Əbdülqədir Aksu – 12 oktyabr 1944 Diyarbakır. Türkiyəli siyasətçi. Türkiyənin keçmiş Daxili İşlər naziri və hazırda Vakıfbankın idarə heyətinin üzvü.[2][3]
Əbdülqədir Aksu | |
---|---|
türk. Abdülkadir Aksu | |
Türkiyənin Daxili İşlər naziri | |
18 noyabr 2002 – 7 may 2007 | |
Baş nazir | Rəcəb Tayyib Ərdoğan |
Əvvəlki | Müzəffər Əcəmiş |
Sonrakı | Osman Günəş |
30 mart 1989 – 23 iyun 1991 | |
Baş nazir | Turqut Özal |
Əvvəlki | Mustafa Qələmli |
Sonrakı | Mustafa Qələmli |
TBMM-nin 18, 20, 21, 22, 23 və 24-cü dövr millət vəkili | |
Seçim bölgəsi | 1987 – Diyarbakır 1995 – Diyarbakır 1999 – İstanbul 2002 – İstanbul 2007 – İstanbul 2011 – İstanbul |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 oktyabr 1944[1] (79 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
O, Türkiyənin 59-cu hökumətində Daxili İşlər naziri, TBMM-nin 22, 23 və 24-cü dövrlərində Ədalət və İnkişaf Partiyasının İstanbul millət vəkillərindəndir. Daha əvvəl TBMM-nin 18 və 20-ci dövründə Ana Vətən Partiyası Diyarbəkir millət vəkili, 21-ci dövrdə Fəzilət Partiyasının İstanbul millət vəkili olub. 47-ci hökumətdə 2 il Daxili İşlər naziri, 53-cü hökumətdə isə Cənub-Şərqi Anadolu layihəsindən məsul olan dövlət naziri vəzifələrində çalışıb. Cümhuriyyət tarixində Şükrü Kaya (4028 gün) və Süleyman Soyludan (2521 və hələ də davam edir) sonra ən uzun müddət (2444 gün) Daxili İşlər naziri olan üçüncü şəxsdir.
Əbdülqədir Aksu 1944-cü il 12 oktyabrda Diyarbəkirda anadan olub. Ailəsi əsasən kürd mənşəli olan Aksunun[4][5][6] babası isə Rumelidən sürgün edilmiş bir alban idi.[7][8] Babası Osman ağa, Diyarbəkirə gələndən sonra kürd Cəmil Paşanın kürəkəni olub. Orta məktəbi Diyarbəkir Ziya Gökalp liseyində tamamladıqdan sonra 1968-ci ildə Ankara Universitetindən Siyasi Elmlər Fakültəsini bitirib. Eyni ildə o, Diyarbəkirda müdir köməkçisi təyin edilib, staj müddətində Ergani kənd sovetinin köməkçisi, Bismil rayonu Sinan Bucaq müdirlüyü, Gənc, Akçadağ və Doğanşəhər kənd sovetinin müavini kimi çalışıb.
1973–1976-cı illər arasında Sarıqaya kaymakamlığı, 1 sentyabr 1976 – 9 oktyabr 1977-ci illər ərzində Kahramanmaraş vali köməkçisi və 1980-ci ilin sentyabrınadək Malatya Polis İdarəsində və Polis rəisinin müavini vəzifələrində işləyib. Nazirlər Şurasının 29 avqust 1980-ci il tarixli qərarı ilə Rizə valisi, 17 oktyabr 1980-ci il tarixli Fərmanı ilə isə Mərkəzi vali vəzifələrinə təyin edilib. 9 fevral 1984 – 18 sentyabr 1987-ci illər ərzində Qaziantep valiliyini icra edən və 1985-ci ildə ilin bürokratı seçilən Əbdülqədir Aksu, 29 noyabr 1987-ci ildə Ana Vətən Partiyasından 18-ci dövr Diyarbakır millət vəkili seçilib və 1987-ci ilin dekabrında Ana Vətən Partiyasının Parlament Qrupunun sədr müavini vəzifəsinə gətirilib. 31 mart 1989-cu ildə Daxili İşlər Nazirliyinə təyin edilib və 24 iyun 1991-ci il tarixinə qədər bu vəzifəni icra edib. 24 dekabr 1995-ci ildə Ana Vətən Partiyasından Diyarbəkir millət vəkili olaraq Parlamentə daxil olduqdan bir müddət sonra Ana Vətən Partiyası Qrupunun sədr müavini vəzifəsinə təyin edilib, daha sonra da Cənub-Şərqi Anadolu layihəsindən məsul Dövlət Nazirliyinə gətirilib.
1996-cı il 16 avqustda Ana Vətən Partiyasından ayrılaraq Rifah Partiyasına qatılıb. Rifah Partiyasının ümumi idarə heyətində və vitse-prezident vəzifəsində çalışıb. Rifah Partiyasının Konstitusiya Məhkəməsi tərəfindən bağlanmasından sonra Fəzilət Partiyasına daxil olub. Rəhşan Amnistiyasına dəstək verərək 21 dekabr 2000-ci ildə keçirilən səsvermədə onun lehinə səs verib.[9] Fəzilət Partiyası bağlandıqdan sonra yeni qurulan Ədalət və İnkişaf Partiyasına üzv olub. Ədalət və İnkişaf Partiyasının yerli idarələrindən cavabdeh şəxs, daha sonra isə sədrin siyasi-hüquqi məsələlər üzrə müavini vəzifəsində çalışıb.
Əbdülqədir Aksu almanca bilir, evli və iki uşaq atasıdır.
Sələfləri Müzəffər Əcəmiş |
Türkiyənin Daxili İşlər naziri 18 noyabr 2002 - 8 may 2007 |
Xələfləri Osman Günəş |
Sələfləri Mustafa Qələmli |
Türkiyənin Daxili İşlər naziri 30 mart 1989 - 23 iyun 1991 |
Xələfləri Mustafa Qələmli |