FƏRAMƏZ
FƏRAMUZ
OBASTAN VİKİ
Fəramiz Məmmədov
Fəramiz Həmid oğlu Məmmədov (d. 10 yanvar 1942, Kirovabad) — Azərbaycan operatoru. == Həyatı == Fəramiz Məmmədov 10 yanvar 1942-ci ildə Gəncədə doğulmuşdur. 1958-ci ildə Gəncədə orta məktəbi bitirdikdən sonra Bakıya köçmüşdür. 1959-cu ildən 2004-cü ildə təqaüdə çıxana qədər Azərbaycanfilm kinostudiyasında operator assistenti, quruluşçu operator, rejissor-operator kimi fəaliyyət göstərmişdir. 1967-1973-cü illər Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir. 40-a yaxın sənədli və bədii filmin, 20-dən çox Mozalan satirik jurnalı və sair süjetlərin quruluşçu operatoru, rejissor-operatoru, müəllif-operatoru olmuşdur. 1978-ci ildən SSRİ Kinematoqrafçıları İttifaqının üzvü, daha sonra Ümumdünya Kinematoqrafiya Konfederasiyasının üzvüdür. 1981-1985-ci illərdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində Ərəbşünaslıq üzrə ixtisas əldə etmiş, 1984-cü ildən kino sənəti ilə paralel olaraq Quranın tərcüməsi ilə məşğul olmuşdur. Qurani-Kərimin elmi araşdırmaları adlı üç kitabın müəllifidir.