Erde

die; - 1. yer kürəsi, yer, ərz; 2. (Boden)torpaq, yer; veralt. xak; 3. (Welt) dünya, kainat; auf der ~ yer üzündə; auf die ~ fallen yerə düşmək; unter der ~ yeraltı; auf der ganzen ~ bütün dünyada; j-n unter die ~ bringen bir kəsin ölümünə bais (səbəb) olmaq; mit ~ bedecken gömdürmək, quyulamaq
Erdboden
erden
OBASTAN VİKİ
Eda Erdem
Eda Ərdəm (türk. Eda Erdem; 22 iyun 1987, İstanbul) — türk qadın voleybolçu. Ampluası blokçudur. 190 sm boya malik voleybolçunun zərbə yüksəkliyi 308 sm, blok yüksəkliyi isə 302 sm-dir. Fənərbaxçanın əsas oyunçularından biri və kapitanı olan Eda 1987-ci il təvəllüdlüdür. Onun bu klubla 2017-ci ilə qədər müqaviləsi var. Həmin sözləşməni 2014-cü ilin yayında imzalamışdır. İstanbulda anadan voleybolçunun karyerası da bu şəhərdə keçir. Həvəskar karyerasına 2000-ci ildə Beşiktaş ilə başlayan voleybolçunun peşəkar idmançı olması dörd il sonra 17 yaşında yenə bu kluba təsadüf edir. Beşiktaşda qeyri-peşəkar səviyyədə oynadığı dörd il onu İstanbul klubunda qalmağa vadar etdi.
Erdem Çetinkaya
Erdenebat Bazarraqça
Erdenet
Erdenet (ing. Erdenet, monq. Эрдэнэт) - Monqolustanın Orxon aymakının mərkəzi şəhəri. Şəhər Selenga və Orxon çayları arasındakı Orxon vadisində, paytaxt Ulan-Batordan 241 km şimal-qərbdə yerləşir. Şəhərin sahəsi 208,0 km2, əhalisinin sayı isə 83 379 nəfərdir. Erdenet, Monqolustanın ən yeni yaşayış məskənlərindəndir. 1950-ci illərdə böyük mis yatağı kimi aşkarlanmış və 1974-cü ildə əsası qoyulmuşdu. Trans-Monqol dəmir yol xətti ilə Erdeneti 1977-ci ildə istifadəyə verilən 121 km-lik dəmiryolu xəttinin açılışı oldu. 1980-cı illərin ortalarında əhalinin böyük qismi mühəndis və ya şaxtaçı işləyən ruslardan ibarət idi.1990-cı ildə Sosializmin süqutundan sonra ruslar şəhəri tərk etdi. Bu gün əhalinin 10%-i rusdur.
Erdeni-batır
Erdeni-batır (Batır-xuntayci; d.? - ö.1653) — Cunqar xanlığının ilk hakimi. Hakimiyyət illəri (1634-1653). Erdeni-batır Oyrotların Çoros ulusundandır. Xara-xulanın dördüncü oğlu və vəliəhdidir. 1634-cü ildə atasının vəfatından sonra Çoros tayfa ittifaqına başçılıq etmişdi. 1640-cı ildə Erdeni-batırın təşəbbüsü ilə Tarbaqatayın ətəyində ümummonqol qurultayı baş tutmuşdu. Onun dövründə oyratlar Şərqi Yeddisuyu ələ keçirmişdilər. Erdeni-Batır xuntaycı, Xoşutların lideri Oçirtu ilə yaxşı münasibətlər qurararaq Cunqar xanlığı içərisindəki birliyi möhkəmləndirmişdi. Bu doğrultuda Zaysan və Balxaş gölü çevrəsi, İli və Çü bölgəsi, Oçirtunun hakimiyətinə buraxıldı.
Qız qalası (Erdemli)
Qızqalası — Karikos sahil qalasına 200 metr məsafədə olan adada yerləşir. Böyük hissəsi yaxşı vəziyyətdə olan Qızqalasının şimal və cənub səmtləri səkkiz qülləylə qorunmuşdur. Qalanın xarici dairəsinin uzunluğu 192 metr dir. Qızqalası ilə sahildəki qala dənizdən bir yolla bağlanmış, dənizdən gələcək hücumlara qarşı tədbirləralınmışdır. Karamanoğlu İbrahim bəy tərəfindən 1448-ci ildə bərpa olunan qala bu gün bölgənin turizm simvolu halına gəlmişdir. Qızqalası Romalılar, Bizanslılar, Səlcuqlular, Fransızların (Kipr Krallığı), Qaramanlı və Osmanlıların hakimiyyətində olmuş əhəmiyyətli bir yaşayış məntəqəsidir. Aparılan ilk qazıntılarda buraya ilk yaşayışın e.ə. IV əsrə aid olduğunu göstərir. Məşhur tarixçi Herodot, bu şəhəri Georges adında Kiprli bir knyazın qurduğunu yazır. Miladdan sonra 72-ci ildə Roma hakimiyyətinə daxil edilən Qızqalası 450-ci ilə Roma imperiyasının ərazisi olmuşdur.
Qızqalası, Erdemli
Qızqalası — Karikos sahil qalasına 200 metr məsafədə olan adada yerləşir. Böyük hissəsi yaxşı vəziyyətdə olan Qızqalasının şimal və cənub səmtləri səkkiz qülləylə qorunmuşdur. Qalanın xarici dairəsinin uzunluğu 192 metr dir. Qızqalası ilə sahildəki qala dənizdən bir yolla bağlanmış, dənizdən gələcək hücumlara qarşı tədbirləralınmışdır. Karamanoğlu İbrahim bəy tərəfindən 1448-ci ildə bərpa olunan qala bu gün bölgənin turizm simvolu halına gəlmişdir. Qızqalası Romalılar, Bizanslılar, Səlcuqlular, Fransızların (Kipr Krallığı), Qaramanlı və Osmanlıların hakimiyyətində olmuş əhəmiyyətli bir yaşayış məntəqəsidir. Aparılan ilk qazıntılarda buraya ilk yaşayışın e.ə. IV əsrə aid olduğunu göstərir. Məşhur tarixçi Herodot, bu şəhəri Georges adında Kiprli bir knyazın qurduğunu yazır. Miladdan sonra 72-ci ildə Roma hakimiyyətinə daxil edilən Qızqalası 450-ci ilə Roma imperiyasının ərazisi olmuşdur.
Sunay Erdem
Sunay Erdem (d. 1971, Bolqarıstan) — Dünya tərəfindən məşhur Türk Landşaft memarı və öz özünü yetişdirmiş memar. Sunay Erdem qardaşı Günay Erdem ilə 1998-ci ildə Erdem Memarlar firmasını qurdular. İki qardaş 90-cı illərdən günümüzə 40 dan çox ölkədə layihə inkişaf etdirib, 50-ə yaxın mükafat almışdır. Günümüzün memarlıq sahəsində nadir sərbəst əl istifadə tasarımcılardan biri olan Sunay Ərdəmin 1992-ci ildən bu yana 700'e yaxın çəkdiyi sərbəst əl perspektivləri var. Amerika Memarlıq İnstitutu (AIA) Philadelphia Bölümü tərəfindən təşkil edilən 2013 Sketch Showdown Yarışmasında akvarel eskizi birinci oldu. 2014-ci ildə İtaliyada açılan və Napolyonun məşhur La Spezia Limanı silah-sursat istehsalı şəhər çevrilməsi yarışmasında layihəsi birinci olmuşdur. Oxşar il İngiltərədə açılan və Wimbledon turnirinin edildiyi qəsəbənin şəhər çevrilməsi yarışmasında isə layihəsi finala qalmışdır. Sunay Erdem, TMMOB Memarlar Odası tərəfindən iki ildə bir verilən və 2010 ili Milli Memarlıq Sərgisi və Mükafatları, Fikir təqdimatı sahəsi Müvəffəqiyyət Mükafatı sahibidir. Ayrıca TMMOB Landşaft Memarlar Odası tərəfindən hər il verilən və 2009, 2010, 2013 Yılllar Milli Landşaft Mimarlığı Mükafatları sahibidir.
Tibor Erdey-Druz
Tibor Erdey-Qruz (mac. Erdey-Grúz Tibor; 27 oktyabr 1902, Budapeşt – 16 avqust 1976, Budapeşt) — Macarıstanlı kimyaçı və siyasətçi. 1952-1953-cü illərdə Ali Təhsil naziri və 1953-cü ildən 1956-cı ilədək Təhsil naziri vəzifələrini icra etmişdir.
Tibor Erdey-Qruz
Tibor Erdey-Qruz (mac. Erdey-Grúz Tibor; 27 oktyabr 1902, Budapeşt – 16 avqust 1976, Budapeşt) — Macarıstanlı kimyaçı və siyasətçi. 1952-1953-cü illərdə Ali Təhsil naziri və 1953-cü ildən 1956-cı ilədək Təhsil naziri vəzifələrini icra etmişdir.
Tuba Erdem
Tuba Erdem — Türkiyə kino və teatr aktrisası. Tuba Erdem 24 fevral 1975-ci ildə Türkiyə Cümhuriyyətinin İzmir şəhərində anadan olmuşdur.
İpek Erdem
İpek Ərdəm (türk. İpek Erdem; 1984, Bursa) — Türk aktrisa. Keçmiş futbolçu, texniki direktor Haluk Erdem və dizayner, operator Emine Akbaşın qızı olaraq dünyaya gəldi. Taygun və Algun Erdem qardaşları, onlar da keçmiş futbolçu və texniki direktorlar. Yeddi yaşında ilk getdiyi teatr tamaşasında aktrisa olmağa qərar verən İpek Ərdəm, 1995-ci ildə Bursa Bələdiyyə Konservatoriyasında Türk Sənət Musiqisi təhsili aldı. İlk aktrisalıq təhsili də 1996-cı ildə Bursa Dövlət Teatrı ilə əlaqəli Osmaniye Mədəniyyət Mərkəzindədir. Orada Hansel və Grathel, Vur Emri, Aşk Fıçıları adlı tamaşalarda rol aldı. Bundan başqa çox kiçik yaşdan etibarən idman və rəqsə marağı var idi. 1987–1998-ci illər arasında gimnastika, balet, üzgüçülük, voleybol və folklora getdi. 2002-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyası, Teatr Sektorunu daxil olaraq İstanbula gəldi.
İvan Erdeli
İvan Georgiyeviç Erdeli (rus. Иван Георгиевич Эрдели; 15 oktyabr 1870 – 7 iyul 1939, Paris) — rus hərb xadimi, süvari qoşunları (kavaleriya) generalı (1917). Birinci dünya müharibəsi və Rusiya vətəndaş müharibəsi iştirakçısı. Könüllü ordunun əsasını qoyanlardan biri. Denikin qoşunlarının baş komandanı. İvan Erdeli 1870-ci ildə Rusiya İmperiyasının Xerson quberniyasında (indiki Ukrayna) anadan olmuşdur. Onun ata-babaları XVIII əsrdə Rusiyada pravoslavlığı qəbul edən və Rusiyaya köçən macar zadəganları olmuşdur. Babası Pyotr Rumyantsev və Aleksandr Suvorovun qoşunlarında xidmət etmişdir. Atası — Yeqor (Georgi) Yakovleviç, 1871–1876-cı illərdə Xerson quberniyasının zadəgan lideri olmuşdur. Anası — Leonida Tulubyevada anadan olmuşdur.
Mülayim Erdem
Mülayim Erdem (d. 10 yanvar 1987, Zeytinburnu) — türkiyəli futbolçu, yarımmüdafiədə oynayır. Arif Erdemin qardaşı oğlu olaraq Qalatasaray infrastrukturunda futbol oynamağa başladı, burada peşəkar oldu və A komandası ilə məşqlərə başladı. Qalatasaray infrastrukturunda Arda Turan, Uğur Uçar, Ferhat Öztorun, Aydın Yılmaz və Mehmet Güven kimi futbolçularla eyni yaşda olan komandalarda çıxış edib. 20 mart 2004-cü ildə "Qalatasaray"da ilk rəsmi matçına çıxıb, Super Liqanın "Çaykur Rizəspor" la oynadığı matçın 46-cı dəqiqəsində Florin Bratunu əvəzləyib, daha sonra oyuna daxil olub. Bundan başqa, o, müntəzəm olaraq gənclərdən ibarət milli komandaların müxtəlif rütbələrində çıxış etsə də, Qalatasarayda şans tapmadı və nəticədə Qalatasaray infrastrukturunda keçmiş məşqçisi Abdullah Avcının komandası İstanbul Böyükşəhər Belediyespora 2006–07 mövsümündə icarəyə verildi. Daha sonra Orduspor və Qaziantep Böyükşəhər Belediyespora bir mövsümlük icarəyə verilib. 1 yanvar 2009-cu ildə "Qaziantep BB" ilə müqaviləsini pozaraq "Qalatasaray"a qayıdıb. Mövsümün sonunda "Qalatasaray"la müqaviləsinə qarşılıqlı xitam verildi və nəticədə sərbəst buraxıldı. Bundan sonra "Yalovaspor" razılaşıb və o, 2009–2010-cu il mövsümündən "Yalovaspor"da çıxış edir.