FƏRZA

ə. bax fərzən.

FƏRZ
FƏRZANƏ
OBASTAN VİKİ
Fərzad Aşubi
Fərzad (Qulam Abbas) Aşubi (6 aprel 1980, Rey ya Şabdüləzim, Tehran)) — İran futbolçusu, müdafiəçi. Aşubi 2011-ci ilin iyul ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Slovakiyanın Dunayska Streda, Uğab, Mis-i Kirman, Tehranın Persepolis və İstiqlal futbol klublarında oynamışdır. İran milli futbol komandasının oyunçusu olmuşdur.
Fərzad Hatəmi
Fərzad Hatəmi (fars. فرزاد حاتمی‎; 3 yanvar 1986, Tehran, İran) — İran futbolçusu. == Həyatı == Fərzad Hatəmi 3 yanvar 1986-cı ildə İranın paytaxtı Tehranda Zəncanlı bir Azərbaycan əsilli bir Türk ayilədə anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Rah Ahən, Qəbələ, Sipahan, Səba Qum, Traktor Sazi, İstiqlal, Fulad, Persepolis Tehran, Mələvan Ənzəli. 2016-cı ildə bir daha Tiraxtur klubuna qoşuldu.
Fərzalı
Fərzalı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Arabaçı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Etimologiyası == Dağlıq ərazidə yerləşir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Qarabağdan gəlmiş Fərzalı adlı şəxs saldığına görə kənd onun adı ilə adlandırılmışdır. 1917-ci ildə Cavanşir qəzasında Fərzalıbəyli (1933-cü ildə Bərdə rayonunda Fərzalılar), Qazax qəzasında Fərzalı, (1933-cü ildə Şəmkir rayonunda Fərzah Quşçu) kəndləri də qeydə alınmışdır. Oykonim Xələc tayfalarının bir tirəsi olan fərzalıların adını əks etdirir. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 559 nəfər yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Fərzalı Abbasov
Abbasov Fərzalı Hətəm oğlu (20 noyabr 1932, Göycəli, Qazax rayonu – 2011) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == 1932-ci ildə Qazax rayonunun Göycəli kəndində anadan olmuşdur. 1952–1964-cü illərdə Ağstafa rayonunda "Nərimanov" və "Lenin" adına kolxozlarda inşaat briqadiri, 1964–1991-ci illərdə Qazax rayonunda S. Vurğun adına sovxozda üzümçülük üzrə briqadir işləmişdir. 1968-ci ildə Qazax Kənd Təsərrüfatı Texnikumunu, 1981-ci ildə isə AzKTİ — nin Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirmişdir. Üzümçülük sahəsində əldə etdiyi nailiyyətlərə görə 1971-ci ildə "Qırmızı əmək bayrağı" ordeni, 1976-cı ildə "Lenin ordeni", 1980-ci ildə "Oraq-Çəkic" medalı və Sosialist Əməyi Qəhrəmanı kimi yüksək mükafatlara layiq görülmüşdür. 1971–1990-cı illərdə Qazax rayon Partiya Komitəsinin Büro üzvü, 1974–85-ci illərdə SSRİ Ali Sovetinə, 1985–90-cı illərdə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. 1975–90-cı illərdə Azərbaycan KP MK-nin üzvü olmuşdur. 1990–1991-ci illərdə Kalininkənd Qəsəbə XDS-nin İcraiyyə Komitəsinin Sədri, 1991-ci ildən Ağstafa RİN-nin Gəycəli kəndə nümayəndəsi olub. 2011-ci ildə vəfat edib.
Fərzan Özpətək
Fərzan Özpətək (türk. Ferzan Özpetek; 3 fevral 1959, İstanbul) — Türkiyə və İtaliya rejissoru, ssenaristi. == Həyatı == Fərzan Özpətək 1959-cu ildə İstanbulda anadan olmuşdur. 1976-cı ildə Roma Sapiensa Universitetində kino tarixi üzrə təhsil almaq üçün İtaliyaya köçmək qərarına gəlmişdir. Təhsilini Navona Akademiyasında sənət tarixi və kostyum dizaynı dərslərində tamamlamışdır.
Mirzə Fərzalı bəy Fətəlibəyov
Mirzə Fərzalı bəy Fətəlibəyov (1824-1887) — məmur, çar ordusunun zabiti, Tiflis Aleksandr Müəllimlər institutunun məzunu. Mirzə Fərzalı bəy Əli bəy oğlu 1824-cü ildə Otuziki mahalının Ətyeməzli obasında (indiki Ağdamın Ətyeməzli kəndi) anadan olmuşdu. Ibtidai təhsilini molla yanında almışdı. Sonra mükəmməl mədrəsə təhsili görmüşdü. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Mirzə Fərzalı bəy Şuşa Qəza məktəbində oxumuşdu. Burada o, türk, rus və fars dillərini öyrənmişdi. Sonra Tiflis Aleksandr Müəllimlər Institutunu bitirmişdi. Mirzə Fərzalı bəy 19 may 1843-cü ildə II dərəcəli dəftərxana xidmətçisi kimi Şuşa qəza polis şöbəsində xidmətə başlamışdı. 10 noyabr 1848-ci ildə könüllü kimi Qafqaz Atlı alayında xidmət etmişdi.
Məhəmməd Əli Fərzani
Məhəmmədəli Fərzanə (1923, Təbriz – 17 yanvar 2006, Göteborq) — Azərbaycanlı yazıçı, tədqiqatçı, dilçi, folklorçu. İsveç Krallıq Akademiyasının, İsveç Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olub. Məhəmmədəli Fərzanə 1923-cü ildə Təbrizin Çayqırağı məhəlləsində anadan olub. İlk təhsilini məhəllə məktəbində və mədrəsədə fars dilində alıb. Təbriz Universitetindəki pedaqoji kurslarda təhsilini fars dilində davam etdirib. Mədrəsəni bitirdikdən sonra burada qalıb müəllim edib və 1942-ci ildə Təbrizdə kitabхanada işləməyə başlayıb. Burada işləyərkən latın və kiril əlifbalarını öyrənib. Kitabxanada işləyərkən təsadüfən üstündə "məhv ediləcək kitablar" yazılmış bağlama tapır. Bu bağlamada alim Məhəmmədəli Tərbiyətin kitabxanaya bağışladığı Kitabi-Dədə Qorqud dastanı və "Divanü Lüğat-it-Türk" kimi kitablar olub. Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə nəşr olunan "Azərbaycan" və "Vətən yolunda" qəzetlərində "M.Ə.Qövsi" təxəllüsü ilə çıxış edirdi.
Məhəmməd Əli Fərzanə

Məhəmmədəli Fərzanə

Qaçaq Fərzalı
Fərzalı İmamqulu oğlu təxminən 1878-ci ildə Zəngəzur qəzasının (indiki Zəngilan rayonunun) Qaradərə kəndində — bir adı da Taydolaq Baharlıdır — anadan olub. Çarın kazak dəstələri ilə Araz çayı üzərində atışaraq bir neçə kazakı öldürdükdən sonra dağlara çəkilib qaçaqlığa başlamışdır. Bəhlul Əfəndi, Sultan bəy kimi igidlərlə əl—ələ verərək erməni quldurlarının Zəngəzurda törətdikləri türk-müsəlman qırğınının qarşısını almışdır. Nuru Paşanın ordusunun qarşılanmasında iştirak etmiş, yerli özünümüdafiə dəstələrinin rəhbəri olmuşdur. Məşhur Baharlı tayfasından olan Qaçaq Fərzalı Sovet hökuməti qurulandan sonra da silahı yerə qoymamış, bolşeviklərlə döyüşmüşdür. M.C.Bağırovun Bartaz meşəsində onunla şəxsən görüşməsi və ona vəzifə təklif etməsi də bu el qaçağını şirnikləndirməmişdir. Yalnız el-obasının, kəndinin əhalisinin sürgün olunacağı təhdidindən sonra silahı yerə qoyaraq təslim olmuşdur. 1928-ci ildə Bakıya gətirilərək Nargin adasında güllələndiyi güman olunur. Dörd övladı vardı. (Oğlu Rəhim , qızları Tavar, Naran, Təzəgül ) Yazıçı Azad Qaradərəli “Aşiqlər”, “Zəngəzur qazısı Bəhlul Behcət” kitablarında, “Kuma-Manıç çökəkliyi” romanında Qaçaq Fərzalıdan bəhs etmiş, 2016-cı ildə isə ayrıca “Qaçaq Fərzalı” kitab yazıb nəşr etdirmişdir.
Samiq Fərzalıyev