FALL

fall1

n 1. yıxılma, düşmə; a ~ from one’s horse atından yıxılma; the ~ of an apple almanın düşməsi; 2. məc. süqut, son, axır; the rise and ~ of the Roman Empire Roma imperiyasının yüksəlişi və süqutu; 3. pl şəlalə; the ~s of Niagara Niaqara şəlaləsi;

◊ to ride for a ~ ehtiyatsız hərəkət etmək

fall2

v (pt fell, pp fallen) 1. yıxılmaq; to ~ to the ground yerə yıxılmaq; to ~ out of a window pəncərədən yıxılmaq; 2. düşmək, çatmaq, gəlmək, yaxınlaşmaq; Darkness fell Qaranlıq düşdü; 3. əldən salmaq, üzmək, güc gəlmək; Sleep fell upon them Yuxu onları əldən saldı; 4. sakitləşmək, zəifləmək, azalmaq, kəsilmək; The wind fell Külək sakitləşdi; 5. ölmək, həlak / tələf / məhv olmaq; qırılmaq; to ~ in a battle döyüşdə həlak olmaq; to ~ by sword qılınc yarasından ölmək; Two elephants fell to his gun O, iki fil öldürdü; 6. uçulmaq, dağılmaq, sökülmək, tökülmək, çökmək, enmək, yatmaq; Many houses fell in the earthquake Zəlzələ zamanı çoxlu evlər çökdü / uçuldu / dağıldı; 7. (on, upon) düşmək; The lot fell on him Püşk ona düşdü; May Day this year falls on Monday Bu il May bayramı bazar ertəsinə düşür; 8. ağzından çıxmaq; Not a word fell from his lips Ağzından bir söz belə çıxmadı; 9. tökülmək (yarpaq, diş, saç və s. haq.); Blossoms fell from the trees Çiçəklər ağaclardan töküldü; 10. tökülmək (çay haq.); rivers that ~ into the sea dənizə tökülən çaylar; 11. düşmək (tələyə və s.); to ~ into a snare / a trap tələyə düşmək; to ~ into smb.’s clutches bir kəsin çənginə keçmək; to ~ a prey / a victim qurban olmaq; to ~ on / upon smb. / smth. bir kəsə / bir şeyə rast gəlmək, bir kəslə / bir şeylə rastlaşmaq; to ~ upon smb.’s neck bir kəsin boynuna atılmaq; to ~ in with smb. bir kəslə rastlaşmaq, bir kəsə rast gəlmək; On my way home I usually fall in with Smith Evə gedərkən mən adətən Smitə rast gəlirəm; to ~ among thieves təsadüfən oğrular arasına düşmək; to ~ under smb.’s power bir kəsin təsiri altına düşmək; to ~ asleep yatmaq, yuxulamaq, yuxuya getmək; to ~ sick xəstələnmək; naxoşlamaq; to ~ dumb lal olmaq, dili tutulmaq; to ~ silent susmaq, səsini kəsmək;

◊ to ~ away 1) atmaq, üz döndərmək; All his old friends fell away from him Onun bütün köhnə dostları onu atdılar / ondan üz döndərdilər; to ~ behind geridə / dalda qalmaq; He fell behind the others in his work O, işində başqalarından geri qaldı; to ~ over arxası üstə yıxılmaq, arxası üstə düşmək; to ~ through müvəffəqiyyətsizliyə uğramaq, alt-üst olmaq, puça çıxmaq, baş tutmamaq; to ~ from grace günah etmək, günaha batmaq, doğru yolunu azmaq; to ~ into a habit öyrəşmək, alışmaq, vərdiş / adət etmək; to ~ out of a habit tərgitmək, yadırğamaq, yadından çıxartmaq; to ~ to the ground yerlə yeksan olmaq, faydasız / nəticəsiz olmaq; to ~ on one’s face biabır / rüsvay olmaq; iflas etmək, müvəffəqiyyətsizliyə uğramaq

FAKED
FALL-OUT
OBASTAN VİKİ
Fall Again
Fall Again — Maykl Cekson tərəfindən The Ultimate Collection albomunda ifa edilmiş mahnı. Maykl Cekson mahnıya müraciət edən ikinci ifaçıdır. Belə ki, mahnı hələ 2002-ci ildə ABŞ müğənnisi Glen Levis tərəfindən ifa edilmişdir. Hətta ilk ifaçısının səsləndirməsində mahnı 2002-ci ildə çəkilən Maid in Manhattan filmində də soundtrack olaraq istifadə edilmişdir. Mahnı albomda satışa çıxarılmazdan əvvəl çox böyük sürətlə internetdə yayılır. Buna səbəb isə mahnının uzun illərdən bəri Maykl Ceksonun səsləndirdiyi ilk yeni mahnı olması idi. Lakin mahnının həqiqətən də Maykl Cekson tərəfindən ifa edilməsinə dair şübhələr də var idi. Belə ki, mətbuatda Michhaelın başqa bir ifaçı tərəfindən oxunmuş mahnın təkrar ifa etməsi məsələsinin inandırıcı görünməməsinə dair yazılar nəşr edilmişdi. Lakin "Fall Again" mahnısının 2004-cü ildə satışa çıxarılmış "The Ultimate Collection" albomuna daxil edilməsi bütün bu şübhələrə son qoymuşdu. Daha sonra satışa çıxarılan və yalnız demo versiyalı mahnıların yer aldığı "Reload" adlı alboma isə mahnı, Maykl Cekson və Glen Levisin birgə ifasında daxil edildi.
Fall Out Boy
Fall Out Boy (azərb. Çöküntü-oğlan‎) – ABŞ rok qrupu. 2001-ci ildə İllinoys ştatının Uilmett qəsəbəsində yaradılmışdır. Qrup vokalist və gitarist Patrik Stamp, bassçı Pit Vents, gitarist Co Troman və təbilçi Endrü Hörlidən ibarətdir. Qrup Çikaqonun hardkor-pank mənzərəsindən təsirlənmişdir. Musiqi qrupu əvvəlcə Vents və Troman tərəfindən qrupun üzvlərinin aid olduqları hardkor qruplarla yanaşı əlavə pop-pank layihəsi kimi yaradılmışdı. Stamp isə qısa müddətdən sonra qrupa qoşulmuşdur. Hörli qrupa qoşulana qədər qrupda bir sıra təbilçi çıxış etmişdir. 2003-cü ildə qrup debüt albomu olan "Take This to Your Grave" albomunu buraxmışdır. Albom böyük səs gətirmiş və uğur qazanmışdır.
Emilia fallax
Emilia fallax (lat. Emilia fallax) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Senecio fallax Mattf.
Fallen Frontier
Fallen Frontier (azərb. Ölmüş Sərhəd‎) — "Moonshot Games" tərəfindən hazırlanan və atıcılıq və sayd-skroller janrlarında olan ləğv edilmiş videooyunu. Oyun Xbox 360, PlayStation 3 və Microsoft Windows platformaları üçün hazırlanırdı. Oyun 2009-cu ildə keçmiş "Bungie" işçiləri tərəfindən qurulan "Moontshot Games" şirkətinin ilk videooyunu olacaqdı. Oyunun demosu 2011-ci ildə keçirilən PAX East tədbirində buraxılmışdır. Oyun 2013-cü ilin yanvar ayında ləğv olunmuşdur.
Fallik tipli mərasimlər
Fallik tipli mərasimlər — fallus (kişi cinsiyyət orqanının incəsənətdə təsviri) nümayişi ilə keçirilən mərasimlərdir. Qədim və müasir Yunanıstanda, Yaponiyada və Azərbaycanda rast gəlinir. Yaponiyada bu adət Kanamara Matsuri festivalında davam etdirilir. Azərbaycanda Kos-kosa oyunu zamanı Kosanın sümüyə bez parçası dolayaraq fallus şəklinə gətirməsi və buna aid mətnlərdə rast gəlinən məlumatlar oyunun fallik tipli olmasını göstərir. Bu da oyunun bərəkət və bolluq mövzusundan qaynaqlandığını göstərir.
Fallo tetradası
Fallo tetradası — tez-tez rast gəlinən göy tip – sianotik anadangəlmə ürək qüsuru olub, patanatomiyası Mədəciklərarası çəpərin qüsuru, ağciyər arteriyasının daralması – stenozu, sağ mədəcik çıxacağının obstruksiyası: infundibulyar (25%), valvular (15%) və ya qarışıq (60%) sağ mədəciyin hipertrofiyası və aortanın dekstrapozisiyası – sağa yerdəyişməsi əlamətlərilə səciyyələnir. == Tarix == == Patafiziologiyası == Əsas çatmamazlıq ağciyər arteriyasının daralması nəticəsində ağciyərlərə gələn qanın miqdarının azalması və sağ-sol şuntun hesabına meydana çıxır. Venoz qan sağ mədəcikdən ağciyər arteriyasından yan keçməklə bir başa mədəciklərarası çəpərin qüsurundan və ya mədəciklərarası dəlikdən sol mədəciyə daxil olaraq oradan aorta sisteminə – böyük qan dövranına daxil olması hipoksemiyaya (oksigen azlığı)na, mərkəzi sianoza sabəb olur. Ağciyərlərin qan təchizatı bir sıra faktorlardan asılıdır: sağ mədəcik çıxacağının obstruksiya dərəcəsindən, sağ mədəcik daxili təzyiqdən , periferik qan damarlarının müqavimətindən. Sağ mədəciyin işi artmış olduğundan onun əzələ qatı qalınlaşır – hipertrofiyalaşır: sağ mədəcik çıxacağının obstruksiyası – daralması və sağ-sol şuntu getdikcə artır. Nəticə etibarilə ağciyərlərə gələn qanın azalması bronxial və aortapulmonal kollateral damarların inkişafına səbəb olur. == Diaqnostikası == Sianoz – göyərmə fallo tetradasının əsas əlamətidir. Lakin bu əlamət gizlin qalaraq özünü göstərməyə də bilər. Belə ki, ağciyər arteriyasının daralma və aortanın yerdəyişmə dərəcəsindən asılı olaraq fallo tetradası sianozsuz – "ağ tip" və sanozlu – "göy tip" klinik formalarına bölünür. Digər əlamətlər əsasən 1 yaşınadək get-gedə artan sianoz əlamətləri, çəki artımının olmaması və yüngül iş gərginliyinə dözümsüzlükdən ibarətdir.
Fallopia
Fallopiya (lat. Fallopia) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi.
Fallopia multiflora
Reynoutria multiflora (lat. Reynoutria multiflora) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin reynoutria cinsinə aid bitki növü.
Fallopiya
Fallopiya (lat. Fallopia) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi.
Fallos
Fallout
Fallout — ingilis dilində radiasiya ekologiyasına verilən ad. == Videooyun == Fallout (seriya) — hazırda "Bethesda Game Studios" tərəfindən istehsal olunan videooyun seriyası.
Fallout: A Post Nuclear Role Playing Game
Fallout: A Post Nuclear Role Playing Game (azərb. Radioaktiv yağıntı. Bir postnüvə rol oyunu‎) və ya sadəcə Fallout (azərb. Radioaktiv yağıntı‎) — "Dragonplay" tərəfindən hazırlanan və "Interplay Entertainment" tərəfindən nəşr olunan növbəyə əsaslanan postapokaliptik açıq dünya rol videooyunu. "Fallout" oyun seriyasındakı 1-ci epizoddur. Layihə istehsal prosesində olarkən 1988-ci ildə satışa çıxarılmış "Wasteland" videooyununun de-fakto sikveli hesab edilirdi. Lakin bu, "Interplay" şirkəti "Wasteland" videooyununun hüquqlarını vaxtında əldə edə bilmədiyindən baş verməmişdir. Oyun 10 oktyabr 1997-ci ildə Şimali Amerikada Microsoft Windows, MS-DOS və Mac OS platformaları üçün, həmin ilin axırlarında Avropada eyni platformalar üçün, 2002-ci ildə isə Şimali Amerikada Mac OS X platforması üçün satışa çıxarılmışdır. Oyunun hadisələri ABŞ-nin Kaliforniya ştatının cənub ərazilərində cərəyan edir. Oyunun əsas hekayəsi "Böyük müharibə"dən (ing.
Fallout: New Vegas
Fallout: New Vegas (azərb. Radioaktiv yağıntı: Nyu-Veqas‎) və ya sadəcə New Vegas — "Obsidian Entertainment" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan postapokaliptik döyüş rol videooyunu. "Fallout" oyun seriyasındakı 3-cü spin-off epizoddur (bütövlükdə 6). Oyun 19 oktyabr 2010-cu il tarixində Şimali Amerikada, 21 oktyabr 2010-cu il tarixində Avstraliyada, 22 oktyabr 2010-cu il tarixində Avropada, 4 noyabr 2010-cu il tarixində isə Asiyada Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün satışa çıxarılmış, həmçinin 23 iyun 2016-cı il tarixində Xbox One üçün geriyə uyumlu olaraq buraxılmışdır. Oyunun hadisələri ABŞ-nin Arizona, Kaliforniya, Nevada və Yuta ştatlarının bir hissəsini əhatə edən bir regionda cərəyan edir. Oyunun əsas hekayəsi "Fallout 3"-ün hadisələrindən 4 il sonra, "Böyük müharibə"dən (ing. The Great War) isə 204 il sonra, yəni 2281-ci ildə baş verir. Buna baxmayaraq, "New Vegas" əvvəlki oyunun birbaşa sikveli deyil. Oyunçu "kuryer" (ing. Courier) adlı bir personajı idarə edir.
Fallout: Warfare
Fallout: Warfare: Wargaming in the Fallout Universe — "Fallout Tactics" əsasında yaradılmış stolüstü oyun. Oyun Kris Teylor (SPECIAL sisteminin qurucusu) tərəfindən yaradılmışdır və "Fallout Tactics: Brotherhood of Steel" videooyununun yanında bonus disk olaraq əlavə edilmişdir. == Məzmun == "Fallout" dünyası hal-hazırkı dünyadan tamamilə fərqlidir. Dünyanı hələ də tanımaq olur. Oyun tarixində xaos ilə nəticələnən Üçüncü Dünya müharibəsi kimi dəyişikliklər var. Müharibə Məcburi Təkamül Virusu adlı bir xəstəlik yaratmışdır. MTV və radiasiyaları hava məhv olmuş dünyanın sakinlərində xaos yaratmışdır. Çöllükdə hər kəs əzab çəkmirdi, bəzi önəmli və şanslı insanlar yeraltı sığınacaqlarda yaşadılar. Üçüncü dünya müharibəsinin sona çatmasından sonra fraksiyalar, qruplar və yaşayış məntəqələri qurulmağa başlandı. Bu qruplar və fraksiyalar bir-birləriylə vuruşmağa başladılar.
Fallout (oyun seriyası)
Fallout — "Interplay Entertainment" tərəfindən yaradılan postapokaliptika mövzusunda rol videooyunlar və daha sonra döyüş rol oyunları seriyası. Seriyanın hadisələri XXI, XXII və XXIII əsrlərdə cərəyan edir və onun nüvəpank retrofuturistik mövsuzu ilə incəsənəti 1950-ci illər ABŞ-nın müharibə sonrası mədəniyyətindən ilhamlanmışdır. "Fallout" seriyasının sələfi, onun mənəvi varisi olduğu hesab edilən 1988-ci ildə satışa çıxarılmış "Wasteland" videooyunudur. Seriyanın birinci epizodu olan "Fallout" videooyunu "Black Isle Studios" tərəfindən istehsal olunmuş və 1997-ci ildə satışa çıxarılmışdır. Bunun ardından sonrakı il onun sikveli olan "Fallout 2" satışa çıxarılmışdır. "Fallout Tactics: Brotherhood of Steel" taktiki rol videooyununun istehsalından "Micro Forté" və "14 Degrees East" studiyaları məsul olmuşdur. "Interplay" 2004-cü ildə "Black Isle Studios" studiyasını ləğv etmiş və studiya olmadan PlayStation 2 ilə Xbox üçün rol oyunu elementlərinə malik bir döyüş oyunu olan "Fallout: Brotherhood of Steel"i istehsal etmişdir. Əsas seriyanın üçüncü epizodu olan "Fallout 3" videooyunu "Bethesda Softworks" tərəfindən istehsal olunmuş, bundan sonra isə "Obsidian Entertainment" tərəfindən hazırlanan "Fallout: New Vegas" satışa çıxarılmışdır. "Bethesda" 2015-ci ildə "Fallout 4", 2018-ci ildə "Fallout 76" videooyununu satışa çıxarmışdır. "Fallout" əqli mülkiyyətinin sahibi "Bethesda Softworks" şirkətidir.
Fallout (seriya)

Fallout (video oyun)
Fallout: A Post Nuclear Role Playing Game (azərb. Radioaktiv yağıntı. Bir postnüvə rol oyunu‎) və ya sadəcə Fallout (azərb. Radioaktiv yağıntı‎) — "Dragonplay" tərəfindən hazırlanan və "Interplay Entertainment" tərəfindən nəşr olunan növbəyə əsaslanan postapokaliptik açıq dünya rol videooyunu. "Fallout" oyun seriyasındakı 1-ci epizoddur. Layihə istehsal prosesində olarkən 1988-ci ildə satışa çıxarılmış "Wasteland" videooyununun de-fakto sikveli hesab edilirdi. Lakin bu, "Interplay" şirkəti "Wasteland" videooyununun hüquqlarını vaxtında əldə edə bilmədiyindən baş verməmişdir. Oyun 10 oktyabr 1997-ci ildə Şimali Amerikada Microsoft Windows, MS-DOS və Mac OS platformaları üçün, həmin ilin axırlarında Avropada eyni platformalar üçün, 2002-ci ildə isə Şimali Amerikada Mac OS X platforması üçün satışa çıxarılmışdır. Oyunun hadisələri ABŞ-nin Kaliforniya ştatının cənub ərazilərində cərəyan edir. Oyunun əsas hekayəsi "Böyük müharibə"dən (ing.
Fallout (video oyun seriyası)

Fallout 1

Fallout 2
Fallout 2: A Post Nuclear Role Playing Game (azərb. Radioaktiv yağıntı 2. Bir postnüvə rol oyunu‎) və ya sadəcə Fallout 2 (azərb. Radioaktiv yağıntı 2‎) — "Black Isle Studios" tərəfindən hazırlanan və "Interplay Entertainment" tərəfindən nəşr olunan növbəyə əsaslanan postapokaliptik açıq dünya rol videooyunu. "Fallout" oyun seriyasındakı 2-ci epizoddur. Oyun 29 oktyabr 1998-ci il tarixində dünya miqyasında "Mac OS X" və "Microsoft Windows" platformaları üçün satışa çıxarılmışdır. Oyunun hadisələri ABŞ-nin Kaliforniya ştatında cərəyan edir. Oyunun əsas hekayəsi özündən əvvəlki "Fallout"un hadisələrindən 80 il sonra, "Böyük müharibə"dən (ing. The Great War) isə 164 il sonra, yəni 2241-ci ildə baş verir Oyunçu seriyanın birinci epizodunun protaqonisti "sığınacaq sakini"nin nəvəsi "seçilmiş"i idarə edir. Oyunçu personajın vəzifəsi Arroyo kəndindəki primitiv, dinc tayfasını aclıqdan xilas etməkdir.
Fallout 3
Fallout 3 (azərb. Radioaktiv-yağıntı 3‎) — "Bethesda Game Studios" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan döyüş rol videooyunu. "Fallout" oyun seriyasındakı 3-cü əsas epizoddur (bütövlükdə 5). Bu, "Bethesda"nın franşizanın hüquqlarını "Interplay Entertainment"dən əldə etməsindən sonra tərtib olunmuş ilk "Fallout" buraxılışıdır. Oyun əvvəlki buraxılışlardakı ikiölçülü izometrik qrafika və növbə əsaslı döyüş əvəzinə üçölçülü qrafika və real zamanlı döyüşündən istifadə edir. Oyun 28 oktyabr 2008-ci ildə Şimali Amerikada, 31 oktyabr 2008-ci ildə Avropa və Avstraliyada, 4 dekabr 2008-ci ildə Yaponiyada "Microsoft Windows", "PlayStation 3" və "Xbox 360" platformaları üçün satışa çıxarılmışdır. Həmçinin, "Fallout 3" 11 noyabr 2015-ci ildə Fallout 3 "Xbox One" və sonrakı "Xbox Series X/S" üçün geriyə uyumlu olaraq buraxılmışdır. Oyunun hadisələri ABŞ-nin Vaşinqton şəhərini, həmçinin Virciniya, Merilend və Pensilvaniya ştatlarının şəhərətrafı hissəsini əhatə edən "Paytaxt çöllüyü" (ing. Capital Wasteland) adlı regionda cərəyan edir. Oyunun əsas hekayəsi "Fallout 2"-nin hadisələrindən 36 il sonra və "Böyük müharibə"dən (ing.
Fallout 4
Fallout 4 (azərb. Radioaktiv-yağıntı 4‎) — "Bethesda Game Studios" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan döyüş rol videooyunu. "Fallout" oyun seriyasındakı 4-cü əsas epizoddur (bütövlükdə 7). Oyun 10 noyabr 2015-ci il tarixində "Microsoft Windows", "PlayStation 4" və "Xbox One" platformaları üçün Yaponiyadan başqa hər yerdə satışa çıxarılmışdır. Bunun səbəbi Yaponiyadakı şiddət əleyhdarı olan senzura qanunları idi. "Fallout 4" Yaponiyada 17 dekabr 2015-ci il tarixində satışa çıxarılmışdır. Oyun Boston şəhəri və ətrafını əhatə edən "The Commonwealth" (azərb. Birlik‎, translit. Kommonuelt) adlanan bir regionda keçir. Oyunun əsas hekayəsi "Fallout 3"dən 10 il və "Böyük müharibə"dən (ing.
Fallout 76
Fallout 76 (azərb. Radioaktiv-yağıntı 76‎) — "Bethesda Game Studios" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan onlayn çoxnəfərli döyüş rol videooyunu. Fallout oyun seriyasındakı 5-ci spin-off epizod (bütövlükdə 9) və 1-ci prikveldir. Oyun 14 noyabr 2018-ci il tarixində Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün satışa çıxarılmışdır. Oyun ABŞ-nin Qərbi Virciniya ştatında cərəyan edir. Oyunun əsas hekayəsi "Fallout 4"-dən 185 il əvvəl, "Böyük müharibə"dən (ing. The Great War) isə 25 il sonra, yəni 2102-ci ildə baş verir. Böyük müharibə zamanı ABŞ-nin Appalaç dağları və ətrafında yerləşən əraziləri (ümumi olaraq, Appalaç) ÇXR üçün əhəmiyyətli bir hədəf hesab edilmirdi. Buna görə də, Qərbi Virciniyanın da içərisində olduğu bu regiona atom bombası atılmır. Buna baxmayaraq, ətraf regionlara atılan atom bombaları Appalaçı radioaktiv maddələrlə zəhərləmək üçün kifayət idi.
Fallout Shelter
Fallout Shelter (azərb. Radioaktiv-yağıntı sığınacağı‎) — "Bethesda Game Studios" və "Behaviour Interactive" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan free-to-play simulyasiya videooyunu. "Fallout" videooyun seriyasının bir parçası olaraq dünya səviyyəsində 14 iyun 2015-ci ildə iOS platforması, 13 avqust 2015-ci ildə Android platforması, 14 iyul 2016-cı ildə Microsoft Windows platforması, 7 fevral 2017-ci ildə Xbox One platforması və son olaraq 10 iyun 2018-ci ildə PlayStation 4 və Nintendo Switch platformaları üçün buraxılmışdır. Həmçinin, oyunu "Tesla" avtomobillərində oynamaq mümkündür. "Fallout Shelter" oyunçulara öz sığınacaqlarını (ing. Vault) tikmək və təşkil etmək tapşırığını verir. Buraxılmasından sonra "Fallout Shelter" əsasən müsbət rəylər almışdır. Tənqidçilər oyunun "Fallout" kainatının bir uzadılması olmasını, əsas geympleyini və vizual üslubunu tərifləmişdir. Adi tənqidlər arasında oyunda dərinlik azlığının olması, lazımsız mikroödənişlərdən istifadəsi və sonluq azlığı var idi. Oyun buraxılışının ilk iki həftəsində mikroödənişlərlə 5.1 milyon ABŞ dolları qazanmışdır.
Fallout Tactics
Fallout Tactics: Brotherhood of Steel (azərb. Radioaktiv yağıntı taktikaları. Polad qardaşlığı‎; qısaca Fallout Tactics) — "Micro Forté" və "14 Degrees East" tərəfindən hazırlanan, "Interplay Entertainment" tərəfindən yayımlanan növbəyə əsaslanan gerçək zamanlı taktiki rol videooyunu. "Fallout" oyun seriyasındakı 1-ci spin-offdur. Oyun 15 mart 2001-ci ildə Şimali Amerikada Microsoft Windows platforması üçün satışa çıxarılmışdır. Oyunun hadisələri ABŞ-nin Orta Qərbi ərazilərində cərəyan edir. Oyunun əsas hekayəsi "Böyük müharibə"dən (ing. The Great War) 120 il sonra, orijinal "Fallout" videooyununun hadisələrindən isə 36 il sonra, yəni 2161-ci ildə baş verir. Videooyunun əsas süjet xətti çətin dövrlərdən keçən bir "Polad qardaşlığı" dəstəsinin başına gələnləri əhatə edir. Oyunun hadisələri "Fallout" kainatında cərəyan etsə də, orijinal "Fallout" və "Fallout 2" videooyunlarının süjet xəttini davam etdirmir.
The Rise and Fall of a Midwest Princess
The Rise and Fall of a Midwest Princess — ABŞ müğənnisi Çapel Ronun(en) debüt studiya albomu. 22 sentyabr 2023-cü ildə Island Records tərəfindən buraxılıb.
When We All Fall Asleep, Where Do We Go?
When We All Fall Asleep, Where Do We Go? — (böyük hərflərlə stilizə olunur) amerikalı müğənni-mahnı yazarı Billi Aylişin ilk studiya albomu. ABŞ-də 29 mart 2019-cu ildə Darkroom və Interscope Records tərəfindən, Birləşmiş Krallıqda isə Polydor Records tərəfindən buraxılıb. Ayliş albomu qardaşı Finneas O'Konnell ilə birlikdə yazıb, qardaşı albomun prodüserliyini Los-Ancelesin Haylend-Park məhəlləsində yerləşən kiçik yataq otağı studiyasında etmişdir.
The Rise and Fall of Ziggy Stardust and the Spiders from Mars
The Rise and Fall of Ziggy Stardust and the Spiders from Mars — İngiltərə müğənnisi Devid Bouinin beşinci studiya albomu. 16 iyun 1972-ci ildə RCA Records tərəfindən buraxılıb.

Значение слова в других словарях