GERZE

сущ. къадим Египетда сурар.
GERİLİK
GESTAPO
OBASTAN VİKİ
Gerzey mədəniyyəti
Qerzey mədəniyyəti və ya II Naqada mədəniyyəti - Qədim Misirdə sülalədən öncəsi dövrə aid olan arxeoloji mədəniyyət. Təxminən eramızdan əvvəl 3600-3200 illər arasını əhatə edir və enolit mərhələsinə aid edilir. == Ümumi məlumat == Qerzey mədəniyyəti Amrat dövründən sonra başlayaraq Naqada arxeoloji irsinin ikinci mərhələsini əhatə edir və buna görə II Naqada adlandırılır. Qerzey ismi ilk artefaktın əldə edildiyi əl-Qirza məntəqəsi ilə bağlıdır. Bu mədəniyyətin mövcud olduğu illər üzərində müxtəlif fikirlər vardır. Bəziləri e.ə 3600-3200 intervalını, digərləri isə e.ə 3500-3200 illər aralığını göstərirlər. Bu mülahizələrdə olan fərqlər ilkin Qerzey artefaktının aid olduğu ilin müəyyən edilməsindəki problemlərlə bağlıdır. Ümumi Naqada mədəniyyətinin üç hissəyə təsnifatı ilk dəfə 1894-cü ildə britaniyalı tarixçi Flinders Pitri tərəfindən verilmişdir. Mədəniyyətlər arasındakı fərqlər qablar üzərindəki ornamentlərdəki fərqlər ilə bağlıdır. Qerzey saxsı qablarında heyvan, təbiət bağlı rəsmlər, heroqlifə bənzər işarələr tapılmışdır.

Значение слова в других словарях