geomorfologiya
geomorfoloq
OBASTAN VİKİ
Geomorfoloji Skil
Geomorfoloji Skil (rus. геоморфологичеcкий цикл, ing. geomorphological cycle) -coğrafi sikl – hər-hansı ərazinin tektonik hərəkətlərlə Dünya okean səviyyəsindən yüksəyə qaldırılmasından başlayaraq müx-təlif ekzogen proseslərin təsiri ilə hamarlanaraq əvvəlki səviyyəsinə yaxın vəziyyətdə peneplen əmələ kəsilməsinə qədər, relyefin ardıcıl dəyişməsi. İqlim şəraitindən və əsas aparıcı denudasion amillərdən asılı olaraq G.s. su-erozion, arid, buz-laq, dəniz, karst və b. sikllərə ayrılır. Hər bir sikl relyefin morfoloji əlamətlərinə görə bir-birindən fərqlənən gənclik, yetkinlik, qocalıq və zəiflik mərhələlərinə ayrılır. Nəzəriyyə 19 əsrin axırlarında amerika geomorfoloqu U.Devis tərəfindən irəli sürülmüşdür.
Geomorfoloji amillər
Geomorfoloji amillər - relyef əmələgəlmə amilləri, bütün yer kürəsinin yaxud onun hər hansı regionunun relyefini formalaşdıran endogen (Tektonika, vulkanizm) və ekzogen(eroziya, deflyasiya, karst və b.) amillərin məcmu. Keçmiş sovet geomorfoloqu İ.S.Şukin (1969) tərəfindən təklif edilmişdir.
Geomorfoloji anomaliya
Geomorfoloji anomaliya-Mojayevə görə lokal sahələrin relyefini və relyef əmələgətirici proseslərini ətraf ərazilərin relyefindən fərqləndirən genetik, morfoloji, yaxud yaş xüsusiyyətləri.Mənşəyinə görə: G.a.endogen (tektonik pillə, palçıq vulkanı və s.), ekzogen (ayrı-ayrı moren tirələri, kamlar və s.) qarışıq mənşəli (dərənin morfologiyasında dəyişiklik, inkişafda olan strukturanın tağının yuyulması və s.) ola bilər.G.a.əksəriyyəti sonuncu kateqoriyaya aiddir.
Geomorfoloji mərhələ
Geomorfoloji mərhələ- İ.P. Gerasimov və Y.A.Meşəryakov (1964) tərəfindən irəli sürülmüşdür.G.m.Yerin inkişaf tarixində geoloji mərhələdən təcrid olunmuş müstəqil mərhələ kimi qiymətləndirilir.G.m.vaxt cəhətdən neotektonik mərhələyə müvafiq gəlsədə də onların hər birini müstəqil mərhələ kimi ayırmaq lazımdır.Neotektonik hərəkətlər Yerin müasir geomorfoloji quruluşunu formalaşdıran hərəkətlərdir. G.m.Mezezoyun xeyli hissəsini və bütünlüklə kaynazoyu əhatə edir.Bu dövrdə cavan platformalar və dağlar (Alp və qismən Mezazoy dağ sistemləri) formalaşmışdır.Bu dövrdə cavan materiklər yaranmış və onlar materiklərin qədim özülü ətrafında birləşərək materik çıxıntılarını birləşdirir.Mis: Qərbi Sibir, Turan və Qərbi Avropa cavan platformaların yaranması və onların Sibir və Şərqi Avropa sipərləri ətrafında birləşməsi nəticəsində nəhəng Avrasiya platforması yaranmışdır. Mezokaynozoy dövründə cavan platforma, dağ və dağarası çökəkliklərin yaranması; Yer səthində Alp, Qafqaz, Himalay, Kordilyer, And dağları, Aralıq dənizi, Qara dəniz, Xəzər dənizi, Mərkəzi Asiyanın quru (Uyqur) çökəkliklərin yaranması;Avrasiyanın şərq sahili boyunca dərin tektonik yarıqlarla müşayət olunan qövsvari dağlar adalar sistemi formalaşması və s.Gətirdiyimiz misallar geomorfoloji mərhələnin ayrılmasına tam əsas verir.
Geomorfoloji rayonlaşdırma
== Ümumi məlumat == Elmin və texnikanın müasir dinamik inkişafı coğrafi təbəqənin müxtəlif komponentləri arasında səbəb-nəticə əlaqəsinin formalaşma və işləmə qanunuyğunluqlarının daha səmərəli və effektiv tədqiqat yollarının hazırlanmasını tələb edir. Bu məqsədlə Azərbaycanın müasir relyefinin və onun geoloji-tektonik quruluşunun formalaşmasının qanunauyğunluqlarının aşkara çıxarılmasının çox mühüm elmi-təcrübi əhəmiyyəti vardır. Azərbaycan ərazisi morfotektonik cəhətdən Böyük və Kiçik Qafqazın şərq, həmçinin İran və Cənubi Qafqaz dağlıq yaylalarının bəzi hissələrini özündə birləşdirən Alp-Himalay qırışıq zonasına aiddir. Tədqiqat ərazisi çox mürəkkəb geoloji-tektonik quruluşa malik olmaqla, tektonik örtüyün, maqmatik və palçıq vulkanizminin geniş inkişafı iri morfostrukturların yayılma istiqamətinin tez-tez dəyişməsi ilə yeni tektonik və müasir seysmotektonik proseslərin aktivliyi, həmçinin ekzogen relyef əmələgətirici proseslərin kəskin differensiasiyası ilə seçilir. Azərbaycanın relyefi qlobal Avrasiya və Ərəbistan litosfer tavalarının qarşılaşması və toqquşması sahəsidir. Belə ki, bu ərazinin müasir morfotektonik karkası mezotetis okean qabığının Skif tavasının altına, Anadolu-İran tavasının (Misxana-Dərələyəz) isə Ön Qafqaz tavasının altına subduksiyası nəticəsində formalaşmışdır. Bu zaman baş verən müxtəlif morfotektonik proseslər nəticəsində mürəkkəb tərkibli geomorfoloji vilayətlər əmələ gəlmiş, Böyük və Kiçik Qafqaz, Talış dağlıq sistemlərinin, eləcə də geniş Kür dağarası çökəkliyinin intensiv differensiasiyalı üfüqi və şaquli tektonik hərəkətləri yaranmışlar. Azərbaycan daxilində Böyük Qafqaz Baş Qafqaz, Yan və Niyaldağ silsilələri, həmçinin çoxsaylı dağ qolları və dağarası çökəkliklərdən və s. ibarət olan iri və mürəkkəb quruluşlu meqantiklinori təşkil edir. Böyük Qazfqaz mezozoy, paleogen, neogen və dördüncü dövrün çökmə, qismən də maqmatik süxurlarından təşkil olunmuşdur.
Geomorfoloji səviyyələr
Geomorfoloji səviyyələr-(rus. геоморфологические уровни, ing. geomorphic levels) 1) uzun müddət tektonik sabitlik dövrlərində ayrı-ayrı ekzogen proseslərin təsiri nəticəsində hamarlanmış səciyyəvi relyef formalarının əmələ gəldiyi, yer səthinin hipsometrik səviyyələri. 4 planetar səviyyə ayrılır: -abrazion-akkumulyativ; erozion peneplen; qar xətti səviyyəsi; dağların zirvələr səthi; 2) düzəlmə səthlərində olduğu kimi.
Geomorfoloji terminlərin izahlı lüğəti
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir.Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.
Geomorfoloji terminlərin izahlı lüğəti (AMEA)
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir.Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.

Значение слова в других словарях

-ёвнича-(ть) вытя́гивание дрени́ровать издразни́ть платанови́дный пле́сенный прямота́ убо́гий утомля́юще я́шмовый ада́птер вивисе́кция социа́л-фаши́ст инквизиция jackdaw Kurils maturity-onset diabetes pick on ripcord rouse-about shock therapy toss out tungsten lamp ворчать излагать