Cənubi Koreyada gəmiqayırma sənayesi
Cənubi Koreyada gəmiqayırma sənayesinin — tarixi 1910-cu ildən başlayır. 1910-cu ildə Yapon müstəmləkə dövründə yaradıldı və Yapon gəmi istehsalçıları ölkənin əsas limanlarında, o cümlədən Busan, İncheon, Cheongjin, Mokpo, Jinnampo, Cheongmu və Wonsan da gəmiqayırma fəaliyyət göstərirdilər. Koreya müharibəsindən sonra Koreya gəmi istehsalçıları əsasən ABŞ hərbi gəmilərinin təmiri ilə məşğul olmağa başladılar. 1950-ci illərdə gəmilər əsasən xarici ölkələrdən gətirilirdi. 1951–1954-cü illərdə Yaponiya, ABŞ və Norveçdən 324 gəmi gətirilmişdir. 1960-cı illərdən etibarən 5 illik iqtisadi inkişaf planı çərçivəsində iqtisadiyyat inkişaf etdikcə gəmilərə tələbat artdı. Yerli gəmi istehsalçıları da gəmilər düzəldirdilər, lakin texnologiya və vəsait çatışmazlığı səbəbindən lazımi miqdarda inşa edə bilmirdilər. 1970-ci illərdə Koreya hökuməti gəmiqayırma sənayesini intensiv şəkildə inkişaf etdirməyə başladı və 1972-ci ildə dünyanın ən böyük gəmiqayırma zavodu olan Ulsan gəmiqayırma zavodunun açılışı Koreyanın gəmiqayırma texnologiyasının inkişafına təkan verdi. Cənubi Koreya dünyanın 18-ci ən böyük gəmiçilik sənayesinə malikdir. Ölkədə 7 milyon qross tona yaxın dəniz nəqliyyatı qeydə alınıb.