GİRƏ

I
(Balakən)
təmizlənmiş fındıq anbarı
II
girə düşmeg:
(Bakı)
ağır, çətin vəziyyətə düşmək
III
girə qoymax:
(Kürdəmir)
tovlamaq, dilə tutmaq. – Adamı girə qoyub işdədir
GİRDO:UL
GİRƏCULA
OBASTAN VİKİ
Aşağı Girətağ
Aşağı Girətağ — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km şimal-qərbdə, Oxçu çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Kirətaq formasında qeyd edilmişdir. Tarixən Zəngəzur qəzasında Girətağ adlı bir kənd olmuşdur. Sonralar bir qrup kənd sakini Girətağdan köçərək kəndin yaxınlığında yeni kənd salırlar və yeni salman kənd Aşağı Girətağ, Girətağın özü isə Yuxarı Girətağ adlanmışdır. Toponim türk dilində «dağ silsiləsi, sıra dağlar», «çöl, dağ, hündür yer, təpəlik», «dağ qılıcı, yayla» mə’nasında işlənən kir sözü ilə dağ (tağ) sözünün birləşməsindən əmələ gəlmişdir. Toponimin əvvəlindəki «aşağı» sözü fərqləndirici əlamət bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Aşağı Girətağda 1897-ci ildə 87 nəfər azərbaycanlı yaşamışdır.
GIGO (zibil girən zibil çıxar)
GIGO (zibil girən zibil çıxar) - (ingiliscə GIGO (garbage in, garbage out), rusca “мусор на входе, мусор на выходе” – hesablama texnikasında: kompüterin təbiətini və orada yerinə yetirilən prosesləri xarakterizə edən aksiomlardan biri; prosesin girişinə yanlış və ya korlanmış verilənlər daxil olduqda nəticə də yanlış və ya korlanmış alınır. garbage - (rusca мусор) - tullantı – dəyərsiz verilənlər; yanlış və ya korlanmış verilənlər. garbage collection (GC) - rusca сборка мусора - tullantı toplama – yaddaşın istifadə olunmayan bloklarını boşaldan və onları “boş” kimi nişanlayan silmə üsulu. Bütün yaddaş sahəsi boyu səpələnməş “boş” blokların yerdəyişmə yolu ilə iri “boş” blok şəklində bir yerə toplanması da belə adlandırılır. == Microsoft Windows == [1] Zibil qutusu (Корзина, Recycle Bin) İşçi stol üzərindəki hər bir nişan və yarlıq konkret obyekti təmsil edir. Həmin obyekt haqqında informasiya almaq üçün kursoru nişanın üzərinə qoyub siçanın sağ düyməsini sıxmaq, açılmış menyuda Xassə (Свойства, Properties) əmrini yerinə yetirmək lazımdır. Bu zaman açılmış pəncərədə obyektin tipi, həcmi/, yaranma tarixi, harada yerləşməsi və s. atributlar barədə məlumat əldə etmək mümkündür. İşçi stolun üzərindəki nişanı və ya yarlığı ləğv etmək üçün kursoru nişanın üzərində qoyub, siçanın sol düyməsini sıxmaqla onu qeyd etmək, sonra isə klaviaturadan “Delete” düyməsini basmaq lazımdır. Bu zaman onun təmsil etdiyi obyektləri – fayl və ya qovluğu Zibil qutusuna göndərmək haqda pəncərədi açılır.
Girəkəndi (Puldəşt)
Girəkəndi (fars. گيره كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 352 nəfər yaşayır (71 ailə).
Girəsun Universiteti
Giresun Universiteti — 2006-cı ildə Giresunda yaradılan dövlət universiteti. == Rəhbərlik == 2012-2016-cı illər arasında Giresun Universitetinin rektoru azərbaycanlı professor Aygün Attar olmuşdur. O, 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına layiq görülüb. Aygün Attar Türkiyənin vəzifədəki 7 qadın rektorundan biri olmuşdur. 2012-ci ildən etibarən Giresun Universiteti regional səviyyədə qazandığı beynəlxalq nüfuzu ilə diqqət çəkir. Görülən işlər nəticəsində Oksford Universitetinin Liderlər Zirvəsi, Giresun Universitetini həm də "Ən Yaxşı Regional Universitet" seçib. == Xarici əlaqələri == Qafqaz Universitetlər Birliyinin üzvüdür.
Girəsun ili
Giresun ili — Türkiyədə il. Qara dəniz regionunda yerləşir. İnzabati mərkəzi Giresun şəhəridir.
Girətağ
Aşağı Girətağ — Zəngəzur mahalında kənd. Yuxarı Girətağ — Zəngəzur mahalında kənd.
Yuxarı Girətağ
Yuxarı Girətağ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Yuxarı Kirətağ rayon mərkəzindən 13 km şimal-şərqdə, Oxçu çayının sol qollarından biri olan Kirətağ çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1886-cı ildə 537 nəfər, 1897-ci ildə 328 nəfər, 1904 - cü ildə 666 nəfər, 1914 - cü ildə 289 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 71 nəfər, 1926-cı ildə 223 nəfər, 1931-ci ildə 396 nəfər, 1939-cu ildə 139 nəfər, 1959-cu ildə 310 nəfər, 1979-cu ildə 120 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşdur. İndi ermənilər yaşayır. Toponim qədim türk dilində "kənar, çöl, düzənlik" mənasında işlənən kır sözü ilə tağ (>dağ) sözünün birləşməsindən əmələ gəlmişdir.
Girətağda daş abidə
Girətağda daş abidə — Zəngəzur mahalının Qafan rayonunun Yuxarı Girətağ kənd qəbiristanlığında yerləşən daş abidədir. == Haqqında == Qədimdən Türk-Oğuz boylarının yurdu olan Yuxarı Girətağ kəndindəki bu abidə yerli əhali arasında Beldaşı adı ilə də tanınır. Bu daş-abidənin belində bir ədəd uzun ox şəkli həkk olunmuş, daşın bir üzündə əlində nizə, çiynində ox-yay olan atlı təsvir edilmişdir. Atlı əlindəki nizəni atın ayaqları altında əzilənəjdahanın ağzına yeritmişdir. Daşın digər üzündə əlindəki silahla dağ təkəsini nişan almış ovçu təsvir edilmişdir. Bu ov səhnəsindən yuxarıda su kuzəsi və qalxan şəkilləri həkk olunmuşdur. Bir qədər aşağıda ikinci qalxan şəkli təsvir edilmişdir. Yuxarı Girətağ kəndinə ermənilər ilk dəfə Qərbi Azərbaycan türklərinin 1988-ci il deportasiyasından sonra məskən salmışdılar.