GƏLİŞ

сущ. 1. атун; 2. лит. куьгьн. сегьнедин эсерра пердедин са кьатӀ, пай; ** gəliş gəlmək хух атун, куьчӀуьрарун.
GƏLİRSİZLİK
GƏLİŞ-GEDİŞ
OBASTAN VİKİ
Mustafa Kamalın Samsuna gəlişi
Mustafa Kamalın Samsuna gəlişi (türk. Mustafa Kemal'in Samsun'a çıkışı) — 1919-cu ilin 19 may tarixində 9-cu Ordu müfəttişi Mustafa Kamalın Bandırma gəmisi ilə etdiyi səfərin sonunda Samsuna çatması hadisəsi. Bu hadisə Türkiyə İstiqlaliyyət müharibəsinin başlanğıcı olaraq qəbul edilir. Samsunda yunan qrupları və türk xalqı arasında meydana gələn toqquşmaların yatırılması üçün Osmanlı hökuməti tərəfindən Mustafa Kamal vəzifələndirilmiş və ona 9-cu Ordunun müfəttişliyi vəzifəsi verilmişdir. Buna əsasən müfəttiş, vəzifə bölgəsinə Bandırma gəmisi ilə çatmış və 1 həftə ərzində Qazi Muzeyində qalmışdır. Bu müddət ərzində bölgədə əmələ gəlmiş toqquşmaların səbəbini araşdırmış və işğalçılara qarşı birbaşa türk müqavimət təşkilatlarının yaradılmasında ciddi rol oynamışdır. Mustafa Kamal 1 həftəlik müddətin sonunda Havzaya yönəlmişdir. Havzada keçirdiyi 17 günün sonunda isə şəhərdən ayrılaraq Amasyaya hərəkət etmişdir. Osmanlı İmperiyası 1918-ci ilin sonlarına doğru Birinci Dünya müharibəsindən məğlub ayrılmış, Mudros müqaviləsini imzalayaraq artıq dağılma dövrünün sonuna gəlmiş bir dövlət halında idi. Avropa dövlətlərinə görə xəstə adam olaraq xarakterizə edilən Osmanlı İmperiyası imzaladığı atəşkəs ilə boğazların hakimiyyətini, yeraltı qaynaqların istifadə haqqlarını və donanma ilə ordu üzərindəki bütün əmr haqqlarını Antanta dövlətlərinə təslim etmiş olur.
XI qırmızı ordu hissələrinin Bakıya gəlişi (film, 1920)
Xoş gəlişlər ola
Xoş gəlişlər ola — Mahnının bəstəkarı Tağı Oşenyüzen və sözlərinin müəllifi Mehmet Türkeldir.
İnteqrasiya olunmuş gəlişdirmə mühiti
İnteqrasiya olunmuş inkişaf mühiti (ing. integrated development environment; IDE) — proqram təminatının inkişafı üçün hərtərəfli imkanlar təmin edən proqram təminatı. IDE adətən mənbə kodu redaktorundan, avtomatlaşdırma alətlərindən və sazlayıcıdan ibarətdir. IntelliJ IDEA, Eclipse və Lazarus kimi bəzi IDE-lər lazımi kompilyator, interpretator və ya hər ikisini ehtiva edir. Amma digərlərində (SharpDevelop, NetBeans) bunlar mövcud deyil. IDE və daha geniş proqram təminatının inkişaf etdirilməsi mühitinin digər hissələri arasında sərhəd dəqiq müəyyən edilməmişdir; bəzən bir versiyaya nəzarət sistemi və ya qrafik istifadəçi interfeysinin (GUI) qurulmasını asanlaşdırmaq üçün müxtəlif vasitələr inteqrasiya olunur. Bir çox müasir IDE-lərdə obyekt yönümlü proqram təminatının hazırlanmasında istifadə üçün sinif brauzeri, obyekt brauzeri və sinif iyerarxiya diaqramı da mövcuddur. IDE-lər əvvəlcə konsol və ya terminal vasitəsilə inkişaf etdirilərkən mümkün olurdu. İlkin sistemlər birini dəstəkləyə bilməzdi, çünki proqramlar kompilyatora təqdim edilməzdən əvvəl perfokartlara daxil edilməklə, axım xəritələrindən istifadə etməklə hazırlanırdı. Dartmouth BASIC IDE ilə yaradılan ilk dil idi.

Значение слова в других словарях