FİDAN
FİDELİK
OBASTAN VİKİ
Necla Fide
Necla Fide (1958-ci il, İstanbul) – Türk aktrisasıdır. Müxtəlif erotik və macəra janrlı filmlərdə iştirak etmişdir. Həmçinin, Necla bir neçə müddət modellik karyerasında çalışmışdır. 1986-cı ildən başlayaraq film karyerasına bir müddət ara verir. 2008-ci ildə televiziyaya qayıdaraq "Son cəllad" filmində rol almışdır. Məşhur türk serialları olan "Akasya durağı", "Eşref saati", "Kiçik qadınlar", "Dodaqdan qəlbə", "Yarpaq tökümü" seriallarında iştirak etmişdir.
FİDE dünya reytinqi
Fédération Internationale des Échecs (FİDE) beynəlxalq şahmat turnirlərini idarə edən və təşkil edən şahmat qurumudur. FİDE hər ay "Ən yaxşı 100 oyunçu", "Ən yaxşı 100 qadın oyunçusu", "Ən yaxşı 100 gənc oyunçu" və "Ən yaxşı 100 gənc qız oyunçu" siyahılarını nəşr edir. Bütün bu siyahılar hazırlanarkən şahmat oyunçularının izafi bacarıq səviyyələrini ölçmək üçün istifadə olunan dərəcələndirmə sistemi olan Elo reytinq sistemindən istifadə olunur. == Ən yaxşı oyunçular == 1 fevral 2018-ci il tarixinə əsasən ən yaxşı 20 oyunçu: == Ən yaxşı qadın oyunçular == 1 fevral 2018-ci il tarixinə əsasən ən yaxşı 20 qadın oyunçu: == Ən yaxşı gənc oyunçular == Şahmat oyunçuları 21 yaşı tamamlayana qədər "Gənc oyunçu" kimi oynayırlar. 1 fevral 2018-ci il tarixinə əsasən ən yaxşı 20 gənc oyunçu: == Ən yaxşı gənc qız oyunçular == Qadın şahmat oyunçuları 21 yaşı tamamlayana qədər "Gənc qız oyunçu" kimi oynayırlar. 1 fevral 2018-ci il tarixinə əsasən ən yaxşı 20 gənc qız oyunçu: == Ən yaxşı ölkələr == FİDE ölkələrin reytinqini 2 siyahıya görə hazırlayır. Birinci siyahı ölkənin ən yaxşı 10 şahmat oyunçusunun dərəcəsinə görə, digər siyahı isə ən yaxşı 10 qadın şahmat oyunçusunun dərəcəsinə görədir.
FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatı
FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatı sürətli şahmat üzrə komandalar arasında keçirilən beynəlxalq yarışdır. Çempionat Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən WR Logistics GmbH ilə dəstəyi ilə 26-28 avqust 2023-cü il tarixlərində Almaniyanın Düsseldorf şəhərində keçirilib. == Ümumi məlumat == FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatı İsveçrə yarış sistemi üzrə keçirilib və 12 turdan ibarət olub. Turnirin qaydalarına görə, hər komandada ən azı bir qadın oyunçu olmalı idi. Eyni zamanda, hər komandanın ən az bir oyunçusu (yarışda qeydiyyat tarixi etibarilə) FİDE standart, rapid və ya blitz reytinqlərində heç vaxt 2000 Elo xalı əldə etməmiş olmalı idi. Bununla, çempionatda inklüzivlik, müxtəliflik və ədalətli təmsilçilik təmin edilib . == İştirakçılar == Çempionatın iştirakçıları arasında Vişvanatan Anand, Vladimir Kramnik, Hou Yifan, Mariya Muzyçuk və Aleksandra Kosteniuk kimi keçmiş dünya çempionları ilə yanaşı, dünya çempionatı gümüş medalçıları, Dünya Kuboku qalibləri, sürətli və blitz şahmat üzrə keçmiş dünya çempionları da yer alıblar. Ümumilikdə, dünyanın dörd bir yanından olan təqribən 300 iştirakçı, o cümlədən 15-dən çox Olimpiya çempionu yarışmaq üçün 36 komanda formalaşdırıblar. == Favoritlər və seçilənlər == Hələ yarışdan əvvəl, heyətin təcrübəsi və orta komanda reytinqini nəzərə alaraq, FİDE aşağıdakı komandaları ən güclü və açıq favoritlər kimi göstərmişdi. Freedom (Rixard Rapport, Vişvanatan Anand, Daniil Dubov, Santoş Qucrathi Vidit, Evgeni Najer, Polina Şuvalova, Aleksandr Şapiro) ; WR Chess (Yan Nepomnyaşşiy, Yan-Krjiştof Duda, Uesli So, Nodirbek Abdusattorov, Vinsent Keymer, R. Praqnanandha, Hou İfan, Aleksandra Kostenyuk, Vadim Rozenştayn); Kompetenzakademie Allstars ( Fabiano Karuana, Levon Aronyan, D.Qukeş, Sebastyan Zibrext, Nino Batsiaşvili, Keti Çaçalaşvili, Rayner Beker, Manfred Şnayder); Chess Pensioners (Vladimir Kramnik, Pyotr Svidler, Lener Dominqes, Darmen Sadvakasov, Yovanka Huska, Kristof Barati, Dennis Köniq, Miron Ananiev, Yaroslav Ananiev).
Fideizm
Fideizm (fr. fideisme, lat. fides - etiqad, inam) — elmi dinə tabe etməyə, elmi biliklərdən dini ehkamların müdafiəsində istifadəyə çalışan təlim. Əsasında belə fikir durur ki, elm yalnız hadisələr, faktlar haqqında, törəmə (fiziki) səbəblər haqqında bilik verir. Lakin ilkin (fövqəltəbii) səbəbləri aşkara çıxarmağa, varlığın daha dərin mənbələrini izah etməyə qadir deyil. Fideistlər bildirirlər ki, elmi idrak həqiqəti axıra qədər aça bilməz, onların fikrincə əsasən din dünya binasının mövcudluğu və qayəsi prinsiplərinə həqiqi izah verir, insan həyatına məna və məzmun gətirir, elm isə bunun həyata keçirilməsi üçün yalnız müəyyən vasitələr verir. Əslində, istər elm, istərsə də fəlsəfə yalnız insan şüurunun çərçivəsində hərəkət edə bilir və insan şüurunun imkanlarından kənarda olan məsələləri izah etməkdə çətinlik çəkir. Belə hallarda yalnız din köməyə gəlir və bu cür qaranlıq məsələlərin izahında yol göstərir.
Fidel Kastro
Fidel Alexandro Kastro Ruz ( audio) (isp. Fidel Alejandro Castro Ruz; 13 avqust 1926[…], Biran – 25 noyabr 2016[…], Havana) — Kuba inqilabçısı, 1959–2008-ci illərdə Kuba lideri. == Həyatı == Fidel Kastro 1926-cı ildə Kubanın Mayarı şəhərində anadan olub. Bu, Kastronun doğum tarixi barədə məlumatlardan yalnız biridir. Çünki onun hansı ayda və ildə doğulduğu məxfi saxlanılır. Bəzi məlumatlara görə, Kastro əslində 1927-ci ildə anadan olub. Atası İspaniyadan gələn mühacir-fəhlədir və Kubada iri şəkər plantasiyalarına sahib olub. Kastro və qardaşı Raul nikahdan kənar doğulublar. Sonradan onları atası rəsmi övladlığa qəbul edib. == İlkin illəri (1926–1945) == === Uşaqlıq dövrü === Fidel Alexandro Kastro Ruz 13 avqust 1926-cı ildə Kubada Biran şəhərində (Oriyente vilayəti) İspaniyanın Qalisiya vilayətindən olan Anxelya Kastronun ailəsində anadan olmuşdur.
Fidel Kastro Diaz-Balart
Fidel Kastro Diaz-Balart (isp. Fidel Ángel Castro Díaz-Balart; 1 sentyabr 1949, Havana – 1 fevral 2018, Havana) - Kubalı Nüvə fizikası mütəxəssisi və dövlət xadimi. Kuba İnqilabının rəhbərlərindən olmuş Fidel Kastronun böyük oğlu. Atasına olan bənzərliyi səbəbindən tez-tez yerli mətbuat tərəfindən Fidelito (azərb. kiçik Fidel‎) təxəllüsü ilə tanınmışdır.Fidel Kastro Diaz-Balart SSRİ dönəmində Moskva şəhərində yerləşən M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil almış və SSRİ-nin yardımları ilə Kubada inşa edilən, ancaq tikintisi sonradan yarımçıq dayandırılmış Juraqua AES-nin tikinti prosesinə rəhbərlik etmişdir. Fidel Balart 2018-ci ildə paytaxt Havana şəhərində, 68 yaşında olarkən intihar etmişdir.
Semper fidelis
Semper fidelis (Latınca tələffüz: [ˈsɛmpɛr fɪˈdeːlɪs]) — latın dilindən tərcümədə "Həmişə sadiq " mənasını verən ifadə. Qədim Roma senatorlarının müdaxilələrinin sonunda dedikləri bir ifadədən gəldiyinə inanılır. "Semper fidelis"in ilk dəfə deviz kimi 1369-cu ildə Fransanın Abbevil şəhərində istifadə edilmişdir. Bu, digər şəhərlər tərəfindən də istifadə edilmişdir və XIII əsrdən müxtəlif Avropa zadəgan ailələrinin şüarı olmuşdur. "Semper fidelis" Birləşmiş Ştatlar Dəniz Piyadaları Korpusunun şüarıdır. Adətən "Semper Fi" kimi qısaldılır. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Hardiman's history of the town of Galway Exeter City Council site giving supposed origin of Exeter's use of the motto.