Geylandit
Geylandit – Ca [Al2Si7O18] • 6 H2O;
klinoptilolit – (K2, Na2, Ca) [AlSi5O12] • 8 H2O — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Bariumlu (~2,5% BaO) və stronsiumlu (~3,65 % SrO) geylanditlər.
Rəng – ağ, rəngsiz, sarı, çəhrayı, kərpiçi-qırmızı, boz, qəhvəyi; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – sədəfi (xüsusilə ayrılma müstəvilərində intensiv təzahür edir), şüşə, ipəyi, incədənəli aqreqatlarda (klinoptilolitdə) – tutqun; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,18–2,22; Sərtlik – 3,5–4; Kövrəkdir; Ayrılma – {010} üzrə mükəmməl; Sınıqlar – pilləli; Başqa xassələr – molekulyar ələk xassələri; Morfologiya – kristallar: adətən lövhəvari; nazik lövhəvari, nisbətən az hallarda–psevdotetraqonal; Çox vaxt kristalların parçalanması, əyilməsi və burulması nəticəsində {010} üzlərində kirəmit düzülüşünü xatırladan skulptur yaranır. Kristallarına tək halda rast gəlinir; Mineral aqreqatları: vərəqvari, şüalı lövhəvarı, pulcuqlu, lövhəvarı — dənəvər kütlələr, həmçinin klinoptilolit üçün səciyyəvi olan sıx mikrokristallik əmələgəlmələr.
Geylanditə çox vaxt bazalt və andezitlərin boşluqlarında damarcıq, badamcıq, jeoda və sferolitlər şəklində rast gəlinir. Skarnlarda və bəzi metamorfik süxurlarda da qeyd edilir. Klinoptilolitin iri yığınları vulkanogen — çökmə proseslərlə əlaqədardır. Klinoptilolit silisiumlu şüşəyəbənzər tufların diagenetik dəyişilməsi nəticəsində əmələ gəlir. Autigen geylanditə və xüsusilə klinoptilolitə çökmə süxurların bir çox tiplərində – bentonit gillərində, qumdaşlarında, mergellərdə, habelə Cüzvi ilə zənginləşmiş qara şistlərdə və b.