Fərah vilayəti
Fərah vilayəti (dəri فراه) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.Mərkəzi Fərah şəhəridir
Vilayətin sahəsi 48,471 km² , 2009-cu ilin əvvəlinə olan məlumata əsasən əhalisi 458,5 min nəfər, inzibati mərkəzi isə Fərah şəhəridir. Əhalisinin təxminən 50%-ni puştunlar, 45%-ni taciklər, qalanlarını isə az saylı şiə həzaralar, aymaqlar, bəluclar və Qızılbaş-Əfşarlar təşkil edir.
== Rayonları ==
Vilayətdəki rayonlarda əhalinin etnik tərkibi:
Anar Dara (2002-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 30 000 nəfərdir) - 100% tacik.
Bakwa - 100% puştun.
Bala Buluq - 95% puştun, 5% tacik.
Farah City - 50% puştun, 50% tacik.
Gulistan - 80% puştun, 20% tacik.
Khaki Safed - 70% puştun, 30% tacik.
Lash wa Juwayn - 99% tacik, 1% puştun.
Pur Chaman - 99% tacik, 1% puştun
Pusht Rod - 99% tacik, 1% puştun.