GAV

dağ keçidi (Füzuli) гав, горный проход mountain passage
FYORDLAR
GENETİK TƏSNİFAT
OBASTAN VİKİ
Gav (Miyanə)
Gav (fars. گاو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 384 nəfər yaşayır (96 ailə).
Cır gavalı
Cır gavalı (lat. Prunus divaricata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Yabanı halda Qafqazda, Orta Asiyada, Türkmənistanda, Pamir Alatauda yayılmışdır. Qərbi Hindistan, İran və digər ölkələrdə çox qədimdən becərilir. Hündürlüyü 10-15 m-ə qədər olan ağac, az-az hallarda isə koldur. Enli şarformalı çətirli, budaqları tikanlı, nazik, düzyönələn və ya sallaqdır. Cavan zoğların qabığı qırmızı-qonur, çoxillik budaqların qabığı tünd bozdur. Yarpaqları müxtəlif formalı-oval və ya oval-yumurtaşəkilli, oval-neştərvari, çılpaq və ya bir az tüklüdür. Tez çiçəkləyir, çiçəkləri yarpaqlardan tez açılır, çiçəkləri ağdır. Meyvələri müxtəlif formalı-yumru, yumurtaşəkilli, uzunsov-yumurtaşəkilli, müxtəlif rəngli – sarı, açıq qırmızı və ya çəhrayı, tünd qırmızıdır, tüklü deyil.
Dövlahtu (Gavork-i Nalin dehistanı)
Dövlahtu (fars. دوله تو‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 678 nəfər yaşayır (103 ailə).
Gavahan (Xudafərin)
Gavahan (fars. گاواهن‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (10 ailə).
Gavahın
Gavahın (əvvəlki adı: Kavahan) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Gavahın kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Kavahan kəndi Kavahın kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Gavahın kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Kəndin adı 1992-ci ilədək Gavahan variantında qeydə alınmışdır. XIX əsrdə Şuşa qəzasında eyniadlı dağ və yaşayış məntəqəsi olmuşdur. Oykonim qədim türk dillərindəki gav (dağ yamacı, eniş, sürüşkən yer) və ahın/axun (yüksəklik, zirvə) komponentlərindən düzəlib, "dağ ətəyi" deməkdir. Gavahın kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Gavalı
Gavalı (lat. Prunus) — gülçiçəyikimilər fəsiləsinin prunoideae yarımfəsiləsinə aid bitki cinsi. Dəfnəgilənar (lat. Laurocerasus Duham.) Dərman dəfnəgilənarı və ya Aptek dəfnəgilənarı (lat. Laurocerasus officinalis M. Roem.) Şaftalı lat. Persica Adi şaftalı (P. vulgaris) Qansun şaftalısı (P. kansuensis) Davud şaftalısı (P. dawidiana) Potanin şaftalısı (P. potanini) Qəribə şaftalısı (P. mira). Quru qara gavalının bağırsaqları işlədici təsiri məlumdur. Tərkibində olan zəngin kalium və maqneziuma görə, ateroskleroz, hipertoniya, böyrək, qaraciyər, və revmatizm xəstəliyi olanlara məsləhətdir. Güclü antioksidant xüsusiyyətlərə malikdir. Sümükləri möhkəmləndirir.
Gavalı meyvəyeyəni
Gavalı meyvəyeyəni (lat. Laspeyresiya funebrana Tr.) — Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ. Kəpənəyin qanadları açılmış halda 12-17 mm uzunluqdadır. Bədəni üst tərəfdən boz rəngdə, alt tərəfdən tutqundur. Ön qanadları üzərində köndələninə, dalğavari xətt uzunır. Qanadının zirvələri başqa hissələrinə nisbətən açıq rəngdədir. Həmin yerdə bir neçə qara xətt var. Yumurtası girdə və ağ rəngdə olub, böyüklüyü 1 mm-ə yaxındır. Tırtıl axırıncı yaşda 12-15 mm uzunluqdadır. İlk yaşlarda ağımtıl, sonrakı yaşlarda isə çəhrayı rəngdə olur.
Gavalı mənənəsi
Gavalı mənənəsi (lat. Hyalopterus pruni Geoffr.) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. Gavalı mənənəsinin qanadsız yetkin formaları solğun yaşıl rəngdədir və bədəni üzərində uzununa doğru üç tutqun yaşıl zolaq var. Onun baş hissəsi uzunsov formada olub, üzəri ağ mum təbəqəsi ilə örtülmüşdür. Döşdə və qarıncıqda iki cərgədə ağ nöqtələr düzülmüşdür. Bədənin uzunluğu 2,5-3 mm-dir. Qanadlı fərdlərində baş və döş qaradır, mumabənzər boz təbəqə ilə örtülüdür. Qarıncığı yaşıldır. Sürfəsi yetkin fərdlərdən kiçikdir və xarici görünüşlərinə görə onlara bənzəyir. Yumurtası kiçik, qara rəngdə və uzunsov olur.
Gavalı povidlosu
Gavalı povidlosu - gavalı püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. Gavalı povidlosu insan orqanizmi üçün çox xeyirlidir, çünki gavalının tərkibində çoxlu pektin maddəsi tapılmışdır ki, insanda baş verən ateroskleroz xəstəliyinin müalicəsində istifadə edilir, orqanizmi zəhərli maddələrdən, ağır metallardan, radionuklidlərdən təmizləyir. Bundan başqa gavalının tərkibində insan sağlamlığı üçün çox mühüm əhəmiyyət kəsb edən kalium, kalsium, fosfor, maqnezium, manqan və s. makro və mikroelementlər, B qrupu vitaminləri, askorbin turşusu, karotinoid və s. vardır. Povidlo Gavalı povidlosu Рецепт: Повидло из сливы - все рецепты России - allrecipes.ru Arxivləşdirilib 2017-11-09 at the Wayback Machine Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Gavalı sukatı
Gavalı sukatı - Gavalı dilimlərindən hazırlanmış quru mürəbbə Sukat Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Gavalı turşusu
1 balon gavalı turşusunun hazırlanma qaydası: 2 kq gavalı 2x.q.duz 2x.q. üzüm sirkəsi 1ç.q. tünd sirkə (esensiya) 3 diş sarımsaq 1/2 ç.q. nanə qurusu 3 yarpaq dəfnə yarpağı 1 orta böyüklükdə acı bibər 5-6 ədəd qara istiot Sterilləşdirilmiş 3 litrlik balona sarımsaq, nanə qurusu, acı bibər, qara istiot və dəfnə yarpağı yığılır.Üzərinə yuyulmuş və çəngəllə deşilmiş gavalılar yığılır. Duz, esensiya və üzüm sirkəsi əlavə edilir və qaynar su tökülür. Ağzı ehmalca bağlanılır və soyumasını gözləyirik. Soyumuş məhlul ehmalca boşaldılır və yenidən qaynadılır. Gavalılar təkrar balona tökülərək germetik yolla qapaqla bağlanılır. Bağlanmış balon ağzı üstə çevrilir və soyuyana qədər saxlanılır. Gavalı Dəfnə yarpağı Sarımsaq Ətirli istiot Duz Esensiya (70% sirkə) Gavalını yuyub çəngəllə deşin, sarımsağı təmizləyin dilimlərə, istiotu və dəfnə yarpağını yuyun.
Gavalı yastıcası
Gavalıkimilər
Gavalıkimilər (lat. Amygdaloideae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki yarımfəsiləsi. Maloideae C.Weber, 1964 Pomoideae Juss., 1789, nom. inval.
Gavalıyarpaq alma
Gavalıyarpaq alma (lat. Malus prunifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. Vətəni Şimali Çindir. Təbii halda Avropa və Asiyada geniş yayılmışdır. Mədəni şəraitdə 1750-ci ildən becərilir. Hündürlüyü 10 m-dən çox olan dekorativ ağacdır. Ağacın budaqları açıq-qonur və ya qırmızı rənglidir, enli, yumru çətir əmələ gətirir. Yarpaqları yumurtaşəkilli, ellipsvari və ya uzunsovdur, ucu biz, kənarları xırda dişlidir, əvvəl tüklü olub, sonradan çılpaqlaşır, parlaq tünd-yaşıl rənglidir, uzunluğu 10 sm-ə, eni isə 5-6 sm-ə çatır. Çiçəklərinin diametri 3 sm-ə yaxındır, ağ, bəzən çəhrayı rənglidir, 5-6 ədədi bir yerdə olmaqla çətirşəkilli çiçək qrupunda yerləşmişdir. Meyvələrin diametri 3 sm-ə çatır, şarşəkillidir, sarı və ya qırmızı rəngdədir.
Gavan (Ərdəbil)
Gavan (fars. گاوان‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (13 ailə).
Gavani (Miyanə)
Gavani (fars. گاواني‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (9 ailə).
Gavanlı
Gavanlı (Əsədabad)
Gavanlı (Miyanə)
Gavanlı (fars. گونلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 539 nəfər yaşayır (118 ailə).
Gavanlı (Əsədabad)
Qovanlı və ya Gəvənli (fars. گوانلو‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 44 nəfər yaşayır (12 ailə).
Gavar (Kəleybər)
Gavar (fars. گوار‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 452 nəfər yaşayır (92 ailə).
Gavar (Təbriz)
Gavar (fars. گوار‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (45 ailə).
Gavdanəzar (Bicar)
Gavdanəzar (fars. گاودانه زار‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 73 nəfər yaşayır (14 ailə). Əhalisini kürdlər təşkil edir.
Gavdari-i Qaraney (Soyuqbulaq)
Gavdari-i Qaraney (fars. گاوداري قره ني‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (7 ailə).
Gavdil (Əhər)
Gavdil (fars. گاودل‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 121 nəfər yaşayır (26 ailə).
Hind gavyalı
Hind qavialı (lat. Gavialis gangeticus) — Gavialidae fəsiləsinin yaşayan iki bioloji növündən biri. Digəri Malay qavialıdir. Bu timsahlara əsasən Hindistan, Banqladeş, Butan, Nepal, Pakistan və Myanma ərazisində rast gəlmək mümkündür. Yaşayış arealı Hind çayı, Brahmaputra, Qanq və Mahanadi çaylarıdır. Qavialın uzunluğu 3–5,5 metr (maksimum 7 metr), çəkisi 159–181 kq-dır.

Значение слова в других словарях