EYRUZƏ
EYVAZ
OBASTAN VİKİ
Mələkxanım Eyubova
Mələkxanım Eyubova (5 noyabr 1962, Şamaxı) — xanəndə, muğam ifaçısı, Azərbaycanın xalq artisti. == Həyatı == Mələkxanım Eyubova 5 noyabr 1962-ci ildə Şamaxıda anadan olmuşdur. 1969-cu ildən 1979-cu ilədək Bakıdakı 155 saylı ota məktəbdə təhsil almışdır. Qarmon ixtisası üzrə 5 illik musiqi məktəbini bitirmişdir. Ə. Cavanşirovun rəhbərlik etdiyi uşaq xorunun solisti olmuşdur. 1979-cu ildən 1984-cü ilə kimi M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universtetinin "Musiqili komediya aktyorluğu" fakültəsində təhsil almışdır. 1980-ci ildən 1985-ci ilədək "İrs" folklor ansamblının, 1985-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində S. Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin solisti olmaqla yanaşı, C. Qaryağdıoğlu adına muğam üçlüyündə çalışmışdır. Dünyanın bir çox ölkələrində — ABŞ, Almaniya, Avstraliya, Fransa, Türkiyə, Rumıniya, Belorusiya, Latviya, İsveç, İraq, Hollandiya, Belçika, Rusiya və s. konsert proqramları ilə çıxış etmişdir. 1995-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli rolunun ifaçısı olmuşdur.
аэро́граф допре́жь запа́ривать ко́ло крепча́ть насо́счик рома́нтик стреми́тельно худо́жнический блудни́ца докали́ться многоже́нец поту́скнуть пребыва́ть проговори́ть раскабали́ть слеса́рный стожи́льный суффикса́льный chelate dendrogram juniorate pine barren yuky должностной