Gavahın

Gavahın (əvvəlki adı: Kavahan) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Gavahın kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Kavahan kəndi Kavahın kəndi adlandırılmışdır.[2] 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Gavahın kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır.

Gavahın
39°45′50″ şm. e. 46°54′53″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 44 nəf. (2021)
Xəritəni göstər/gizlə
Gavahın xəritədə
Gavahın
Gavahın

Kəndin adı 1992-ci ilədək Gavahan variantında qeydə alınmışdır. XIX əsrdə Şuşa qəzasında eyniadlı dağ və yaşayış məntəqəsi olmuşdur. Oykonim qədim türk dillərindəki gav (dağ yamacı, eniş, sürüşkən yer) və ahın/axun (yüksəklik, zirvə) komponentlərindən düzəlib, "dağ ətəyi" deməkdir.[3]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Gavahın kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
239 Alban məbədi[4] 995-ci il Gavahın kəndi Memarlıq Ölkə

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.

İl Daimi əhali Kişilər Qadınlar
1999[5] XXXX XXXX XXXX
2009[6] ↗XXXX ↗XXXX ↗XXXX

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Kənddə təhsil müəssisəsi mövcud deyil.

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

  1. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 58" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
  2. "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  3. Gavahın // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-155-3.
  4. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 9" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-15.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX.
  6. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]