GİCİŞMƏK
GİCİTKƏNANASI
OBASTAN VİKİ
Gicitkən
Gicitkən (lat. Urtica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gicitkənkimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Hələ çox qədim dövlərdə insanlar gicitkənin müalicəvi xüsusiyyətləri ilə tanış idilər. Dioskorid və Hippokrat gicitkən bitkisinin sirli müalicəvi xüsusiyyətləri haqqında maraqlı məlumatlar vermişlər. Tərkibindəki zəngin qidalı maddələr, əhəmiyyətli mineral duzlarla və həyat üçün vacib sayılan vitamin çoxluğu ilə fərqlənən gicitkən bir sıra qabaqcıl ölkələrin alimlərini çoxdandır ki, özünə cəlb etmişdir. Dünya florasının tərkibində gicitkən cinsinin 50-yə qədər növü yayılmışdır. Ən çox Yer kürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Bu cinsin Qafqazda, o cümlədən, Azərbaycanda 3 növü yayılmışdır. Urtica — latınca "yandırmaq", "dalamaq" mənasını bildirir. Gicitkənin yarpaq və gövdələrinin üstü silisium və qarışqa turşusu ilə zəngin sıx tükcüklərlə əhatə olunmuşdur.
İkievli gicitkən
İkievli gicitkən (lat. Urtica dioica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gicitkənkimilər fəsiləsinin gicitkən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 130 sm-ə qədər, gövdəsi düzduran, yandırıcı tüklərlə örtülü, əsasən tüklər buğumlarda sıxdır, sürünən kökümsovlu çoxillik ot bitkisidir. Yarpaqları yumurtaşəkilli-ürəkşəkilli və yaxud uzunsov-neştərvaridir, sivri, kənarları uc hissəyə doğru əyilmiş mişarvari dişlidir, üst tərəfdən daha tünd, səpələnmiş yandırıcı tüklərlə örtülmüşdür. Yalancı zoğları 12 mm-ə qədər olub, sərbəstdir, uzunsovdur. Çiçək qrupu qoltuqdadır, süpürgəvari, yarpaq saplağından çox uzundur, tüklərlə sıx örtülüdür. İkievli bitkidir. May ayında çiçəkləyir, may-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında, ovalıqdan yuxarı dağ qurşağına qədər yayılmışdır. == Yaşayış mühiti == Yaşayış yerlərinə yaxın, hasarların dibində, meşə kənarında, kəsilmiş meşələrdə, bağlarda, kolluqlarda, dağlarda lava dağılan yerlər üçün xarakterdir.
Gicitkənkimilər
Gicitkənkimilər (lat. Urticaceae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Gicitkənçiçəklilər

Значение слова в других словарях