Firni

“Düyü unu, süd və qəndlə bişirilən duru xörək” mənasında Quba dialektində işlənir: -Anam dünən firni bişirmişdi. (25, 266) Türkiyə və Azərbaycan türkcələrində bu söz fırın şəklində “pekarnıda bişən çörək” mənasında işlənir. Başqırd dilində bu söz pekarnı, qazax dilində navbayxana, qırğız dilində nəvbayxana, özbək dilində nənbayxanə, tatar dilində pekarni, türkmən dilində tamdır, pekarniya, uyğur türkcəsində navayxana (33, 244-245) formalarında işlənir.
Firiş
Gilənar çayı
OBASTAN VİKİ
Firni
Firni — düyü unu və şəkərdən hazırlanan desert. 160 qr düyü unu, 800 qr süd, 40 qr şəkər, 40 qr yağ, darçın, 4 qr duz. Düyü unu hazırlamaq üçün düyü təmizlənib 1 saat suda isladılır. İslanmış düyü qurudulur və həvəngdəstədə əzilib un halına salınır. Qayanayan südə duz atılır, arasıkəsilmədən qarışdırılaraq düyü unu tökülür və şəkər tozu əlavə edilərəl bişirilir. Süfrəyə veriləndə üzərinə 1 tikə yağ qoyulub, darçın səpilir.

Значение слова в других словарях