Aşağı Girətağ

Aşağı Girətağ — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.[2]

kənd
Aşağı Girətağ
39°13′10″ şm. e. 46°16′22″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Zəngəzur mahalı
Rayon Qafan rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 0 nəf. (2011)[1]
Xəritəni göstər/gizlə
Aşağı Girətağ xəritədə
Aşağı Girətağ
Aşağı Girətağ

Rayon mərkəzindən 12 km şimal-qərbdə, Oxçu çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Kirətaq formasında qeyd edilmişdir[3]. Tarixən Zəngəzur qəzasında Girətağ adlı bir kənd olmuşdur. Sonralar bir qrup kənd sakini Girətağdan köçərək kəndin yaxınlığında yeni kənd salırlar və yeni salman kənd Aşağı Girətağ, Girətağın özü isə Yuxarı Girətağ adlanmışdır.

Toponim türk dilində «dağ silsiləsi, sıra dağlar», «çöl, dağ, hündür yer, təpəlik», «dağ qılıcı, yayla» mə’nasında işlənən kir sözü ilə[4][5] dağ (tağ) sözünün birləşməsindən əmələ gəlmişdir. Toponimin əvvəlindəki «aşağı» sözü fərqləndirici əlamət bildirir.

Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Aşağı Girətağda 1897-ci ildə 87 nəfər azərbaycanlı yaşamışdır[6].

1918-ci ildə kəndin sakinləri erməni soyqırımına mə'ruz qaralaq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri doğma yurdlarına dönə bilmişdir.

Kənddə 1922-ci ildə 82 nəfər, 1926-cı ildə 87 nəfər, 1931-ci ildə 127 nəfər[7], 1939 - cu ildə 139 nəfər, 1959 - cu ildə 167 nəfər, 1979 - cu ildə 143 nəfər[8] yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.134
  4. Радлов В.В. Опыт словарья тюркских наречий, т.II, ч.2, СПб, 1899. s.860
  5. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.327
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.56-57
  7. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.57, 135
  8. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.868