Bankı ilə birlikdə Vladas Jurgutis mükafatını verir. Akademiyanın qərargahı Vilnüsdə yerləşir. Litva Elmlər Akademiyası beş şöbədən ibarətdir: Prof.
Macarıstan Elmlər Akademiyası
Macarıstan Elmlər Akademiyası (mac. Magyar Tudományos Akadémia (MTA)) — Macarıstanın ən önəmli və prestijli elmi təşkilatı. Budapeştdə Dunay çayının sahilində yerləşir. Onun əsas vəzifələrinə elmin inkişaf etdirilməsi, elmi tapıntıların yayılması, tədqiqat və inkişafı dəstəkləmək və Macarıstan elmini ölkə daxilində və dünyada təmsil etməkdir. Akademiyanın tarixi 1825-ci ildə İştvan Seçeninin Bratislavada elm cəmiyyətin məqsədlərini həyata keçirtmək üçün əmlakının bir illik gəlirini təklif etdiyi vaxtdan başlayır. İştvandan sonra bir sıra insanlar onun yolunu davam etdirdilər. Məqsədi Macarıstanın inkişafı və ölkədə elm və sənətin öyrənilməsi və yayılması kimi göstərildi. Müəssisə hazırkı adını 1845-ci ildə aldı. Mərkəzi binası 1865-ci ildə Neointibah memarlığı üslubunda inşa edilmişdir. Binanın memarı Fridrix Avqust Ştüler idi.
Moldova Elmlər Akademiyası
Moldova Elmlər Akademiyası (mold. Academia de Ştiinţe a Moldovei) — Moldovanın ən yüksək elmi qurumu, ölkənin təbii və ictimai elmlər sahəsində fundamental tədqiqatlar aparan mərkəzi. Kişinyovda yerləşir. Moldova Elmlər Akademiyası 1961-ci ildə SSRİ Elmlər Akademiyasının Moldova şöbəsi əsasında yaradılmışdır. Sovet dövründə burada "Moldaviya SSR Elmlər Akademiyası Xəbərləri" (3 seriyada) və s. elmi jurnallar nəşr edilmişdir. 1961-ci ildə "Xalqlar Dostluğu" ordeni ilə təltif olunmuşdur. Академия наук Молдавской ССР / Гросул Я. С. // А — Ангоб. — М. : Советская энциклопедия, 1969. — (Большая советская энциклопедия : [в 30 т.] / гл.
Papa Elmlər Akademiyası
Papa Elmlər Akademiyası (it. Pontificia Accademia delle Scienze) — 1847-ci ildə Roma Katolik Kilsəsi tərəfindən qurulan papa akademiyalarından biri. Papa Elmlər Akademiyasının məqsədi riyazi, fiziki və təbiət elmləri və əlaqəli teoloji sualları araşdırmaqdır. Bu gün Akademiyanın işi altı əsas məsələyə yönəlib: (a) əsas elm, (b) qlobal problemlərin elmi və texnologiyası, (c) Üçüncü Dünya problemlərinin həllində elm, (d) elm etikası və siyasəti, (e) bioloji tədqiqat etikası, (f) epistemologiya. Bu suallar doqquz fənə bölünür: Fizika və əlaqəli fənlər Astronomiya Kimya Yer və Ətraf Mühit Elmləri Həyat elmləri (botanika, aqronomiya, zoologiya, genetika, molekulyar biologiya, biokimya, nevrologiya, cərrahiyyə) Riyaziyyat Tətbiqi Elm Fəlsəfə Elmlər tarixi.
Pedaqoji elmlər doktoru
Elmlər doktoru (rus. доктор наук) — elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə. Elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində fəlsəfə doktoru dərəcəsi olan və doktorluq dissertasiyası müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.
Peterburq Elmlər Akademiyası
Peterburq Elmlər Akademiyası — Rusiya imperiyasında ali elmi müəssisənin 1724–1917-ci illər arasında ədəbiyyatda ümumiləşdirilmiş adı. Akademiya imperator I Pyotrun fərmanı ilə 8 fevral 1724-cü il tarixində Sankt-Peterburqda yardılmışdır. Akademiyanın rəsmi adı (1724–1917) 1724-cü ildən — Sankt-Peterburqda Elm və Rəssamlıq Akademiyası (rus. Академия наук и художеств в Санкт-Петербурге) 1747-ci ildən — Sankt-Peterburqda İmperator Elm və Rəssamlıq Akademiyası (rus. Императорская академия наук и художеств в Санкт-Петербурге) 1803-cü ildən — İmperator Elmlər Akademiyası (rus. Императорская академия наук) 1836-cı ildən — Sankt-Peterburq İmperator Elmlər Akademiyası (rus. Императорская Санкт-Петербургская академия наук) olmuşdur. 1917-ci ilin martında isə akademiklər yeni — "Rusiya Elmlər Akademiyası" (RAN) adını təklif etdilər, hansı ki daha sonra müvəqqəti hökumət tərəfindən təsdiq olundu və 1917-ci ilin oktyabrında qüvvəyə mindi.
Qazaxıstan Elmlər Akademiyası
Qazaxıstan Elmlər Akademiyası — Qazaxıstan Respublikasının Prezidenti 1993-cü il 21 yanvar fərmanı ilə "yenidən qurulma" nəticəsində Qazax SSR Elmlər Akademiyasını yaratdı Qazaxıstan Respublikasının Prezidentinin 2001-ci il 6 Noyabr əmri ilə Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasına dövlət büdcəsindən maliyyələşdirilən əsas tədqiqat proqramları çərçivəsində görülən işlərin təhlili funksiyaları həvalə edildi.Hökuməti, 22 May 2002-ci ildəki Fərmanı ilə "Qazaxıstan Respublikası Milli Elmlər Akademiyası" Respublika Dövlət Qurumunun Nizamnaməsi kimi təsdiq edildi. Nizamnaməyə əsasən, Qazaxıstan Milli Elmlər Akademiyası üzvlərini (akademiklərini), Qazaxıstanın müxbir üzvlərini və aparıcı elm adamlarını birləşdirən dövlət elmi bir qurumdur. Elmlər Akademiyası inzibati, elmi, texniki, sosial-mədəni və digər funksiyaları yerinə yetirmək üçün yaradılmış respublika dövlət qurumudur. Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyi Elmlər Akademiyasının dövlət orqanı, habelə bununla əlaqədar funksiyaları yerinə yetirən dövlət mülkiyyət hüquqları subyektidir. Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının məqsədi və əsas fəaliyyətləri bunlar idi: tədqiqat fəaliyyəti; RK-da elmin vəziyyəti və inkişafının təhlili; elmin inkişafı və elmi kadr hazırlığı üçün prioritet sahələrin müəyyənləşdirilməsi; elmi və ekspert dəstəyi; tədqiqat proqramlarının formalaşdırılması və həyata keçirilməsinin əlaqələndirilməsi; öz səlahiyyətləri daxilində beynəlxalq əməkdaşlığın, innovasiya və investisiya fəaliyyətinin inkişafına kömək etmək. Milli Elmlər Akademiyasının fəaliyyətinə ümumi rəhbərlik və koordinasiya səlahiyyətli orqan (nazirlik) tərəfindən həyata keçirilmişdir. Elmlər Akademiyası İdarə Heyətinin icraedici orqanı Qazaxıstan Elmlər Akademiyasının prezidenti idi. Qazaxıstan Respublikasının Prezidenti, 2003 21 oktyabr Fərmanı ilə "Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası" respublika dövlət qurumu ləğv edildi və "Qazaxıstan Respublikası Milli Elmlər Akademiyası" ictimai birliyi yaradıldı.
Rusiya Elmlər Akademiyası
Rusiya Elmlər Akademiyası (abbr. REA, rus. Российская академия наук, abbr. РАН) — Rusiyada təbiət və ictimai elmlərdə fundamental tədqiqatlar aparan aparıcı elmi təşkilat, dövlət elmlər akademiyası. Akademiyanın əsas vəzifəsi təbiətin, cəmiyyətin, insanın inkişafı barədə, həmçinin Rusiyanın texnoloji, iqtisadi, sosial və mənəvi inkişafına dəstək olacaq biliklərin əldə edilməsini təmin edən fundamental tədqiqatların təşkil etməkdir. Rusiya Elmlər Akademiyası Rusiya Federasiyasının Konstitusiyasının 44-cü maddəsinə görə dövlət elmlər akademiyası formasında olan vacib konstitusiya-ictimai qeyri-kommersiya təşkilatıdır. Akademiyanın 1000 elmi institutu, 50 min elmi işçisi, 819 həqiqi üzvü, 1081 müxbir üzvü, 713 akademiyasının professoru vardır. Gennady Krasnikov — Rusiya Elmlər Akademiyasının Prezidenti (2022). Alqebra i analiz Пекарский А. История Императорской академии наук в Петербурге. СПб., 1873.
Yer haqqında elmlər
Yer haqqında elmlər (geoelmlər) - Yer planetinin quruluşunu (litosfer, hidrosfer, atmosfer), əhalisini, onun təsərüfat fəaliyyətini və Yerətrafı kosmik məkanı öyrənən elmlər qrupudur. Yerin öyrənilməsi Yer qrupundan olan digər planetlərin öyrənilməsini asanlaşdırır. Günəş sistemini öyrənən zondlar meydana gəldikdən sonra Yer haqqında elmlərə planetologiya elmi də əlavə olundu. Bu elm Ayı, planetləri, onların peyklərini, meteor və kometləri öyrənir. Yer haqqında elmlərə daxildir: təbiət elmləri: geologiya, fiziki coğrafiya və s. ictimai elmlər: əhali coğrafiyaı, iqtisadi coğrafiya və s. Yer bütün haqqında elmlər ümumi və regional sahələrə bölünürlər. Ümumi elm həmin elmin ümumi qanunauyğunluqlarını, regional elm isə həmin elmin dar bir sahəsini öyrənir.