GETTO

сущ. гетто:
1. в средние века в Западной Европе: часть города, выделенная для изолированного проживания евреев. Yəhudi gettosu еврейское гетто (также: в Европе при фашизме)
2. о районе города, в котором живут представители дискриминируемых расовых или религиозных групп. Zənci gettosu негритянское гетто, katoliklər gettosu католическое гетто
GETMƏLİ
GEYDİRİLMƏ
OBASTAN VİKİ
Getto
Getto (it. ghetto) — orta əsrlərdə Avropada, habelə bəzi ölkələrdə: müəyyən dini və irqi qrupa mənsub adamların məcburən yaşamaları üçün ayrılmış şəhər rayonu məhəlləsi. Gettolar müasir dövrdə adətən böyük şəhərin kənarında yerləşən və yoxsulların, qaçqınların, çox vaxt keçmiş müstəmləkələrin və geriyə qalmış ölkələrdən gəlmiş immiqrantların məskunlaşdığı rayonlardır. Gettolarda cinayətkarlıq bir neçə dəfə orta göstəricilərdən artıq olur. Siyasi böhranlar vaxtı gettolar üsyan yuvalarına çevrilir.
Varşava getto oğlanı
Varşava gettosundakı yəhudi oğlan — 1943-cü ildə baş tutmuş Varşava gettosu üsyanı zamanı çəkilən ən tanınmış fotoşəkildə görünən, SS-rottenfürer Yozef Blöşe onun istiqamətinə silah yönəltdiyi an əllərini yuxarıya qaldıran oğlan uşağı. Oğlan və digərləri gettonun ləğvinin son mərhələsi əsnasında sığınaqca gizlənmişdilər. Lakin alman hərbçilər onları saxlayır və zorla sığınacaqdan çıxarır. Fotoşəkil çəkildikdən sonra şəkildə görüntülənən bütün yəhudilər umşplaqplatsa aparılır, Maydanek həbs düşərgəsinə və ya Treblinka ölüm düşərgəsinə deportasiya edilir. Fotoşəkilin çəkildiyi dəqiq yer və fotoqrafı bilinmir. Fotoşəkildə qətiyyətlə müəyyən edilə bilən yeganə şəxs Blöşedir. Görüntü Holokost zamanı çəkilən ən ikonik fotoşəkillərdən biridir və oğlan daha sonra Holokostdakı uşaqları, eləcə də bütün yəhudi zərərçəkənləri təmsil etdi. Varşava Polşanın paytaxtıdır. Müharibədən əvvəl orada təxminən 380 min yəhudi yaşayırdı. Bu isə şəhər əhalisinin təqribən dörddə birini təşkil edirdi.
Yəhudi Getto Polisi
Yəhudi Getto Polisi (alm. Jüdische Ghetto-Polizei, Jüdischer Ordnungsdienst‎) — Üçüncü Reyx işğalı altında olan ərazilərdə almanlar tərəfindən yəhudi vətəndaşlardan təşkil edilmiş yerli polis təşkilatı. Yəhudi Getto Polisinin əməkdaşları əsasən getto və həbs düşərgələrində saxlanılan yəhudilərlə məşğul olurdu. Qurum alman polisinə yardım məqsədilə yaradılmışdır.
Budapeşt gettosu
Budapeşt gettosu - 1944-cü ilin noyabr ayında Budapeştdə nasistlər tərəfindən qurulmuş bir yəhudi gettosu. 1945-ci ilin yanvarında hücuma keçən Sovet qoşunları tərəfindən azad edilmişdir. Macarıstanda yəhudilərə qarşı zülm 1938-ci ildə Mikloş Hortinin sağçı– millətçi rejimi ilə başlamışdır. 1941-ci ildə Budapeştdə 184 min musəvi yəhudisi və 62 min xristian yəhudisi cuğudlar əleyhinə qanunlara uyğun olaraq repressiyaya məruz qaldı. 1944-cü ilin martında Alman qoşunları Macarıstanı işğal etdi. Bu əsnada bir çox yəhudi həbs olundu. Vilayətdə gettonun yaradılması 1944-cü ilin aprel ayında başlandı. Bundan sonra onların ölüm düşərgələrinə sürgün edilməsinə başlanıldı. 15 iyun 1944-cü ildə Macarıstan daxili işlər naziri Budapeştdə bir getto qurmaq əmri verdi. Sərəncama əsasən getto üçün sarı ulduzlarla işarələnmiş və divarla hasarlanmış 2000 ev ayrıldı.
Droqobıç gettosu
Droqobiç getto (ukr. Дрогобицьке гетто; (1941–1943) — Ukrayna SSR Lvov vilayətinin Droqobıç şəhərində yerləşən Yəhudi gettosu. Bu zaman bölgə Alman ordusu tərəfindən işğal olunmuş və Üçüncü Reyxin ərazisinə daxil edilmişdi. Getto Faşist Almaniyası tərəfindən 1941-ci ilin noyabrında yaradılmışdır. 1942-ci ildə artıq gettoda olan yəhudilərin böyük qismi Polşada yerləşən kosentrasion və ölüm düşərhlərinə göndərilmişdi. Getto tamami ilə 1943-cü ilin avqust ayında ləğv edilir. == Mənbə == Almanların Polşanı işğal edənə qədər Droqoviç vilayət şəhəri olmuşdur. Şəhər 1939-cu ilə qədər əhalisinin böyük qismini yahudilər təşkil edirdi. 1939-cu il məlumatına görə şəhərdə 34,600 nəfər yaşayırdı. Bunların 26,3% ukraynalı, 33,2% polyaklar, 39,9% Yəhudilər olmuşdur.
Varşava gettosu
Varşava gettosu (alm. Warschauer Ghetto‎; pol. getto warszawskie; ivr. ‏גטו ורשה‏‎) — Polşanın paytaxtı Varşava şəhərində yəhudilərin toplanılması və saxlanılması üçün nəzərdə tutulmuş getto düşərgəsi. Varşava gettosu III Reyx dönəmində olmaqla 1940-cı ilin oktyabr ayından 1943-cü ilin may ayına qədər fəaliyyət göstərmişdir. Gettonun ümumi ərazisi 3.4 km2 təşkil edirdi və burada toplamda 400.000 min yəhudi saxlanılmışdır. Varşava gettosunda saxlanılan yəhudilərin 254,000 nəfərə yaxını 1942-ci ilin yay aylarında Treblinka ölüm düşərgəsinə göndərilərək öldürülmüşdür. Varşava gettosu mövcud olduğu 3 il ərzində; getto daxili üsyanlar, şiddət və zorakılıq faktları ilə birlikdə ümumilikdə 300.000 min yəhudinin ölümünə səbəb olmuşdur. Getto dünya tarixində eyni millətdən olan insanların kompakt şəkildə saxlanıldığı ən böyük yer kimi tarixə keçib. Varşava gettosunda saxlanılan 400 mindən çox yəhudi Varşava şəhər əhalisinin 38% təşkil edirdi.
Varşava gettosu üsyanı
Varşava gettosu üsyanı (alm. Aufstand im Warschauer Ghetto‎; ivr. ‏אױפֿשטאַנד אין װאַרשעװער געטאָ‏‎ ; pol. powstanie w getcie warszawskim) - 1943-cü ilin 19 aprel tarixində Varşava şəhərində yerləşən Varşava gettosunda yəhudilər tərəfindən başladılmış üsyan. Üsyan 1 aya yaxın davam etmiş 16 may tarixində Üçüncü Reyx əsgərləri tərəfindən yatırılmışdır. Hadisələr II Dünya müharibəsi ərzində yəhudilər tərəfindən təşkil edilmiş ən böyük silahlı toqquşmalardan biri kimi tarixə keçmişdir. İlk günlərdə gettoya nəzarəti itirən nasistlər 4 həftə davam edən silahlı toqquşmardan sonra üstünlüyü yenidən ələ almağı bacarmışdır. Varşava gettosu üsyanı nəticəsində gettoda yaşayan 56 min yəhudi öldürülmüş, 7 mini isə edam edilmək üçün Treblinka ölüm düşərgəsinə göndərilmişdir. Hadisələr nəticəsində ümumilikdə 71 min insan həlak olmuşdur.
Varşava gettosundakı yəhudi oğlan
Varşava gettosundakı yəhudi oğlan — 1943-cü ildə baş tutmuş Varşava gettosu üsyanı zamanı çəkilən ən tanınmış fotoşəkildə görünən, SS-rottenfürer Yozef Blöşe onun istiqamətinə silah yönəltdiyi an əllərini yuxarıya qaldıran oğlan uşağı. Oğlan və digərləri gettonun ləğvinin son mərhələsi əsnasında sığınaqca gizlənmişdilər. Lakin alman hərbçilər onları saxlayır və zorla sığınacaqdan çıxarır. Fotoşəkil çəkildikdən sonra şəkildə görüntülənən bütün yəhudilər umşplaqplatsa aparılır, Maydanek həbs düşərgəsinə və ya Treblinka ölüm düşərgəsinə deportasiya edilir. Fotoşəkilin çəkildiyi dəqiq yer və fotoqrafı bilinmir. Fotoşəkildə qətiyyətlə müəyyən edilə bilən yeganə şəxs Blöşedir. Görüntü Holokost zamanı çəkilən ən ikonik fotoşəkillərdən biridir və oğlan daha sonra Holokostdakı uşaqları, eləcə də bütün yəhudi zərərçəkənləri təmsil etdi. Varşava Polşanın paytaxtıdır. Müharibədən əvvəl orada təxminən 380 min yəhudi yaşayırdı. Bu isə şəhər əhalisinin təqribən dörddə birini təşkil edirdi.
Varşava gettosundakı yəhudi oğlanın fotoşəkli

Значение слова в других словарях