energetik itkilər

ру энергетические потери en energy loss de Energieverlust fr perte d'énergie es pérdida de energía it perdita d'energia
en dairəsinin dərəcəsi
energetik qurğu, elektrik stansiyası
OBASTAN VİKİ
Energetik
Energetik içki — Energetik Əli-Bayramlı FK — Əli Bayramlıda (indiki Şirvan) futbol klubu.
Energetik içki
Energetik içki ("energetik") — tərkibində stimullaşdırıcı preparatlar (adətən kofein) olan, zehni və fiziki stimullaşdırma təmin edən spirtsiz (tərkibində cüzi miqdarda spirt də ola bilər) içki növüdür. Energetik içki "enerji" kimi satılsa da, qida enerjisindən fərqli olan məhsuldur. Energetik içkilər qazlı və ya qazsız olur, tərkibində şəkər və ya digər dadlandırıcılar, bitki ekstraktları, taurin və amin turşuları ola bilər. Onlar energetik məhsulların böyük bir qrupunun althissəsidir və idman üzrə göstəriciləri yüksəltmək üçün reklam edilən içkilərdən fərqlənir. Energetik içkilərin bir çox markası (brend) və çeşidi var. Qəhvə, çay və tərkibində kofein olan digər təbii içkilər energetik içkilər hesab edilmir. Kola kimi digər yumşaq içkilərin də tərkibində kofein ola bilər, ancaq həmin içkilər də energetik içkilər deyil. Buckfast Tonic Wine kimi bəzi spirtli içkilərin tərkibində kofein və digər stimullaşdırıcılar olur. Mayo Clinic tibbi praktika və tədqiqat qrupunun (Minnesota, ABŞ) apardığı araşdırmaların nəticəsinə görə, yetkinlik yaşına çatmış tipik sağlam adam üçün gündə 400 mq kofein içmək təhlükəsizdir (Mayo Clinic – 4500-dən artıq həkim və alimlərin çalışdığı, ümumilikdə 60 min nəfərə yaxın tibbi işçisi olan təşkilatdır). Avropa Qida Təhlükəsizliyi Təşkilatı (European Food Safety Authority) tərəfindən də təsdiq edilmişdir ki, gündə 400 mq-a kimi kofein qəbulu yetkinlik yaşına çatmış adamların (böyüklərin) təhlükəsizliyi üçün problem yaratmır, belə ki, bu, 4 fincan qəhvəyə (hər biri 90 mq) və ya 5 standart (250 ml) energetik içki bankasına (hər biri 80 mq) ekvivalentdir "Enerji atəşi" və ya "Enerji partlayışı" Energy shot xüsusi bir energetik içki növüdür.
Energetik Mingəçevir FK
Mingəçevir FK — və ya rəsmi adı ilə Mingəçevir Futbol Klubu. 2022-ci ildə yaranan, tarixən 1966-cı ildə təməli qoyulan Azərbaycanın Mingəçevir şəhərini təmsil edən klubdur. "Energetik" futbol klubunun varisidir. İdarə Heyəti Sədri: Ruslan Həmidov İdman Direktoru: Zaur Qarayev Köməkçi Məşqçi: Samir Məmmədov, Namiq İbrahimli Mətbuat Katibi: Elnur Qasımov Mingəçevirdə futbola maraq 1960-cı il və əvvəllərində artıq var idi. "Kabelçi" adlı klub, Kabel Zavodunun himayəsində fəaliyyət göstərirdi. Klubun xüsusən Şəkinin "Xansaray" klubu ilə oyunlarının prinsipiyal olduğu bilinir. 1966-cı ildə "Neftçi" klubunun SSRİ birinciliyinin bürünc medal qazanması ilə futbola maraq bir az daha artdı. Həmin il ilk yaranan klub isə Mingəçevir Tekstil Zavodunun himayəsində olan "Tekstilşik" olub. Bu komanda SSRİ kubokunda 2 dəfə çıxış edib. "Tekstilşik" klubundan əlavə, 1968-ci ildə, Mingəçevir Politexnik İnstitutunun nəznində yaranan yığma komanda, Azərbaycan kubokuna sahib çıxmışdır.
Energetik sürtkü yağları
Firudin Hüseynov (energetik)
Firudin Həmzə oğlu Hüseynov (17 iyul 1918, Yelizavetpol – 1984, Bakı) — AMEA-nın müxbir üzvü (1980), professor (1966), texnika üzrə elmlər doktoru (1965). Firudin Hüseynov 1918-ci il iyulun 17-də Gəncə şəhərində anadan olmuşdur. 1936-cı ildə Bakı Energetika Texnikumunu və 1942-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bitirmişdir. Firudin Hüseynov 1950-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1965-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 1966-cı ildə porofessor elmi adını almış, 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Firudin Hüseynov 6 monoqrafiya və 300-dən artıq elmi əsərin müəllfidir. Onun rəhbər­liyi altın­da 40 nəfər fəlsəfə və elmlər doktorluğu dissertasiyası müdafiə edilmişdir. Firudin Hüseynov 1947-ci ildən ASİ-də assistent, dosent, professor, 1957-ci ildən Azərbaycan Elmi Tədqiqat Energetika İnstitutunda elektrik sistemləri laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. Firudin Hüseynov ilk dəfə müasir mürəkkəb sistemlərin ekvivalentləşdirilməsi metodunun əsasını işləyib, Azərbaycanın energetika sahəsində müxtəlif elmi araşdırmalar aparıb. Firudin Hüseynov 1984-cü ildə Bakıda vəfat etmişdir. Firudin Hüseynov "Qafqazın müdafiəsinə görə", "Rəşadətli əməyə görə", "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif olunmuşdur.
Kamal Abdullayev (energetik)
Kamal Mehman oğlu Abdullayev (19 dekabr 1936, Əcəxur, Hil rayonu) — texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2000), "Şöhrət" ordenli. Kamal Abdullayev 1936-cı il dekabrın 19-da Qusar rayonunun Əcəxur kəndində ziyalı ailəsində anadan olmuşdur. Atası Mehman Hacıbala oğlu Abdullazadə Qusarda maarifçilik sahəsində böyük xidmətlər göstərmiş, uzun illər müəllim və məktəb direktoru vəzifələrində işləmiş və böyük nüfuza malik şəxsiyyət olmuşdur. Atası Mehman Abdullazadə əks-inqilabçı adı ilə 1937-ci ildə güllələnmiş və 1956-cı ildə isə bəraət almışdır. Hazırda Əcəxur kənd orta məktəbi Mehman Abdullazadənin adını daşıyır, məktəbin həyətində onun heykəli qoyulmuşdur. Atası güllələndikdən sonra Kamal Abdullayevin ailəsi rayondan sürgün olunmuş, evləri, əşyaları və atasının kitabxanası müsadirə edilmişdir. Sürgündən qayıtdıqdan sonra Kamal Abdullayev kənd məktəbini əla qiymətlərlə bitirib, "İstilik texnikası" ixtisası üzrə Bakı Energetika Texnikumuna qəbul edilmiş və texnikumu fərqlənmə diplomu ilə bitirmişdir. O, Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyasına) imtahansız qəbul edilmişdir. Görkəmli elm xadimi, professor K. M. Abdullayev XX əsrin səksəninci illərinin sonunda Azərbaycanda yaranan gərgin ictimai-siyasi mühitdə respublikanın şimalında fəallaşan "sadval"çılara qarşı kəskin mövqedə dayanaraq, onlara layiqli cavab verirdi. O, 2003 və 2008-ci illərdə keçirilən prezident seçkilərində hörmətli Prezidentin səlahiyyətli vəkili, sonuncu prezident seçkilərində isə Qusar rayonu üzrə müşahidəçi olmuş, dövlətçiliyimizə, YAP-a sadiq, ləzgi millətinin nüfuzlu, ziyalı ağsaqqalı və böyük hörmətə layiq görkəmli, çox məhsuldar alimi və pedaqoqu olduğunu təsdiq etmişdir.
Kərim Ramazanov (energetik)
Kərim Nəzir oğlu Ramazanov (1 mart 1947, İlisu, Qax rayonu – 29 yanvar 2012, Bakı) — texnika elmləri doktoru (1991), AMEA-nın müxbir üzvü (2001), iqtisadi inkişaf nazirinin energetika məsələləri üzrə baş müşaviri, Azərbaycan Respublikası I çağırış Milli Məclisinin deputatı. Kərim Ramazanov 1 mart 1947-ci ildə Azərbaycan Respublikası Qax rayonunun İlisu kəndində anadan olub. 1963-cü ildə İlisu kənd orta məktəbini bitirib. 1969-cu ildə Mühəndis elektromexanik ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsini bitirib. Universiteti bitirdikdən sonra ordu sıralarında xidmət edib. Kərim Ramazanov 1970-ci ildə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda əmək fəaliyyətinə başlayıb və müxtəlif vəzifələrdə çalışıb. O, 1980-ci ildə laboratoriya müdiri, 1981–1993-cü illərdə institutun elmi işlər üzrə direktor müavini, 1993–2002-ci illərdə isə direktor vəzifəsini icra edib. 1995-ci ildə birinci çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 60 saylı Qax-Zaqatala Seçki Dairəsindən deputat seçilib. Parlamentin Büdcə Komissiyasının və İntizam Komissiyasının üzvü olub. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya daimi komissiyasının da üzvü olan Kərim Ramazanov ölkənin energetika sahəsinin fəaliyyətinə dair mühüm qanunların hazırlanmasında və qəbul olunmasında yaxından iştirak edib.
Energetik Əli-Bayramlı FK
"Energetik" futbol klubu — və ya digər adı ilə Energetik Əli Bayramlı Futbol Klubu 1980-ci ildə Əli Bayramlıda (indiki Şirvan) yaranmış Azərbaycan futbol klubudur. 1980-ci ildə çempionluq və kubok qazanmış klub, 1997-ci ildə maliyyə problemləri səbəbiylə fəaliyyətini dayandırmış 2023-cü ildə fəaliyyətini bərpa etmişdir Azərbaycanda indiyə qədər bir çox klub fəaliyyətini dayandırıb. Onlardan biri 1980-ci ildə Azərbaycan çempionu olmuş keçmiş Əli-Bayramlı, indiki Şirvan şəhərinin "Energetik" klubudur. Azərbaycan çempionatında iştirak edəndə, Azərbaycan Elektrik Stansiyası klubdakı bütün futbolçuları işə götürmüşdü. Onlar üçün güzəştə gedərək işdən azad edib, məşqlərə, oyunlara yollanmalarına icazə verirdilər. Maliyyə problemlərinin də olmaması səbəbi ilə çıxdığı ilk mövsümdəcə çempionluğu aldı "Energetik". 1980-cı ildə Azərbaycan çempionluğunu, daha sonra kuboku qazandı. Bununlada o ərazidə futbola maraq daha da artmağa başladı. 1992-ci ildə ilk Azərbaycan çempionatında Energetik klubu da iştirak etdi. İlk milli çempionatın başlamasından sonra klub Azərbaycanın əsas liqasında yüksək nəticə göstərdi.