Geriyə split (səhmlərin geriyə spliti)

Reverse split (reverse stock split) Dövriyyədə olan səhmlərin sayının azaldılması və bir səhmin nominal dəyərinin artırılması. Məsələn şirkət 2-nin 1-ə geriyə split həyata keçirərkən səhmlərinin sayını 2 dəfə azaldaraq hər bir səhmin dəyərini 2 dəfə artırır. Yəni iki səhmi geri çağıraraq əvəzində onların dəyərini özündə əks etdirən 1 səhmlə əvəz edir. Adətən, geriyə “split” edərkən şirkətin məqsədi heç bir şey dəyişmədən səhmlərinin bazar qiymətini artırmaqdır.
Geri çağırma
Gələcək dəyər
OBASTAN VİKİ
Geriyə split
Geriyə uyumlu
Geriyə uyumlu (Backward compatibility)– köhnə kompüter, yaxud əməliyyat sistemi üçün əvəzetmə imkanı. Məsələn, Windows XP əməliyyat sistemi DOS ilə geriyə uyumludur, belə ki, DOS proqramlarının əksəriyyəti orada çalışa bilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. == Xarici keçidlər == Vikianbarda Geriyə uyumlu ilə əlaqəli mediafayllar var.
Geriyə zəncirləmə
Geriyə zəncirləmə– ekspert sistemlərində: mühakimənin doğruluğunun yoxlanılmasına həmin mühakimədən və onun alınmasına kimi istifadə olunan qaydalar yığınından başlayan üsul. Sonra ondan əvvəl gələn mühakimələr zənciri yoxlanır, qaydalar faktlardan ibarət verilənlər bazasında olan informasiyalar ilə tutuşdurulur. Proses aşkar doğru və ya yalan olan mühakimə ilə başa çatır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Geriyə Baxmağa Dəyər (1985)
Geriyə baxma, qoca (roman)
Geriyə baxma, qoca — İlyas Əfəndiyevin ilk dəfə 1980-ci ildə nəşr olunmuş avtobioqrafik romanı. == Məzmun == İlyas Əfəndiyevin bu əsəri əslində avtobioqrafik sayıla bilər və müəllif bunu tarixə müraciət edərək göstərir. Çox qısa bir müddətdə dörd hakimiyyətin – çar üsul-idarəsinin, burjua respublikasının (XCQK, ZK, ZDFR), xalq cümhuriyyətinin və bolşevik rejiminin bir-birin əvəz etməsinin xalqın müxtəlif təbəqələrinin həyatında yaratdığı ümid və gözləntilər özünün bədii ifadəsini tapmışdır. == Nəşr və tərcümə == Əsər Latın qrafikalı Azərbaycan əlifbası ilə 2017-ci ildə Bakı Kitab Klubunda 308 səhifədə 50 tirajla çap edilib. == İstinadlar == == Həmçinin bax == Geriyə baxmağa dəyər... (film, 1985) == Xarici keçidlər == Goodreads-də Geriyə baxma, qoca "Geriyə baxma, qoca (roman)" ( (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
Geriyə baxmağa dəyər... (film, 1985)
Geriyə baxmağa dəyər (film, 1985)
Hörümçək-adam: Geriyə yol yoxdur
Hörümçək-adam: Evə yol yoxdur və ya Hörümçək-adam: Geriyə yol yoxdur – Columbia Pictures və Marvel Studios tərəfindən istehsal olunan və Sony Pictures tərəfindən distrübüterlik edilən, Marvel Comics qəhrəmanı Hörümçək Adam cizgi romanlarından uyarlanan ABŞ super qəhrəman filmidir. Hörümçək-Adam: Evə Qayıdış və Hörümçək-Adam: Evdən Uzaqda seriyasının davamı olan və Marvel Sinematik Dünyasının 27-ci filmidir. Rollarda Peter Parker / Hörümçək Adamı canlandıran Tom Holland ilə birlikdə Zendeya, Benedict Cumerbatc, Tobey Maguire, Andrew Garfield, Jon Favreau, Jacob Batalon, Marisa Tomei, J. B. Smoove, Benedict Wong, Williem Dafoe, Alfred Molina, Jamie Foxx-un yer aldığı, rejissoru Jon Watts və ssenaristi Chris McKenna və Erik Sommers-dir. Filmdə Parker, Evdən Uzaqda filmində gizliliyi açılan Hörümçək Adam gizliliyini yenidən bir sirr halına gətirmək üçün Stephen Strange-dən kömək istəyir. Evə Qayıdış-ın istehsalı zamanı, 2017-ci ilin əvvəllərində, üçüncü Hörümçək Adam Marvel Sinematik Dünyası filmi dizaynınına başlanmışdı. 2019-cu il avqust ayında Sony və Marvel Studioları arasında Hörümçək Adam filmlərini birlikdə hazırladıqları müqaviləni dəyişdirmək üçün edilən görüşlər, Marvel Studios-un layihədən ayrılması ilə nəticələndi. Ancaq pərəstişkarların mənfi qarşılığı, bir ay sonra iki şirkət arasında yeni bir müqavilənin edilməsinə yol açdı. Watts, McKenna, Sommers və Holland bu müddət ərzində geri qayıtmağa hazır idi. Çəkilişlər 2020-ci ilin oktyabr ayında New York-da başladı, eyni ay içərisində Atlanta-da davam etdi. Çəkilişlər ərzində Foxx və Molina-nın köhnə Hörümçək Adam filmlərindəki personajları yenidən canlandıraraq filmdə yer aldıqları ortaya çıxdı.
Split
Split — Xorvatiyada şəhər. Dalmatiyanın ən böyük və ən əhəmiyyətli şəhəridir. Splitskо-Dаlmаtinskаya əyalətinin mərkəzi. Əhalisi təxminən 200.000 nəfərə yaxındır. Balkan yarımadası və Adriatik dənizinin şərq sahilində kiçik bir yarımada üzərində yerləşir. Split Xorvatiyanın Zaqrebdən sonra 2-ci böyük şəhəridir. Split Dünya YUNESKO-nun Dünya Mədəni İrsi siyahısında 3-cü əsrin sonu, 4-cü əsrin əvvəlində tikilmiş Diokletian Sarayı hesabına 1979-cu ildə girmişdir. Split şəhəri və ətrafı, tarixi tikililəri, Salona Xarabalıqları, Trogir YUNESKO şəhəri, dənizi, portu, 1700 illik Dieklotian sarayı, ticarət dükanları, kafeləri, kruiz limanı, adaları ilə Aralıq Dənizi sahilində çoxlu turistin gəldiyi bir şəhərdir. Split şəhər ərazisində Aspalatos adı ilə ilk olaraq eramızdan əvvəl VII əsrdə Yunanlar tərəfindən salınıb. Sonra müxtəlif vaxtlarda İlliriya (Alban), Yunan, Roma, Bizans, Avar, Slavyan, Monqol, Venesiya, Osmanlı, Avstriya-Macarıstan, Almaniya və sair nəzarəti altında olmuşdur.
Bananlı split
Bananlı split (ing. banana split)-Amerikan mətbəxinin tipik deserti. Dondurmadan hazırlanır. == Haqqında == Klassik bananlı split təmizlənmiş bananlardan ibarətdir ki, onun üzərinə vanilli, çiyələkli, şokoladlı dondurmalar qoyulur və onu ananas, çiyələk və şokoladlı siroplar əlavə edilir. Daha sonra şirin desertin üzərinə çərəzlər əlavə edilir, qaymaq və albalı əlavə edilir.
Split darvazası
Split darvazası boğazı (xorv. Splitska vrata) - Adriatik dənizi akvatoriyasında yerləşən Dalmaçiya adalarına daxil olan Şolta adasını Braj adasından ayırır. Uzunluğu 1,9 km, eni 800 metr təşkil edir. Adını yaxınlıqdakı Split şəhərinin adından götürmüşdür.
Birjada səhmlərin ticarəti
Birjada səhmlərin ticarəti — təşkil edilmiş ticarət platformalarında (birjalarda) səhmlərə və digər qiymətli kağızlara mülkiyyət hüquqlarının ötürülməsi prosesi. Səhmlərin ilkin kütləvi təklifi müəssisənin fəaliyyəti üçün vəsait əldə etməyə imkan verir. Təkrar dövriyyə yalnız səhmlərin sahiblərini dəyişir, lakin müəssisəyə birbaşa gəlir gətirmir. Bununla belə, səhmlərin birja kotirovkası müəssisənin həqiqi qiymətini müəyyən etməyə imkan verir. Səhmdarların ümumi yığıncağının qərarına əsasən müəssisələr ilkin emissiyadan əlavə səhmlərin əlavə emissiyalarını da buraxa bilərlər. Bu, adətən, müəssisənin genişləndirilməsi, yeni bazarların tutulması və s. ehtiyac nəticəsində baş verir. Son zamanlar internet vasitəsilə birjada səhmlərin alqı-satqısı üsulu, internet ticarəti adlanan üsul çox populyarlaşıb. Bu halda səhmlərin alqı-satqısı proseduru xeyli sadələşdirilir. Adətən broker və ya birja tərəfindən birbaşa təmin edilən müəyyən proqram təminatı tələb olunur.
Hayduk Split FK
Hayduk (Split) — Xorvatiyanın futbol klubu
Split Beynəlxalq Aeroportu
Split Beynəlxalq Hava Limanı — Xorvatiyanın Orta Dalmasiya regionunda Split, Kaştekla, Troqir və sahil boyu şəhərlərə xidmət edən beynəlxalq hava limanı. Split Beynəlxalq Aeroportu Xorvatiyanın sərnişin dövrüyyəsinə görə ikinci ən böyük hava limamı (1 190 551 nəf. 2007 il). Hava limanı həmdə Croatia Airlinesin əlaqələndicisi funksiyasınl təşkil edir. Buradan Londan, Amsterdam, Frankfurt, Roma, Paris və digər iri şəhərlərə uçan təyyarələr eniş edir. Aeroflot (Şeremetovo Hava limanı) Air One (Roma) airberlin (Dyuseldorf) Alitalia (Air Alps ilə) (Milan-Malpensa) Austrian Airlines (Vyana) Croatia Airlines (Amsterdam, Berlin-Şenefed, Byusfell, Dubrovnik, Dyusseldorf, Frakfurt, London-Qetvik, London-Xitrou, Lion, Myunxen, Osiek, Şarl de Qoll Aeroportu, Leonardo da Vinçı adına Beynəlxalq Aeroportu, Skope, Vyana, Zaqreb, Surix) Czech Airlines (Praqa) easyJet (Bristol, Jeneva, London-Qetvik) Flybe (Birmingem) Germanwings (Berlin-Şenefeld, Köln/Bonn, Dortmunt, Hamburq, Ştutqart, Hanover) InterSky (Fridrixsxafen, Qras) Luxair (Lüksenburq) Norwegian Air Shuttle (Berqen, Oslo, Stokholm-Arlanda, Helsinki, Tronheyn, Varşava) S7 Airlines (Domodedovo Beynəlxalq Aeroportu) Scandinavian Airlines System (Stokholm-Arlanda, Qöteburq) Sterling Airlines (Kopenhagen) Thomas Cook Airlines (London-Qetvik, Mançester) 2007-ci ilin payızından havada limanında təmir işlərinə başlanılmışdır. Təmir işləri 2011-ci ildə başa çatdırılmışdır. Hazırda hava limanı iri terminala sahibdir. Hava limanın genişləndirilməsi üç mərhələ gerçəkləşdirilməlidir: Birinci mərhələ, 2008—2009 Perron sahəsinin 45 min. m² qədər artırılması.
Yupiter məbədi (Split)
Yupiter məbədi (xorv. Jupiterov hram) — Xorvatiyanın Split şəhərində qədim Roma tanrısı Yupiterə həsr olunmuş məbəd. Diokletina sarayının qərbində, imperiya kompleksinin mərkəzi meydanında yerləşir. Məbəd 295–305-ci illər arasında, sarayın inşası zamanı tikilmişdir və ehtimal ki, 6-cı əsrdə Vəftizçi İohanın Vəftizxanasına çevrimişdir. Məbədin girişinin qarşısında Misirdən İmperator Diokletian tərəfindən gətirilən on iki sfiksdən biri yerləşir. Şotlandiya memarı Robert Adam bu məbədi Avropanın ən gözəl abidələrindən biri hesab edirdi. Yupiter məbədi 295-305 arasında Diokletina sarayı ilə birlikdə inşa edilib. Məbəd ali Roma tanrısı və Diokletinanın "ilahi atası" Yupiterə həsr olunmuşdu. Məbəd sarayın qərb, dini hissəsində yerləşir. İmperator 305-ci ildə gözlənilmədən taxtdan imtina etdi və sarayın tikintisinin dayandırılması ilə əlaqədar məbədin hissələri də yarımçıq qaldı.
Split Beynəlxalq Hava Limanı
Split Beynəlxalq Hava Limanı — Xorvatiyanın Orta Dalmasiya regionunda Split, Kaştekla, Troqir və sahil boyu şəhərlərə xidmət edən beynəlxalq hava limanı. Split Beynəlxalq Aeroportu Xorvatiyanın sərnişin dövrüyyəsinə görə ikinci ən böyük hava limamı (1 190 551 nəf. 2007 il). Hava limanı həmdə Croatia Airlinesin əlaqələndicisi funksiyasınl təşkil edir. Buradan Londan, Amsterdam, Frankfurt, Roma, Paris və digər iri şəhərlərə uçan təyyarələr eniş edir. Aeroflot (Şeremetovo Hava limanı) Air One (Roma) airberlin (Dyuseldorf) Alitalia (Air Alps ilə) (Milan-Malpensa) Austrian Airlines (Vyana) Croatia Airlines (Amsterdam, Berlin-Şenefed, Byusfell, Dubrovnik, Dyusseldorf, Frakfurt, London-Qetvik, London-Xitrou, Lion, Myunxen, Osiek, Şarl de Qoll Aeroportu, Leonardo da Vinçı adına Beynəlxalq Aeroportu, Skope, Vyana, Zaqreb, Surix) Czech Airlines (Praqa) easyJet (Bristol, Jeneva, London-Qetvik) Flybe (Birmingem) Germanwings (Berlin-Şenefeld, Köln/Bonn, Dortmunt, Hamburq, Ştutqart, Hanover) InterSky (Fridrixsxafen, Qras) Luxair (Lüksenburq) Norwegian Air Shuttle (Berqen, Oslo, Stokholm-Arlanda, Helsinki, Tronheyn, Varşava) S7 Airlines (Domodedovo Beynəlxalq Aeroportu) Scandinavian Airlines System (Stokholm-Arlanda, Qöteburq) Sterling Airlines (Kopenhagen) Thomas Cook Airlines (London-Qetvik, Mançester) 2007-ci ilin payızından havada limanında təmir işlərinə başlanılmışdır. Təmir işləri 2011-ci ildə başa çatdırılmışdır. Hazırda hava limanı iri terminala sahibdir. Hava limanın genişləndirilməsi üç mərhələ gerçəkləşdirilməlidir: Birinci mərhələ, 2008—2009 Perron sahəsinin 45 min. m² qədər artırılması.

Значение слова в других словарях