GİLANİ ƏBDÜLQƏDİR

bax: QADİRİLƏR.
GİJDUVANİ ƏBDÜL-XALİQ
GÜNAH
OBASTAN VİKİ
Gilani Hosnani
Gilani Hosnani (21 avqust 1957) — Mavrikini təmsil edən stolüstü tennisçi. Gilani Hosnani Mavrikini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 57-ci, cüt turnirdə isə 29-cu pillənin sahibi olub.
Əbdülqadir Gilani
Əbdülqədir Geylani – İslam alimi, Qadiriyyə təriqətinin qurucusu. İranın Gilan əyalətində 1078 (H. 471) də doğulub. Ləqəbi, Əbu Məhəmməddir. Mühyiddin, Gövs-ül-əzəm, Qütbü Rəbbani, Sultan-ul-övliya, Qütbü əzəm kimi ləqəbləri vardır. Atası Əbu Saleh bin Musa Cəngidostdur. Həsənin oğlu Həsəni Müsənnanın oğlu Abdullahın soyundandır. Anasının adı Fatimə, ləqəbi Ümm-ül-xeyr olub seyidədir. Bunun üçün Abdülqədir Geylani, həm seyid, həm şərifdir. Hüseynin övladına seyid, Həsəninkinə şərif deyilir. Abdülqədir Geylani 1166 (H.561) da Bağdadda vəfat etdi.
Əşrəfəddin Gilani
Seyid Əşrəfəddin Gilani (1872–1934) — şair, publisist. Seyid Əşrəfəddin Gilani 1872-ci ildə Gilan əyalətinin Rəşt şəhərində doğulmuş və ilk təhsilini də orada almışdır. Əşrəfəddin Gilani ədəbi- ictimai fəaliyyətə gənc yaşlarında başlamışdır. 1908-ci ildə Rəştdə "Nəsimi-Şimal" qəzetini nəşr etməyə başlayıb. Daha sonra o zamanlar üçün İranda böyük ədəbi qəzet sayılan "Sure-İsrafil" qəzetinə rəhbərlik etmişdir. Gilani qəzetlərdə yazdığı yazılarda, şerlərdə əhəmiyyətli məsələlərdən bəshs edirdi. "Şahnamə", "Feqir-füqara", "Yoxsulların və dövlətlilərin vəziyyətinin müqayisəsi" və başqa şeirlərində o vaxtkı şah hökumətinin iç üzünü ifşa etmişdir. Gilaninin yaradıcılığında qadın hüquqlarının müdafiəsi xüsusi yer tutub. 1934-cü ildə Tehranda vəfat etmişdir.
Əbdülqədir Geylani

Əbdülqədir Marağayi
Əbdülqadir Marağayi və ya Əbdülqadir Maraği (az-əbcəd. عبدالقادر مراغی‎; fars. عبدالقادر مراغی‎) — Azərbaycan türklərindən olan böyük alim. Musiqi Azərbaycan xalqının həyatının bütün sahələrində həmişə xüsusi yer tutub. Görünür, elə buna görə də orta əsrlərdə bütün Şərq musiqisinin nəzəriyyə və təcrübi məsələlərini əhatə etmiş Səfiəddin Urməvi və Əbdülqədir Marağayi kimi iki korifey məhz Azərbaycandan çıxmışdı. Əbdülqədir ibn Qeybi əl-Hafiz Əl-Marağayi XIV əsrin ortalarında Azərbaycanın məşhur elm və mədəniyyət mərkəzlərindən sayılan Marağa şəhərində anadan olub. Orta əsrlərin bir çox digər alimləri kimi Marağayi də hərtərəfli təhsil almışdı. O, şərq musiqi nəzəriyyəsini dərindən mənimsəmiş, gözəl xanəndə, musiqiçi, bəstəkar, rəssam – xəttat və şair olmuşdur. Marağayi öz şerlərini Azərbaycan türkcəsi, fars və ərəb dillərində yazıb. Marağayi özünün yazdığı kimi, şeirlərinin əksər qismini Azərbaycanda və İraq türkləri arasında geniş yayılmış Segah, Üşşaq və Nəva muğamlarına uyğun vəznlərdə qələmə alıb.
Əbdülqədir Paşa
Əbdülqədir Paşa (ö. 1685) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. Doğum tarixi məlum deyil. Atası Sultan Mehmed dönəminin kaptan-ı dəryalarından Hüsambəyzadə Əli Paşadır. Bu səbəblə bəzi mənbələrdə Hüsambəyzadə olaraq anılır. Dərya bəylərindən olub, atasının vəfatının ardından 1661-ci ilin dekabrında kaptan-ı dəryalığa gətirildi. Ancaq 2 ay sonra vəzifədən alınaraq Rodos bəylərbəyi, 1663-cü ildə isə Sivas sancaqbəyi olaraq təyin edildi. Ardından ikinci dəfə Rodos bəylərbəyliyinə təyin edilsə də, çox keçmədən kaptan olaraq Qara dənizə göndərildi. 1680-ci ildə Mustafa Paşanın vəfatı ilə başsız qalan Osmanlı donanmasını İstanbula gətirmişdir. Bu xidməti mükafatlandırıldı və üçüncü dəfə Rodos bəylərbəyi təyin edildi.
Əbdülqədir Əfəndi
Əbdülqədir Əfəndi (1514, Konstantinopol – 18 aprel 1594, Konstantinopol) — Osmanlı müdərrisi, qazı və şeyxülislamı. 1514-cü ildə İstanbulda dünyaya gəlmişdir. Yavuz Sultan Səlim dövrünün Rumeli başqazılarından Müəyyədzadə Əbdürrəhman Əfəndinin qardaşı Şeyx Hacı Əfəndinin oğludur. Bu səbəblə Şeyxi təxəllüsü ilə tanınır. İlk təhsilini aldıqdan sonra dayısı və qaynatası olan Əbusuud Əfəndinin müridi oldu və ondan mədrəsə təhsili aldı. Müdərrisliyə isə Gəliboludakı Saruca Paşa və Bursadakı İldırım mədrəsələrində başladı. Daha sonra 1551–1562-ci illərdə Çorluda Əhməd Paşa, İstanbulda Hasəki, Sahn-ı səman, Ayasofya və Süleymaniyə mədrəsələrində müdərris, ardından Dəməşq, Misir, Bursa və İstanbulda qazı olaraq xidmət göstərdi. 1570-ci ildə Anadolu, 1571-ci ildə Rumeli başqazısı oldu. 1573-cü ildə bu vəzifədən öz istəyilə ayrıldı və 1583-cü ildə Süleymaniyə darülhədisinə müdərris oldu. 8 may 1587-ci ildə Çivizadə Mehmed Əfəndinin ölümü ilə şeyxülislamlığa gətirildi.
Əbdülqədir Aksu
Əbdülqədir Aksu – 12 oktyabr 1944 Diyarbakır. Türkiyəli siyasətçi. Türkiyənin keçmiş Daxili İşlər naziri və hazırda Vakıfbankın idarə heyətinin üzvü. O, Türkiyənin 59-cu hökumətində Daxili İşlər naziri, TBMM-nin 22, 23 və 24-cü dövrlərində Ədalət və İnkişaf Partiyasının İstanbul millət vəkillərindəndir. Daha əvvəl TBMM-nin 18 və 20-ci dövründə Ana Vətən Partiyası Diyarbəkir millət vəkili, 21-ci dövrdə Fəzilət Partiyasının İstanbul millət vəkili olub. 47-ci hökumətdə 2 il Daxili İşlər naziri, 53-cü hökumətdə isə Cənub-Şərqi Anadolu layihəsindən məsul olan dövlət naziri vəzifələrində çalışıb. Cümhuriyyət tarixində Şükrü Kaya (4028 gün) və Süleyman Soyludan (2521 və hələ də davam edir) sonra ən uzun müddət (2444 gün) Daxili İşlər naziri olan üçüncü şəxsdir. Əbdülqədir Aksu 1944-cü il 12 oktyabrda Diyarbəkirda anadan olub. Ailəsi əsasən kürd mənşəli olan Aksunun babası isə Rumelidən sürgün edilmiş bir alban idi. Babası Osman ağa, Diyarbəkirə gələndən sonra kürd Cəmil Paşanın kürəkəni olub.
Əbdülqədir üsyanı
Əbdülqədir üsyanı — 1832–1847 illərdə Əmir Əbdülqadirin rəhbərliyi ilə Əlcəzairdə fransız işğalçılarına qarşı xalq üsyanı. Üsyanın gedişində Oran vilayətinin ərəb-bərbər tayfaları fransızları dəfələrlə məğlubiyyətə uğratmış, onları 24 fevral 1834-cü il və 30 may 1837-cü ildə sülh müqavilələri bağlamağa məcbur etmişdilər. Fransa Əbdülqadirin hakimiyyətini tanımışdı. Üsyançılar Qərbi Əlcəzairin çox hissəsində əmirlik yaratmışdılar. Əmirliyin müxtəlif tayfalarının könüllüləri ilə yanaşı, nizami ordusu da var idi. Silah və hərbi sursat istehsalı nizama salınmış, bir neçə müdafiə xətti yaradılmışdı. 18 oktyabr 1838-ci ildə Fransa hökuməti 1837-ci il sülh müqaviləsini pozmuşdu. General Büjonun 100 minlik ordusu 1843-cü ildə iri feodalların satqınlığı nəticəsində zəifləyən əmirliyin ərazisini işğal etmişdir. Əbdülqadir Mərakeşdə gizlənmişdir. 1845–1846 illərdə mübarizəni davam etdirən Əlcəzair xalqı yenidən işğalçılara qarşı çıxdıqda, Mərakeşdən qayıdan Əbdülqadir üsyana başçılıq etmişdir.
Nəcməddin Məsud Gilani
Əmir Nəcməddin Məsud Gilani — Səfəvilər dövlətinin vəkili. Gilanlı idi. Əslən Rəştdən olan bir zərgər idi. Cəmi 2 il vəkillik etmişdir. 1510-cu ildə vəfat edəndən sonra yerinə Nəcmi Sani kimi məşhur olan Əmir Yah Əhməd İsfahani gətirilmişdi.
Seyid Əşrəfəddin Gilani
Seyid Əşrəfəddin Gilani (1872–1934) — şair, publisist. Seyid Əşrəfəddin Gilani 1872-ci ildə Gilan əyalətinin Rəşt şəhərində doğulmuş və ilk təhsilini də orada almışdır. Əşrəfəddin Gilani ədəbi- ictimai fəaliyyətə gənc yaşlarında başlamışdır. 1908-ci ildə Rəştdə "Nəsimi-Şimal" qəzetini nəşr etməyə başlayıb. Daha sonra o zamanlar üçün İranda böyük ədəbi qəzet sayılan "Sure-İsrafil" qəzetinə rəhbərlik etmişdir. Gilani qəzetlərdə yazdığı yazılarda, şerlərdə əhəmiyyətli məsələlərdən bəshs edirdi. "Şahnamə", "Feqir-füqara", "Yoxsulların və dövlətlilərin vəziyyətinin müqayisəsi" və başqa şeirlərində o vaxtkı şah hökumətinin iç üzünü ifşa etmişdir. Gilaninin yaradıcılığında qadın hüquqlarının müdafiəsi xüsusi yer tutub. 1934-cü ildə Tehranda vəfat etmişdir.
Yusuf Reza Gilani
Yusuf Reza Gilani (9 iyun 1952[…], Kəraçi, Sind[d]) — pakistanlı siyasi xadim, Pakistanın 18-ci baş naziri (25 mart 2008-ci ildən). 1952-ci il iyun ayının 9-da Kəraçidə anadan olmuşdur. Atası Ələmdar Hüseyn Gilani 50-ci illərdə parlamentin üzvü və əyalət naziri olmuşdur. Y. R. Gilani Pəncab Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1978-ci ildə Pakistan Müsəlman Liqasının üzvü olmuşdur. 1980-ci ildən siyasi fəaliyyətə başlamışdır. General Ziya Ül Həqqin (1977–1988) zamanında federal nazir olmuşdur. 1988-ci ildə Pakistan Xalq Partiyasının sıralarına daxil olmuşdur. 1988–1990-cı illərdə – Səhiyyə naziri olmuşdur. 1993–1996-cı illərdə – Parlamentin spikeri olmuşdur.
Yusuf riza gilani

Şeyx Zahid Gilani
Şeyx Zahid Gilani (fars. تاج الدين ابراهيم زاهد گيلاني‎; Tacəddin İbrahim Zahid Gilani, 1216, Lahican, Gilan ostanı – 1301, Lənkəran) – Ələvi Türkmən alimi, mürşid. Tam adı Tâcəddîn İbrahim Zahid Gilanî olan Şeyx Zahid Gilani 1218-ci ildə Lənkəranın Siyavurd (indiki Siyavar) kəndində doğulmuşdu. Dövrünün görkəmli alimi olmuş, bir neçə dil bilirdi. Öz müridləri ilə sufizmi yayan Şeyx Zahidin Siyavurd, Güstaşfi və Hiləkaranda zaviyələri olmuşdu. Şeyxin Həlyəkəran və Siyavrudda iki xatunu var idi. Şeyx Səfi təzkirəsində bu barədə belə bir qeyd varː Əvvəl Şeyx Zahidə çox hörmət edən Şirvanşah III Axsitan sonralar onun nüfuzunun artması və müridlərinin sayının çoxalmasından çəkinərək, onun imkanlarını məhdudlaşdırmağa başlamışdı. Bu barədə də "Şeyx Səfi təzkirəsi"ndən ətraflı məlumat alırıqː Mənbədə verilən məlumatdan məlum olur ki, şirvanşahlar hətta Şeyxə qarşı sui-qəsd təşəbbüsü göstərmiş, lakin istəklərinə nail ola bilməmişdilər. Şeyx Zahid Gilani 1301-ci ildə vəfat etmiş və Siyavurdda dəfn olunmuşdur. Siyavurdu su basdığına görə Şah İsmayıl Xətainin babası və Şeyx Zahidin yeznəsi (qızının əri) Şah Səfiəddin onun qəbrini oradan Hiləkərana köçürülmüşdü.
Mirzə Əbdülqədir Vüsaqi
Mirzə Əbdülqədir Vüsaqi və ya Əbdülqadir İsmayılzadə (1865, Sayadlı, Xızı rayonu – 1914, Bakı) ― azərbaycanlı şair, yazıçı. “Şah İsmayıl”, “Seyfəlmülk” opera librettolarının, “Yusif və Züleyxa”, “Əli xan” və “Şahzadə İsmayıl” adlı dram əsərlərinin müəllifidir. Mikayıl Müşfiqin atasıdır. Əbdülqadir İsmayılzadə 1865-ci ildə Xızıda Sayadlı kəndində anadan olub. Atası Molla İsmayıl Xızı kəndinin tanınmış məktəbdarlarından olub. İbtidai təhsilini əvvəl öz atası Molla İsmayıldan alıb. Bir az sonra ərəb dilinə daha ətraflı bələd olmaq üçün Quba qazısı Axund Zəkidən ərəbcə təhsili alıb. Bir müddət Xızıda atasının yerində əski üsulda məktəbdarlıq edib. Sonra 1902-ci ildə Bakıya köçmüş burada müəllimlik fəaliyyətinə davam etmişdir. Bir müddət Cəfər Cabbarlıya da dərs deyib.
Əbdülqədir Həmidi Çələbi
Əbdülqədir Həmidi Əfəndi (İsparta – 1548, Bursa) — Osmanlı alimi, müdərrisi, şairi və şeyxülislamı. Həmid sancaqbəyliyinə bağlı İspartalı Mehmed Əfəndinin oğludur. Bu səbəblə Həmidi və ya İsparta Çələbisi olaraq anılır. Müxtəlif şəxslərdən din dərsləri aldı və Qara Seyid Əfəndi tərəfindən məzun oldu. Zeyrəkzadə Rüknəddin Əfəndinin müridi olmuş, Bursadakı Sultan mədrəsəsində onun xidmətini görmüşdür. Bir müddət sonra Sultan Süleyman Qanuninin yaxın adamlarından Mustafa ağaya xüsusi dərslər verdi. Onun vasitəçiliyi ilə İstanbulda Hacı Həsənzadə, Bursada Sultan və ardından İstanbulda Sahn-ı Səman mədrəsələrində müdərris oldu. Daha sonra qazı olaraq Bursa və İstanbulda fəaliyyət göstərdi, 1523-cü ildə isə Anadolu başqazısı oldu. 14 il qaldığı bu vəzifədə dürüstlüyü ilə tanınan Əbdülqədir Əfəndi bir çox hadisəyə də şahid oldu. Rumeli başqazısı olan Fənarizadə ilə birlikdə Molla Qabizi divan məclisində mühakimə edə bilmədiyi üçün Sultan Süleyman tərəfindən danlanmış, elmi yetərsizliyi və bəzi siyasi məsələlər səbəbilə 1537-ci ildə 150 axca təqaüdlə vəzifədən alındı.
Əbdülqədir Kamil Məhəmməd
Əbdülqədir Kamil Məhəmməd (ərəb. عبد القادر كميل محمد‎; fr. Abdoulkader Kamil Mohamed; 1 iyul 1951, Obok regionu[d]) — 2013-cü ildən etibarən Cibutinin Baş naziri olan cibutili siyasətçi. Məhəmməd 1951-ci ildə indiki Cibutinin şimalında yerləşən Obok bölgəsindəki Souali şəhərində anadan olub. Fransanın Limoja Universitetində təhsil alıb, texniki elmlər dərəcəsinə sahibdir, ixtisası isə su təsərrüfatı və ətraf mühitdir. Məhəmməd fəaliyyətinə Cibutidə su idarəsində başladı. Orada 1978–1979-cu illərdə müvəqqəti baş direktor, 1983–2005 -ci illərdə isə baş direktor olaraq çalışdı. 1981-ci ildə Məhəmməd Tərəqqi uğrunda Xalq Partiyasına qatıldı. 2012-ci ilin sentyabr ayında TXP-ın vitse-prezidenti seçilənə qədər tədricən siyasi arenada yüksəldi. 2012-ci ilin noyabrında birliyin prezidenti təyin edildi.
Abdulla ibn Əbdülqədir Münşi
Abdulla ibn Əbdülqədir Münşi (malay dilində Abdullah bin Abdul Kadir Munshi) (1796–1854) — malay maarifçisi və yazıçısı. Sadəcə Abdullah munşi adı ilə də tanınır. Malayziyada müasir Malay ədəbiyyatının banisi hesab edilir. 1796-cı ildə Malakkada anadan olub. Tacir oğludur. Mənşəcə ərəb, bir tərəfi də tamillidir. Britaniya imperiyasının dövlər xadimi, erudit-şərqşünas, Nusantra tarixi və mədəniyyəti üzrə mütəxəssis Tomas Stemford Rafflzın katibi olub. Abdulla ibn Əbdülqədir Münşi Xristian missionerlərə və hind sipahilərə malay dili tədris edib. O eyni zamanda Malayya barədə məlumat toplayan ingilis alimlərinə kömək edirdi. 1854-cü ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində vəfat edib.
Şeyx Zahid Gilani Beynəlxalq Simpoziumu
Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani Beynəlxalq Simpoziumu - Dekabrın 13-dən 15-dək Lənkəran şəhərində AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyənin Nəcməddin Ərbakan Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq simpozium. Lənkəranın yetişdirdiyi elm və hikmət sahiblərindən biri də Mövlana Cəlaləddin Rumi ilə eyni dövrdə- XIII əsrdə yaşamış olan məşhur müdrik Şeyx Zahid Gilanidir. Tam adı Şeyx Tacəddin İbrahim Zahid Gilani olan bu şəxs, 1218-ci ildə Lənkəranın Siyavrud (indiki Siyavar) kəndində doğulmuş və 1301-ci ildə vəfat edərək Lənkəranın Hilyəkaran (indiki Şıxakəran) kəndində dəfn edilmişdir. Şeyx Zahidin İranın Gilan əyalətində də türbələri var. Türbəsi Lənkəranda əsrlər boyu xalqın ziyarət yeri olan Şeyxin mistik həyat və mənəviyyatı Azərbaycan və İranla məhdudlaşmayıb hətta Anadoluya qədər çatmışdır. Belə ki,Şeyx Zahid Xəlvətiyyə, Səfəviyyə, Bayramiyyə, Cəlvətiyyə və s. kimi bir çox sayda sufi təriqətlərinin irşad silsilələrində yer almaqdadır. Azərbaycan, Türkiyə, İran və həmçinin Qərb ölkələrində Şeyx Zahid əfsanəvi həyatı, məsləhətləri, öyüdləri, bəyanları və kəlamları haqqında qaynaqlarda əks olunan müxtəlif tədqiqatlar aparılmışdır. Konfransın təşkilatçılarının məqsədi Şeyx Zahidin doğumunun 800-cü ilində xatirəsinin anılması məqsədilə onun mənəvi irsini öyrənən alimləri bir araya gətirilməklə fikir mübadiləsi aparılmasının, ortaya çıxan son tapıntıları paylaşmağın və gələcək işlər üçün yeni bir üfüq açılmasının lazım olduğu fikirindədir. Bu məzmunda Lənkəran şəhərində 11-13 oktyabr 2018 tarixləri arasında Türkiyə Respublikası Necmettin Erbakan Universiteti ilə Azərbaycan Respublikası Lənkəran Dövlət Universitetinin ortaq şəkildə təşkil edəcəkləri “Doğumunun 800-ci ildə Şeyx Zahid Gilani” mövzulu beynəlxalq simpoziumun əhəmiyyət kəsb etdiyi qənaətindədirlər.
Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani Beynəlxalq Simpoziumu