ernst

adj. ciddi; sərt; ich meine es ~! ciddi deyirəm; ~ werden ciddiləşmək
Ernst
Ernstfall
OBASTAN VİKİ
Ernst Abbe
Ernst Karl Abbe (d. 23 yanvar 1840, Eisenach - ö. 14 yanvar 1905, Jena) alman fiziki və sənayeçisi. 1861-ci ildən başlayaraq Göttingen Universitetində nəzəri fizika professoru və rəsədxana idarəçiliyi edən Ernst Abbe, Karl Zeiss ilə birgə fəaliyyət göstərirdi. (1875), Karl Zeiss vəfat edəndən sonra, optik cihazlar istehsal edən şirkətin rəhbərliyini üstünə götürdü. Mikroskopun klassik qaydasını ortaya atdı. Qırılma qanunları vasitəsilə mikroskopun seçmə gücünü hesabladı (1877). Abbe sinuslar bağlantısını ortaya qoydu.
Ernst Blox
Ernst Simon Blox (alm. Ernst Bloch‎; 8 iyul 1885[…], Lüdviqshafen – 4 avqust 1977[…], Tübingen[d], Baden-Vürtemberq) — alman filosofu, sosioloq və yeni marksist yönümlü publisist. "Ümid fəlsəfəsi" və "Hələ Olmayan Ontoloji" nin yaradıcısı. == Bioqrafiyası == Lüdviqshafendə dəmir yolu işçisinin varlı yəhudi ailəsində anadan olmuşdur. İlk fəlsəfi inşasını 13 yaşında yazmışdır. Eyni zamanda 14 yaşında Avqust Bebel və Roza Lüksemburqun çıxışları ilə tanış olduqdan sonra sosial demokrat qəzet olan Forverts-ə abunə olaraq sosialist fikirlərə qoşuldu. Blox marksizm və xristianlıq arasındakı dialoqun iştirakçısı idi. Marksist məktəblərə və hərəkatlara birbaşa yaxınlaşmadan Blox, eyni adlı jurnalın redaksiya heyətinin üzvü olmaqla 1960-cı illərin ortalarından etibarən Yuqoslaviyanın Praxis qrupu ilə ən yaxından əməkdaşlıq etdi. Ölümünə qədər sosialist olaraq qaldı və "sosializmin səbəbinin məhv edilə bilməyəcəyini" müdafiə etdi; eyni zamanda Lukasın ifadəsi ilə qiyabi olaraq ən pis sosializmin ən yaxşı kapitalizmdən daha yaxşı olduğunu iddia edərək, şərq blokundakı "həqiqi sosializmin" sosializmdən ən cüzi reformizmdən daha da uzaq olduğuna inanırdı. == İstinadlar == == Ədəbiyyat == Болдырев И. А. Время утопии: проблематические основания и контексты философии Эрнста Блоха.
Ernst Buş
Ernst Buş (aktyor) — aktyor. Ernst Buş (marşal) — marşal.
Ernst Happel
Ernst Frants Hermann Happel (29 noyabr 1925, Vyana – 14 noyabr 1992, İnsbruk) — keçmiş Avstriya oyunçusu və məşqçisi. O, futbol tarixinin sayıb-seçilən məşqçilərindən biri hesab olunur. O, Niderland, Belçika, Almaniya və Avstriyada işləyərkən həmin ölkələrin həm çempionatlarını, həm də kuboklarını qazanmışdır. Bundan başqa, onun çalışdığı klublar 1970 və 1983-cü illərdə Çempionlar Kubokunu qazanmışdır və məşqçi olduğu Niderland millisini 1978 FİFA Dünya Kubokunun finalına qədər çıxarda bilmişdir. O, Çempionlar Kubokunu 2 müxtəlif klub ilə qazanan beş (Karlo Ançelotti, Otmar Hitsfeld, Joze Mourinyo və Yupp Haynkes ilə birlikdə) məşqçidən birinci idi. O, həmçinin ən azı 4 müxtəlif ölkədə yerli çempionatı qazanan altı (Joze Mourinyo, Karlo Ançelotti, Covanni Trapattoni, Tomislav İviç və Erik Gerets ilə birlikdə) məşqçidən biridir. == Oyunçu karyerası == === Klub səviyyəsində === Happel karyerasına "Rapid Vyana" başlamışdır və 17 yaşındaykən o, debüt etmişdir. Maks Merkel ilə güclü müdafiə tandemini quraraq o, bu klubda 14 il keçirtdi (1943–1954 və 1956–1959) və 6 altı dəfə Avstriya Futbol Bundesliqasının çempionu oldu. 1999-cu ildə tərtib olunan "Rapid" klubunun "Əsrin Heyəti"ndə o, yer almışdır. O, bundan başqa 2 il Fransanın "Rasinq Paris" klubunda çıxış etmişdir === Milli yığma səviyyəsində === Happel millidə ilk oyununu 1947-ci ilin sentyabr ayında Macarıstana qarşı keçirtmişdir.
Ernst Hartert
Ernst İohann Otto Hartert (alm. Ernst Johann Otto Hartert‎; 29 oktyabr 1859, Hamburq — 11 noyabr 1933, Berlin) — alman ornitoloqu. == Elmi xidmətləri == İlk dəfə Hartert tərəfindən təsnif olunan quşlar: Corvus rhipidurus Scolopax mira Buteo oreophilus Hydrochous gigas Hartertin şərəfinə adlandırılan taksonlar: Acestrura harterti Batrachostomus harterti Phlogophilus harterti == Əsərləri == 1891: Katalog der Vogelsammlung im Museum der Senckenbergischen Naturforschenden Gesellschaft in Frankfurt am Main 1897: Podargidae, Caprimulgidae und Macropterygidae 1897: Das Tierreich 1900: Trochilidae 1902: Aus den Wanderjahren eines Naturforschers: Reisen und Forschungen in Afrika, Asien und Amerika, nebst daran anknüpfenden, meist ornithologischen Studien 1903: Ueber die Pipriden-Gattung Masius Bp. 1910–1922: Die Vögel der paläarktischen Fauna: Systematische Übersicht der in Europa, Nord-asien und der Mittelmeerregion vorkommenden Vögel. Drei Bände 1920: Die Vögel Europas == Mənbə == Hans Kelm: Otto Kleinschmidt und Ernst Hartert. Aus ihrem Briefwechsel 1895-1932. In: Journ. Orn. Bd. 101, Nr.
Ernst Hekkel
Ernst Hekkel (alm. Ernst Heinrich Philipp August Haeckel‎; 16 fevral 1834[…], Potsdam, Brendenburq əyaləti[d], Prussiya – 9 avqust 1919[…], Yena, Veymar Respublikası) — alman alim və filosof, "ekologiya" termininin müəllifi. == Həyatı == Ernst Hekkel 1834-cü ildə Almaniyanın Potsdam şəhərində anadan olmuşdu. Ernst Hekkel 1919-cu ildə Almaniyanın Yena şəhərində vəfat edib. == Fəaliyyəti == Ernst Hekkel 1868-ci ildə yazdığı "Təbii yaradılış tarixi" (Natürliche Schöpfungsgeschichte) adlı kitabında insan, meymun və it rüşeymlərindən istifadə edərək bəzi müqayisələr apardığını irəli sürdü. Çəkdiyi rəsmlər demək olar ki, hamısı eyni canlı rüşeymlərindən ibarət idi. Hekkel bu rəsmlərə əsaslanaraq sözügedən canlıların ortaq mənşədən gəldiklərini müdafiə etdi. Balıq, salamandr, tısbağa, toyuq, dovşan və insan rüşeymlərini yan-yana göstərən sxemlər hazırlamışdı. Fərqli canlıların rüşeymlərinin əvvəlcə bir-birlərinə çox bənzəmələri, inkişaf prosesi əsnasında yavaş-yavaş bir-birindən fərqlənmələri idi. Xüsusilə, insan rüşeyminin balıq rüşeyminə olan bənzərliyi çox diqqətçəkən idi.
Ernst Herzfeld
Ernst Emil Herzfeld (23 iyul 1879[…] – 21 yanvar 1948, Bazel) — alman arxeoloq, memar və sənət tarixçisi. İslam mədəniyyəti, xüsusən İran sənəti ilə bağlı tədqiqatları ilə tanınmışdır. Herzfeld ayrıca Silifke yaxınlığındakı Aya Tekla xristian həcc mərkəzindəki tədqiqatlarda iştirak etmiş və rəsmlərini Samuel Guyerin şərhləri ilə birlikdə nəşr etdirmişdir. == Həyatı == Münhen və Berlin universitetlərində memarlıq təhsili almış, ilk dəfə 1903-cü ildə Orta Şərqə getmiş, Mesopotamiyadakı Assuriya şəhərlərindən birində aparılan qazıntılarda memar kimi işləmiş, İraqdakı qədim Samarra şəhərini gördükdən sonra İslam mədəniyyəti ilə maraqlanmağa başlamışdır. Burada həyata keçirmiş olduğu ilk işlərini daha sonra 1907-ci ildə Samarra, Aufnahmen und Untersuchungenzur islamichen Archeologie (Səmarra, İslam Arxeologiya üzrə Ölçülər və Tədqiqatlar) adı altında çap etmişdir. Assuriya qazıntılarından ölkəsinə 1906-cı ildə qayıdarkən, İran yolundan istifadə etmiş və burada Pasarqad və Persepolisə səyahət etmişdir. Növbəti il bu iki şəhər əsasında hazırladığı tədqiqat işi ilə Berlin Universitetində doktorluq adı almışdır. 1908-ci ildə İstanbul və Suriyadan keçməklə Hindistana səyahət etmişdir. Sənət tarixçisi Friedrich Sarre ilə birlikdə Mesopotamiyada Fərat və Dəclə çayları vadilərində gəzərək bir çox arxeoloji sahəni müəyyən etdilər. Bu tədqiqatlarının nəticələrini 1911-1920 arasında Archeologische Reise im Euphrat ung Tignis Gebiet (Fərat və Dəclə Regionunda Arxeoloji Səyahət) adlı dörd cildlik əsərlərində yaydılar.
Ernst Kaltenbrunner
Ernst Kaltenbrunner (4 oktyabr 1903[…], Rid-im-İnnkrays[d], Avstriya-Macarıstan – 16 oktyabr 1946[…], Nürnberq Məhkəmə Həbsxanası[d]) — Nasist Almaniyasında professor doktor, general və Nasist Partiyasının qabaqda gələnlərindən. == Həyatı == Ried, Avstriya doğulan Kaltenbrunner, bir vəkilin oğulu idi. Linz dövlət liseyində və Graz Universitetində təhsil aldı. 1926-ci ildə Linz və Salzburgda vəkil olaraq çalışdı. Kaltenbrunner çox uzun boylu bir adam idi, "(2.01 sm) yüksəkliyində. Tələbə olduğu illərdə duel əsnasında üzünə gələn dərin yara izləri vardı ancaq bəzi mənbələrə görə, bu izlər duel deyil, əslində bir spirt əlaqəli avtomobil qəzası nəticəsində idi. Kaltenbrunner 1932-ci ildə Avstriyada Nazı Partiyası və SSə qatıldı. Yanvar 1934-ci ildə Gauredner (bələdiyyə iştirakçısı) və SS Diviziyası VIII Hüquq Müşaviri (qanuni məsləhətçi) idi. Yenə 1934də SS-standart Linz! In komandiri oldu.
Ernst Kummer
Ernst Kummer (ing. Ernst Kummer; 29 yanvar 1810[…], Jarı[d], Brendenburq əyaləti[d], Prussiya – 14 may 1893, Berlin, Prussiya, Almaniya imperiyası) — Alman riyaziyyatçısıdır; cəbri ədədlər nəzəriyyəsi, həndəsə, riyazi analiz, nəzəri mexanika üzrə əsərlərin müəllifidir.
Ernst Linder
Ernst Linder (25 aprel 1868 – 14 sentyabr 1943) — İsveç Ordusunda 1887-ci ildən 1918-ci ilə qədər xidmət etmiş fin əsilli general. O, Finlandiya vətəndaş müharibəsində Botnik körfəzini Nyasiyarviyə birləşdirən Finlandiyanın qərb sahillərində fəaliyyət göstərən Satakunta və Savo hərbi qruplarına rəhbərlik edirdi. Linder ağların komandiri, marşal Qustav Mannerheymin dostu idi. Müharibədən sonra o, təqaüdə ayrıldığı 1920-ci ilə qədər süvari müfəttişi olaraq xidmət etdi. Linder 13 aprel 1918-ci ildə general-mayor, 1938-də general-leytenant və 1940-cı ildə qoşun generalı rütbəsinə yüksəldi.
Ernst Max
Ernst Max (alm. Ernst Waldfried Josef Wenzel Mach‎, alman: [ɛʁnst ˈmax]; 18 fevral 1838[…] – 19 fevral 1916[…]) — Avstriya fiziki və filosofu. Fizika elminə gətirdiyi yeniliklərlə tanınmışdır. Bu yeniliklərdən bəziləri Max rəqəmləri və şok dalğalarla əlaqəli olan elmi işlərdir. Onun məntiqi pozitivizmə, Amerika praqmatizminə böyük təsiri olmuşdur və tənqidinə əsasən Nyutonun zaman və məkan nəzəriyyəsi Albert Eynşteynin nisbilik nəzəriyyəsinin təməlini yaratdı.
Ernst Mayr
Ernst Mayr (ing. Ernst Walter Mayr 5 iyul 1904[…] – 3 fevral 2005[…]) — məşhur amerikalı bioloq, XX əsrin ən böyük təkamülçülərindən biri. == Kitabları == Mayr, Ernst. Systematics and the Origin of Species, from the Viewpoint of a Zoologist. Cambridge: Harvard University Press. 1999. ISBN 0674862503. Mayr, Ernst. Animal Species and Evolution. Cambridge: Belknap Press of Harvard University Press.
Ernst Moro
Ernst Moro (8 dekabr 1874–1951)— Avstriya pediatrı, psixoloqu. == Həyatı == Ernst Moro 8 dekabr 1874-cü ildə müasir Sloveniyanın paytaxtı Lyublyanada anadan olub. Həmin illərdə isə Lyublyana Avstriya-Macarıstan imperiyasının şəhərlərindən biri sayılırdı. Və şəhər Laybax adlandırılırdı. Moro Qratsda (Avstriyada Ştiriyanın inzibati mərkəzi olan Qrats Avstriya imperiyasının Türk sərhədlərində ən qədim postlarından biri və ölkənin ən orijinal şəhərlərindən biri olub) oxuyub. 1899-ci ildə o, tibb doktoru alimlik dərəcəsi alıb, 1901-1902-ci ildə o, bağırsaq basili bakteriyasını kəşf edən Teodor Yeşerixlə çalışıb, 1906-ci ildə Münhendə pediatr ixtisasına yiyələnib, iki il sonra isə Heydelberq Universitetində professor olub. Həkim 1908-ci ildə tibb dünyasında elə bir yenilik etmişdi ki, onun izahı düz bir əsr sonra açılmışdı. Birinci Dünya müharibəsi illərində uşaqların çoxu ishaldan ölürdü. Moro uşaq ölümlərinin sayını azaltmaq üçün sadə resept yaradır. Bu reseptin əsas inqrediyenti kök şorbası imiş.
Ernst Muldaşev
Ernst Rifqatoviç Muldaşev (Başq. Мулдашев, Эрнст Рифғәт улы; 1 yanvar 1948, Sermenevo[d], Başqırd MSSR) — Sovet və Rus oftalmoloqu, ən yüksək dərəcəli cərrah, Ufada Rusiya Federasiyası Səhiyyə Nazirliyinin "Ümumrusiya Göz və Plastik Cərrahiyyə Mərkəzi" Federal Dövlət Büdcə Təşkilatının baş direktorudur. Rusiya Federasiyasının əməkdar həkimidir. Bundan əlavə, qədim sivilizasiyaları öyrənmək üçün Krit, Misir və Tibetə ekspedisiyalarla əlaqəli mistik mövzularda bir sıra ezoterik kitabların, qəzet nəşrlərinin və filmlərin müəllifi kimi şöhrət qazanmışdır. == Bioqrafiya == Ernst Muldaşev, 1 yanvar 1948-ci ildə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Beloretski rayonunun Verxne-Sermenevo kəndində sadə bir ailədə anadan olmuşdur. 1955–1965-ci illərdə Muldaşev Salavat şəhərinin məktəbində (Birinci Lisey) oxuyub. 1972–1982-ci illərdə Ufa Göz Tədqiqat İnstitutunda tədqiqatçı, rekonstruktiv və plastik cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1982–1988-ci illərdə Muldaşev 10 saylı Xəstəxananın göz şöbəsində oftalmoloq vəzifəsində çalışmışdır. 1988–1990-cı illərdə Shələrarası Elmi Texniki Kompleksdə "Göz Mikrocərrahiyyəsi"nin göz cərrahiyəsi nəqli laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 1990-cı ildən etibarən Ümumrusiya Oftalmik və Plastik Cərrahiyyə Mərkəzinin direktoru olmuş.
Ernst Ottlepp
Ernst Ortlepp (1 avqust 1800 – 14 iyun 1864) — Alman şairi. == Həyatı == Ortlepp Lutheran kahininin oğlu olaraq Zeitz yaxınlığında Droyßig şəhərində anadan olub. O Pforta məktəbə getdi,19 yaşına qədər Leypsiqdə ilahiyyat və fəlsəfəni öyrəndi. 1824-cü ildə universitetdən bir dərəcə almadan ayrıldı. XIX əsrin 30-cu illərində Orlepp Leypsiqə qayıtdı və onun siyasi şeirləri ilə məşhur oldu. Bəziləri Polşaya və müstəqillik uğrunda mübarizəyə həsr edilmişdir. Bu müddətdə o, gənc Richard Wagner (Ortlepp bir neçə il əvvəl Johann Wolfgang von Goethe də tanış olmuşdur) tanış oldu . Onun Friesçidəki kritik çıxışı Avstriya dövlət xadimi Mettenrixi təşvişə saldı, onun bu poemasının dərc edilməsinə qadağa qoydu. O,1937-ci ildən bəri yaşadığı Wüttenbergə getdi. Bu dövrdə Lord Byron kimi digər şairlərin əsərlərini tərcümə edərək həyat qurdu.1848-ci il inqilabı ərzində Ortlepp Almaniyanı çağırdığı milli şeir yaratmağa çalışdı.
Ernst Romanov
Ernest İvanoviç Romanov (9 aprel 1936, Serov, Sverdlovsk vilayəti – 25 fevral 2024, Sankt-Peterburq) — Rusiya aktyoru. == Həyatı == Ernest Romanov 9 aprel 1936-cı ildə Sverdlovsk vilayətində anadan olub. Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb (1957). 1957-ci ildən Rostov-Na-Donu, Ryazan, Estoniya, Latviya, 1969-cu ildən Sankt Peterburq, 1971-ci ildən A. S. Puşkin adına Akademik Teatrda, 1974-cü ildən Lenfilm kinostudiyasında çalışıb. Rusiyanın xalq artistidir. == Filmoqrafiya == Birisigün, gecəyarısı...
Ernst Ruska
Ernst Ruska (alm. Ernst August Friedrich Ruska;‎ 25 dekabr 1906[…], Heydelberq, Almaniya imperiyası – 27 may 1988[…], Qərbi Berlin, Almaniya Federativ Respublikası) – "Elektron optikası sahəsindəki fundamental tədqiqatlarına və ilk elektron mikroskopunu dizayn etməsinə görə" 1986-cı ildə Fizika üzrə Nobel mükafatı laureatı olmuş alman fizik. == Həyatı == Ernst Ruska 1906-cı ildə Almaniyanın Heydelberq şəhərində anadan olub. 1925-1927-ci illərdə Münhen Texniki Universitetində təhsil alıb və sonra Berlin Texniki Universitetinə daxil oldu. O, bu universitetdə dalğa uzunluğu işığın dalğa uzunluğundan 1000 dəfə kiçik olan elektronlardan istifadə edən mikroskopların böyütmənin dalğa uzunluqlarının ölçüsü ilə məhdudlaşan işıqdan istifadə edən mikroskopdan daha ətraflı obyekt təsvirini verməyə imkan yaradacağı fikrini irəli sürdü. 1931-ci ildə, o, maqnit qıvrımın elektron linza rolunu oynaya biləcəyini nümayiş etdirdi və 1933-cü ildə ilk elektron mikroskopu qurmaq üçün seriyalarda bir neçə qıvrımlardan istifadə etdi. 1933-cü ildə doktorluq dissertasiyasını tamamladıqdan sonra əvvəlcə Berlin-Zehlendorfdakı "Fernseh AG"də, daha sonra 1937-ci ildən "Siemens-Reiniger-Werke AG"də elektron optikası sahəsində çalışmağa davam etdi. 1939-cu ildə "Siemens"də kommersiyal məqsədlə istehsal olunan ilk elektron mikroskopun hazırlanmasında iştirak etdi. "Siemens"də fəaliyyət göstərərkən elektron mikroskopiya texnologiyasını inkişaf etdirməklə yanaşı, digər elmi müəssisələrdə də işlədi və "Siemens"i ziyarətə gələn tədqiqatçılar üçün laboratoriya yaratmağı təşviq etdi. 1955-ci ildə "Siemens"dən ayrıldıqdan sonra, 1974-cü ilə qədər Fritz Haber İnstitutunun Elektron Mikroskopiya İnstitutunda direktor vəzifəsində çalışdı.
Ernst
Ernst — ad. Ernst Ştayniq — Almaniya güləşçisi, Avropa Çempionatları mükafatçısı.
Ernst Röm
Ernst Yulius Günter Röm (alm. Ernst Julius Günther Röhm‎; 28 noyabr 1887[…], Münxen, Bavariya Krallığı, Almaniya imperiyası – 1 iyul 1934[…]) — nasional sosialistlərin liderlərindən biri və SA rəhbəri. SA-nın bəzi liderlərlə birlikdə, Hitlerin əmri ilə "uzun bıçaqlar gecəsində" öldürülmüşdür.
Ernst Yunqer
Ernst Yunqer (alm. Ernst Jünger‎; 29 mart 1895[…], Heydelberq, Baden knyazlığı[d], Almaniya imperiyası – 17 fevral 1998[…], Ridlingen[d]) — alman yazıçı, yüksək təltif edilmiş hərbçi, filosof və entomoloq idi, o ən çox I Dünya Müharibəsi vaxtı yazdığı gündəlliyi "Polad Fırtınası" ilə ictimaiyyət arasında məşhurlaşdı. Uğurlu bir iş adamının və kimyaçının oğlu olan Yunqer, zəngin bir tərbiyəyə qarşı üsyan etdi, Fransa Xarici Legionunda qısa müddət xidmət etməkdən qaçmadan əvvəl, Wandervogel Alman gənclər hərəkatında macəra axtardı. Atasının səyləri ilə Almaniyada mühakimə olunmaqdan qaçdığına baxmayaraq, Yunqer 1914-cü ildə I Dünya Müharibəsi başlayanda Alman ordusuna yazıla bildi. 1918-ci ildə uğursuz bir hücum zamanı Yunqer aldığı çoxsaylı yaralara görə və göstərdiyi qəhrəmanlıq nəticəsində rütbəsinə görə nadir mükafat olan Pour le Mérite ordeni ilə təltif edildi.
Ernst Ştayinq
Ernst Ştayniq (alm. Ernst Steinig‎; 2 yanvar 1900 – XX əsr) — Almaniya güləşçisi, Avropa Çempionatları mükafatçısı. == Həyatı == 1900-cü ildə Klyayn-Lasovis (müasir Polşanın ərazisi) kəndində anadan olmuşdur, amma Dortmundda böyümüşdür və orada da güləş ilə məşğul olmağa başladı və 1920-ci ildə ən görkəmli alman pəhləvanlarından biri oldu. 1924-cü ildə Almaniya çempionatında 2-ci yeri tutdu və Avropa çempionatında 7-ci oldu. 1925-ci ildə Almaniyan çempionu və Avropa Çempionatının gümüş mükafatçısı oldu. 1926-cı ildə yenə Almaniya çempionu ola bildi və Avropa Çempionatında bürünc medalı qazandı. 1927-ci ildə keçirilən Avropa çempionatında 9-cu yeri tutdu. 1928-ci ildə Amsterdam Yay Olimpiya Oyunlarında iştirak etdi və orada 5-ci yeri tutdu. 1929-cu ildə keçirilən Avropa çempionatında 4-cü oldu.
Ernst Ştayniq
Ernst Ştayniq (alm. Ernst Steinig‎; 2 yanvar 1900 – XX əsr) — Almaniya güləşçisi, Avropa Çempionatları mükafatçısı. == Həyatı == 1900-cü ildə Klyayn-Lasovis (müasir Polşanın ərazisi) kəndində anadan olmuşdur, amma Dortmundda böyümüşdür və orada da güləş ilə məşğul olmağa başladı və 1920-ci ildə ən görkəmli alman pəhləvanlarından biri oldu. 1924-cü ildə Almaniya çempionatında 2-ci yeri tutdu və Avropa çempionatında 7-ci oldu. 1925-ci ildə Almaniyan çempionu və Avropa Çempionatının gümüş mükafatçısı oldu. 1926-cı ildə yenə Almaniya çempionu ola bildi və Avropa Çempionatında bürünc medalı qazandı. 1927-ci ildə keçirilən Avropa çempionatında 9-cu yeri tutdu. 1928-ci ildə Amsterdam Yay Olimpiya Oyunlarında iştirak etdi və orada 5-ci yeri tutdu. 1929-cu ildə keçirilən Avropa çempionatında 4-cü oldu.
Rixard Ernst
Rixard Ernst(alm. Richard Robert Ernst‎; 14 avqust 1933[…], Vintertur, Sürix kantonu[…] – 4 iyun 2021, Vintertur, Sürix kantonu) — İsveçrə kimyaçısı.Kimya üzrə Nobel mükafatı laureatı (1991). Rixard Ernst 14 avqust 1933-cü ildə İsveçrədə, Vinterturda anadan olmuşdur. Sürixdə İsveçrə Federal ali texniki məktəbində (FATM) oxumuşdur. "Diplomlu mühəndis-kimyaçı" attestatı aldıqdan sonra 1957–1962-ci illərdə həmin məktəbdə doktorluq dissertasiyası üzərində işləmişdir. Bundan sonra "Verian Assouşeyts" şirkətində işləmişdir. 1968-ci ildə o, FATM-ə qayıtmış və fiziki kimya laboratoriyasında NMR tədqiqat qrupunun rəhbəri olmuşdur. Bir müddət FATM-in tədqiqat şurasının sədri olmuşdur. Təqaüd yaşı yaxınlaşdıqca tibet məharəti ilə daha çox maraqlanır. Rixard Ernst 1991-ci ildə Nobel mükafatına layiq görülmüşdür.
Ernst Haynrihzon
Ernst Haynrihzon (13 may 1920, Berlin, Veymar Respublikası - 29 oktyabr 1994, Qoldbax, Almaniya) - alman hüquqşünası, mühafizə dəstəsi, fransız yəhudilərinin ölüm düşərgələrinə deportasiya edilməsinə görə məsuliyyət daşıyan nasist cinayətkarlarından biri. Müharibədən sonra Bavariyanın Burqstadt şəhərinin meri oldu. == Haqqında == Ernst Haynrihzon 1920 - ci il mayın 13-də müəllim ailəsində anadan olub. Berlində xalq məktəbində və gimnaziyasında oxuyub. 1939-cu ildə magistraturaya imtahan verib. 1939-cu il sentyabrın 1-də o, Vermaxt sıralarına çağırıldı və Polşa kampaniyasında iştirak etdi, lakin sonradan səhhətinə görə xidmətdən azad edildi. 1940-cı ildə Berlində hüquq təhsili almağa başladı, lakin tezliklə Reyx Təhlükəsizliyinin Baş İdarəsinə daxil oldu. 1940-cı ilin sentyabrında Teodor Dannekerin rəhbərliyi altında Parisdə SD şöbəsinin yəhudi bölməsinin kursantı və üzvü oldu. Hainz Rötke onun müdiri oldu. 1942-ci ildə Haynrihzon on minlərlə fransız yəhudisinin Auşvitz həbs düşərgəsinə deportasiyasını təşkil etmişdir.
Ernst Heltser
Ernst Heltser (alm. Ernst Hoeltzer‎; 7 yanvar 1835 və ya 1835 – 3 iyul 1911, İsfahan) — Almaniya teleqrafı və fotoqrafı. O, Qacarlar sülaləsində Nasirəddin şahın hakimiyyəti dövründə İrana gəlmiş və 20 ilə yaxın (1871–1898) İsfahanda yaşamışdır. O, şəhərin və onun ətrafındakı yerlərin tarixi fotolarını çəkmişdir. == Həyatı == Ernst Heltser 7 yanvar 1835-ci ildə Türingiyanın Klyaynşmalkalden şəhərində anadan olmuşdur. 1844–1848-ci illərdə Şnepfental Zaltsmann məktəbində oxumuşdur. İrana getməzdən əvvəl Heltser Aralıq dənizində "Siemens & Halske" kabel şirkətində işləmişdir. Heltserə İsfahandakı britaniyalılar tərəfindən bu şəhərdəki teleqraf mərkəzini idarə etmək tapşırığı verilmişdir. 1867-ci ildə iş tamamlandıqdan sonra o, Almaniyaya qısa bir səfər etmiş və burada fotoqrafiya ilə tanış olmuşdur. Fotoaparat və digər avadanlıqlar alıb İrana aparmışdır.
Ernst-Happel Stadionu
Ernst Happel stadionu () — Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən və şəhərin ən böyük futbol stadionu. Stadion əslində futbol klubları tərəfindən sitifadə edilmir və Avstriya milli futbol komandası oyunlarını burada keçirir. == Tarixi == === 1929-1945 === Stadionun təməl daşı 1928-ci ildə Avstriya Respublikasının 10 illiyi münasibətilə qoyulmuş və 1931-ci ildə 23 aya tamamlanmışdır. Stadionun dizaynını memar Otto Ernst Şvezer hazırlamışdır. Şvezer həm də Avropa ən böyük üzmə hovuzunun (400.000 m2) da memarı olmuşdur. Stadion o dövrün ən müasir stadionlarından biri idi. çünki cəmi 7-8 dəqiqəyə boşaldıla bilirdi. Başlanığıcda stadionun tutumu 60.000 nəfər idi. Nasist dövründə stadion hərbi məqsədlər üçün istifadə edilmişdir. Bura həbsxana və yəhudi vətəndaşların toplama yeri kimi istifadə olunmuşdur.
Ernst (Köln kürfürstü)
Bavariyalı Ernst (alm. Ernst von Bayern‎; 17 dekabr 1554, Münxen – 17 fevral 1612) — 1583–1612-ci illərdə qovulmuş Qebhard fon Valdburqun xələfi kimi Köln arxiyepiskopluğunun kürfürst-arxiyepiskopu idi. O, həmçinin Münster, Hildeshaym, Frayzinq və Lyej yepiskopu idi. == Həyatı == Ernest 17 dekabr 1554-cü ildə Bavariya hersoqu V Albert və Avstriyalı Annanın ailəsində, Münhendə anadan olub. Albert üçüncü oğlu Ernest üçün kilsə karyerasını məqsəd qoymuşdu. Ona gəncliyində yezuitlər tərəfindən təhsil və təlim keçilmişdi. 1565-ci ildə Zalsburqda, daha sonra isə Köln, Trir və Vürzburqda dini xidmətdə oldu; 1565-ci ilin payızında, hələ on iki yaşında o, Frayzinq yepiskopu seçildi. Albertin istəkləri qonşu Zalsburq arxiyeparxiyasına hədəflənmişdi. 1569-cu ildə İzenburq-Qrenzau qrafı VII Salentin istefa vermək barədə düşünürdü, Albert isə oğlu Ernsti yeni arxiyepiskop kimi görürdü. Lakin Salentin tezliklə bu fikirdən daşındı.
Ernst Buş (aktyor)
Ernst Buş (22.1.1900, Kil –8.6.1980, Berlin) — alman estrada müğənnisi, dram aktyoru. == Həyatı == Almaniya Demokratik Respublikası Milli mükafatı (1949, 1956, 1966); Beynəlxalq Lenin mükafatı laureatı (1972). 1917-ci ildən solçu gənclər hərəkatının fəal üzvü olmuşdur. İlk dəfə 1920-ci ildə Kil şəhər teatrı səhnəsində Lizandr rolunda (U. Şekspir, "Yay gecəsində yuxu") çıxış etmişdir. 1925-ci ildə Berlinə gəlmiş və "Alman teatrı"nda çalışmışdır. 1927-ci ildən E. Piskatorun "Siyasi teatr"ında işləmiş, 1928-ci ildə "Teater am Şiffbauerdamm"da ilk dəfə B. Brext və K. Vaylın "Üçqəpiklik opera" tamaşasında (serjant Smit rolunda) çıxış etmişdir. 1920-ci illərin sonlarından siyasi antifaşist mahnıların ifaçısı kimi geniş şöhrət qazanmışdır. == Fəaliyyəti == 1933-cü ildə Almaniyada nasist diktaturası qurulduqdan sonra Niderland, Belçika, Fransa, İsveçrə və Avstriyada, 1935–37-ci illərdə SSRİ-də mühacirətdə olmuş dur. 1937–39-cu il lər də İspaniyada olmuş, beynəlxalq briqadaların döyüşçüləri qarşısında çıxış etmişdir. 1939-cu ildən Belçikada yaşamış, alman ordusu ölkəni işğal etdikdən sonra nəzarət altında saxlanılmış, qaçmış, 1943-cü ildə zəbt olunmuş Fransa ərazisində həbs edilərək 1945-ci ilə qədər Moabit, Brandenburq zindanlarında saxlanılmışdır.
Ernst Buş (marşal)
Ernest Vilhelm Bernard Buş (alm. Ernst Wilhelm Bernhard Busch‎; 6 iyul 1885 – 17 iyul 1945, Olderşot[d], Hempşir qraflığı[d]) — alman hərb xadimi, Vermaxtın general-feldmarşalı (1943).
Ernst Fridrix Gilq
Ernst Friedrich Gilg' (alm. Ernst Friedrich Gilg‎; 12 yanvar 1867, Şlingen, Baden-Vürtemberq — 11 oktyabr 1933, Berlin) — alman botaniki. == Elmi əsərləri == Pharmazeutische Warenkunde, 4. Auflage 1911 Grundzüge der Botanik für Pharmazeuten, 6. Auflage 1921 Lehrbuch der Pharmakognosie, 3.
Ernst Georq Pritzel
Ernst Georq Pritzel (alm. Ernst Georg Pritzel‎ və ya alm. Ernst Pritzel‎; 15 may 1875 – 6 aprel 1946, Berlin) — Almaniya botaniki, pedaqoqu və müəllim.. == Şərəfinə adlandırılmış taksonlar == Pritzeliella Henn. bitki cinsi; Aşağıdakı bitki növləri: Podotheca pritzelii Acacia pritzeliana C.A.Gardner == Əsərləri == Fragmenta Phytographiae Australiae Occidentalis (Bot. Jahrb. 35, 662 pp. 1905). Südwest-Australien (Fischer, Jena, 1933). Wälder in Nordost-Queensland (Fischer, Jena, 1934).
Ernst Happel stadionu
Ernst Happel stadionu () — Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən və şəhərin ən böyük futbol stadionu. Stadion əslində futbol klubları tərəfindən sitifadə edilmir və Avstriya milli futbol komandası oyunlarını burada keçirir. == Tarixi == === 1929-1945 === Stadionun təməl daşı 1928-ci ildə Avstriya Respublikasının 10 illiyi münasibətilə qoyulmuş və 1931-ci ildə 23 aya tamamlanmışdır. Stadionun dizaynını memar Otto Ernst Şvezer hazırlamışdır. Şvezer həm də Avropa ən böyük üzmə hovuzunun (400.000 m2) da memarı olmuşdur. Stadion o dövrün ən müasir stadionlarından biri idi. çünki cəmi 7-8 dəqiqəyə boşaldıla bilirdi. Başlanığıcda stadionun tutumu 60.000 nəfər idi. Nasist dövründə stadion hərbi məqsədlər üçün istifadə edilmişdir. Bura həbsxana və yəhudi vətəndaşların toplama yeri kimi istifadə olunmuşdur.
Ernst Qotlib Şteydel
Ernst Gottlieb von Steudel (alm. Ernst Gottlieb von Steudel‎) (1783–1856) — alman həkimi və botaniki (XIX əsrin birinci yarısı). == Mənbə == Johann Gottlob Kurr: Vorträge. In: Verein Vaterländische Naturkunde Württemberg (Hrsg.), Jahresheft Nr.13, S. 17–24, Stuttgart 1857. (alm.) Christian Gottfried Daniel Nees von Esenbeck: Dr. Ernst Gottlieb von Steudel.

Значение слова в других словарях