Girov Müqaviləsi

girov qoyanın girov saxlayan qarşısındakı öhdəliklərinin yazılı formada razılaşdırılması sənədidir. (“AR MM”, 280-ci maddə).
Girov Qoyan
Girov Öhdəliyi
OBASTAN VİKİ
Girov
"Əsir" bura istiqamətləndirir. Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Girov (dəqiqləşdirmə)
Girov
Girov diplomatiyası
Girov diplomatiyası, bəzən girov dəyişmə diplomatiyası — diplomatik məqsədləri üçün girov alınması. Qədim dünyada girov diplomatiyası siyasətin və hərbin tərkibi hissəsi idi. Siyasi və ya hərbi başçılar bir və ya bir neçə girovu başqa tərəfə ötürməklə öhdəliklərinin yerinə yetirməsində xoş niyyətinin sığortası olaraq istifadə edirdilər. Bu öhdəliklər sülh və ya atəşkəs müqaviləsi ola bilərdi. Müasir dövrdə girov diplomatiyası xariclərin uydurulmuş ittihamlar əsasında həbs olunması yolu ilə tədbiq olunur. Diplomatik girovlar tez-tez sövdələşmə üçün işlənilir. Bağlanan müqavilələrdən başqa, girov diplomatiyasının iqtisadi üstünlükləri ola bilər. Məsələn, Avropa ölkələri öz vətəndaşlarını girovluqdan azad etmək üçün millionlarla pul verib. Eyni zamanda, girov diplomatiyası girov tutan ölkənin yumşaq gücünə zərar verir. Qədim Çinin yaz-payız və döyüşən çarlıqlar dövrlərində girov diplomatiyası hərbi razılaşmaların sığortası üçün işlənilirdi.
Fidyə (Girov pulu)
Fidyə (ing. Ransom) — girovun (əsrin) azad edilməsi üçün pul və ya əmlakın ödənilməsi və ya bunun üçün ödənən vəsait. Fidyə almaq üçün insan oğurluğu qədim dövrlərdən bəri yayılmışdır. Müasir dövrdə də hələ də tez-tez rast gəlinən cinayət növlərindəndir. Bir çox xalqların tarixi mədəniyyətində qaçırma adətdə nəzərdə tutulmuş bir fidyə ödənişi ilə də olur (məsələn - gəlinin qaçırılması). Avropada yeni dövrə qədər, kübar təbəqənin üzvünün (cəngavər, zadəgan, monarx) fidyə ödənilənədək əsir saxlanılması adi bir hal idi. Onun miqdarı bəzən nəhəng məbləğ təşkil edə bilərdi. İngilis dilində kral fidyəsi (king's ransom) ifadəsi var, bu da böyük miqdarda pul deməkdir. Türk və Əlcəzair dəniz quldurları köləlik və ya fidyə almaq məqsədi ilə tez-tez Aralıq dənizi ölkələrinin sahillərinə basqın edir insanları qaçırırdlar. Əsas vəzifəsi oğurlananların fidyəsi üçün vəsait toplamaq olan xüsusi bir monarx ordeni - Trinitariev də mövcud idi.
Girov (film, 2005)
Girov – Eldar Quliyev və Natiq Rəsulzadənin ssenarisi əsasında rejissor Eldar Quliyevin "Azərbaycanfilm"in istehsalı ilə dram janrında çəkdiyi film. Dağlıq Qarabağ uğrunda müharibə zamanı sərhədyanı zonada yaşayan qonşular bir gecənin içində düşmənə çevrilir. Azərbaycanlı Kərim ermənilər tərəfindən girov götürülür. Kənd əhalisinin qərarına əsasən onu dəyişmək üçün həyat yoldaşının (Gülər Nəbiyeva) sərəncamına bir erməni (Qurban İsmayılov) girov verilir, lakin zaman keçdikcə Kərimin həyat yoldaşı "düşmən"in də insani cəhətlərə malik olduğunu və bənzər vəziyyətdə olmasını aşkar edir. İdeya: Eldar Quliyev Ssenari müəllifləri: Eldar Quliyev, Natiq Rəsulzadə Quruluşçu rejissor: Eldar Quliyev Quruluşçu operator: Rafiq Quliyev Quruluşçu rəssam: Mayis Ağabəyov Bəstəkar: Səyavuş Kərimi Səs operatoru: Əsəd Əsədov Qrim üzrə rəssam: Elbrus Vahidov Geyim üzrə rəssam: Məlahət Hümbətova Rejissor: Akif Rüstəmov Montaj edən: Gülşən Səlimova Operator: Rəşad Nuriyev Dekor rəssamı: Əziz Məmmədov Redaktor: Vaqif Məmmədov İcraçı prodüserlər: Vladimir Dudniçenko, Arif Səfərov Prodüser: Xamis Muradov Çalır: Ağacəbrayıl Abbasəliyevin idarəsilə Azərbaycan Xalq Çalğı Alətləri ansamblı Muğamların ifaçısı: Teyyub Aslanov Musiqi redaktoru: Rauf Əliyev Rejissor qrupu: Elman Qasımov, Nonna Müzəffərova, Çingiz Həsənov, Anar Quliyev Operator qrupu: Rasim Nəbiyev, Ceyhun Quliyev, Elman Əliyev, Orxan Məmmədov İnzibatçı: Ədalət Yunusov Rəssam assistenti: Əli Davudov Foto rəssamı: Natiq İbrahimov Səs texniki: Elmira Səmədova İşıqçılar: Məmmədhüseyn Səmədov, Akif Rəhimov, Rasim Eyvazov Gülər Nəbiyeva — Sona Qurban İsmayılov — erməni girovu Mir Sahib Ağazadə — xanəndə Vidadi Əliyev — Əli kişi Gülşad Baxşıyeva — Məryəm xanım Afaq Bəşirqızı — satıcı qadın Firəngiz Babayeva — qonşu qadın Ülvi Yusifov — Rövşən Vəfa Babayeva — Leyla Emiliya Cavidqızı — Rəna İlqar Cahangirov M. İbadov Toğrul Rza Ülviyyə Abdullazadə İ. Həsənli S. Nəcəfov M. Musayev Ə. Ələkbərov A. Rəhimov T. Məmmədov Z. Şirməmmədov G. Quliyeva Rada Nəsibova E. Əliyeva Ədalət Əbdülsəmədov S. Qəhrəmanoğlu E. Şirəliyev Ə. Qurbanlı A. Məmmədov V. Məmmədov Q. Baxşəliyeva İntiqam Soltan — kənd sakini Quba rayonu Amsar kəndinin sakinləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Girov (film, 2008)
Girov (ing. Taken) 2008-ci ildə çəkilmiş bir filmdir. Rejissoru Pierre Morel və ssenari müəllifi Luc Besson olan filmdə Liam Neeson, Famke Janssen və Maggie Grace rol almışdır ki. Filmin süjeti Parisdə Alban fahişəlik qrupu tərəfindən qaçırılan bir amerikalı qızla onu xilas etməyə çalışan və keçmiş casus olan atasından bəhs edir. Filmin çox hissəsi Parisdə çəkilmişdir. Bryan, həyat yoldaşından ayrılan təqaüdçü bir Amerika agentidir. Qızı Kimə çox bağlı olan Bryan, bir gün qızının dostlarından biri ilə U2 qrupunun Avropadakı konsert turunda birlikdə iştirak etməsi üçün hazırladığı muzey gəzintisi yalanına zorla razılaşır. Bura gələn Kim və rəfiqəsi əvvəlcə Parisdəki əmisi oğlunun evində qalırlar. Ancaq qızlar Parisə gəldikdən sonra tanış olduqları bir gənc onların ünvanlarını öyrənir və qızları qaçırır. Qaçıran dəstə Alban mənşəlidir və gənc qızları 96 saat ərzində ölkələrinə aparır və bazara çıxarırlar.
Girov 2 (film)
Girov 3 (film)
İran girov böhranı
İran girov böhranı — ABŞ və İran arasında 444 gün davam edən diplomatik böhrandır. Bu böhran bir qrup iranlı tələbənin İran İslam İnqilabından dərhal sonra ölkədən qaçan Şah Rza Pəhləvinin müalicə üçün ABŞ-yə getməsindən sonra, 4 noyabr 1979 tarixində ABŞ-nin Tehrandakı səfirliyinə hücum edib 52 amerikalını girov götürməsindən sonra başlamış və 444 gün sonra, yəni 20 yanvar 1981-ci ildə buraxılması ilə başa çatmışdı. Hadisə, eyni zamanda 2012-ci il istehsalı olan Əməliyyat: Argo adlı bir filmində mövzusu olmuşdur.
Girov (mülki hüquq)
Mülki hüquqda girov — girov qoyanın məhdud mülkiyyətində olan əmlak və digər mülki hüquq obyektləri (pul istisna olmaqla) şəklində öhdəliklərin yerinə yetirilməsini təmin etmək və borcun və ya digər mülki öhdəliklərin ödənilməsinə zəmanət vermək üsulu. Girov, o cümlədən qarantiya əsas təminatlı öhdəliyə münasibətdə əlavə (əlavə) öhdəlikdir ki, bu da xüsusilə aşağıdakı nəticələrə səbəb olur: əsas öhdəlik etibarsız olduqda, girov öhdəliyi etibarsız olur, girov öhdəliyi ilə bağlı hüquqların keçməsi əsas öhdəlik ipoteka və s. Daşınmaz əmlakın girovu ipoteka adlanır. Girov hüququ həm daşınar əmlakın kreditora-girova (mülkiyyət girovuna) faktiki verilməsi (lombard), həm də girov hüququnun (mülkiyyətsiz girov) yaradılması haqqında müqavilənin bağlanması nəticəsində yaranır. ). Eyni zamanda, həm əsas (təminatlı) öhdəlik üzrə borclunun özü (öz borcları üzrə girov), həm də üçüncü şəxs (başqa şəxslərin borcları üzrə girov) girov qoyan kimi çıxış edə bilər. Girov hüququnun mühüm xüsusiyyəti onun real mahiyyətidir. O, təkcə borcluya — girov qoyulmuş əmlakın sahibinə münasibətdə deyil, həm də onun əlində olan bütün üçüncü şəxslərə münasibətdə etibarlıdır. Girov hüququ vərəsəlik, satınalma və s. yolu ilə əldə edilmiş əmlakla birlikdə keçir.
Girov 2 (film, 2012)
Brayan Mills öz gördüyü işin peşəkarı olsa da, ara-sıra oyun qaydalarını əməlli-başlı pozur. Brayanın belə ehtiyatsız gedişləri bəzən ona baha başa gəlir. Qızını xilas edən zaman Balkanlardan olan mütəşəkkil cinayətkar dəstənin başçısını qətlə yetirir. Ölən quldurun atası – Murad oğlunun qanını yerdə qoymaq fikrində deyil. Qisas yanğısında olan Murad olduqca inadkardır, düşmənini hərtərəfli şəkildə araşdırır. İstanbula ailəsi ilə səfər edən Brayan və onun həyat yoldaşını girov götürür. Bu dəfə qızı Kim Mills valideynlərini qana susamış amansız qatildən xilas etməlidir...
Girov 3 (film, 2014)
Brayan Mills - çətin vəziyyətlərdən məharətlə çıxmağı bacaran sabiq dövlət agentidir. O işinin əsl peşəkarı və gözəl ailə başçısıdır. Ailəsinə görə hər şeyə hazırdır. Olanları keçmişdə qoyub sakit həyat sürməyə çalışsa da, yenidən odlu silaha əl atmaq məcburiyyətində qalıb. Naməlum cinayətkarlar onun keçmiş arvadı Lennini qətlə yetirib. Bu azmış kimi şübhəli qismində onu saxlamağa çalışırlar. Ancaq Brayan polisdən qaçmağa nail olur. O adını təmizə çıxarıb, yoldaşının qisasını almaq üçün əsl qatili ifşa etmək çox böyük çətinliklərdən keçir və sonda öz adını təmizə çıxarmağa və əsl qatilin cəzalandırılmasına nail olur.
Devol müqaviləsi
Devol müqaviləsi — Birinci səlib yürüşündən sonra Antioxiya knyazı I Boemund ilə Bizans imperatoru I Alexios arasında 1108-ci ildə imzalanan müqavilədir. Müqavilə günümüzdə "Devol" olaraq bilinən Bizans qalası olan Diabolisdə imzalandığından bu adla tanınır və Antioxiya knyazlığını Bizans İmperiyasının vassal dövlətinə çevirmək məqsədi daşıyırdı. Birinci səlib yürüşünə çıxan Xaçlı ordusu, müsəlman dövlətlərinin üstünə yerimədən əvvəl Konstantinopola toplaşaraq fəth edəcəkləri hər ərazini Bizans İmperiyasına verməyə söz verdilər. Ancaq I Alexiosun keçmiş düşməni Robert Qviskarın oğlu Boemund, Antioxiya knyazlığının özünün olduğunu bildirdi. Alexios Antioxiya knyazlığını tanımadığı üçün Boemund dəstək almaq üçün Avropaya getdi. Alexiosa qarşı müharibə elan etsə də, çox keçmədən təslim olmalı və müqavilə imzalamalı oldu. Boemund, müqavilənin şərtlərinə əsasən imperatora bağlı olmağı, lazım olduqda ordularını Bizans İmperiyasının xidmətinə təqdim etməyi və həmçinin Antioxiyaya bir Yunan patriarxını təyin etməyə razı oldu. Bunun müqabilində isə ona sebastos və duks adı verildi və onun varislərinə Edessa qraflığına getmək hüququ təmin olundu. Müqavilənin ardından Apuliyaya geri dönən və burada ölən Boemundun Antioxiya knyazlığında naib olan qardaşı oğlu Tancred müqaviləsinin şərtlərini rədd etdi. Antioxiya 1137-ci ildə müvəqqəti Bizans hakimiyyəti altında olmasına baxmayaraq, 1158-ci ildə həqiqətən Bizans vassalı oldu.
Drezden müqaviləsi
Drezden müqaviləsi — Polşa kralı və Saksoniya kurfyursti II Avqustla Danimarka-Norveç kralı IV Frederik arasında gənc İsveç kralı XII Karla qarşı barışıq müqaviləsi. Müqavilə 14 sentyabr 1699-cu idə Drezdendə imzalanmış və Şimal müharibəsinə hazırlıq məqsədi daşımışdır. 25 avqust 1699-cu ildə Danimarka kralı V Kristianın ölümündən taxta IV Frederik adı ilə onun böyük oğlu gəldikdən sonra sonuncu öz nümayəndəsi qraf Kristian fon Reventlovu gizli missiya ilə Drezdenə göndərmişdir. Kristian fon Reventlov kralın adından II Avqustla İsveç əleyhinə gizli ittifaq müqaviləsi imzalanmasına nail olmuşdur. Gənc qraf bu missiyanı elə məharətlə yerinə yetirmişdir ki, Polşa kral sarayında olan İsveç diplomatı Vellinq heç nədən şübhələnməmişdir.. elə həmin ilin noyabrında bu ittifaqa II Aqqustla Preobrajenskidə müqavilə imzalayan Rusiya hökmdarı I Pyotr da qoşulmuşdur. Maraqlıdır ki, II Avqust bu ittifaq müqaviləsini IV Frederiklə və I Pyotrla Polşa kralı kimi deyil, Saksoniya kurfyursti kimi imzalamışdır. Nəticədə Şimal müharibəsinin başlanmasına təkan verən üç tərəfli Şimal ittifaqı yaradılmışdır. Drezden müqaviləsi bir ildən az müddətdə qüvvədə olmuşdur, 1700-cü ilin avqustunda Danimarka İsveçlə separat Travendal sülhü bağlayaraq müharibədən çıxmışdır. Анисимов Е. В. Реформы Петра Великого.
Dəyişmə müqaviləsi
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Eskassus müqaviləsi
Latın Amerikası və Karib dənizində ətraf mühit məsələlərində məlumat əldə etmək, ictimaiyyətin iştirakı və ədalət haqqında Regional müqavilə, Eskassus müqaviləsi kimi daha yaxşı bilinir (isp. Acuerdo de Escazú) — Latın Amerikası və Karib dənizindəki 24 ölkənin imzaladığı beynəlxalq müqavilədir. Razılaşma ətraf mühit haqqında məlumat əldə etmək hüquqlarına, ətraf mühitə dair qərarların qəbul edilməsində ictimaiyyətin iştirakına, ekoloji ədalətə və indiki və gələcək nəsillər üçün sağlam bir mühit hüququna aiddir. Saziş Latın Amerikası və Karib dənizinin 33 ölkəsi üçün hazırlanmışdır. İmzalanan 24 ölkədən yalnız on iki nəfər bu müqaviləni təsdiqlədi: Antiqua və Barbuda, Argentina, Boliviya, Ekvador, Qayana, Meksika, Nikaraqua, Panama, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya və Uruqvay. Eskasutiya Sazişinin inkişaf etdirilməsi barədə razılaşma 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Konfransında əldə edilmiş və bu konfransın sonunda qəbul edilmiş yeganə məcburi müqavilədir. Saziş 2015-2018-ci illər arasında hazırlanıb və 4 Mart 2018-ci ildə Escazu (Kosta Rika) da qəbul edildi. Saziş 27 sentyabr 2018-ci ildə imzalanmış və 26 sentyabr 2020-ci il tarixinədək imzalanması üçün açıq qalmışdır. Müqavilənin 22 yanvar 2021-ci ildə Meksika və Argentinanın qoşulması ilə əldə edilmiş on birinci dövlət tərəfindən təsdiq edildikdən sonra qüvvəyə mindiyi düşünülür. Razılaşma 22 aprel 2021-ci ildə qüvvəyə minmişdir.
Finkenşteyn müqaviləsi
Finkenşteyn müqaviləsi — Qacarlar dövləti ilə Fransa arasında bağlanmış saziş. Fransa İngiltərənin Hindistandakı mövqelərinə zərbə vurmaq üçün İranda möhkəmlənməyə çalışırdı. 1796-cı ilin iyulunda Fransanın nümayəndələri Olivye və Brüger Tehrana gəldi. Onlar 1708 və 1715-ci illər Fransa-Səfəvi müqavilələrinin yenidən təsdiqinə nail olmaq və İran-Rusiya münasibətlərinin kəskinləşdirilməsinə çalışırdılar. Lakin bütövlükdə bu missiyanın diplomatik kəşfiyyat xarakteri daşıdığı bildirilir. Fransanın İranda möhkəmlənməsinə yol vermək istəməyən İngiltərə diplomatik fəallığı artırdı və siyasi və ticarət müqavilələri imzalamağa nail oldu. Lakin İngiltərə 1804-cü ildə İranla-Rusiya arasında başlanan müharibənin gedişində üzərinə götürdüyü təəhhüdləri yerinə yetirməkdə ardıcıllıq göstərmədi. Belə bir vəziyyətdə Fransa ilə İran arasında münasibətlər yenidən canlandı. Fətəli şah (1797–1834) 1804-cü ildə I Napoleona məktubla müraciət etdi. Məktub növbəti ilin yanvarında Parisə çatdı.
Forvard müqaviləsi
Fyuçers Müqaviləsi
Fyuçers müqaviləsi yaxud Birja əqdi (qısaca fyuçers) — müəyyən edilmiş tarix də müəyyən baza aktivinin əvvəlcədən razılaşdırılmış qiymətlərlə alınması və ya satılması haqqında öhdəliyi təsbit edən standartlaşdırılmış birja müqaviləsini ifadə edən qiymətli kağızdır. Fyuçers müəyyən məhsul partiyasının sövdələşmə anında hər iki tərəfi qane edən qiymətlə alınması üçün müqavilədir, məhsul özü isə satıcı tərəfindən kifayət qədər uzun müddət sonra təqdim olunur. Fyuçers fond bazarında sövdələşmə obyekti olan ikinci dərəcəli qiymətli kağızdır. Fyuçers müqavilələrini alıb-satan şəxsləri hecerlər və spekulyantlar adlandırmaq olar. Hecerlər əsasən riskin azaldılması üçün fyuçers sövdələşmələrində iştirak edirlər, belə ki onlar aktivi öz biznesləri çərçivəsində ya istehsal, ya da istifadə edirlər. Spekulyantlar isə qısa müddət ərzində gəlir əldə etmək məqsədilə fyuçers müqvilələri bağlayırlar. Fyuçers müqavilələrinin bağlandığı əsas məhsullar buğda, qiymətli və rəngli metallar, neft və neft məhsullarıdır. 1970-ci ildən əsas birjalarda xarici valyuta, fiksə olunmuş gəlirlə qiymətli kağızlar və bazar indeksləri üzrə maliyyə fyuçers müqavilələri tətbiq olunmağa başlandı. Ticarətin həcminə görə onlar hazırda baza aktivləri və ənənəvi fyuçers müqavilələrindən daha mühüm əhəmiyyətə malikdirlər. Maliyyə aktivləri bazarında fyuçers müqaviləsi iki sərmayəçi arasında olan müqavilədir, ona əsasən sərmayəçilərdən biri müqavilənin bitmə müddətinə digər sərmayəçiyə öncədən razılaşdırılmış qiymətə müəyyən miqdarda qiymətli kağız satmağı (və ya almağı) öz öhdəsinə götürür.
Georgievsk müqaviləsi
Georgiyevsk traktatı — 4 avqust 1783-cü ildə Şərqi Gürcüstanın (Kartli və Kaxetiya çarlığı ) çar Rusiyasının himayəsinə keçməsi barədə bağlanmış müqavilə. XVI-XVII əsrlərdə baş vermiş Səfəvi-Osmanlı müharibələri 1639-cu ildə imzalanmış Qəsri-Şirin sülh müqaviləsi ilə başa çatdı. Qərbi Gürcüstan Osmanlı dövlətinin, Şərqi Gürcüstan - Kartli və Kaxetiya çarlıqları Səfəvilərin hakimiyyətinə keçdi. Çarlar Səfəvi dövləti sistemində yüksək vali titulu daşıyırdı. Gürcü aristokratiyası mülki sahədə olduğu kimi, hərbi sahədə də mühüm vəzifələr tuturdu. Gürcüstanda Səfəvilərə meyl edən təbəqə formalaşmışdı. Bununla birgə Gürcüstanda Avropa dövlətləri ilə əlaqə yaradaraq asılılıqdan çıxmağa çalışan qüvvələr də var idi. Lakin Qərbi Avropaya göndərilən elçilər, həmçinin oradan gələn emissarlar ciddi bir dəyişikliyə nail ola bilmədilər. Şərqə doğru irəliləyən Rusiya isə Gürcüstanda möhkəmlənməyə diqqəti artırdı. Ermənilərlə birgə gürcülər içərisində də Rusiyaya meyl getdikcə güclənməyə başladı.
Gülüstan müqaviləsi
Gülüstan sülh müqaviləsi ( rus. Гюлистанский договор) — 1813-cü ilin 12 oktyabr tarixində Rusiya imperiyası ilə Qacar dövləti arasında imzalanan müqavilə. 1804-cü ildən 1813-cü ilə qədər davam edən Birinci Rusiya-İran müharibəsini bitirən bu müqavilənin imzalanması 1 yanvar 1813-cü ildə general Kotlyarevskinin Lənkəranı tutması ilə daha da sürətləndi. Müqavilə Dağıstanın, Gürcüstanın, bugünkü Azərbaycan Respublikasının əksər hissəsinin və hal-hazırkı Ermənistan Respublikasının şimal torpaqlarının Rusiya imperiyasına keçməsini rəsmiləşdirirdi. Müqavilənin mətni Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi olan və hakimiyyətə böyük təsir gücünə malik olan Ser Qor Ousli tərəfindən hazırlandı. Müqaviləni Rusiya tərəfindən Nikolay Rtişev, Qacarlar tərəfindən Mirzə Əbülhəsən xan Elçi imzaladı. Bu müqavilənin nəticəsi olaraq Cənubi Qafqazın əksər hissəsi Rusiya imperiyasının hakimiyyəti altına keçdi. İkinci Rusiya-İran müharibəsindən sonra Rusiya Cənubi Qafqazı bütünlüklə tutdu və bunu Türkmənçay müqaviləsində Qacar dövləti tərəfindən təsdiq edilməsinə nail oldu. Gülüstan müqaviləsi və ondan sonra imzalanan Türkmənçay müqaviləsi nəticəsində azərbaycanlılar iki yerə parçalandı. Rusiya imperiyasının Qafqazda işğalçı fəaliyyəti Qacarları ciddi şəkildə narahat edirdi.
Gümrü müqaviləsi
Gümrü müqaviləsi (erm. Ալեքսանդրապոլի պայմանագիր), (türk. Gümrü Antlaşması) – Türkiyə ilə Ermənistan arasında 1920-ci il dekabrın 2 dən 3-nə keçən gecə imzalanmış sülh müqaviləsi. Bü müqavilə Türkiyə Böyük Millət Məclisinin bağladığı ilk beynəlxalq müqavilədi. Bu müqavilə 1920-ci ilin sentyabr-dekabr ayları arasında türk ordusu ilə erməni silahlı birləşmələri arasında baş verən hərbi əməliyyatlara son qoymalı idi. Müqavilə 18 maddədən ibarət idi. Müqavilənin şərtlərinə əsasən Ermənistan hökuməti Türkiyə torpaqlarına iddiasından əl çəkməli, Ermənistan ərazisindən qovulmuş müsəlmanların qayıtması üçün şərait yaratmalı idi. Müqavilə həmçinin Ermənistan respublikası ilə Türkiyə arasında sərhəddi də müəyyən edirdi. Bu müqavilənin şərtlərinə əsasən Ermənistan sayı 1500 nəfərdən çox olmayan bir orudya malik olmalı və bu ordu 8 ədəddən çox topa malik ola bilməzdi, pulyemyotların isə maksimal sayı 20 dən çox ola bilməzdi. Ermənistan "Sevr müqaviləsi"nin qüvvədən düşməsini qəbul edərək öz nümayəndə heyətlərini Avropadan və ABŞ – dan qeri çağırmağı öz üzərinə götürürdü.
Gəncə müqaviləsi
Gəncə müqaviləsi (rus. Гянджинский договор) — 1735-ci il martın 21-də Rusiya ilə Səfəvi nümayəndələri arasında imzalanmış müqavilə. Bu müqavilənin şərtlərinə əsasən rus qoşunları Xəzərsahili vilayətləri tamamilə tərk edir, burada əvvəlki inzibati idarə üsulu bərpa olunurdu. Gəncə müqaviləsi rus tacirlərinin Səfəvi ərazisində sərbəst və gömrüksüz ticarət imtiyazlarını bir daha təsdiq etdi. Müqavilə 10 mart 1735-ci ildə Səfəvilər tərəfdən Nadir xan Əfşar, Çar Rusiyası tərəfdən isə knyaz Sergey Qolitsın tərəfindən imzalanmışdı. Müqavilənin imzalandığı ildə Nadir xan Gəncə qalasını mühasirəyə almışdı və Osmanlı qüvvələri ilə döyüşlər gedirdi. Razılığa da elə Gəncə yaxınlığında Nadir xanın düşərgəsində gəlinmişdi. Lakin 1747-ci ildə Nadir xanın ölümündən sonra Rəşt müqaviləsi və Gəncə müqaviləsi ləğv olundu. Müqavilənin şərtlərinə görə Nadir xan Rusiyanın düşmənlərini öz düşməni hesab edir və qaytarılan torpaqları bir də heç vaxt Osmanlılara verməməyi öz üzərinə götürürdü. Rusiya isə 19–21 mart 1735-də bütün Xəzəryanı vilayətlərdən (Kürün axarından Dərbəndədək) birdəfəlik çıxmağa razı oldu.
Hotin müqaviləsi
Xotin müqaviləsi, 9 oktyabr 1621-ci ildə Osmanlı imperiyası ilə Reç Pospolita arasında imzalanmış sülh müqaviləsidir. 1620-1621-ci illər Osmanlı-Reç Pospolita müharibəsini başa çatdıran müqavilədir. Reç Pospolita Valaxiya və Moldavianın işlərinə qarışdıqdan sonra Osmanlı imperiyası Reç Pospolitaya qarşı müharibə başlatdı. Sultan Gənc Osmanın komandanlığı altında 200 000 əsgərdən ibarət ordu Reç Pospolitanın əlindəki Hotin qalasını mühasirəyə aldı. Osmanlı ordusu dəfələrlə hücum etsə də, Hotin qalasını ala bilmədi. Qaraman bəylərbəyi Doğancı Ali Paşa, üç gün ərzində Hotin qalasının Dnepr çayından toplarla atəşə tutdu. Nəticə əldə edə bilmədikdə Polşa ordusunun üstünə yürüş başlandı. Ancaq güclü artilleriya atəşlərinə görə geri çəkilməli oldular. Demək olar ki, Polşa batalyonu ələ keçirilirdi, ancaq yeniçərilər müharibədən imtina edib yaxınlıqdakı kəndləri talan etməyə başladılar. Polşa əsgərləri fürsətdən istifadə edib əks hücuma keçdilər.
Hudeybiyyə müqaviləsi
Hüdeybiyyə sülhü (ərəb. الحدیبیّة‎) — hicri VI (M.628/mart)ildə Hüdeybiyyə adlanan bir məntəqədə Hz. Peyğəmbərlə məkkə müşrikləri arasında bağlanmış bir sülh müqaviləsidir. Həcc mərasimlərini yerinə yetirmək üçün Məkkəyə yollanan müsəlmanlar Qureyş müşrüklərinin qadağası ilə üzləşdilər, Hz. Peyğəmbər Qüreyş müşrikləri ilə danışıqlar aparmaq qərarına gəldi və bunun üçün ilk olaraq Ömər ibn Xəttabı seçdi. Ancaq O, getməkdən imtina edib Osman ibn Əffanın getməsini təklif etdi, Osmanın getməsindən və öldürülməsi barədə yayılan şayiələrdən sonra hz. Peyğəmbər müsəlmanlara Rizvan beyəti kimi tanınan bir müqavilə bağladı. Tərəflər arasındakı danışıqlardan sonra nəhayət, tərəflər arasında on illik barışığı təmin edən Hüddeybiyyə Barışıq Sazişi bağlandı və müsəlmanlar o il Mədinəyə qayıtdılar ki, növbəti il Ümrə ziyarətini yerinə yetirmək üçün Məkkəyə gəlsinlər. Hz. Peyğəmbər hicrətin VI ilində səhabələri ilə birlikdə Məkkəyə getdiyini və Allahın evini ziyarət etdiyi yuxusunda gördü.