Fərzalı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Arabaçı kənd inzibati ərazi dairəsində kənd.[2]
Fərzalı | |
---|---|
40°38′16″ şm. e. 45°27′22″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2112[1] |
Dağlıq ərazidə yerləşir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Qarabağdan gəlmiş Fərzalı adlı şəxs saldığına görə kənd onun adı ilə adlandırılmışdır. 1917-ci ildə Cavanşir qəzasında Fərzalıbəyli (1933-cü ildə Bərdə rayonunda Fərzalılar), Qazax qəzasında Fərzalı, (1933-cü ildə Şəmkir rayonunda Fərzah Quşçu) kəndləri də qeydə alınmışdır. Oykonim Xələc tayfalarının bir tirəsi olan fərzalıların adını əks etdirir. Etnotoponimdir.[3]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 559 nəfər yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.