Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fərahim Novruzov
Fərahim Nadir oğlu Novruzov (d. 1 sentyabr 1996; Səmədabad, Biləsuvar rayonu, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Fərahim Novruzov 1 sentyabr 1996-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Fərahim Novruzov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 4-ü isə Fərahim Novruzov doğulduğu Biləsuvar rayonunun Səmədabad kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Novruzov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Fərahim Novruzov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Mərahim Abdullayev
Mərahim Aslan oğlu Abdullayev (27 mart 2002; Keçili, Şəmkir rayonu, Azərbaycan — 8 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Mərahim Abdullayev 27 mart 2002-ci ildə Şəmkir rayonu Keçili kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətinin ilk 5 ayından sonra İkinci Qarabağ müharibəsi başlamışdır. O, müharibənin ön cəbhəsinə könüllü olaraq atılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Mərahim Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mərahim Fərzəlibəyov
Mərahim Fərzəli oğlu Fərzəlibəyov (26 iyun 1949, Bakı) — Azərbaycan teatr rejissoru, Bakı Bələdiyyə Teatrının baş rejissoru. == Həyatı == Mərahim Fərzəlibəyov 26 iyun 1949-cu ildə Bakıda anadan olub. 56 saylı orta məktəbi bitirib. Səhnəyə orta məktəbdən maraq göstərib. Elə o zamanlardan 26-lar adına Mədəniyyət sarayının xalq teatrında hazırlanan tamaşalarda epizod rollar oynayıb. Ancaq əsasən rejissor sənətinə maraq göstərib. Orta məktəbi bitirəndən sonra Azərbaycan Respublikası Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-lobarant, Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, 26-lar Mədəniyyət sarayında pioner "Şəfəq" dram dərnəyinin rəhbəri işləyib. Ali təhsil almaq üçün Leninqrada (indiki Sankt-Peterburq şəhəri) gedib. Burada Dövlət Teatr, Musiqi Kinematoqrafıya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. İxtisas müəllimi dünya şöhrətli rejissor, SSRİ xalq artisti, professor Georgi Tovstonoqovdan beş il (1970-1975) seçdiyi ixtisasın incəliklərini öyrənib.
Əfrahim Hüseynli
Əfrahim Hüseynli (Hüseynov Əfrahim İsmayıl oğlu) — tanınmış həkim, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Əfrahim Hüseynov 23 fevral 1954-cü ildə Cəlilabad rayonunun Alar kəndində anadan olmuşdur. Orta məktəbi doğma kənddə bitirmişdir. 1972-ci ildə Azərbaycan Tibb İstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1978-ci ildə yüksək qiymətlərlə təhsilini başa vuraraq terapevt ixtisası almışdır. Əmək fəaliyyətinə Bakı şəhəri, Qədirli adına Hövzə xəstəxanasında həkim-terapevt kimi başlamışdır. İki il bu tibb ocağında işlədikdən sonra Cəlilabad rayonuna qayıtmış və Alar xəstəxanasının baş həkimi təyin edilmişdir. Hazırda da həmin xəstəxananın baş həkimidir. Ədəbiyyata 70-ci ildə mərkəzi mətbuatda çap olunan "Bakının gecə lövhəsi" şeri ilə gəlib (orta məktəbdə oxuyarkən). Sonralar şeirləri tez-tez dövri mətbuatda çap olunub. Yaradıcılığında o vaxtlar M.Ə.Sabir adına kitabxanada A.Əlizadənin, Lenin adına kitabxanada N.Həsənzadənin, Tibb İnstitutunda Asif Babazadənin (Çeşmə") rəhbərlik etdikləri ədəbi dərnəklərin böyük rolu olub.
Əfrahim Hüseynov
Əfrahim Hüseynli (Hüseynov Əfrahim İsmayıl oğlu) — tanınmış həkim, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Əfrahim Hüseynov 23 fevral 1954-cü ildə Cəlilabad rayonunun Alar kəndində anadan olmuşdur. Orta məktəbi doğma kənddə bitirmişdir. 1972-ci ildə Azərbaycan Tibb İstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1978-ci ildə yüksək qiymətlərlə təhsilini başa vuraraq terapevt ixtisası almışdır. Əmək fəaliyyətinə Bakı şəhəri, Qədirli adına Hövzə xəstəxanasında həkim-terapevt kimi başlamışdır. İki il bu tibb ocağında işlədikdən sonra Cəlilabad rayonuna qayıtmış və Alar xəstəxanasının baş həkimi təyin edilmişdir. Hazırda da həmin xəstəxananın baş həkimidir. Ədəbiyyata 70-ci ildə mərkəzi mətbuatda çap olunan "Bakının gecə lövhəsi" şeri ilə gəlib (orta məktəbdə oxuyarkən). Sonralar şeirləri tez-tez dövri mətbuatda çap olunub. Yaradıcılığında o vaxtlar M.Ə.Sabir adına kitabxanada A.Əlizadənin, Lenin adına kitabxanada N.Həsənzadənin, Tibb İnstitutunda Asif Babazadənin (Çeşmə") rəhbərlik etdikləri ədəbi dərnəklərin böyük rolu olub.
İbrahim
İbrahim (əslində Abram) Yəhudilik, Xristianlıq və İslamda (Hz. İbrahim (ə)) kimi İbrahimi dinlərin ortaq əcdadıdır. Yəhudilikdə yəhudilərlə Allah arasındakı xüsusi əlaqənin qurucusu, Xristianlıqda bütün möminlərin mənəvi əcdadı İslamda Hz. Adəmlə (ə) başlayıb Hz. Məhəmmədlə (s.a.v.) bitən peyğəmbərlər silsiləsinin halqasıdır. Yaradılış Kitabında təsvir olunan həyatı gələcək nəsillər və torpaq mövzuları ətrafında cəmlənir. İbrahim, atası Terahın evini tərk edib özü və nəslinə vəd edilen Kənan torpağında məskunlaşmağa çağırılır. Bu vəd daha sonra İbrahimin arvadı Saredən oğlu İshaqa miras qaldı, İshaqın ögey qardaşı İsmailə isə böyük bir xalq quracağı vəd edildi. İbrahim Sara üçün Əl Xəlilde Atababalar mağarasını -dəfn yeri- alır və bununla da torpaqda öz hüququnu müəyyən edir. Varisi İshaq öz qohumlarından olan bir qadınla evlənir və bununla da Kənanlıları varislikdən məhrum edir.
Fərabi
Əbunəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ ibn Tərxan Farabi (Əbunəsr Farabi) ət-Türki (bəzi mənbələrdə isə Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Farabi) (təxminən 873 – 950-ci illərdə yaşaması güman olunur) – İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosofdur. Elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır. == Həyatı == Əbunəsr Farabi Sır-Dərya çayı üzərindəki Farab şəhərində türk qəbiləsində hərbçi ailəsində doğulmuşdur. Farabi irsinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Müzəffər Xəyrullayev filosofun doğum tarixinin müxtəlif tədqiqatlarda 870-ci il göstərildiyini bildirdirsə də, həmin tarixin 873-cü il kimi yazılmasını daha düzgün hesab etmişdir. Tədqiqatçı onun 885-895 illərdə Buxarada, Səmərqənddə təhsil aldığını, 910-911 illərdə Bağdada getdiyini göstərmişdir. Zakir Məmmədov "Bəhmənyarın fəlsəfəsi" kitabında yazır ki, Əbunəsr Farabi Bağdadda Əbubişr Məttə ibn Yunisin məclisində iştirak etmiş, ondan dərs almışdır. Farabi sonra Hərran şəhərinə getmiş, orada xristian filosofu Yuhənna ibn Həylanın yanında məntiqin incəliklərinə yiyələnmişdir. Professor M.Xəyrullayev Farabinin 941-ci ildə Dəməşqə getdiyini, 949-950 illərdə isə Misirə səfər etdiyini bildirmişdir. M.Xəyrullayev Farabinin 950-ci ildə noyabr, yaxud dekabr ayında Dəməşqdə vəfat etdiyini yazmışdır. == Fəlsəfəsi == Farabi riyaziyyat, fəlsəfə, tibb və musiqi elmlərinə misiliz töhfələr bəxş etmiş, Aristotelin əsərlərinə yazdığı şərhlərlə məşhurlaşmışdır.
Fərah
Fərah vilayəti
Fərim
Fərim — İranın Mazandaran ostanının Sari şəhristanının Dodangə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 180 nəfər və 50 ailədən ibarət idi.
Rahim
Rəhim və ya Rahim — Kişi adı. Rəhim Nağıyev — fəlsəfəşünas. Fəlsəfə e. n. (1968). Rəhim Nəvəsi — Cənubi Azərbaycanlı realist rəssam. Rəhim Rəhmanzadə — ortopedik cərrahiyyə və ortopedik travma təsisçisiRahim adı olan tanınmışlarRahim Dünyamalıyev — Rahim Nuriyev — Rahim Sadıqov — Rahim Tağıyev — gizir.
Davud İbrahim
Davud İbrahim — Hindistanın ən güclü cinayətkar qruplaşmasının rəhbəri, qlobal terrorçu; dünyanın ən güclü mafiya liderlərindən biri. Onun əsl adı Şeyx Davud İbrahim Kaskardır. 1955-ci ildə anadan olmuşdur. D.İbrahimin mütəşəkkil qruplaşması "D-Company" adı ilə tanınır, hazırda o, İnterpolun mütəşəkkil cinayətkarlığa və terrorçuluğa görə axtarışa verdiyi ən təhlükəli şəxslərdən biridir. D.İbrahim dünyanın ən varlı terrorçusudur, onun kapitalının həcmi 6-7 milyard dollar, bəzi məlumatlara görə isə hətta 20 milyard dollardır. D.İbrahim Bombey şəhərində 1993-cü ildə törədilən partlayışların, habelə 2003-cü ildə Hindistan parlamentinə edilən terror hücumunun və digər terror aksiyalarının təşkilində günahkar bilinir. ABŞ Konqresi D.İbrahimi "əl-Qaidə" ilə bağlı olan ən təhlükəli terrorçular sırasına daxil edib. Birləşmiş Ştatlar 2003-cü ildə onu "qlobal terrorçu" elan edərək BMT Təhlükəsizlik Şurasında xüsusi qətnamənin çıxarılmasına nail olub. Buş administrasiyası isə D.İbrahimə və bəzi tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edib. D.İbrahim bütün dünya üzrə qeyri-leqal pul ötürmələrinin həyata keçirildiyi, "həvalə" kimi tanınan sistemin böyük hissəsinə nəzarət edir.
Ebrahim Əlidoxt
Ebrahim Əlidoxt (26 oktyabr 1967) — İranı təmsil edən stolüstü tennisçi. == Karyerası == Ebrahim Əlidoxt İranı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Enes İbrahim
Enes İbrahim — Makedoniya Respublikası Parlamentinin millət vəkili, türk siyasi xadimi. == Həyatı == Enes İbrahim 1984-cü ilin 8 avqust tarixində Makedoniyanın paytaxtı Skopye şəhərində türk ailəsində anadan olmuşdur. İlk təhsilini Təfəyyüz məktəbində aldıqdan sonra Yəhya Kamal Kollecində təhsil almışdır.Ali təhsil almaq üçün Skopye şəhərində yerləşən Skopye Kiril və Metodiy Universitetinin filologiya faklütəsinə daxil olmuşdur. Tələbə olduğu müddətdə sosial aktivliyi ilə seçilən Enes İbrahim Makedoniyada yaşayan türk icmasının problem və çətinliklərini ölkə gündəminə gətirməyə çalışırdı. == Fəaliyyətləri == 2008-ci ildə ölkənin ictimai çevrəsi ilə birlikdə Üfüq təşkilatını yaratmış, 2012-ci ildə həmin təşkilatın sədri seçilmişdir. Eyni zamanda təşkilatın rəsmi mətbu orqanı olan Üfüq jurnalının təşkilatda rəhbər olduğu müddət ərzində baş redaktoru kimi çalışmışdır.İctimai fəaliyyətində əsasən Makedoniya yaşayan etnik azlıqların problemlərini qabardan Enes İbrahim mövzu ilə bağlı istər ölkə daxilində, istərsə də ölkə xaricində onlarca tədbir, konfrans və platformalar təşkil etmişdir. 2012-ci ildə Türk Hərəkatı Partiyasına qoşulmuşdur və 2013-cü ildə partiyanın keçirdiyi daxili qurultayda baş katibi,2018-ci ildə səs çoxluğu ilə partiyanın sədri seçilmişdir.2014-cü ildə Makedoniyada keçirilən erkən parlament seçkilərində iştirak edərək qalib gəlmişdir. Enes İbrahim müxalif cəbhədən təmsil olunur və Makedoniya parlamentinin tək türk və müsəlman millət vəkilidir.Enes İbrahim "Ufuq" Dərnəyinə rəhbərlik etdiyi zamanlar Makedoniyada Dağlıq Qarabağ münaqişəsinin Makedoniya cəmiyyətinə çatdırılmasında böyük fəallıq göstərib. Bu gündə Azərbaycanla bağlı fəaliyyətini davam etdirir. 2016-cı ilin sentyabr ayında Azərbaycanlı jurnalist Elnur Eltürklə Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti adlı diaspor təşkilatı yaradıblar.
Fərahan şəhristanı
Fərahan şəhristanı — İranın Mərkəzi ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Fərməhin şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 31,152 nəfər və 8,900 ailədən ibarət idi.
Haneen İbrahim
Haneen İbrahim (29 iyun 2000) — Sudanlı üzgüçü. Haneen İbrahim Sudanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Haneen İbrahim birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 36.25 saniyəlik nəticəsi ilə 84-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. O, bu nəticə ilə ölkəsinin rekordunu qırdı.
II İbrahim
II İbrahim və ya Şeyxşah – Şirvanşahlar dövlətinin 40-cı hökmdarı, Şirvanşah Fərrux Yasarın oğlu. == Fəaliyyəti == === Hakimiyyətə gəlməsi === Şah İsmayıldan qaçaraq Gilana gedən Şeyxşah h.908 (1502)-ci ildə Şirvana qayıdaraq mübarizəsiz Sultan Mahmudun tərk etdiyi Şirvanşahlar taxtına çıxdı. Şahgəldi ağa Şirvanşahı tərk etməyə məcbur oldu. Şirvan əhli Şeyxşahın ədalətli hökmranlığından razı idi. Bir qədərdən, ehtimal ki, üç ildən sonra h.911 (1505/6)-ci ildə Şah İsmayılın sarayında yaşayan Sultan Mahmud əmisini devirib yenidən Şirvanda hakimiyyəti ələ keçirmək fikrinə düşdü. O, tezliklə Şirvanşahlar taxtını özünə qaytarmaq üçün Şah İsmayılın qızılbaş qoşun dəstəsi ilə Şirvana gəldi. Sultan Mahmud Şeyxşahın öz qoşunları ilə sığındığı Gülüstan qalasını üç aydan çox mühasirədə saxladı. Şeyxşahın vəziyyəti olduqca ağır idi. Lakin təsadüf onu məğlubiyyətdən və ölümdən qurtardı. Sultan Mahmudun sevimli qulu məmlük Qara bəy ağası yuxuda ikən onun başını kəsərək, elə həmin gecə Şeyxşaha göndərdi.
I İbrahim
I İbrahim (Şirvanşah) — Şirvanşah (1382–1417). İbrahim (Osmanlı imperiyası) — Osmanlı sultanı (1640-1648).
Ibrahim Quliyev
İbrahim Quliyev (şərqşünas) — Şərqşünaslıq İnstitutunun elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. İbrahim Quliyev (dövlət xadimi) — Milli Aviasiya Akademiyası hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor. İbrahim Quliyev (musiqiçi) — musiqiçi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. İbrahim Quliyev (geoloq) — akademik.
Malik İbrahim
Malik İbrahim (tam adı: Mövlanə Malik İbrahim əs-Səmərqəndi; ö. 7 aprel 1419) və ya Sunam Qirsik və ya Kakek Bantal — Azərbaycan torpaqlarından olan qafqazlı din xadimi.O, Səmərqənddə dini təhsil aldıqdan sonra, İndoneziyaya gələrək burada İslam dinini yaymağa başlamışdır. Məhz onun İndoneziyaya gəlişi ilə İslam dini bu torpaqlarda formalaşmağa başlamışdır. Həmçinin, onun övladları da İslam dininin İndoneziyada yayılmasında yaxından iştirak etmiş və tanınmış din xadimi kimi fəaliyyət göstərmişdir. == Həyatı == Malik İbrahimin nəsəbi haqqında məlumat tam olaraq bilinməsə də ümumi nəzərə əsasən onun Yavanın xaricindən gəldiyi qəbul edilmişdir. Malik İbrahim XIV əsrin birinci yarısında dünyaya gəlmişdir. O, “Babad Tanah Yavi” və digər mətnlərdə bir çox adlarla tanınır. J. J. Meinsmanın müəllifi olduğu əsərdə onun adı Məxdum İbrahim əs-Səmərqəndi (Şeyx İbrahim Əs-Səmərqəndiyə lokallaşdırılmış) olaraq keçir. Bu indiki Özbəkistanda yerləşən Səmərqənd şəhəri ilə əlaqələndirilir. Bununla birlikdə, digər mənbələr, onun XVI əsrdə Əsmərakəndə gəldiyini və Tuban Regencydə dəfn olunduğunu qeyd edir.
Məmməd İbrahim
Məmməd İbrahim (24 noyabr 1966, Yevlax) — azərbaycanlı ictimai-siyasi fəal; sabiq siyasi məhbus; Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət heyətinin üzvü. == Həyatı == Məmməd İbrahim 1966-cı il noyabrın 24-də Yevlax şəhərində anadan olub. O, 1983-cü ildə Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 saylı orta məktəbi bitirmişdir. Elə həmin il Baki Maliyyə-Kredit texnikumuna daxil olub. 1985-1987-ci ildə Sovet Ordusu sıralarında Krosnayarski diyarının Kansk şəhərində hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Maliyyə-İqtisad Kollecini bitirib. 1989-cu ildə Yevlax şəhər İctimai İaşə Birliyində təftişçi vəzifəsində çalışmışdır. Sovet İttifaqı dağıldıqdan sonra rəsmi iş yeri yoxdur. == Fəaliyyəti == 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olan Məmməd İbrahim, 2012-ci ildən AXCP sədrinin müşaviri, 2015-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasınin Rəyasət Heyətinin üzvüdür. === Həbs edilməsi === 2015-ci il sentyabrın 30-da Nərimanov rayon Polis İdarəsində Azərbaycanın Cinayət Məcəlləsinin 221-ci maddəsilə (xuliqanlıq) cinayət işi başlanıldı və Məmməd İbrahim şübhəli şəxs qismində saxlanıldı.
Mərasim nəğmələri
Mərasim nəğmələri — Mərasim nəğmələri iki yerə ayrılır: mövsüm mərasimləri, məisət mərasimləri. Mövsüm mərasimləri daha çox ilin müəyyən fəsillərində, aylarında keçirilən mərasimlərlə bağlıdır. Məsələn, "Xıdır nəbi" mərasimi, "Kosa-kosa" mərasimi, yağış çağırma və yağış çox yağdığı zaman "Qodu-qodu" mərasimi və s. Məişət mərasimləri insanın doğulması, evlənməsi və vəfat etməsi ilə əlaqədar olan prosesləri əhatə edir. Bu zaman adqoyma, elçilik, nişanlama, xınayaxdı, toy, yaş kimi mərasimlərdə müəyyən məişət mərasim nəğmələrindən istifadə olunur.
Sevil İbrahim
İbrahimova Sevil Həsənağa qızı — rejissor. == Həyatı == Sevil İbrahimova 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin ali təhsil ocağını bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi kimi başlamış, sonralar ikinci rejissor və quruluşçu rejissor olmuşdur. == Filmoqrafiya == Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (AzTV) Ağ işığın möcüzəsi (film, 2006) Atayevlər ailəsi (film, 1978) Atillanın atlıları (film, 2002) Bizim Natəvan (film, 2006) Böyük alim (film, 2001) Böyük elm adamı (film, 2007) Danışır və göstərir Bakı (film, 2006) Gənclik macərası (film) (tammetrajlı televiziya tamaşası) (AzTV) Göz həkimi (film) Kişilər (film, 1979) Qonşu qonşu olsa... (film, 1989) Mehmanxana sahibəsi (film, 1978) Mətbuat fədaisi (film, 2007) Olacağa çarə yoxdur (film, 2003) Ömrün yolları (film, 1982) Pəncərədə işıq (film, 1987) Sarıköynəklə Valehin nağılı (film, 1980) Səni axtarıram (film, 1981) Yollar görüşəndə...
Sultan İbrahim
Sultan İbrahim (5 noyabr 1615, İstanbul – 18 avqust 1648, İstanbul) — 18-ci Osmanlı padşahı və 97-ci İslam xəlifəsidir. Sultan olduğunu bildirən paşalara: "Allahu təala sultan qardaşımızın ömrünü uzun etsin. Bizə sultanlıq lazım deyil. Sultan qardaşımızın ömrünə duaçıyıq" dedi. Ancaq anası və dövlət adamlarının təkidi ilə böyük qardaşı Sultan IV Muradın cəsədini gördükdən sonra taxt otağına keçdi. "Əlhəmdülillah. Ya Rəbbim! Mənim kimi zəif bir qulunu bu məqamə layiq gördün. Səltənət günlərimdə millətimi xoş hal et və bir-birimizdən məmnun et. Mən Sultan İbrahim xan!
Vaqif İbrahim
Vaqif İbrahim (tam adı: İbrahimov Vaqif Əliyar oğlu) — şair, 1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1976), M.Qorki adına Ümumittifaq mükafatı laureatı (1978). == Həyatı == Vaqif İbrahim 1945-ci il sentyabrın 30-da Şəki şəhərində doğulmuşdur. Burada orta təhsil aldıqdan sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə jurnalist kimi başlamışdır. Sumqayıt şəhər radio verilişləri redaksiyasında redaktor (1968-1970), məsul redaktor (1971-1975), Əli Kərim adına Sumqayıt gənclik poeziya klubunun sədri (1970-1971), "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi (1975-1976), "Göyərçin" jurnalının məsul katibi (ömrünün sonuna qədər) olmuşdur. Eyni zamanda 1980-1983-cü illərdə Azərbaycan LKGİ MK nəzdində gənc yazıçıların respublika ədəbi birliyinə rəhbərlik etmişdir. Azərbaycan komsomolunun XXX–XXXI qurultaylarında nümayəndə, XXXI qurultayında respublika LKGİ MK-ya üzv seçilmişdir. Baykal Amur magistralının fəxri inşaatçısı adına layiq görülmüşdü. SSRİ-Bolqarıstan "Drujba" jurnalı redaksiya heyətinin üzvü idi. 1983-cü ildə faciəli surətdə həlak olmuş, Sumqayıtda dəfn olunmuşdur.
Xəlil İbrahim
Xəlil İbrahim oğlu İbrahimov (1892, Şuşa – 18 mart 1938, Nargin adası, Abşeron rayonu) — "Azərbaycan" qəzetinin rus dilində nəşrinin redaktoru, jurnalist, tənqidçi, teatrşünas və tərcüməçi. == Həyatı == Xəlil İbrahimov 1892-ci ildə Şuşada anadan olmuşdur. İbtidai təhsilini Şuşada rus-tatar məktəbində almışdır. 1907-ci ildə atası vəfat etdikdən sonra ailəsi ilə Bakıya köçmüş, təhsilini Bakıda davam etdirmişdir. X.İbrahimov 1909–1911-ci illərdə təqaüd almadığından Bakıdakı təhsilini də yarımçıq qoymalı olur. Təhsilini dayandırdığı dövrdə Sarıcalıda ev şəraitində Qasım bəy Zakirin nəvələrinə dərs demişdir. Daha sonra Xəlil İbrahim Bakıya qayıdaraq təhsilini davam etdirmiş və məktəbi bitirmişdir.1920–1930-cu illərdə gizli fəaliyyət göstərən "Müsavat"-ın sıralarında Azərbaycan istiqlalının bərpası uğrunda mübarizəsini davam etdirməkdə, Şuşada qiyam hazırlamaqda və 50 nəfərlik qiyamçı dəstəyə başçılıq etməkdə günahlandırılan Xəlil İbrahim 12 noyabr 1937-ci ildə həbs edilir. 1938-ci ildə Azərbaycan SSR Daxili İşlər Komissarlığının 11 mart tarixli qərarı ilə Xəlil İbrahim "xalq düşməni" elan edildi. Əmlakı müsadirə olundu və martın 18-də Nargin adasında güllələndi. == Fəaliyyəti == Xəlil İbrahimov "Kənd həyatından lövhələr" adlı ilk oçerkini Sarıcalıda dərs dediyi dövrdə yazmışdır.
Efrayim Katsir
Efrayim Katsir (ivr. ‏אפרים קציר‏‎; 3 (16) may 1916, Kiyev – 30 may 2009[…], Rexovot, Mərkəz dairəsi) — İsrail biofiziki və İsrail Əmək Partiyasının üzvü, İsrailin dördüncü Prezidenti (1973–1978). == Həyatı == Efrayim Kaçalski Rusiya İmperiyasının Kiyev şəhərində (indiki Ukrayna) Yehuda və Sila Kaçalskinin ailəsində anadan olmuşdur. 1925-ci ildə (bəzi mənbələrə görə 1922-ci ildə) ailəsi ilə birlikdə yenicə seçilmiş İosif Stalinin rəhbərliyi ilə həyata keçirilən Sovet terrorundan yaxa qurtarmaq məqsədilə mandat altında olan Fələstinə miqrasiya etmiş və Yerusəlimdə məskunlaşmışdır. 1932-ci ildə Rehaviya Gimnaziyasından məzun olmuşdur. Qardaşı Aharon Katsir kimi o da elmlə maraqlanırdı. O, Yerusəlim Yəhudi Universitetində botanika, zoologiya, kimya və bakteriologiya üzrə təhsil alırdı. 1938-ci ildə magistr, 1941-ci ildə isə fəlsəfə doktoru elmi dərəcəsi alır. 1939-cu ildə ilk Haqana qulluqçuları kursundan məzun olur və tələbə birliyinin komandiri təyin edilir. Qardaşı ilə birlikdə partlayıcı maddələrin inkişafı üzərində işləyir.
Serafim Protopopov
Arxiyepiskop Serafim (dünyəvi adı Aleksandr Alekseyeviç Protopopov, 19 oktyabr 1894 – 8 avqust 1937, Lipetsk, Voronej vilayəti) — Rus Pravoslav Kilsəsinin yepiskopu, Zadon və Elen arxiyepiskopu. == Həyatı == Aleksandr Alekseyeviç 19 oktyabr 1894-cü ildə Don Qoşunları əyalətinin Akişev stanitsasında anadan olmuşdur. O, 1913-cü ildə Novoçerkassk gimnaziyasını bitirərək Petroqrad universitetinin tarix-filologiya fakultəsinə daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra Petroqrad universitetinin elmi əməkdaşı kimi fəaliyyətə başlamışdır. Daha sonralar Aleksandr Akekseyeviç Petroqrad Ruhani Seminariyasının 2 kursunu başa vurmuşdur. 1920-ci ildə Coğrafiya İnstitutunun elmi əməkdaşı olmuşdur. Özünü yeniliyin əleyhdarı kimi göstərən Aleksandr Akekseyeviç Protopopov 1922-ci ilin yayında həbs olunmuş və elə həmin ilin 13 sentyabrında onun haqqında açılmış cinayət işinə xitam verilmişdir. 1923-cü ilin avqustunda Petroqradda keçirilən pravoslav din xadimlərinin yığıncağında Aleksandr Alekseyeviç yepiskop vəzifəsinə üç namizəddən biri seçilmişdir (digər ikisi Manuil Lemeşevski və Varlaam (Saserdotski idi). Patriarx Tixon yepiskop vəzifəsinə Manuilin təyin edilməsi barədə qərar vermişdir. 4 mart 1924-cü ildə yenidən həbs olunmuş, iki il müddətinə azadlıqdan məhrum edilmişdir.
Serafim Veçkanov
Serafim Veçkanov — (tam adı: Serafim Yemelyanoviç Veçkanov, rus. Серафим Емельянович Вечканов; 6 avqust 1914, Kakine Qaqinski kəndi, Nijnenovqorod vilayəli — 20 oktyabr 1965, Moskva) — erzyan mənşəlli SSRİ şairi və yazıçısı, SSRİ yazıçılar ittifaqının üzvü. == Bioqrafiyası == Serafim Veçkanov 6 avqust 1914-cu ildə Nijnenovqorod vilayəti, Kakine Qaqinski kəndində, kəndli ailəsində anadan olmuşdur. Öz doğma kəndində kənd məktəbini bitirdikdən sonra 1928-ci ildə Velikoaratskaya kəndli gənclərin təhsil aldığı məktəbə daxil olur. Bu məktəbdə əsasən mordoviya əsilli uşaqlar təhsil alırdı. Daha sonra regional müəllimlər kursunu bitirərək Lukoyanov rayonu Novoe İvansev kənd məktəbində ibtidai müəllimi işləmişdir. 1932-ci ildə Mordoviya Dövlət Universitetinə daxil olur. Üç kurs oxuduqdan sonra «Erzyan Kommuna» qəzetinin bir ədəbi əməkdaşı olaraq işə başlamışdır. 1936-cı ildə Qırmızı Orduya aktiv hərbi xidmətə çağırıldı. Ordudan 1941-ci ilə buraxıldıqdan sonra Mordoviya kitab nəşriyyatının redaktoru vəzifəsində çalışır.