ENTOMOLOQ

[yun. entoma-həşəratlar və logos-elm] энтомолог (энтомологиядин специалист).
ENTOMOLOJİ
EOLİT
OBASTAN VİKİ
Entomoloq
Entomologiya (yunanca έντομον - cücü, λόγος - öyrənmək) - həşəratları öyrənən elm. Entomologiya zoologiyanın bir hissəsi olmaqla başlanğıcını həmin elmdən götürmüş və onun əsasında inkişaf etmişdir. Müasir entomologiya elmi biologiyanın inkişaf edən ən mühüm sahələrindən biri olub, praktika ilə sıx bağlıdır və onun ümumi entomologiya, kənd təsərrüfatı, meşə, tibbi və baytarlıq entomologiyası kimi müstəqil sahələri vardır. == Entomologiyanın inkişaf tarixi == Həşərat haqqında ilk və sadə məlumatlara qədim yunan alimi Aristotel (b.e.ə. 384-322) və başqa alimlərin fikirlərində rast gəlsək də onların öyrənilməsinə XVII əsrdən başlanmışdır. XVII-XVIII əsrlərdə italyan alimi M.Malpigi (1628-1694), Hollandiya alimi Y.Svammerdam (1634-1684), məşhur İsveç alimi K.Linney (1707-1778), görkəmli təbiətşünas və səyyah, akademik P.S.Pallas (1741-1811) həşəratın anatomiyası, metamorfozu, təsnifatı, morfologiyası, biologiyası, faunası haqqında bir çox tədqiqatlar aparmış və əsərlər yazmışlar. XIX əsrdə entomologiya bir elm kimi formalaşır və 1832-ci ildə Fransada, 1833-cü ildə İngiltərədə entomologiya cəmiyyəti yaranır.Rusiysda isə 1859-cu ildə rus entomologiya cəmiyyəti yaradılmış və onun ilk prezidenti məşhur alim, akademik K.M.Ber olmuşdur. Azərbaycanda entomologiya elminin inkişafı Sovet hakimiyyəti dövrünə təsadüf edir. Bu məqsədlə Azərbaycan Dövlət Universitetində, 1923-cü ildə təşkil olunmuş Mikrobiologiya institutunda entomologiyaya aid ilk tədqiqat işləri aparılmağa başlanır. 1932-ci ildə SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin Zoologiya bölməsinin, 1935-ci ildə Zoologiya İnstitutunun təşkili ilə əlaqədar olaraq entomoloji tədqiqatların aparılması üçün daha əlverişli şərait yaradılmış olur.
Şamil Cəfərov (entomoloq)
Şamil Məmməd oğlu Cəfərov (ukr. Джафаров Шаміль Мамедович; 19 mart 1927, Azərbaycan, Azərbaycan SSR, SSRİ – 21 may 1999, Melitopol, Zaporojya vilayəti) — entomoloq. Biologiya elmləri doktoru (1963), professor (1968). 1949-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Həmin vaxtdan Azərbaycan Elmlər Akademiyasının Zoologiya İnstitutunda çalışıb. Кровососущие мокрицы (Diptera, Heleidae) Закавказья. Баку, 1964; Учебник по зоологии беспозвоночных. Баку, 1969; Мухи-тахины (Diptera, Tachinidae) юга УССР. Дн., 1990; Паразитические мухи-тахины Крыма // Проблема изучения фаунист. комплексов юга Украины и разработки науч. основ их мониторинга.

Значение слова в других словарях