GİGİYENA

[yun. hygieinos-şəfaverici] сущ. гигиена (яшайишда сагъламвилин, сагъвал хуьнин шартӀар, серенжемар, тедбирар); // гигиенадин (мес. къайдаяр).
GİGİRTDƏMƏK
GİGİYENAÇI
OBASTAN VİKİ
Gigiyena
Gigiyena (q.yun. ὑγιεινόν — "sağlam") — tibbin həyat şəraitinin, insan əməyinin insana təsirini və müxtəlif xəstəliklərin profilaktikasını öyrənən elm sahəsidir. İnsan sağlamlığını qorumağı əmək və istirahətin düzgün təşkilini öyrənir. Bu sağlamlığı qorumağa və ömrü uzatmağa kömək edir. Gigiyena sözü Qədim Yunan mifologiyasından götürülmüşdür. Qədim Yunanların təbabət tanrısı Asklepinin (yun. Ἀσκληπιός, Asklepios) beş qızından biri olan Higieya (q.yun. Ὑγιεία) təmizlik ilahəsi idi. == Şəxsi gigiyena == Şəxsi gigiyena – sağlamlığı qorumağa və möhkəmləndirməyə kömək edən gigiyena qaydaları toplusu. Bu qaydalar orqanizmə təsir edən aşağıdakı təsirləri neytrallaşdırır: Bioloji — mikroorqanizmlər, parazitlər, həşəratlar, antibiotiklər və sairə biosubstratlar.
Sosial gigiyena və səhiyyənin təşkili
Sosial gigiyena və səhiyyənin təşkili və ya ictimai səhiyyə – cəmiyyətin, təşkilatların, icmaların və fərdlərin mütəşəkkil səyləri və şüurlu formada seçimləri yolu ilə ömrü uzadan və həyat keyfiyyətini yaxşılaşdıran "xəstəliklərin qarşısının alınması elmi və sənəti" olaraq müəyyən edilmişdir. Daha geniş bir formada deyiliş ilə təşkil edilən ictimai fəaliyyətlərin nəticəsində, ətraf mühitin və səhiyyə şəraitinin yaxşılaşdırılması, insanlara səhiyyə haqqında düzgün məlumatlarının verilməsi, yoluxucu xəstəliklərin qarşısının əvvəlcədən alınması, xəstəliklərin əvvəlcədən diaqnostikası və müalicəsini həyata keçirəcək sağlamlıq təşkilatlarının yaradılması, ictimai fəaliyyətlər nəticəsində cəmiyyətin hər bir üzvünün sağlamlığını təmin edə biləcək bir yaşayış səviyyəsinin təmin edilməsi, insan ömrünün uzadılması, insanların fiziki sağlamlıqlarının artırılması hesabına iş qüvvələrinin yüksəldilməsini hədəfləyən bir elmdir.
Ətraf mühitin gigiyenası
Ətraf mühitin gigiyenası — gigiyenanın ətraf mühit şəraitinin əhalinin sağlamlığına təsirini və insanın sağlamlığın; saxlamaq nöqteyi-nəzərincə ətraf mühitin optımallaşdınlması kriteriyasmı (ölçüsünü) öyrənən sahəsi. Bəzən düzgün olmayaraq təbiətin (ətraf mühitin) mühafizəsi kimi də işlədilir. Ətraf mühitdə zərərli maddələrin miqdarinin gigiyenik normalaşdırılması — ətraf mühitin müxtəlif obyektlərində zərərli maddələrin insan üçün zərərsizlik dərəcəsinin əsaslandırılması. Ətraf mühitdə zərərli maddələrin gigiyenik mümkün konsentrasiya həddi kriteriya kimi istifadə olunur.

Значение слова в других словарях