GİV

(Cəlilabad, Yardımlı, Salyan)
boyunduruq. – Givnən boyındırığ bi şeydü (Salyan); – Giv arabada oley, ökizin boynına keçirdeylər (Cəlilabad)
GİTİRGƏ
GİVEC
OBASTAN VİKİ
Ab-i Gərm-i Givi
Ab-i Gərm-i Givi (fars. ابگرم گيوئ‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 47 nəfər yaşayır (13 ailə).
Ever Given
Ever Given — dünyanın ən böyük yük gəmilərindən biridir. Gəmi Shoei Kisen Kaisha-ya məxsusudur və Tayvanın, Taoyuan şəhərində yerləşən konteyner nəqliyyat gəmiçilik şirkəti olan Evergreen Marine tərəfindən idarə olunur. 23 mart 2021 ildə Malayziyanın Tanjung Pelepas limanından Niderlandın Rotterdam şəhərinə səyahət edərkən gəmi Süveyş kanalında dayaz yerdə ilişib qalmış və saya oturmuşdur və bununla da kanalı bağlamışdır. Hərəkətin iflic olunmasına gətirmiş bu tıxac, altı gün davam etdikdən sonra, 29 mart 2021 tarixində gəminin saydan çıxarılması ilə aradan qalxmışdır. == Təsviri == Gəminin tam adı MV Ever Given classTriple E, uzunluğu 400 metrdir, 224 min ton yükgötürmə gücünə malikdir. Dünyanın ən iri 13 konteyner daşıyan gəmilərdən biridir. Imabari Shipbuilding gəmiqayırma şirkəti tərəfindən 25 dekabr 2015 ildə yaradılıb, 9 may 2018 ildə suya buraxılıb. 11 silindrli Mitsui – MAN B&W 11G95ME-C9 mühərriki ilə təchiz olunub və dəqiqədə 79 dövriyyədə gücü 59 300 kVt (79 500 at gücü) təşkil edir, bu güc gəmiyə 22,8 (42,2256 km/saat) düyün sürətə qədər yüksəlməyə imkan verir. Limanlarda manevr etmək üçün əlavə 2500 kVt (3400 at gücü) gücündə qurğulara malikdir. Konteyner tutumu 20124 TEU təşkil edir.
Givan (Puldəşt)
Givan (fars. گيوان‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 562 nəfər yaşayır (101 ailə).
Give In To Me
Give In To Me, Pop müğənnisi Maykl Ceksonun Dangerous albomundan çıxan yeddinci sinqldır. Sinql, Epic Records tərəfindən yayımlanmışdır. Mahnının prodüserliyini Maykl Cekson və Bill Bottrell üstlənmişdir. Mahnı, Guns N' Roses gitaristi Slashın gitar sololarını özündə əks etdirir. Sinql, Şimali Amerika və Asiyada heç yayımlanmadı. Sinql, B üzündə yenə Cekson'un hard rok mahnılarından "Dirty Diana" və "Beat It"ə oxşaması baxımından əhəmiyyətlidir.
Give Me Peace On Earth (Modern Talking)
Give Me Peace On Earth (azərb. Mənə sülh dünyası verin‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Givi
Givi, Kivi və ya Küyü — İrannın Ərdəbil ostanının Kövsər şəhristanında şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,467 nəfər və 1,721 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. 120 kəndi vardır və Ərdəbilin cənub hissəsində, şəhərdən 70 kilometrlik məsafədə yerləşmişdir. Şimaldan Xalxal (Hirov) (Xalxal bölgəsinin mərkəzi), şərqdən Talış dağlarına, qərbdən Miyana bölgəsi, Qızılüzən çayı və Bacılar sıra dağları ilə əhatə olunur. Şəhərdə 50 il əvvəl bələdiyyə yaradılmışdır. Şəhər iki hissədən ibarətdir: Yuxarı Küyü (ikinci məntəqə) və Aşağı Küyü (birinci məntəqə). Küyünün islamdan öncə adı "Dörd Evlər" imiş. Tanınmış məhəllələri bunlardır: == Aşağı Givi == Dəmirçi, Sitallı, Gəylər, Bazar. == Yuxarı Givi == Yuxarı məhəllə, Aşağı məhəllə, Xanlıq bağı, Kəvərə, Xanlıq, Hundur Arxı, Ərəneş.
Givi (şəhər)
Givi, Kivi və ya Küyü — İrannın Ərdəbil ostanının Kövsər şəhristanında şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,467 nəfər və 1,721 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. 120 kəndi vardır və Ərdəbilin cənub hissəsində, şəhərdən 70 kilometrlik məsafədə yerləşmişdir. Şimaldan Xalxal (Hirov) (Xalxal bölgəsinin mərkəzi), şərqdən Talış dağlarına, qərbdən Miyana bölgəsi, Qızılüzən çayı və Bacılar sıra dağları ilə əhatə olunur. Şəhərdə 50 il əvvəl bələdiyyə yaradılmışdır. Şəhər iki hissədən ibarətdir: Yuxarı Küyü (ikinci məntəqə) və Aşağı Küyü (birinci məntəqə). Küyünün islamdan öncə adı "Dörd Evlər" imiş. Tanınmış məhəllələri bunlardır: == Aşağı Givi == Dəmirçi, Sitallı, Gəylər, Bazar. == Yuxarı Givi == Yuxarı məhəllə, Aşağı məhəllə, Xanlıq bağı, Kəvərə, Xanlıq, Hundur Arxı, Ərəneş.
Givi Cavaxişvili
Givi Cavaxişvili (gürc. გივი ჯავახიშვილი; 18 dekabr 1912, Tiflis – 10 noyabr 1985, Tbilisi) — 1953–1975-ci illərdə Gürcüstanın Baş naziri vəzifəsini icra edən gürcü siyasətçi. == Həyatı və təhsili == Givi Cavaxişvili 18 dekabr 1912-ci ildə Tiflisdə görkəmli həkim Dimitri Cavaxişvili və Anna Maqalaşvilinin ailəsində anadan olub. 1934-cü ildə Mühəndis-Geoloq ixtisası üzrə Zaqafqaziya Sənaye İnstitutunu (indiki Gürcüstan Texniki Universiteti) bitirib. == Siyasi karyerası == 1934-cü ildən 1952-ci ilə qədər yerli idarəetmə və kommunist partiyası strukturlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1952-ci ildən Gürcüstanın paytaxtı Tbilisi merinin müavini vəzifəsini icra etdi və həmin il Tiflis meri vəzifəsinə yüksəldi, 1953-cü ildən Gürcüstan SSR Nazirlər Sovetinin sədr müavini, 1953–1975 — Gürcüstan SSR Nazirlər Sovetinin sədri (Baş nazir), SSRİ və Gürcüstan SSR Parlamentinin bir neçə dəfə seçilmiş üzvü, Mərkəzi Komitə Bürosunun üzvü, 1953–1975-ci illərdə gürcü dilinin qorunması komissiyasının sədri idi. == Siyasətdəki töhfələri == 1958-ci ildə Brüsseldə, Belçikada və 1967-ci ildə Monrealda (Kvebek, Kanada) Ümumdünya Sərgisi EXPO-nda Gürcüstan nümayəndə heyətinin rəhbəri olmuşdur. 1961-ci ildə Givi Cavaxişvili İKP MK qurultayında Gürcüstan SSR nümayəndə heyətinə rəhbərlik edir. O, burada İosif Stalinin Moskvanın Kreml məqbərəsindən çıxarılmasını tələb edən məşhur çıxış etdi. Onun birbaşa təşəbbüsü ilə Gürcüstanın paytaxtı Tbilisidə Dövlət Filarmoniyası və İdman Sarayı kimi bir çox yüksək səviyyəli binalar inşa edildi.
Givi Kiladze adına stadion
Ramaz Şengeliya adına stadion (gürc. რამაზ შენგელიას სახელობის სტადიონი) — Gürcüstanın Kutaisi şəhərində yerləşən və Torpedo Kutaisi klubunun ev oyunlarını keçirdiyi stadion. == Tarixi və haqqında == Stadion 1948-ci ildə layihələşdirilmişdir. 1950-ci ildən tikintisinə başlanmışdır. Stadion, "Lokomotiv Kutaisi" klubu Sovet "B" liqasında çıxış etməyə başlayandan, 1957-ci ildən istifadəyə verilmişdir, amma stadion tam tikilib başa çatdırılmamışdır. Stadion tam olaraq 1962-ci il mayın 2-də "Torpedo Kutaisi" komandası güclülər dəstəsində çıxış etməyə başladıqda hazır olmuşdur. Sovet dövründə stadion "Mərkəzi Stadion" adlanırdı. 2010-cu il mayın 24-də stadion yenidənqurmadan sonra yenidən açıldı, stadiona Kutaisi şəhərində idman həyatının inkişafında əməyi olmuş əfsanəvi Kutaisi idmançısı Givi Kiladzenin adı verilmişdir. Stadion UEFA standartlarına uyğundur və burada beynəlxalq səviyyədə yarışların keçirilməsi üçün bütün şərait var. Stadion Gürcüstanın qərbində yerləşmiş ən böyük və tutumlu stadiondur.
Givi Paçxataşvili
Giya Revazoviç Paçxataşvili (təxəllüsü: Givi; 29 yanvar 1961, Qax rayonu) — Azərbaycan jurnalisti, şairi, tərcüməçisi; Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan, Gürcüstan və Rusiya Yazıçılar Birliyinin üzvü. Sumqayıt şəhər Mədəniyyət İdarəsi Əli Kərim adına Poeziya klubunun Fəxri üzvü (15.11.2004). == Həyatı == Giya Paçxataşvili 1961-ci il yanvar ayının 29-da Qax rayonunun Qax-Gurcu kəndində anadan olub. Bakı şəhərindəki Respublika Kor Uşaqlar üçün orta internat məktəbini bitirən Giya 1981-ci ildə ali məktəbə qəbul olur və Respublikanın birinci katibi Heydər Əliyevin sərancamı ilə seçilmiş qrupun daxilində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə təyinat alıb, 1985-ci ildə universitetin jurnalistiks fakültəsini "Qırmızı diplomla" bitirir. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə AzTV tərəfindən Giyanın həyat və yaradıcılığından bəhs edən "Ağ adam" sənədli filmi, 2009-cu ildə isə İTV-nin istehsalı olan "Fosfor Adam" filmində o baş rola çəkilmişdir. 2016-cı ildə isə ANS televiziyası "Ağ Adam"(film,2016) (2)sənədli filmi çəkilmişdir. 2021-ci ildə 60 illik yubileyi ilə əlaqədar Giya Paçxataşvili haqqında Gürcüstan layihəsi çərçivəsində növbəti "Givi" sənədli filmi tamaşaçılara təqdim olundu. Giya Paçxataşvili Azərbaycanda yaşayan, ən çox tanınan Albinosdur. Giya Paçxataşvili Azərbaycan (2006), Gürcüstan(2007), Rusiya(1997) Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Jurnalistlər Birliyinin(1989) üzvüdür.- "H. B. Zərdabi" mükafatı ilə təltif olunub(2005).
Givi Toxadze
Givi Maksimoviç Toxadze (gürcü: გივი თოხაძე) — Gürcü teatr və kino aktyoru. Gürcüstan SSR əməkdar artisti (1969). == Həyatı == Givi Toxadze 20 oktyabr 1922-ci ildə Gürcüstanın Poti şəhərində anadan olub. 1949-cu ildə Şota Rustaveli adına Tbilisi teatr institunu bitirib. 1956-cı ildən "Gürcü film" kinostudiyasında aktyor kimi fəaliyyət göstərmişdir. == Filmoqrafiya == Koroğlu (film, 1960) Dədə Qorqud (film, 1975) Ənvər Həsənov.
Givəran (Xoy)
Givəran (fars. گيوران‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 907 nəfər yaşayır (159 ailə).
Never Give Up on You
Never Give Up on You (azərb. Səndən əsla imtina etmərəm‎) — Böyük Britaniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Lusi Cons "Never Give Up on You" mahnısı ilə Böyük Britaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı 2013 Avroviziya Mahnı Müsabiqəsinin qalibi olan Emmili de Forest tərəfindən bəstələnmişdir.
Uilyam Gives
Vilyam Gives (ing. William Gyves; d. iyul 1867, Mançester, İngiltərə – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi qapıçı idi. "Mançester Yunayted" komandasında çıxış edib. Vilyam Gives 1867-ci il ilin iyul ayında İngiltərənin Mançester şəhərində anadan olmuşdur. 1890-cı ildə "Nyuton-Hit" (indiki "Mançester Yunayted") komandasında 1 oyunda meydana çıxmışdır.
Vilyam Gives
Vilyam Gives (ing. William Gyves; d. iyul 1867, Mançester, İngiltərə – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi qapıçı idi. "Mançester Yunayted" komandasında çıxış edib. Vilyam Gives 1867-ci il ilin iyul ayında İngiltərənin Mançester şəhərində anadan olmuşdur. 1890-cı ildə "Nyuton-Hit" (indiki "Mançester Yunayted") komandasında 1 oyunda meydana çıxmışdır.
What More Can I Give
What More Can I Give (isp. Todo para ti) - Pop musiqisinin kralı Maykl Cekson tərəfindən yazılmış və 2001-ci il 11 sentyabr terror aktlarına həsr edilmiş mahnı.Mahnı ən məşhur müğənnilərdən ibarət qrup tərəfindən ifa edilmiş və Epic Records şirkəti tərəfindən yayımlanmışdır.Mahnı iki dildə ingilis dili və ispan dilində ifa edilmişdir.İspan dilində sözlərin müəllifi Rubén Bladesdir.
Givi Sixarulidze
Givi Sixarulidze (28 fevral 1944, Tbilisi) — şair, yazıçı, aktyor, baletmeyster.